Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8014/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X5, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9326/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(005)3946/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.V.Abdıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair işəgötürənin 13 dekabr 2017-ci il tarixli, K-766 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki İmişli şəhər 4 saylı tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9326/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və A.Q.Hüseynov ) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, işəgötürənin 30 iyul 2007-ci il tarixli, 145 saylı əmri ilə İmişli şəhər 4 saylı tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilib və işəgötürənin 13 dekabr 2017-ci il tarixli, K766 saylı digər əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən ərizəsi əsas tutularaq xitam verilib. Öz xahişi ilə işdən çı xması barədə ərizə verdikdən sonra bir ay müddət tamam olmadan o, yenidən ərizə ilə müraciət edərək işdən çıxması barədə ərizəsindən imtina edib və ərizəsinin etibarsız sayılmasını xahiş edib. Lakin işəgötürən, onun yazılı ərizəsini nəzərə almayıb. Bununla da, Əmək Məcəlləsinin tələblərini pozub. Belə ki, o, əmək qanunverciliyinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə versə də, xəbərdarlıq müddəti bitənədək yazılı ərizə verərək ərizəsini geri götürdüyü üçün onunla bağlanmış əmək müqaviləsinə sözü gedən maddənin tələblərinə əsasən xitam verilə bilməzdi. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası m əhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxıl olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi XX və vəkili XX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılma sını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddiaçı ilə bağlınmış əmək müqaviləsinə onun öz əri zəsinə əsasən xitam verilməsinə, bundan sonra işəgötürənin digər əmri ilə məktəb direktoru vəzifəsinin icrasının müvəqqəti olaraq iddiaçıya həvalə edilməsinə, sonuncunun bununla razılaşaraq həmin vəzifəni ictimai əsaslarla icra etməsinə və bu barədə məlumatlı olsa da, ötən müddət ərzində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin əmrini məhkəmə qaydasında mübahisələndirməməsinə və bununla da qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə heç bir üzrlü səbəb olmadan 8 aydan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin g əldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməyib və işə baxarkən maddi hüquq normalarının tələblərini pozub. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, işəgötürənin 30 iyul 2007-ci il tarixli, 145 saylı əmri ilə İmişli şəhər 4 saylı tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib və işəgötürənin 13 dekabr 2017-ci il tarixli, K-766 saylı digər əmri ilə ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 06 dekabr 2017-ci il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi isə İmişli rayon Təhsil Şöbəsinin məktubu və iddiaçının ərizəsi göstərilib. Daha sonra, işdən görünür ki, ərizə verildiyi gündən bir təqvim ayı bitmədən iddiaçı yenidən işəgötürənin adına yazılı ərizə ilə müraciət edərək, səhhətində yaranmış problemlərlə əlaqədar olaraq 30 noyabr 2017-ci il tarixdə işdən çıxması barədə ərizə ilə müraciət etdiyini və hazırda səhhətinin normal olduğunu göstərib, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tələblərinin rəhbər tutuaraq əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş edib (iş vərəq-33, 39). Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları müəyyən edilib göstərilib. Həmin Maddənin 2-ci hissəsinin a ) bəndində əmək müqaviləsinə xitam verilməsinin əsası kimi tərəflərdən birinin təşəbbüsü göstərilib. Həmin Məcəllənin 69-cu maddəsinin 1; 2; 3; 4-cü hissələrində isə, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası müəyyən edilib göstərilib. Qeyd olunan maddənin mənasına görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabınin aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısqanmaya məruz qaldıqda və qanunvercilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Göründüyü kimi, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsində göstərdiyi gün o, vaxt xitam verə bilər ki, iddiaçı yaşa, əlilliyə görə təqaüdə çıxsın; təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olsun; yeni yaşayış yerinə köçsün; başqa iş əgötürənlə əmək müqaviləsi bağlasın; seksual qısqanmaya məruz qalsın; qanunvercilikdə nəzərdə tutulmuş digər hallar baş vermiş olsun. Hazırki işdə isə, qeyd olunan hallar tamamilə istisna olunur və göstərilən hallardan hər hansı biri mövcud olmamışdır, əksinə, əmək müqaviləsini ləğv etmək barədə 30 noyabr 2017-ci il tarixdə yazılı ərizə vermiş iddiaçı, xəbərdarlıq müddəti, yəni bir aylıq müddət bitənədək əvvəlki ərizəsini etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir (iş vərəq-33). Lakin işəgötürən qeyd olanan maddənin tələblərini pozaraq həmin ərizəni nəzərə almadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun bilavasitə ərizəsində göstərdiyi gün, yəni 30 noyabr 2017-ci il tarixdən deyil, 13 gün sonra, yəni 13 dekabr 2017-ci il tarixli, k-766 saylı əmri ilə 06 dekabr 2017- ci il tarixdən xitam vermişdir. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun 30 noyabr 2017-ci il tarixli yazılı ərizəsi əsas tutularaq, işəgötürənin 13 dekabr 2017-ci il tarixli, k-766 saylı əmri ilə 06 dekabr 2017-ci il tarixdən xitam verilməsi açıq-aşkar Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə zidd olmuşdur. Digər tərəfdən, işdən görünür ki, iddiaçı, yazılı ərizə verdiyi 30 noyabr 2017-ci il tarixdən başlayaraq bir təqvim ayı bitdikdən sonra nəinki işə çıxmamış və son haqq-hesabın aparalmasını işəgötürəndən tələb etmiş, əksinə, işəgötürənin 22 yanvar 2018-ci il tarixli, 06 saylı digər əmri ilə yenidən İmişli şəhər 4 saylı tam orta məktəbin direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilmişdir və bu günədək də fasiləsiz və etirazsız olaraq həmin vəzifən i icra edir. Bütün bunlar isə, onu təsdiq edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun özünün təşəbbüsü ilə xitam verilməsi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndində, eləcə də həmin Məcəllənin 69-cu maddəsində nəzərdə tutulan əsaslar olmamışdır və işəgötürən, Əmək Məcəlləsində müəyyən edilmiş tələbləri, qaydaları pozmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi, heç bir səbəb göstərmədən işdən çıxarılması barədə iddiaçının 30 noyabr 2017-ci il tarixdə yazıdığı ərizə əslində onun iradəsini ifadə etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq etməmişdir. Bu isə, MPM-nin 418.1, 418.2-ci maddələrinin tələblərinə görə, apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qətnamədə, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildiyi halda, heç bir üzrlü səbəb olmadan 8 aydan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq müddəti ötürməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən maddənin tələblərini də hazırki əmək mübahisəsinə düzgün tətbiq etməmişdir. Belə ki, qeyd olunan maddənin mənasına görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək müb ahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü hissəsində isə göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi fərdi əmək mübahisəsinin həll edilməsi üçün Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq müddətin axımı işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır, hüququnun pozulmasının aşkar edildiyi gün isə, işçiyə müvafi q əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edilir. Əvvəla işdə, işəgötürənin 13 dekabr 2017-ci il tarixli, k-766 saylı əmrinin surətinin iddiaçıya rəsmi qaydada verilməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Digər tərəfdən, işəgötürənin sözügedən əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən dərhal sonra, işəgötürənin 22 yanvar 2018-ci il tarixli, 06 saylı digər əmri ilə İmişli şəhər 4 saylı tam orta məktəbin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq yenidən iddiaçıya həvalə edilmişdir. İşdən görünür ki, sonradan işəgötürənin 27 mart 2018-ci il tarixli, 25 saylı əmri ilə iddiaçı yenidən sözügedən məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmədən azad edilib və müvəqqəti olaraq həmin vəzifəyə İmişli rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ələmdar Quliyev təyin edilib. Bundan sonra, iddiaçı məhkəmədə İmişli rayon Təhsil Şöbəsinə qarşı qeyd olunan “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” barədə iddia qaldırıb və İmişli rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, İmişli rayon Təhsil Şöbəsinin 27 mart 2018-ci il tarixli, 25 saylı əmrinin ləğv edilib, İmişli şəhər 4 saylı tam orta məktəbin direktoru vəzifəsinin icrasının iddiaçıya həvalə olunması qət edilib. Sözügedən qətnamənin icra edilməsini təmin etmək məqsədilə işəgötürənin 07 iyun 2018-ci il tarixli, 52 saylı əmrinə əsasən, XX müvəqqəti olaraq həvalə edilmiş direktor vəzifəsini icra etməkdən 07 iyun 2018-ci il tarixdən azad edilərək, həmi n vəzifənin icra edilməsi yenidən iddiaçıya həvalə edilib və bu günədək də həmin vəzifəni fasiləsiz və etirazsız olaraq iddiaçı icra edir. Göstərilən bu faktlar işin mübahisə olunmayan hallarıdır və cavabbeh tərəf özü də bu halları inkar etmir. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin tələblərini əsas tutub, mübahisə tərəfinin, yəni cavabdeh təşkilatın nümayəndəsinin hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alıb, iddiadan imtina barədə qətnamə qəbul edərkən, qanunvericilikdə nəzərdə tutulan iddia müddəti; iddia müddətinin tətbiqi; iddia müddətinin axımının başlanması; iddia müddətinin axımının kəsilməsi və sair mülki münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Bel ə ki, Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti saylır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddəti dedikdə- məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq müddətin axımı işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başladığından, hüququnun pozulmasının aşkar edildiyi gün isə, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edildiyindən, işəgötürənin 13 dekabr 2017-ci il tarixli, k-766 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06 dekabr 2017-ci il tarixdən xitam verilməsi, eləcə də işəgötürənin 22 yanvar 2018-ci il tarixli, 06 saylı əmri ilə sözügedən məktəbin direktoru vəzifəsinin müvəqqəti icra edilməsinin yenidən ona həvalə edilməsi, sonradan onun işəgötürənin 27 mart 2018-ci il tarixli, 25 saylı əmrini məhkəmə qaydasında mübahisələndirməsi, iddiaçının öz hüququnun pozulduğunu məhz 13 dekabr 2017ci il tarixdən bilməsi nəticəsinə gəlməyə əsas vermir. Çünki, işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı, 22 yanvar 2018-ci ildən 27 mart 2018-ci il tarixədək, eləcə də 07 iyun 2018-ci ildən hazırki vaxtadək fasiləsiz və etirazsız olaraq İmişli şəhər 4 saylı tam orta məktəbin di retoru vəzifəsini icra edir. Nəzərə almaq lazımdır ki, iddia müddətinin axımının kəsilməsi özündə onu ifadə edir ki, qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda iddia müddətinin axımına xitam verilir və həmin əsaslar aradan qalxdıqda, iddia müddətinin axımı yenidən başlanır, təzələnir. İddia müddətinin axımının kəsilməsi birdəfəlik iradəvi hərəkətlərdə ifadə oluna bilər və iddia müddətinin axımı müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, eyni zamanda cavabdeh tərəfin iddianı etiraf etməsini göstərən hərəkətlər etməsi ilə də kəsilir (Mülki Məcəllənin 380.1-ci maddəsi). Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək münasibətlərini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi...hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ta mamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməli, id dia ərizəsi təmin edilməli, işəgötürənin 13 dekabr 2017-ci il tarixli, k-766 saylı əmri ləğv edilməli, iddiaçı, İmişli şəhər 4 saylı tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.4, 420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9326/2019 saylı qətnaməsi ləğv edilsin. Apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin, iddia ərizəsi təmin olunsun, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 dekabr 2017-ci il tarixli, k766 saylı əmri ləğv edilsin, İddiaçı İmişli şəhər 4 saylı tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8014/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8014/2019
20.12.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver