Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-802/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, Şəmkir Rayon 1 saylı Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysti Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-802/2024 (Açar sözlər: alqı-satqı müqaviləsi, əqdin tibarsızlığı- əhəmiyyətis əqdlər (əqdin (və ya onun onun bir hissəsinin) məcburi hüquq qaydalarına zidd olması), (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi), iddia müddəti (əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddialar üzrə (Mülki Məcəllə maddə 354.1)) Azərba ycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-i, Şəmkir Rayon 1 saylı Notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysti Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, cavabdehlərin torpaq sahəsindən çıxarılması və əkilmiş ağacların çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1908/2023 nömrəli, 22 avqust 2023-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. JN-0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətinə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli 44 nömrəli qərarı ilə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisindən 10.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
2. Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı (bundan sonra iddiaçı) atası X6, anası X3 olmaqla, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində doğulmuşdur.
3. Ölüm haqqında şəhadətnamələrinə əsasən X6 01 dekabr 2001-ci ildə, X3 25 iyun 2003-cü ildə vəfat etmişlər. 4. 16 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 və X3 JN -0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886 kv metr hissəsini 450000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satmışlar.
5. Seriya RX ******* saylı, 13 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışına əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10,4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir. 6. 24 avqust 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2003-cü ildə vəfat etmiş X2 vərəsələri X5 və İddiaçı miras əmlak olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 8.3249 ha torpaq sahəsindən ½ hissədə irs almışlar. 7. 27 noyabr 2021-c i il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış əsasında mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10,4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 7.521 manata "xxxx" MMC-yə (bundan sonra cavabdeh) satmışdır. 8. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışına əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10.4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeyd edilmişdir. 9. 07 sentyabr 2022-ci il tarixli Daşınmaz əmlakın al qı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 0.3072 ha torpaq sahəsini 2000 manata "xxxx" MMC-yə satmışdır 10. 27 sentyabr 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 1.6415 ha torpaq sahəsini 8000 manata "xxxx" MMC-yə satmışdır. 11. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışına əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 3,2829 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeyd edilmişdir. 12. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışına əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 0,3072 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeyd edilmişdir. 13. 26.07.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışına əsasən Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 3,2829 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Şəmkir Rayon 1 saylı Notariat ofisinə qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6, mərhum anası X3 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın ləğv edilməsi, 10,51 ha torpaq sahəsinin 2,86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı işin hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpaq sahə sinin 2,86 ha hissəsini Cavabdeh1 uzun illərdir zəb etmiş, qanunsuz bağ salaraq ağaclar əkmişdir. Cavabdeh1 onun valideynləri öldükdən sonra kimlərləsə əlbir olub saxta müqavilə tərtib etdirmiş, nəticədə öz adına saxta çıxarış əldə etmişdir. Belə ki,valideynlərinin vəfatından sonra, yəni 16 iyul 2003-cü il tarixdə onların adından saxta alqı-satqı müqaviləsi tərtib edilmiş və guya valideynləri 16 iyul 2003-cü il tarixdə sağ olmadıqları halda 10,51 ha torpaq sahəsinin 21886.00 kv metr hissəsini Cavabdeh1 satmışdır. Bundan sonra həmin cavabdeh qeyd olunan saxta müqavilə əsasında xx.xx.2017-ci ildə saxta Çıxarış almışdır. Bundan sonra cavabdeh xx.xx.2017-ci il tarixli saxta Çıxarış əsasında mülkiyyətinı keçirdiyi həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında "xx xx" MMC-yə satmış, bundan sonra sonuncunun adına xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Göründüyü kimi valideynləri vəfat etdikləri halda onların adından saxta müqavilə tərtib edilmiş, bununla da onlara məxsus torpaq sahəsi saxta və qanunsuz yollarla zəbt edilmişdir. Eləcə də, cavabdehlər tərəfindən həmin torpaq sahəsində ağaclar əkilmişdir.
16. Cavabdeh1 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini qanuni əsaslarla, notarial qaydada bağlanmış müqavilə əsasında satın almışdır. Sonradan isə mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsini yenə də notarial qaydada "xxxx" MMC-yə satmışdır. Lakin qeyd olunan alqı-satqı müqaviləsi təxminən 20 il əvvəl, yəni 16 iyul 2003-cü il tarixdə bağlanmış, təmsil etdiyi şəxs isə həmin vaxt müqavilənin k imlər tərəfindən imzalanmasını xatırlamır. Həmçinin, hesab etmişdir ki, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı 1 illik iddia müddətini ötürmüşdür.Cavabdeh MM-in 354.1 və 354.2-ci maddələrinə istinad etmişdir.
17. Şəmkir Rayon Məhkəməsinin (hakim Taleh Musayev ) 2(076)-391/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək,Cavabdeh1 ilə mərhum X6 və mərhum X3 arasında Şəmkir Rayon 2 saylı Notariat Kontorunda 16 iyul 2003-cü il tarixdə bağlanmış, 4Ə-04-355 nömrəli reyestrdə qeydə alınmış, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 21886 kv metr torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsi etibarsız hesab edilərər qalan hissə əsassız nəzərdə tutularaq təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 16 iyul 2003-c ü il tarixli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini əldə edərkən mülki qanunvericiliyin əqdlərin bağlanması üçün nəzərdə tutulmuş tələbləri kobud surətdə pozulmuşdur.
19. Həmçinin Cavabdeh1 Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsini 27 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh "xxxx" MMC-yə satdığından və həmin torpaq sahəsinə dair sonuncunun adına yeni çıxarış verildiyindən artıq 16 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsinə zərurət qalmamışdır.
20. Məhkəmə çıxarışın ləğv edilməsi hissəsində qeyd etmişdir k i, iddiaçının xx.xx.2021-ci il tarixli çıxarışın ləğvini, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün "xxxx" MMC-nin vicdansız əldə edən olmasını sübut etməli idi. Belə ki, qanun müəyyən edir ki, vicdanlılığı mübahisələndirən şəxs onu təkzib etməli, yəni vicdansızlığı sübut etməlidir. daşınmaz əmlakın dövlət reyestrinin məzmununun düzgünlük və tamlıq prezumpsiyası vardır və iddiaçı cavabdeh "xxxx" MMC-nin qeydin qeyri-dəqiq olmasını bildiyini sübut etməli idi. Lakin məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan halla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
21. Daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olması istisna etmək üçün kifayət etmir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı olaraq əldə etmişdir. Belə olan halda isə iddiaçı artıq torpaq sahəsinin mülkiyyətçisi deyil və qaytarmanı tələb edə bilməz.
22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında cavabdeh "xxxx" MMC-yə satılmışdır. Həmin müqavilə cavabdeh "xxxx" MMC-nin mübahisəli torpaq sahəsi üzərində hüquqların əmələ gəlməsinin və onun mülkiyyətinə keçməsinin dövlət qeydiyyatı üçün əsas olmuşdur.
23. Cavabdeh "xxxx" MMC-nin mübahisəli torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququnun və bağlanmış müqavilənin əsassız olmasına dəlalət edən hallar müəyyən olunmamış, nə də iddiaçı tərəfindən tələbini t əsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə onun deməyə əsas verir ki, iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur.
24. Məhkəmə, həmçinin cavabdehin nümayəndəsinin iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı 1 illik iddia müddətinin ötürülməsinə dair etirazına qiymət verərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1, 141.2,144.1, 149.2, 152.1, 329.1, 331.1, 334.1, 337.2 və 337.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, 02 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildir, məhkəmə sübutları qiymətləndirmədən ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, iddia tələbi tam təmin olunmalı idi. Lakin məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. "xxxx" dolayı yollarla Cavabdeh1 və onun övladlarına məxsusdur. Guya gələcəkdə “vicdanlı alıcı” olmaları üçün onlar öz aralarında saxta müqavilələr bağlamaqla onun torpağına yiyələniblər. Odur ki, birinci instansiya məhkəməsinin qətnmaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, 02 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq edərək iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, o, qeyd olunan torpaq sahəsini qanuni əsaslarla almışdır, 2019-cu il tarixədək həmin torpaq sahəsini istifadə etmişdir. Həmin müqaviləyə kim və ya kimlər tərəfindən imza edilməsini bilmir. Lakin, həmin müqavilə notariat qaydada bağlanmış və torpağın dəyəri tam olaraq ödənilmişdir. Təxminən bir neçə il bundan əvvəl həmin torpaq sahəsini, yəni, mübahisəli torpaq sahəsini və digər torpaqlarını "xxxx" MMC-yə satmışdır. Hesab edir ki, iddiaçı iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, qanunvericiliyə əsasən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müqavilənin etibarsızlığı ilə bağlı 1 il müddətində müraciət etmək hüququ vardır. Lakin, iddiaçı hazırki iddia tələbi ilə müqavilə bağlandıqdan 20 il sonra müraciət etmişdir. İddiaçının iddia müddətini ötürməsi barədə ərizə verilmişdir. Lakin məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün ilkin olaraq MPM-nin tələblərinə riayət etməli idi, lakin məhkəmə nə Mülki Prosessual Məcəllənin, nə də Azərbaycan Respuiblikası Konstitusiyasının müddəalarına əməl etməmiş, bununla da məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməinin qətnaməsinin ləğv edilməsi, mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməklə iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəşad Mamədov və Rəhman Muradov) 2(104)1908/2023 nömrəli, 22 avqust 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən 16 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığı vaxt X6 və X1 olmamışlar. Belə ki, X6 xx.xx.2001-ci ildə, X3 xx.xx.2003-cü ildə vəfat etmişlər. Göründüyü kimi JN-0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886 kv metr hissəsini 450000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satılması barədə müqavilə bağlanarkən mülkiyyətçilər sağ olmadıqlarından, iradə ifadəsini ifadə etməmişlər və həmin müqavilə onların adından imza olunmaqla bağlanmışdır. Bu səbəbdən Şəmkir Rayon Notariat kontorunda bağlanmış 16 iyul 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsaslar mövcud olduğun dan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmişdir.
32. Kollegiya qeyd edir ki, iddiaçının xx.xx.2021-ci il tarixli Çıxarışın ləğvini, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün "xxxx" MMC-nin vicdansız əldə edən olmasını sübut etməli idi. Belə ki, qanun müəyyən edir ki, vicdanlılığı mübahisələndirən şəxs onu təkzib etməli, yəni vicdansızlığı sübut etməlidir.
33. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixli Çıxarışın ləğvini, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün "xxxx" MMC-nin vicdansız əldə edən olmasını sübut etməli idi. Belə ki, qanun müəyyən edir ki, vicdanlılığı mübahisələndirən şəxs onu təkzib etməli, yəni vicdansızlığı sübut etməlidir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan halla bağlı nə birinci instansiya, nə də apellyasiya məhkəməsinə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bir deyil, bir neçə alqı satqı müqavilələri bağlanmışdır ki, "xxxx" MMC-nin təsisçisi Ali Alyrzaev məhkəmədə izahat verərkən, bunu Azərbaycan Respublikasında iş qurması ilə əlaqələndirmişdir. Ali Alyrzaev məhkəmədə izahat verərkən, həmçinin qeyd etmişdir ki, qeyd olunan torpaq sahələrini alqı-satqı müqavilələrinə əsasən əldə edərkən torpaq sahələrini ona satan əmisi ilə hazırki iddiaçı Aliq Cədərov arasında olan mübahisədən məl umatı olmamışdır. Ümumiyyətlə Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun müddət orada yaşadığından rayonda olan torpaq mübahisələrindən bixəbər olmuşdur.
34. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
35. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və haqlı olaraq iddianı qismən təmin etmişdir.
36. Apellyasiya instansi yası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MM-in 139.1, 144.1, 149.2, 182.1, 329.1, 331.1, 337, 337.2, 337.4, 354.1 və 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67.1 və 68-ci, MPM-nin 14.2, 77.1, 88,119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 (vəkil Cavabdeh3) kassasiya şikayəti verərək onun ləğv olunması və mübahisə hüquq münasibətinə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixədək mübahisəli torpaq sahəsini istifadə etmiş. Alqı-satqı müqaviləsini kim və ya kimlər tərəfindən imza etməsini xatırlamadığını bildirmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanılmış və dəyəri tam olaraq ödənilmişdir. Təxminən bir neçə il bundan əvvəl mübahisəli torpaq sahəsini və digər torpaqlarını Cavabdeh2 MMC-yə satmışdır.
39. Hesab etmişdir ki, iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki qanunverdiciliyin tələbinə əsasən iddiaçı hazırkı iddia tələbiilə məhkəməyə müqavilənin etibarsızlığı ilə bağlı 1 (bir) il müddətində müraciət etmək hüququ vardır. Lakin hazırkı iddia tələbi müqavilə bağlandıqdan 20 il sonra müraciət etmişdir. İddiaçının iddia müddətini ötürməsi barədə ərizə verilmişdir. Lakin nə birinci instansiya nədə apellyasiyainstansiya məhkəmələri iddia müddətini tətbiqi barədə ərizəmizi nəzər ə almamışdır.
40. Birinci instansiya nədə ki apellyasiya instansiya məhkəmələri iddia müddətini tətbiqi barədə ərizəni nəzərə almamış, işi ədalətli araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
41. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43..Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 4
4. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
45. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
46. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
47. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
48. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
49. Maddə
337. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır..
51. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
52. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
53. Maddə 354.2. Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
54. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
55. Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələrdir;
56. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nə zərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
57. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.
67. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakt erli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
70. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol v erilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1908/2023 nömrəli iş üzrə 22 avqust 2023- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.