Məhkəmə qərarları › İş №2(102)-8036/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8036/2019

26.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8036/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-8819/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 05.03.2019-cu il ta rixli, 2(004)-322/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər 19 saylı Dövlət Notariat Kontoruna, 3 saylı ASAN Xidmət Mərkəzinin notariusuna, X5, X7, 14 saylı Dövlət Notariat Kontoruna, AR DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi və s.” tələbinə dair iddiaların təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Rəhimov, F.Babayev) 25.06.2019-cu il tarixli, 2(103)-8819/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.03.2019-cu i l tarixli, 2(004)-322/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-8819/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 19 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 saylı Dövlət Notariat Kontorunun 28.10.2015-ci il tarixli 2V-143 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında 06.11.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilin mərh um X6 adına rəsmiləşdirilməsi barədə çıxarışın ləğv edilməsi və həmin əmlaka vərəsəlik qaydasında onların pay hüquqlarının tanınması, "Mersedes Benz E230” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hüququ əsasında mərhum X2 məxsus olan hissəsinə vərəsəlik qaydasında onların pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı1 vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, 3 saylı ASAN Xidmət Mərkəzinin notariusunun, X3, X4 və 14 saylı Dövlət Notariat Kontorunun mülki iş üzrə cavabdeh qismində, Cavabdeh2 isə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə mə hkəməyə müraciət edərək, 19 saylı Dövlət Notariat Kontorunun 28.10.2015-ci il tarixli 2V-143 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında 06.11.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilin mərhum X6 adına rəsmiləşdirilməsi barədə çıxarışın ləğv edilməsi, 3 saylı ASAN Xidmət Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 2V-791 reyestr nömrəli qanun üzrə verilmiş vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilə verilmiş çıxarışın ləğv edilməsi, 14 saylı Notariat Kontorunda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88də yerləşən 19 saylı mənzilin alqı-satqısı barədə bağlanmış 10.11.2018-ci il tarixli müqavilənin ləğv olunması, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilə vərəsəlik qaydasında iddiaçıların pay hüquqlarının tanınması, "Mersedes Benz E230” markalı **CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hüququ əsasında mərhum X2 məxsus olan hissəsinə vərəsəlik qaydasında iddiaçıların pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 saylı Dövlət Notariat Kontorunun 28.10.2015-ci il tarixli 2V-143 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında 0 6.11.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilin mərhum X6 adına rəsmiləşdirilməsi barədə çıxarışın ləğv edilməsi, 3 saylı ASAN Xidmət Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 2V-791 reyestr nömrəli qanun üzrə verilmiş vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilə verilmiş çıxarışın ləğv edilməsi, 14 saylı Notariat Kontorunda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilin alqı-satqısı barədə bağlanmış 10.11.2018-ci il tarixli müqavilənin ləğv olunması, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzilin bütünlükdə qanun üzrə vərəsələr arasında bölünərək, həmin mənzilə 1/3 hissədə İddiaçı1 və 1/3 hissədə İddiaçı2 pay hüquqlarının tanınması, "Mersedes Benz E230” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə mülkiyyət hüququ əsasında mərhum X2 məxsus olan hissəsinə vərəsəlik qaydasında iddiaçıların pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzil – hazırkı mübahisəli miras əmlakı iddiaçıların anaları olan mərhum Allahverdiyeva (Quliyeva) Rəfiqə Kərim qızının mülki yyətində olmuşdur. O, 22.08.1983-cü ildə X11 ilə rəsmi nikaha daxil olmuşdur. 10.04.2015-ci il tarixdə Allahverdiyeva (Quliyeva) Rəfiqə Kərim qızı vəfat etmiş, bundan sonra faktiki olaraq mübahisəli mənzili miras olaraq qəbul etmişlər. 11.02.2018-ci il tarixdə ataları statusunda olan X11 rəhmətə getmiş, onun yas mərasimləri xərclərini iddiaçılar qarşılamışlar. O, rəhmətə getməmişdən əvvəl isə Eldar baba kimi nəvələrini məktəbə aparıb gətirmiş, buna görə iddiaçılar tələbdə göstərilən avtomobili alıb ona vermişlər. Eldarın qardaşı Vaqif evin də, avtomobilin də onun olduğunu və qardaşından ona miras qaldığını bildirəndən sonra iddiaçılara məlum olmuşdur ki, Quliyev Eldar anaları rəhmətə gedəndən sonra mübahisəli mənzili vərəsəlik qaydasında öz adına keçirmiş və həm də bunu onlardan gizlətmişd ir. Eyni zamanda notariat hərəkətləri aparılarkən analarının ondan başqa daha iki vərəsəsinin, yəni oğullarının olduğunu gizlətmiş, müvafiq ərizədə hətta, vərəsələri ortaya çıxarsa miras əmlakı ilə məsuliyyət daşıdığını da qeyd etmişdir. Eldar hər zaman iddiaçıların analarının şifahi vəsiyyətinə əsasən evin nəvələrinə qalacağını bildirmişdir. Bu səbəbdən və həm də mübahisəli mirası faktiki qəbul elədiklərindən iddiaçılar vərəsəliklə bağlı müraciət etməmişlər. Həmçinin qeyd edilməlidir ki, mübahisəli mənzili iddiaçıların anası əvəzsiz şəkildə əldə etdiyi əmlakının satışından əldə olunan vəsait hesabına satın almışdır. Apellyasiya kollegiyası mirasın qəbul edilmə müddətinin iddiaçıların tərəfindən ötürülməsinə istinad etsə də, qeyd edilməlidir ki, iddiaçılar analarından qalan mübahisəli mira s əmlaka faktiki sahibliyi hər kəsə açıq şəkildə nümayiş etdirmişlər. İş materiallarından göründüyü kimi iddiaçıların atalıqları qəsdən iddiaçıları analarına məxsus olan əmlaka miras hüququndan məqsədli şəkildə qanunsuz olaraq məhrum etməkdən ötrü müraciət etdiyi notariat kontoruna yazdığı mirasın qəbulu barədə ərizəsində Quliyeva Rəfiqənin ondan başqa vərəsəsi olmadığını və əgər belə vərəsələr ortaya çıxarsa əmlakı ilə məsuliyyət daşıdığını göstərmiş və bununla da notariat kontoru tərəfindən iddiaçılara müvafiq vərəsəlik işinin açılması barədə bildirişin göndərilməsinin qarşısını almışdır. Apellyasiya kollegiyası göstərilən halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənələrə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)8819/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkilləri Vəkil1, cavabdehlər X10, X12, 19 saylı Dövlət Notariat Kontorunun, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin, 3 saylı ASAN Xidmət Mərkəzinin səlahiyyətli nümayəndələri və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh 14 saylı Dövlət Notariat Kontoru məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)-8819/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X1 Eldar Əjdər oğlu ilə 22.08.1983-cü il ta rixdə nikaha daxil olmuşlar. X8 10.04.2015-ci il tarixdə, 11 fevral 2018-ci il tarixdə isə X11 vəfat etmişdir. M.Quliyeva və E.Quliyev birgə nikah dövründə, yəni 2004-cü il tarixdə M.Quliyevanın adına Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 88-də yerləşən 19 saylı mənzili əldə etmişlər. R.Quliyeva vəfat etdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mübahisəli mənzil 28.10.2015-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. E.Quliyev vəfat etdikdən sonra 28.09.2018-ci il tarixli 2V-791 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, mübahisəli mənzilin ½ hissəsi X3 (E.Quliyevin bacısı), ½ hissəsi isə X4 (E.Quliyevin qardaşı) adlarına qeydiyyatdan keçmişdir. 10.11.2018-ci il tarixli 4Ə-1047 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, müb ahisəli mənzil Cavabdeh2 satılmışdır. Lakin, müqavilə hal-hazırda dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahı dövründə, yəni 10.03.2015-ci il tarixdə “Mercedes Benz” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 adına rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. İddiaçılar analarına aid pay hissəsinə dair miras əmlakının qanunvericiliklə nəzərdə tutulmuş 3 ay ərzində qəbul etməli idilər. Lakin, hə min əmlakı qəbul etmələri və ya mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri ilə müraciət etmələrinə dair məhkəməyə hər-hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Habelə, həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçılar kassasiya ş ikayətində miras əmlakı faktiki olaraq qəbul etmələrini aşkar şəkildə nümayiş etdirdiklərini göstərmiş olsalar da, bu hal iş materialları ilə öz təsdiqini tapmır. İddiaçılar həmçinin bununla bağlı işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarına sübut təqdim edə bilməmişlər. Hazırda da kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqdadır. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2019-cu il tarixli, 2(103)8819/2019 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar