Məhkəmə qərarları › İş №2(102)-8033/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8033/2019

26.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8033/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh və vəkili ** qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli, 2(103)-11072/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim İ.Abbasova) 25.06.2019-cu i l tarixli, 2(011)1499/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılma” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 13500 manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə İddiaçı sahibliyində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan köçürülmək hüququna xitam verilməsi və ona məxsus əmlaklarla birlikdə həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, E.Kazımov, İ.Şirinov) 23.08.2019-cu il tarixli, 2(103)-11072/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(011)-1499/2019 nömrəli qətnaməsinin Cavabdeh 13500 manat kompensasiya verilməsi hissəsində dəyişdirilməsi, kompensasiya məbləğinin 16000 manat müəyyən edilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 20.11.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 kompensasiya verilməklə 3 azyaşlı uşaqları ilə birlikdə İddiaçı sahibliyində olan *nömrəli evə Xətai rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qətnaməsi ilə əldə edilmiş olduğu köçürülmək hüququna xitam verilməklə cavabdehə məxs us əmlakın-yorğan, döşək, qab-qaşığın həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X14 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin 11000 manat müəyyən edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X14 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13500 manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları ilə birlikdə İddiaçı sahibliyində olan *saylı evə Xətai rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qətnaməsi ilə əldə edilmiş olan köçürülmək hüququna xitam verilməklə cavabdehə məxsus əmlakın-yorğan, döşək, qab-qaşığın həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili ** qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, *saylı ev özbaşına tikilidir. Cavabdehin keçmiş əri olan Vahid 2018-ci ildə naməlum qaydada iddiaçını həmin evə qeydiyyata aldırmışdır. İddiaçının həmin evə evin rəsmi sənədləri olmadığı halda gözlənilən mülkiyyət hüququnun olmasının qeyd edilməsi başa düşülən deyildir. Apellyasiya məhkəməsi həmçinin uşaqların mənafeyinə zidd olan qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi ilə 3 körpəsi olan anaya 16000 manat kompensasiya verilməklə yeganə yaşayış sahəsindən məhrum edilməsi dövlətin uşaqlara dair siyasətinə nə dərəcədə uyğundur? 16000 manata hazırki iqtisadi çətinlik zamanında 3 körpənin daimi yaşayış sahəsi ilə təmin olunması mümkünsüzdür. Məhkəmə faktiki olaraq 3 körpənin küçədə qalmasına dair qətnamə qəbul etmişdir. Çünki həmin məbləğdə pul uşaqların maddi və yaşayış sahəsinə dair yaranan tələbatlarını ödəmir. Beləliklə, apellyasiya kollegiyası maddi hüquq normalarını pozaraq tətbiqi tələb olunan qanunu tətbiq etməmiş və mübahisənin həllində öz şəxsi mülahizəsinə yol vermişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli 2(103)-11072/2019 saylı qətnaməsinin və bununla bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli qətnaməsinin əsassız hesab olunaraq ləğv edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasın a gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili ** qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddiaçı tərəfindən kompensasiya məbləğinin artırılaraq 20000 olmasına razılıq verildiyini bildirmiş, iddiaçının bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmiş və kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməsini, kompensasiya məbləğinin dəyişdirilərək 20000 manat müəyyən edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh iddiaçının oğlu X4 ilə 2011-ci ildə faktiki nikaha daxil olmuş, bu nikahdan onların 27.06.2012-ci il təvəllüdlü X5, 26.06.2013-cü il təvəllüdlü X6 və 16.10.2015-ci il təvəllüdlü X7 anadan olmuş, 2016-cı ildə münasibətləri pozulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli 2(011)- 931/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər X2 və İddiaçı qarşı azyaşlı uşaqları ilə birlikdə özbaşına inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsindəki 25A saylı evə köçürülməsi qət edilmiş, Cavabdeh üç azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Y.Əliyev küçəsindəki üç otaqdan ibarət özbaşına tikilinin bir otağına yorğan döşəyi və qab-qaşığı ilə köçürülmüşdür. Buna baxmayaraq, cavabdeh uzun müddət mübahisəli evdə yaşamamış, son zamanlarda anası ilə birlikdə köçərək mübahisələrə yaramağa başlamış, həyətə iddiaçını qorxutmaq üçün it bağlamışdır. Mübahisəli ev iki mərtəbəli olmaqla 3 otaqlı, ümumi sahəsi 89.7 kv.m, əsas sahəsi 73.5 kv.m, yardımçı sahəsi 16.2 kv.m olan fərdi yaşayış evidi, həmin evin birici mərtəbəsində yerləşən otaq X8, ikinci mərtəbəsində bir otaq İddiaçı, digər otaq isə arvadı və uşağı ilə iddiaçının oğlu, cavabdehin keçmiş əri X1 istifadəsindədir. Cavabdeh iddiaçını evin birinici mərtəbəsinə bburaxmır. Tərəflər arasında dəfələrlə münaqişə oldu ğundan ailə Xətai rayon polis idarəsinin 37-ci PŞ-də qeydiyyatdadır. Cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razılaşmayaraq, ümumiyyətlə heç bir məbləğlə razılaşmayacağını bildirmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilməsi və kompensasiya məbləğinin artırılması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini iddiaçı tərəfindən apellyasiya baxışı zamanı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilməsi ilə əlaqədar əsaslandırmışdır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab etmişdir ki,hazırkı halda iddiaçı İddiaçı mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malikdir. Bu isə «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşatənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd edilməlidir ki, cavabdeh də həmin evə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərkən, iddia tələbi qanunun analogiyası əsasında təmin edi lmişdir. Köçürülmənin də məqsədi gələcəkdə hazırki cavabdehin təminatla (kompensasiya ala bilməklə) təmin olunmaqla çıxarıla bilməsinin mümkün olması olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu m üddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması gözlənti hüququ olan mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqla rının pozulmasına da gətirib çıxarır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin böl ünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan və sait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olubolmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həya t səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə f ərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almış dır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır Qeyd edilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının təklif etdiyi 16000 manat məbləğində kompensasiya cavabdehə davamlı surətdə və bir neçə il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaş ır və qeyd edir ki, iddiaçının təklif etdiyi 16000 manat kompensasiya məbləğinin cavabdehin azyaşlı övladları ilə davamlı olaraq və müəyyən müddətə oxşar şəraitli mənzillə təmin edilə bilməsi üçün kifayət etməsi apellyasiya araşdırması zamanı müəyyən edilmişdir. Hazırki halda da iddiaçının kompensasiya məbləğini artıraraq 20000 manat məbləğində müəyyən etməsi cavabdehin və onun azyaşlı övladlarının müəyyən müddətə oxşar şəraitli evdə yaşaya bilməsinə daha da əlverişli şərait yaradacağı, yəni onların mənafelərinə daha çox xidmət etməsi nəzərə alınmalı və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə kompensasiya məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilərək 20000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli 2(103)11072/2019 nömrəli qətnaməsi kompensasiya məbləği ilə bağlı hissəsində dəyişdirilsin, kompensasiya məbləği 20000 manat müəyyən edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli 2(103)-110 72/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar