Məhkəmə qərarları › İş №2(102)-801/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-801/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-801/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "İddiaçı" İKB ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-896/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı "İddiaçı" İKB ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “1 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit götürmüşdür 2. xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzili 2014-cü il 26 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir

3. İddiaçı İKB ASC-nin “1 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2014cü il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən, cavabdehin xx xxx 2018-ci il tarixinə 99522.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla cəmi 133836.77 manat borcu vardır

4. İstehlak kredit müqaviləsinə 1 saylı əlavəsinə əsasən cavabdeh borclu hər ayın 26-dan gec olmayaraq 1526.96 manat olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. 5. 0x xxx 2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzili kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı İKB ASC -nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

6. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. 7. 0x xxx 2018-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh1 yaranmış borc məbləğinin 5 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. 8. xx xxxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği (əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 56919.32 ABŞ dolları Mərkəzi Bankın xx xxxxxx 2016-cı il olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 100035.7 manat təşkil etmişdir və kreditin müddəti xx xxxxxx 2026-cı il tarixədək uzadılmışdır. 9. xx xxxxxx 2016-cı il tarixli müqaviləsinə 1 saylı əlavəyə əsasən borclu 100035.7 manat pulu illik 24%-lə 120 ay müddətinə hər ay 21-dən gec olmayaraq 2205.60 manat olmaqla hər ay banka ödəməyi öhdəsinə götürmüşdür

10. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-1442-14 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzili İddiaçı İKB ASC-nin “1 saylı” filialının xeyrinə 60 ay müddətinə yüklü edilmişdir.

11. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-1442-14 saylı ipoteka müqaviləsinə və xx xxxxxx 2016-cı il tarixli Əlavə Sazişə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzi li İddiaçı İKB ASC-nin “xxxx” filialının xeyrinə 146 ay müddətinə yüklü edilmişdir.

12. Heba Consiltinq MMC-nin xx xxxx 2019-cu il tarixli ekspert(qiymətləndirmə) rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzilin bazar qiyməti 95000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "İddiaçı" İKB ASC Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “1 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği (əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu) 56919.32 ABŞ dolları Mərkəzi Bankın xx xxxxxx 2016-cı il olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 100035.7 manat təşkil etmişdir və kreditin müddəti xx xxxxxx 2026-cı il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzili 2014- cü il 26 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə görə şərt ləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il mayın 31-dək Cavabdeh1 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 99522.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 133836.77 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. « İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, h əmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2014- cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 99522.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla cəmi 133836.77 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması,əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi mənzil satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxx 2014- cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-155/2019 saylı xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia təmin edilmiş, İddiaçı” İKB ASC ilə Cavabdeh1 arasında bağla nmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilərək, Cavabdeh1 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə 99552.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla cəmi 133836.77 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən,qiyməti 95000 manat olan 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh1 Abzar qızının İddiaçı İKB ASC-yə olan borcu ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış müddət ərzind ə kredit məbləğini cavabdehə vermiş,lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir.Hal-hazırda İddiaçı İKB ASC-nin “1 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən, cavabdehin xx xxx 2018-ci il tarixinə 99522.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla cəmi 133836.77 manat ödənilməmiş borcu vardır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.4, 295, 296.1, 385.1, 386.1, 442, 445, 448.1, 462.1, 465.2, 467, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 34.1.2, 39.3.3, 47.4, 59.1, 59.3, 59.4-cü, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya sı məhkəməsindəki icraat

18. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-896/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)155/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 2014cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə 99552,54 (doxsan doqquz min beş yüz əlli iki manat əlli dörd qəpik) manat əsas, 33 839,31 (otuz üç min səkkiz yüz otuz doqquz manat otuz bir qəpik) manat faiz, 247,99 (iki yüz qırx yeddi manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 133639,84 (yüz otuz üç min altı yüz otuz doqquz manat səksən dörd qəpik) manat məbləğində borc, 29 (iyirmi doqquz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 9 (doqquz) manat dövlət rüsumu və 19 (on doqquz) manat xidmət haqqının “xxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin, 265 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil açıq hərrac dan satılması, mənzilin ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat müəyyən edilməsi, mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh1 Abzar qızının İddiaçı İKB ASC-yə olan borcunun ödənilməsi, satışdan əldə olunmuş məbləğ tələbdən artıq olduqda, qalıq məbləğ Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1 ay müddətində boşaldılmaqla, onlar mənzildən çıxarılmaları qət edilmiş, iddianın qalan hi ssədə təmin edilməməsi, apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 143 (yüz qırx üç) manatı Cavabdeh1, 2 (iki) manatı “xxxx” ASC-dən (əvvəlki adı “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı müqaviləşərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir.

21. Apellyasiya kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının ekspert rəyi mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, ekspert rəyi nəzərə alınmaqla, MPM-nin 218.3-cü maddəsinə əsasən cavabdehdən iddiaçının xey rinə 99552,54 manat əsas borc tutulmalıdır. Faiz hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 33839,31 manat faiz borcu, 247,99 manat cərimə borcu, cəmi isə 133639,84 manat cəmi borc tutulmalıdır. Həmçinin cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan, kollegiya hesab edir ki, “xxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməlidir

22. Bundan başqa apelyasiya məhkəməsi qiymətləndirmə ilə bağlı rəyə qiymət verərək hesab etmişdir ki, həmin rəy daha ətraflı və dolğun olaraq əmlakın ilkin satış qiymətini özündə əks etdirdiyindən, həmin rəy mötəbər sübut kimi qəbul olunmalı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 k v.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin, 265 nömrəli mənzilinin ilkin satış qiyməti 95 000 manat müəyyən edilməlidir. Həmçinin ipoteka predmetinin satışından əldə olunmuş məbləğ tələbdən artıq olduqda, qalıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borcunu müəyyən edərkən ekspert rəyinə əsaslanmışdır. Halbuki, espert rəyində cavabdehin borcu düzgün hesablanmamışdır. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər X2 və X4 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

31. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclu dan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

32. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

33. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

34. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicda nlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

35. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

36. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozm aqla icra edilməsi) başa düşülür. (maddə 442)

37. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443)

38. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

39. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

40. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çək inmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)

41. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)

42. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. T ənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467)

43. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) “İpoteka haqqında” Qanun

44. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33) 45. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

46. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

47. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)

48. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. (maddə 47.4)

49. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönə ldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. (maddə 59.1)

50. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İp oteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (maddə 59.3)

51. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. (maddə 59.4) Mülki Prossesual Məcəllə

52. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

53. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. (maddə 77.1)

54. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

55. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

56. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi ş ikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Ekspert rəyinin əsaslı olmaması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. 61. “X1rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən ə saslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "İddiaçı" İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-896/2020 nömrəli iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar