Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8007/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ***nun və vəkili ***nun, Cavabdeh4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli, 2(107)2221/2019 nömrəli qətnaməsindən iddiaçı ***nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(075)-1347/2018 nömrəli qətnаməsi ilə (hakim C.F.İmanov) iddiа təmin edilərək, iddiaçı ***nun mülkiyyətində olan, DƏDRX-nin Şəki Ərazi İdarəsinin 27 dekabr 2012-ci il tarixli 5224 nömrəli Arayışına və AR İİN DƏİOÖD DƏHFSS haqqında Şəhadətnaməsinə əsasən *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən, 190,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının hər birinə ½ hissə olmaqla cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 28 dekabr 2012-ci il tarixli, 4Ə-2/1257 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Cavabdeh1 həmin müqavilə əsasında *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mətəbəli, 201,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ona məxsus ½ hissəsini Cavabdeh4 əvəzsiz olaraq bağışlaması barədə 16 sentyabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Cava bdeh1 adına ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı və Cavabdeh4 adına verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi, *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının əvvəlki vəziyyətə gətirilməklə boşaldılaraq ***nun sərəncamına və mülkiyyətinə geri qaytarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(075)-1347/2018 nömrəli qətnaməsindən cаvаbdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyаsiyа Məhkəmə sinin Mülki kollegiyаsının 12 noyabr 2018-ci il tarixli 2(107)-2718/2018 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cаvаbdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(075)-1347/2018 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 12 noyabr 2018-ci il tarixli 2(107)-2718/2018 nömrəli qətnaməsindən Cavabdeh3 vərəsəsi Cavabdeh5 və vəkili X9 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(102)-2753/2019 nömrəli qərarı ilə (hakimlər M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) Cavabdeh3 vərəsəsi Cavabdeh5 kassas iya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli, 2(107)2221/2019 nömrəli qətnaməsi ilə (M.M.Hüseynov, V.İ.Məlikov və A.A.Mahmudov) cаvаbdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(075)-1347/2018 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddiaçı ***nun cаvаbdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsəsi Cavabdeh5 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və ma raqlı şəxs - Şəki rayon 2 saylı Xüsusi Notariat Kontoruna qаrşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması tələbinə dair” iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli, 2(107)2221/2019 nömrəli qətnaməsindən iddiaçı ***nun və vəkili *** kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı *** cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Şəki rayon 2 saylı Xüsusi Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, Şəki şəhəri X13 pros pekti 72 ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən, 190,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair 28 dekabr 2012-ci il tarixli 4Ə-2/1257 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsinə, həmçinin həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılmasına dair qətnamə çıxarasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı *** iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair 28 dekabr 2012- ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, 16 sentyabr 2013-cü il ta rixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* saylı, Cavabdeh3 adına verilmiş RX seriyalı ******* saylı və Cavabdeh4 adına verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi, həmin əmlakın əvvəlki vəziyyətə qaytarılması, həmçinin həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-in 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən iş üzrə Cavabdeh3 ölməsi bildirilmiş, məhkəmənin sorğusuna əsasən Şəki rayon 2 saylı Xüsusi Notariat Kontoru 11 may 2018-ci il tarixli 359 saylı məktubla ölüm haqqında və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətləri məhkəməyə göndərmişdir. Həmin sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, Cavabdeh3 03.12.2017-ci il tarixdə ölmüş, onun oğlu Cavabdeh5 30 mart 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə almaqla onun mirasını qəbul etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq Cavabdeh3 vərəsəsi Cavabdeh5 və Cavabdeh4 iş üzrə cavabdeh qismində cəlb etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı *** və vəkili *** kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli, 2(107)-2221/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəm ənin etibarnamənin 06.11.2019-cu il tarixdə verilməsi ilə bağlı qənaəti əsassızdır. İddiaçı hesab edir ki, *** nə 05.11.2012-ci il tarixdə, nə də 06.11.2012-ci il tarixdə notariat kontorunda olmamış, həmin etibarnamələri verməmiş, etibarnamə Cavabdeh2 tərəfindən saxta yolla hazırlanmışdır. Həmçinin alqı-satqı müqaviləsinin etibarsızlığını şərtləndirən digər hal ondan ibarətdir ki, satılan əmlak iddiaçı və onun həyat yoldaşı ***nın birgə mülkiyyətində olmuş, lakin əmlakın özgəninkiləşdirilməsinə sonuncunun razılığı olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin 18.10.2012-ci il tarixdə istintaq təcridxanasında verilmiş etibarnaməni istintaq təcridxanası rəisinin həmin təsdiqləmək səlahiyyəti olmamışdır. Bundan əlavə, iddiaçı alqı-satqı müqaviləsi üzrə pul ödənişini almadığında n əmlakının özgəninkiləşdirilməsindən məlumatsız olmuş, məhkəmə əsassız olaraq iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı *** və vəkili Ələkbərzadə X12 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli, 2(107)-2221/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyası 26 iyul 2019-cu il tarixli qətnamə ilə cаvаbdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edib, iş iş üzrə Şəki Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(075)-1347/2018 nömrəli qətnaməsi ləğv edib, iddia tələbini rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən, 190,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası Azərbaycan Respublikası İİN Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılma sı barədə 001086 №- li Şəhadətnamə ilə ***nun mülkiyyətində olmuşdur. Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən təsdiqlənmiş 18.10.2012-ci il tarixli etibarnamədən görünür ki, İstintaq təcridxanasında saxlanılan X3 həmin etibarnamə əsasında X7 bütün əmlak hüquqlarını, o cümlədən *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və ünvan 4 ünvanında yerləşən Dərzi sexini idarə etməyi və barələrində hər cür sərəncam verməyi etibar etmişdir. Etibarnamə bir il müddətinə verilmişdir. 05 noyabr 2012-ci il tarixli, AR-İ 186897 nömrəli etibarnamədən görünür ki, X1 təcridxanasında saxlanılan X2 etibarnaməsi əsasında ona verilmiş bütün əmlak hüquqlarını, o cümlədən *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m ümumi sahəsi olan qey ri-yaşayış sahəsini və ünvan 4 ünvanında yerləşən Dərzi sexini idarə etməyi və barələrində hər cür sərəncam verməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamə bir il müddətinə və Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontorunda verilmişdir. 28 dekabr 2012-ci il tarixli, 4Ə-2/1257 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi ilə ***nun etibarnaməsi əsasında Cavabdeh2, ***nun mülkiyyətində olan, DƏDRXnin Şəki Ərazi İdarəsinin 27 dekabr 2012-ci il tarixli 5224 nömrəli Arayışına və AR İİN DƏİOÖD-nin DƏHFSS haqqında Şəhadətnaməsinə əsasən, *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən 190,1 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasını hər birinə ½ hissə olmaqla Cavabdeh1 və Cavabdeh3 satmışdır. Tərəflər qeyri-yaşayış binasını 10000 (on min) manata qiymətləndirmişlər. Qeyri-yaşayış binasının dəyəri olan 10000 (on min) manatın əvvəllər alıcılar Cavabdeh1 və Cavabdeh3 hər birindən 5000 (beş min) manat borc olaraq alındığı göstərilmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 201,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ½ hissəsinə Cavabdeh3 mülkiyyət hüququ 31.01.2013-cü il tarixdə qeydə alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 201,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ½ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ 31.01.2013-cü il tarixdə qeydə alınmışdır. 16 sentyabr 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 həmin müqavilə əsasında DƏDRX-nin Şəki Ərazi İdarəsinin 10 sentyabr 2013-cü il tarixli 3148 nömrəli Arayışı və Çıxarışına əsasən *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 201,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ona məxsus ½ hissəsini Cavabdeh4 əvəzsiz olaraq bağışlamışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən *** ünvanda 0,0154 ha torpaq sahəsində yerləşən bir mətəbəli, 201,3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ½ hissəsinə C avabdeh4 mülkiyyət hüququ 08.10.2013-cü il tarixdə qeydə alınmışdır. Cavabdeh3 03.12.2017-ci il tarixdə ölmüş, onun mirasından vərəsəsi Cavabdeh5 tam hissədə pay almışdır. Göründüyü kimi, hazırkı iş üzrə sözügedən əmlakın satılmasına əsas – ***nun etibarnamə ilə bütün əmlak hüquqlarını X7 verməsi və sonuncunun ona etibarnamə ilə verilmiş hüquqları Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 05 noyabr 2012-ci il tarixli, AR-İ 186897 nömrəli etibarnamə ilə Cavabdeh2 verməsi olmuş və nəticədə Cavabdeh2 tərəfindən həmin əmlaklar satılmışdır. Hazırkı iş üzrə iddiaçı *** (iddiaçı) əvvəlcə onun tərəfindən hər hansı etibarnamə verilməməsi halını mübahisələndirmiş, daha sonra 18.10.2012-ci il tarixdə istintaq təcridxanasında X5 etibarnamə verdiyini “xatırlayaraq” sonuncu tərəfindən isə həmin etibarnamə əsasında Cavabdeh2 05.11.2012-ci tarixdə etibarnamə verildiyini, əslində etibarnamə verilən gün (05 noyabr 2012-ci il tarixdə) X4 Kiev-Bakı istiqamətində **********391 saylı aviabiletlə (Bakıya enmə saatı 16:50) uçuş həyata keçirdiyini, bu səbəbdən Cavid tərəfindən Nicata belə bir etibarnamə verilməsinin mümkünsüz olduğunu, həmin etibarnamənin saxta olmasını iddia etmişdir. Halbuki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyəyn edilmişdir ki, alqı-satqı müqaviləsi *** tərəfindən Cavabdeh2 verilmiş etibarnamə əsasında həyata keçirilmiş və belə bir etibarnamə mövcud olmuşdur. Birinci instansiya məhkəməsi 05.11.2012-ci il tarixlə bağlı Şəki rayon 2 saylı Notariat Kontoruna sorğu göndərmiş və Şəki rayon 2 saylı Notariat Kontoru da öz növb əsində 11.01.2018-ci il tarixli 14 saylı məktubla bildirmişdir ki, 05.11.2012-ci il tarixdə Şəki şəhəri 1 saylı Dövlət Notariat Kontorunda belə etibarnamə verilməmişdir. Əslində isə etibarnamə 05.11.2012-ci il tarixdə tərtib olunsa da, həmin tarixdə deyil, növbəti gün – 06.11.2012-ci il tarixdə verilmiş, buna ******.2012-ci il tarixdə iş günü ərzində Şəki şəhərinin Notariat kontoruna gəlib çata bilməməsi, həmin kontora yalnız növbəti gün, yəni 06.11.2012-ci il tarixdə gəlib etibarnaməni imzalaması səbəb olmuşdur. *** tərəfindən Cavabdeh2 verilmiş və verilmə tarixi 05.11.2012-ci il kimi göstərilmiş etibarnamənin əslində dövlət notariusu tərəfindən 06.11.2012-ci il tarixdə təsdiqlənməsi və bu tarixdə reyestr kitabında (7E jurnalında) qeydiyyata alınması, həmin tarixdə ***un jurnala imza ed ərək etibarnaməni götürməsi eyni tərəflər arasında olan başqa mübahisəyə dair mülki iş üzrə məhkəmə qərarlarında da (o cümlədən hazırkı işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.04.2019-cu il tarixli 2(102)-1891/2019 nömrəli qərarında) təsdiqini tapmışdır. Beləliklə, MPM-in 82.3-cü maddəsinə istinad edən apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeydetmişdir ki, ******dən verilmiş etibarnaməyə istinad edilməklə ***nun (iddiaçının) əmlakı barəsində Cavabdeh2 tərəfindən bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yanlış və əsassız olmuşdur. Bundan əlavə, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqd in bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddia müddətindən fərqli olaraq, Mülki Məcəllənin 354.2-ci maddədəki 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X5 18.10.2012-ci il tarixli etibarnaməni verərkən İddiaçı istintaq təcridxanasında olmuş, onun barəsində cinayət işinin istintaqı yekunlaşandan sonra baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, Məhkəmənin 06.06.2014-cü il tarixli hökmünə əsasən İddiaçı barəsində şərti məhkumetmə tətbiq olunaraq məhkəmə iclası zalında həbsdən azad edilmişdir. *** azadlığa çıxdığı vaxtdan bilmişdir (və ya bilməli idi) ki, onun hazırkı iş üzrə mübahisə predmeti olan əmlakı özgəninkiləşdirilmiş və başqalarının (Cavabdeh1 və Cavabdeh3) mülkiyyətinə keçmişdir. Buna baxmayaraq o, qanunla müəyyən olunmuş 1 il ərzində deyil, 4 ilə yaxın müddət keçəndən sonra (14.03.2018-ci il tarixdən) əmlakının satılması ilə bağlı əqdlərin etibarsızlığını mübahisələndirməyə başlamışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keç məsi İddiaçı tərəfindən onun əmlakı barəsində bağlanmış əqdin etibarsızlığının mübahisələndirilməsini və bununla bağlı irəli sürdüyü tələb əsaslı olsa belə, həmin tələbin təmin olunmasını istisna edir. Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Həmçinin kassasiya şikayətində iddiaçı 18.10.2012-ci il tarixdə istintaq təcridxanasında verilmiş etibarnamənin də etibarsızlığını mübahisələndirmiş və bunu istintaq təcridxanası rəisinin həmin etibarnaməni təsdiqləmək səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Onun qənaətinə görə istintaq təcridxanasının rəhbərliyi orada saxlanılan şəxs (konkret halda İddiaçı) tərəfindən notariusun xidmətlərindən istifadə edilməsi üçün təcridxanaya yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən notariusu dəvət etməli idi. Bu dəlillərlə bağlı kassasiya kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 362.3.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Habelə, MPM-in 73.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a Nazirlər Kabinetinin 2018-ci il 11 iyun tarixli 261 nömrəli Qərarı ilə 15-1-ci bənd əlavə edilmiş və həm in bənddə həbs yerlərində saxlanılan şəxslər barəsində notariat hərəkətlərinin həbs yerlərinin olduğu inzibati ərazi üzrə notariat kontorunun notariusu tərəfindən aparılması nəzərdə tutulmuşdur. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 22 may 2012-ci il tarixli (15 iyul 2012-ci il tarixdən qüvvəyə minmiş) Qanununun 15.1.11-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslər mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, Mülki Məcəllənin 362.3.3 və MPM-in 73.3-cü maddələri ilə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15.1.11-ci maddəsi arasında uyğunsuzluq və ya ziddiyyət yoxdur. Mülki Məcəl lənin 362.3.3 və MPM-in 73.3-cü maddələri hal-hazırda da qüvvədədir və həmin normalara görə azadlıqdan məhrumetmə yerlərinin rəisləri azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin yalnız verdikləri etibarnamələri (yəni etibarnamənin azadlıqdan məhrumetmə yerində saxlanılan müvafiq şəxs tərəfindən imzalanmasını və verilməsini) təsdiqləyir, azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslər tərəfindən bağlanılan mülki-hüquqi əqdləri (alqı-satqı, bağışlama, icarəyə vermə və s. müqavilələri) isə azadlıqdan məhrumetmə yerlərinin rəisləri təsdiqləyə bilməzlər. Odur ki, İddiaçı 18.10.2012-ci il tarixdə istintaq təcridxanasında ****** verdiyi və həmin təcridxananın rəisi tərəfindən təsdiqlənmiş etibarnamənin notariat qaydasında verilmiş etibarnaməyə bərabər tutulması tamamilə qanunidir. D igər tərəfdən, “azadlıqdan məhrumetmə yerləri” anlayışına təkcə azadlıqdan məhrum etmə cəzasının çəkildiyi müəssisələr deyil, həm də müvəqqəti həbs yerləri, o cümlədən istintaq təcridxanaları daxildir. Bundan əlavə, kassator kassasiya şikayətində qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin etibarsızlığını şərtləndirən digər hal ondan ibarətdir ki, satılan əmlak iddiaçı və onun həyat yoldaşı ***nın birgə mülkiyyətində olmuş, lakin əmlakın özgəninkiləşdirilməsinə sonuncunun razılığı olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu dəlillə bağlı kassasiya kollegiyası qeyd edir ki, iddiaçı *** Bakı istintaq təcridxanasında olarkən 18.10.2012-ci ildə ***un adına etibarnamə vermiş, həmin etibarnamə ilə ******rzində (18.10.2013-cü ilədək) *** məxsus bütün əmlaklara dair sərəncam vermək səlah iyyəti verilmişdir. ******012-ci il tarixdə etibar edilmişi etibaretmə qaydasında Cavabdeh2 ***un adından etibarnamə vermişdir. Bu etibarnamə ilə də Cavabdeh2 *** məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. Eyni zamanda, İddiaçı həyat yoldaşı X8 da ***un adına 24.10.2012-ci ildə etibarnamə vermişdir. Həmin etibarnamədə ******himovaya məxsus bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. ******012-ci il tarixdə etibar edilmişi etibaretmə qaydasında Cavabdeh2 ******n etibarnamə vermişdir. Bu etibarnamə ilə də Cavabdeh2 ******bütün əmlaklara dair sərəncam vermək səlahiyyəti verilmişdir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və ob yektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ***nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli, 2(107)-2221/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8007/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8007/2019
16.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver