Məhkəmə qərarları › İş №2(102)-8032/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8032/2019

02.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8032/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh2, Cavabdeh3 və onun vəkili Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli 2(103)-7468/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 000küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzilinə dair 22 noyabr 2016-cı il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xxxx müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 000-ci məhəllə mənzil 18-ə dair 03 fevral 2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 4Ə-220 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin əsasında göstərilən 18 №-li mənzilə dair Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 000küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzilin özgəsinin qanunsuz sahibliyindən ona qaytarılması və cavabdehin mənzildən çıxarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayə ti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-741/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin olunması, 000küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı, 210 kv.m mənzilə dair 22 noyabr 2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xxxx müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 000-ci məhəllə mənzil 18-ə dair 03 fevral 2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən 4Ə-220 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin əsasında 000küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 saylı mənzilə dair Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 000küçəsindəki çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzil İddiaçı qaytarılması və Cavabdeh3 həmin mənzildən çıxarılması, 03 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 200.000 manat pulun Cavabdeh2 alınaraq Cavabdeh3 ödənilməsi barədə yeni qətnamə çıxarılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 08.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə bağlanmış 22 noyabr 2016-cı il tarixli “xxxx” müqaviləyə əsasən MMC 000küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 18 nömrəli, 210 kv.m mənzili sifarişçi, Cavabdeh2 təhvil verməyi, sifarişçi isə bunun müqabilində 315.000 (üç yüz on beş min) manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüş, işin materiallarında olan Cavabdeh1 MMC-nin 22.11.2016-cı il tarixli kassa mədaxil orderinin surətinə əsasən Cavabdeh2 22.11.2016-cı il tarixli müqavilə üzrə MMC-nə 315.000 manat pul ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qeyd edilənlər nəzərə alınmamış, iş üzrə bir tərəfli araşdırma aparılaraq maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Cavabdeh3 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqdin etibarsızlığı dedikdə, mülki qanunveri cilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarsızlığı tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqd; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlir səbəb olur. Məhkəmə araşdırması zamanı iş materialları ilə və məhkəmə iclaslarında verilmiş izahatlarla müəyyən edilmişdir ki, hazırkı iddia tələbi ilə iddiaçı qeyd edilən alqı-satqı müqaviləsinin onun iradəsi xaricində, müvafiq sənədlər olmadan qanun pozuntusu ilə rəsmiləşdiyini iddia edir və həmin alqı-satqı müqaviləsinin, həmçinin ondan sonra həmin mənzilə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsini tələb edir. İddiaçı mənzilin qanunsuz yolla özgəninkiləşdirilməsini istinad etsə də, nəzərə alınmalıdır ki, əqdlərin etibars ız hesab edilməsi ilə bağlı heç bir müddəa yoxdur. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası qismində istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı evə dair müqavilələrin qanunun tələblərini pozmaqla bağlandığını iddia etsə də, nəzərə alınmalıdır ki, alqı-satqı zamanı qanunun tələblərinə riayət edilməklə aparıldığı prezumpsiyası vardır. Ona görə də, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin iddiaçı tərəfindən tələb edilməsi əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh3 və onun vəkili Vəkil3 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İddiaçı nümayəndəsi 000 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsini n tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X7 ilə Cavabdeh1 ( bundan sonra – MMC və ya Cəmiyyət) arasında bağlanmış 03.08.2010-cu il tarixli, 16 saylı müqaviləyə əsasən, Cəmiyyət 000küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzili (bundan sonra – mübahisəli mənzil) təhvil verməyi, 000 399000 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. 000 20.10.2010-cu il tarixli ərizə ünvanlayaraq, mübahisəli mənzilin tikintisinə dair bağlanmış 03.08.2010-cu il tarixli, 16 saylı müqavilənin İddiaçı (bundan sonra – iddiaçı) adına dəyişdirilməsinə etiraz etməmişdir. İddiaçı ilə Cəmiyyət arasında bağlanmış 20.10.2010-cu il tarixli «xxxx» müqaviləyə əsasən, Cəmiyyət mübahisəli mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə 152145 manat pulu ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə Cəmiyyətə borcu qalmamışdır. Cavabdeh2 ilə Cəmiyyət arasında bağl anmış 22 noyabr 2016-cı il tarixli «xxxx» müqaviləyə əsasən Cəmiyyət mübahisəli mənzili Cavabdeh2 təhvil verməyi, sonuncu isə 315000 manat pulu Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 15.09.2017-ci il tarixli, 2-1(81)-4637/2017 saylı qərarı ilə iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə (bundan sonra – Reyestr Xidməti) qarşı iddiası təmin edilmiş, mübahisəli mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 4 otaqlı, 30 saylı mənzilə Cavabdeh2 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin İdarəyə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında mübahisəli mənzil 30.10.2017-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18.09.2017-ci il tarixdə Bakı şəhəri Xətai rayon prokurorluğunda başlanmış və sonradan aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmiş, «xxxx» MMC-nin təsisçisi X13 və direktoru X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri üzrə aparılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin direktoru X5 qeyd edilən Cəmiyyətin təsisçisi - faktiki rəhbəri X13 ilə 000küçəsi 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 210 k v.m olan 18 №-li mənzilin Cavabdeh1 MMC ilə bağlanmış 20 oktyabr 2010-cu il tarixli müqavilə ilə 152145 manata İddiaçı satıldığını bildiyi halda, X17 000 faizlə borc aldığı pulu təminat kimi göstərilən mənzili yenidən Cavabdeh1 MMC ilə bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilə ilə Cavabdeh2 adına yazılmışdır. Həmin fakt istintaq zamanı şahid qismində dindirilmiş İddiaçı, X2, Cavabdeh2, habelə təqsirləndirilən şəxs qismində dindirilmiş X1 və X8 ifadəsi ilə müəyyən edilmişdir. İstintaq orqanı sübutların qiymətləndirilməsi haqqında 18.09.2017-ci il tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, X18 000 arasında olan münasibətlərin mülki xarakterli olması, sonuncunun İsa Məmmədova müəyyən qazanc qarşılığında 300.000 ABŞ dolları borc verməsi, təminat kimi verdiyi puldan dəfələrlə artıq da şınmaz əmlak əldə etdiyi müəyyən olunduğundan, həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından cinayət təqibinə xitam verilməli və qeyd edilən şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. 03 fevral 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 mübahisəli mənzili Cavabdeh3 satmışdır. Müqavilədə mənzilin satış qiyməti 200000 manat müəyyən olunmuşdur. Eyni tarixdə Cavabdeh3 əri X10 ilə Cavabdeh2 oğlu X9 arasında notariat qaydada bağlanmış 03.02.2018-ci il tarixli kredit müqaviləsində X22 000faizsiz 20000 manat borc verdiyi və sonuncunun həmin borcu 03.02.2019-cu il tarixə kimi ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Mübahisəli mənzil 08.02.2018-ci il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət rey estrində qeydiyyatdan keçmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2-1(81)-4637/2017 saylı qərardadı ilə Məhkəmə özünün 15.09.2017-ci il tarixli qərarını ləğv etmiş və iş üzrə qəbul edilmiş 06 aprel 2018-ci il tarixli qərarla iddiaçı Cavabdeh2 Reyestr Xidmətinə qarşı mübahisəli mənzilə və həmin binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m olan 30 saylı mənzilə dair Cavabdeh2 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin həmin orqana həvalə edilməsi barədə iddiası rədd edilmiş, həmin mənzillərə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və həmin qeydiyyatlar əsasında verilmiş reyestrdən çıxarışların etibarsı z hesab edilməsi qət edilmişdir. Qərar yuxarı məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2018-ci il tarixli, 2(103)5218/2018 saylı qətnaməsi ilə mübahisəli mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınmış, mənzilin sonuncuya təhvil verilməsi vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulmuşdur. Qətnamə mübahisələndirilməmiş və 15.08.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 1(101)-150/2018 saylı hökmü ilə Cavabdeh1 MMC-nin direktoru X3 Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrinə əsasən 11 il müddətinə, təsisçisi X11 həmin Məcəllənin 178.3.2, 308.2 və 313-cü maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəz ası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilə bağlanılan zaman həmin müqavilənin predmeti olan mübahisəli mənzil Cəmiyyətə məxsus olmamış və onun həmin müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Çünki iddiaçı ilə Cəmiyyət arasında bağlanmış 20.10.2010-cu il tarixli müqaviləyə və maliyyə arayışına əsasən həmin mənzil iddiaçıya məxsusdur. Mübahisəli mənzilin daha əvvəl iddiaçıya satılması yuxarıda istinad olunan cinayət işinin istintaqı zamanı da müəyyən edilmiş, bu hal Cavabdeh2 tərəfindən heç vaxt mübahisələndirilməmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 29 may 2018-ci il tarixli qətnaməsi ilə mənzili üzərində iddiaçının sahiblik v ə istifadə hüququ tanınmış, mənzilin sonuncuya təhvil verilməsi vəzifəsi Cəmiyyətin üzərinə qoyulmuşdur. Eyni zamanda cinayət işinin istintaqı zamanı həm Cəmiyyətin rəhbərlərinin, həm də Cavabdeh2 ifadələrində Cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilənin real podrat müqaviləsi olmadığı, tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatını pərdələdiyi etiraf edilmiş, Cavabdeh2 Cəmiyyətdən mənzil tələbinin olmadığını və yalnız borcunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Bu baxımdan Cavabdeh2la Cəmiyyət arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilə Mülki Məcəllənin tələblərinə ziddir, həmin Məcəllənin 337.1 və 340.2-ci maddələrinə əsasən bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Apellyasiya instansiya məhkəməsi Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair bağlanmış 03 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, Cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 22.11.2016-cı il tarixli müqavilə etibarsız olduğu üçün sonuncunun həmin mənzilə dair sahiblik və istifadə hüquqları yaranmamış, o cümlədən onun həmin mənzilə sərəncam vermək hüququ olmamışdır. Cavabdeh2 çıxarış verilməsi barədə qanunsuz məhkəmə aktı və həmin məhkəmə aktı əsasında verilmiş çıxarış da ləğv edildiyindən həmin şəxs mübahisəli mənzilə dair əqdin satıcısı kimi çıxış edə bilməzdi. Buna görə də mübahisəli mənzilin alqı-satqısına dair 03.02.2018-ci il tarixli müqavilə bağlanarkən Cavabdeh2 həmin mənzilə sərəncam vermək hüququ olmamışd ır (belə hüquqa əsas verən sənədlər qanunsuz (etibarsız) olmuşdur). Bu baxımdan həmin əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqddir və bağlandığı andan etibarsızdır. Alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olduğundan onun hüquqi nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrindən alıcının adına verilmiş çıxarış da ləğv edilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 alqı-satqı müqaviləsi üzrə vicdanlı əldə edən hesab oluna bilməz. Çünki sonuncu mübahisəli alqı-satqı müqaviləsini bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir. Belə ki, bağlanmış müqavilədə mübahisəli mənzilin qiyməti 200000 manat müəyyən edilmiş, Cavabdeh3 isə mənzili 220000 manata (bir kvadrat metrinin qiyməti təxminən 1000 manata) al dığını bildirmişdir. Lakin mübahisəli mənzilin yerləşdiyi ərazidə yeni tikilmiş binalarının bir kvadrat metrinin alqı-satqı müqaviləsində göstərilən və ya Cavabdeh3 iddia etdiyi qiymətdən ən azı iki dəfə artıq olduğu hamıya bəlli olan haldır. Apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən də görünür ki, 2019-cu ilin iyun ayına mübahisəli mənzilin qiyməti təxminən 441000 manat təşkil etmişdir. Əgər həqiqətən də Cavabdeh3 real dəyərinin təxminən yarısı qiymətinə mənzili əldə edərkən xoş niyyətli olsaydı, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirərək bunun səbəblərini aydınlaşdıra, mənzili yeni tikilidən aldığı üçün onu hansı şirkət tərəfindən inşa edildiyini, həmin şirkətin inşa etdiyi binalarda bir mənzilin birdən artıq şəxsə sa tıldığı barədə halın mövcud olub-olmadığını asanlıqla müəyyən edə bilərdi. Belə ki, həmin dövrdə mübahisəli mənzili inşa edən Cavabdeh1 MMC-nin rəhbərlərinin barəsində səs-küylü cinayət işi gedir, bu məsələ kütləvi informasiya vasitələrində, o cümlədən, internet informasiya resurslarında işıqlandırılırdı. Bütün bunlara baxmayaraq Cavabdeh3 mübahisəli mənzili real dəyərindən xeyli ucuz qiymətə əldə etmiş, əldə etdiyi mülkiyyətlə bağlı riskləri qiymətləndirmək üçün heç bir addım atmamışdır. Məhkəmə kollegiyası hesab etdir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Cəmiyyətlə həm iddiaçı arasında bağlanmış 20.10.2010-cu il tarixli müqavilə, həm də Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilənin real podrat müqaviləsi olmadığı, tərəflər arasında bağlanmış borc müqaviləsinin təminatını pərdələdiyi məhkəmə ar aşdırması zamanı öz təsdiqini tapmışdır.Buna görə də, həmin müqavilə Mülki Məcəllənin 340.2-ci maddələrinə əsasən bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd olunan əqd əhəmiyyətsiz əqd olduğundan həmin əqdin etibarsızlığı barədə iddiaçının tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlərin şamil olunması mümkün deyildir. Çünki istinad olunan maddənin mənasına görə həmin müddətlər yalnız mübahisələndirilən əqdlərə tətbiq edilir. Buna görə də, məhkəmə kollegiyası Cəmiyyətlə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması və başqa əqdi pərdələmək niyyəti ilə bağlandığı barədə gəldiyi qənaəti əsaslı hesab edir. Cavabdeh2 ilə Cavabdeh3 arasında mübahisəli mənzilə dair bağlanmış 03 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin su byektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asıl ıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki əqd subyektiv tərkibinə aid edilən şərtin pozulması ilə bağlanmışdır. Belə ki, mübahisəli mənzilin alqı-satqısına dair 03.02.2018-ci il tarixli müqavilə bağlanarkən Cav abdeh2 həmin mənzilə sərəncam vermək hüququ olmamışdır (belə hüquqa əsas verən sənədlər qanunsuz (etibarsız) olmuşdur). Bu baxımdan həmin əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqddir və bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası Cavabdeh3 alqı-satqı müqaviləsi üzrə vicdanlı əldə edən olubolmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qe yridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Vicdanlı əldə etmə və reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətç inin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərə flərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (15.09.2014-cü il tarixli Qərar). Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (18.07.2018-ci il tarixli Qərar). Sadalanan hüquqi mövqelərdən göründüyü kimi daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, qeydə bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyridəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Baxılan mübahisə üzrə Cavabdeh3 mübahisəli mənzili əldə edərkən həqiqətən də həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 mübahisəli mənzilin yerləşdiyi ərazidə yeni tikilmiş binalarının bir kvadrat metrinin alqı-satqı müqaviləsində göstərilən qiymətdən ən azı iki dəfə artıq olduğunu bildiyi halda, 000küçəsi, 7-ci mərtəbə, 4 otaqlı, 18 №-li, 210 kv.m mənzili 200.000 manata satın alan zaman xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməmişdir. Bu fakt onda əqdin legitimsizliyi barədə şübhə yaranması üçün kifayət qədər əhəmiyyətli əsas olmuşdur. Buna görə də, sonuncu vicdanlı əldə edən hesab oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə Cavabdeh3 mülki hüquqlarının qorunmasını təmin edərək alqı-satqı müqa viləsi üzrə mübahisəli mənzilin dəyəri qismində Cavabdeh2 verilmiş 200000 manat pulun həmin şəxsdən alınaraq Cavabdeh3 verilməsi, həmçinin borc müqaviləsi üzrə Cavabdeh3, yaxud 20000 manat pulu ödəmiş digər şəxsin həmin vəsaitin qaytarılması ilə bağlı ayrıca iddia qaldırmaq hüququnu izah etmişdir. Hər iki kassasiya şikayətinin vicdanlı əldə edənin hüquqlarının qorunmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş əsaslara görə hazırki işdə sonuncu alıcının vicdanlı olması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hə r bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tə dqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, iş üzrə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instan siyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli 2(103)-7468/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar