Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8028/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, X12 Vəli oğlunun katibliyii, kassatorun nümayəndəsi X6, kassatorun vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.R.Mustafayev, iş 2(094)-24/2018) X7 Cavabdeh qa rşı iddiası qismən təmin edilmiş, cavabdehin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha olan 73/366 saylı bağ sahəsindən çıxarılması, 73/366 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin onun vəsaiti hesabına sökülməsi və 73/366 saylı bağ sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov iş 2(103)-1263/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hiissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya mə hkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 11 yanvar 2016-cı il tarixdəNəsipov Zaur Dursunoviç Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, 73/366 saylı topraq sahəsi faktiki olaraq Pirallahı rayonu, Dübəndi bağları, 14-cü cənub küçəsində ərazidə sıra nömrəsinə, ölçüsünə, ərazinin bölgü sxeminə uyğun olaraq mövcuddur. Onun istifadəsində olan 74 saylı sahəsinin sol tərəfində yerləşir, sahə boşdur, həmin sahə onun tərəfindən zəbt edilməmiş dir. İddiaçının 26 may 2015-ci il tarixli çıxarışı qeyd edilən torpaq sahəsinə aiddir və onun mülkiyyətindədir, iddaçının 73 saylı torpaq sahəsinə olan çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində verilmiş bəzi məlumatlar mövcud olan 73 saylı sahəyə uyğun gəlmir. Bu texniki səhvdir. Çünki iddiaçının adına olan çıxarışda qeyd edilmiş sahə cavabdehə daimi istifadə üçün verilmiş və 31 ildir ki, qanuni və fasiləsiz istifadəsində və sahibliyində olan 74 saylı torpaq sahəsidir. Həmin torpaq sahəsi 1988-ci ildə AMEA-nın Qeyri-üzvi və X11 nəzdində olan "Neorqanik" bağçılıq-yoldaşlığı tərəfindən ona daimi istifadə üçün verilib. Sahə mişar daşı ilə hasara alınmışdır, ev tikilmişdir, ağac və kollar əkilmişdir, elektrik, telefon xətləri çəkilmişdir. Məhkəmə kollegiyasının iclası nda kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadın ın ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı onun torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tikili inşa edildiyini göstərərək hazırki iddianı qaldırmışdır. İddianın qismən təmin edilərək cavabdehin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha olan 73/366 saylı bağ sahəsindən çıxarılması, həmin bağ sahəsində cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin onun vəsaiti hesabına sökülməsi və həmin bağ sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən, ümumi sahəsi 0,0373 ha torpaq sahəsi iddiaçının xüsusi m ükiyyətindədir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin 97,91 kv.m hissəsinin iddiaçının xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın həddləri müəyyən edilmişdir. Həmin Məcəllənin 392-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya şikayəti təm in edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 28 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Neorqanik” b/ynin 73/366 saylı bağ sahəsini X10 satmış, həmin əmlak 26 may 2015-ci il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda həmin ərazidə yerləşən 65 saylı bağ sahəsi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı cavabdehin həmin torpaq sahəsini zəbt edərək həmin sahədə qanunsuz olaraq özbaşına tikili inşa etdiyinə istinad edərək qanunsuz ti kilinin cavabdehin öz hesabına sökülərək ona məxsus torpaq sahəsinin geri qaytarılması tələbinə dair hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının ondan qaytarılmasını tələb etdiyi sahə 1988-ci ildən onun qanuni sahibliyindədir, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsi ilə torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü;vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılmasının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi ilə özbaşına tikinti və onu nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir. Bununla bərabər, özbaşına tikilinin tikinti aparmış şəxsin mülkiyyətində olması həmin tikilinin sökülməsini istisna edən hal kimi nəzərdə tutulmuşdur. “Neorqanik” bağçılıq-yoldaşlıq İdarə heyətinin 30 sentyabr 1988-ci il tarixli qərarına əsasən cavabdeh həmin cəmiyyətə üzv seçilməklə 500 kv.m olan 74 saylı torpaq sahəsi onun daimi istifadəsinə verilmişdir. Cavabdeh həmin vaxtdan göstərilən sahənin onun qanuni sahibliyində olmaqla, iddiaçının sökülməsini tələb etdiyi tikilinin ona məhz qanuni əsaslarla daimi istifadəsində verilmiş torpaq sahəsində inşa edildiyini bildirir. Bununla bərabər cavabdeh göstərir ki, sonradan həmin torpaq sahəsi səhv nömrə ilə qeydiyya ta alınaraq onun bağ sahəsinin “65” nömrəli bağ sahəsi kimi qeydiyyata alındığını bildirir. Eyni zamanda cavabdeh “65” nömrəli bağ sahəsinin X2 məxsus olduğunu göstərir. Cavabdeh tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 65 saylı bağ sahəsinin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını təsdiq edən çıxarış təqdim edilmişdir. Bununla bərabər, cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 iyul 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, “Neorqanik” b/y-nin 70, 71, 72, 73, 74 saylı bağ sahələrinə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi tərtib edilməklə faktiki vəziyyətə uyğun cari dəyişiklik edilməsi məqsədəmüvafiqdir. Göründüyü kim i, iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi torpaq sahəsinin sonuncunun 30 ildən artıq müddətə qanuni sahibliyində olması və tərəflərin torpaq sahələrinin sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu barədə dəlillər əsaslıdır. Lakin apellyasiya məhkəməsi cavabdehin qeyd edilən dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməməklə, iş üçün əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi George Rumıniyaya qarşı iş üzrə 15 mart 2007-ci il tarixli qərarında ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna dair qənaətə gələrkən mövqeyini həm də onunla əsaslandırmışdır ki, məhkəməyə şikayətində, ərizəçinin irəli sürdüyü və həlledici əhəmiyyətinə görə konkret və aydın qiymət tələb edən dəlili məhkəmə tərəfindən nəzərə alınmamışdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə uyğun olmadığından qanuni, əsaslı sayıla bilmədiyi üçün kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-8028/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8028/2019
24.12.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver