Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-804/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı və X4 cavabdeh X5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Astara Rayon Notariat Ofisi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi, kəndli fermer təsərrüfatı, apellyasiya baxışının hədləri, kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu v ə Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı və X4 cavabdeh X5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Astara Rayon Notariat Ofisi) miras əmlakda payların müəyyən edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi və miras əmlakı vaxtında qəbul etmədiyi üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2449/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 fev ral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Astara rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 20 saylı qərarı ilə Astara rayonunun Şahağacı kəndində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "Hüseynağa" kəndli fermer təsərrüfatının (X8) istifadəsinə ayrılmış, bu barədə JN232 nömrəli Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. "Hüseynağa" kəndli fermer təsərrüfatının Nizamnaməsinə əsasən, təsərrüfat müstəqil hüquqi şəxsdir. Nizamnamə təsərrüfatın başçısı kimi X15 tərəfindən imzalanmışdır. X15 ilə İddiaçı 07 avqust 1956-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların beş uşağı anadan olmuşdur - 1965-ci il təvəllüdlü XXXqızı, 1967-ci il təvə llüdlü X12, 1969-cu il təvəllüdlü X9, 1971-ci il təvəllüdlü X13 və 1973-cü il təvəllüdlü X10. X15 07 avqust 2000-ci il tarixində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı və X12 (bundan sonra – iddiaçılar) X5 (bundan sonra – cavabdeh) qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 10 saylı Lənkəran Ərazi İdarəsi və Astara Rayon Notariat Ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 miras qalmış Astara rayonunun Şahağacı kəndində yerləşən, daimi istifadədə olan 25 hektar torpaq sahəsi və “Hüseynağa” kəndli fermer təsərrüfatının (bundan sonra – miras əmlak) mülkiyyəti üzərində iddiaçıla rın paylarının müəyyən edilməsi, həmin əmlakların iddiaçıların mülkiyyətinə verilməsi, iddiaçılara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Notariat Ofisinə həvalə edilməsi və torpaqdan daimi istifadə hüquqlarının qeydiyyata alınmasının DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə tapşırılması, miras əmlakı vaxtında qəbul etmədiyi üçün vərəsələrdən cavabdehin müddətin keçməsi ilə bağlı mirasdan imtinasının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, XXX öldükdən sonra, onun Astara rayonu Şahağacı kəndində “Hüseynağa” kəndli fermer təsərrüfatı və ona həmin təsərrüfatın daimi rəhbəri kimi Astara rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 20 saylı qərarı ilə daimi istifadəyə verilmiş 25 ha torpaq sahəsi miras qalmışdır. “Hüseynağa” kəndli fermer təsərrüfatının təsdiq olunmuş Nizamnaməsinin 2.5-ci bəndində qeyd olunmuşdur ki, təsərrüfatın üzvü onun tərkibindən çıxdıqda ona məxsus əmlak payını natura və ya pul şəklində almaq hüququna malikdir. Vəfat etdikdə isə ailə üzvlərinin vərəsəlik hüququ vardır. XXX öldükdən sonra “Hüseynağa” kəndli fermer təsərrüfatını iddiaçılar idarə edirlər. Cavabdeh həmin kəndli fermer təsərrüfatının üzvü olmamış və miras əmlakı nə qanun üzrə, nə də ki, faktiki qəbul etməmişdir. XXX ömrünün son günlərinə qədər əri xxx və oğluXXXla bir yerdə yaşamış, birgə təsərrüfat aparmış, mərhuma xəstəlik zamanı iddiaçılar qulluq etmiş və onun müalicəsi üçün lazım olan xərclərin böyük bir qismini iddiaçılar çəkmişlər. Onun vəfatından sonra onun əri Hüseynağa və oğlu Əfqan mirası faktiki qəbul etmiş və mirasın idarə olunmasında iştirak etmişlər. X1, XXXqızı, X13 və X10 mirası nə faktiki, nə də ki, notariat qaydasında qəbul etməmişlər. X9, X13 və X10 mirasdan imtina etmələri barədə notariat qaydasında təsdiq olunmuş ərizə vermişlər, lakin bu imtinanı kiminsə xeyrinə etdiklərini ərizədə göstərməmişlər. Vərəsələr mirasın bölünməsi ilə əlaqədar notariata gəlmədikləri üçün, mirasın məhkəmə qaydasında bölünməsinə ehtiyac yaranmışdır. X2, X7, X13 və X10 qanunun tələbinə əməl etməmiş, mirası qanunla müəyyən olunmuş müddətdə qəbul etməmişlər və altı aylıq müddət bitdiyi üçün bundan sonra mirası qəbul edə bilməzlər. İddiaçılar miras əmlakın bölüşdürülməsinə etiraz etmirlər və həmin əmlakda olan paylarının müəyyən olunmasını, öz paylarının tam şəkildə ayrılmasını istəyirlər. Cavabdeh mir as əmlakdan imtina etməmiş, lakin mirası vaxtında qəbul etmədiyi üçün miras əmlaka iddia edə bilməz, belə halda onun payı da digər vərəsələrə keçir. X9, X13, X10 və X11 mirası vaxtında qəbul etmədikləri üçün onlara da həmin qayda tətbiq olunaraq, paylarına düşən miras əmlak digər vərəsələr arasında bölüşdürülməlidir. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)576/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.İbrahimov) iddia qismən təmin edilmiş, mərhum X6 miras qalmış “Hüseynağa” kəndli fermer təsərrüfatı və həmin təsərrüfata aid Astara rayonu Şahağacı kəndində yerləşən, daimi istifadədə olan 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsələr (iddiaçılar) İddiaçı və X4 payları bərabər qaydada (hər birinin payı ½ hissədə) müəyyən olunmaqla, həmin əmlaklarda onların vərəsəlik hüquqlarının müəyyən edilməsi, bu hüquqların dövlət reyestrində qeydə alınması və miras əmlak üzərində İddiaçı payı “Hüseynağa” kəndli fermer təsərrüfatının yarısı və həmin təsərrüfata aid 25 hektar (ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 12.5 ha (torpaq sahəsinin 1/2 hissəsi), X4 payı “Hüseynağa” kəndli fermer təsərrüfatının yarısı və həmin təsərrüfata aid 25 hektar (ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 12.5 ha (torpaq sahəsinin 1/2 hissəsi) müəyyən olunmaqla, onların adlarına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin DƏDRX-in 10 saylı Ərazi İdarəsinə həvalə edilməsi, iddiaçılara vərəsəlik şəhadətnaməsinin verilməsinin Astara Rayon Dövlət Notariat Kontoruna həval ə edilməsi, miras əmlakı vaxtında qəbul etmədiyi üçün vərəsələrdən cavabdeh X3 müddətin keçməsi ilə bağlı mirasdan imtinasının təsdiq edilməsi qət olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, “Hüseynağa” kəndli fermer təsərrüfatının və həmin təsərrüfatın daimi istifadəsinə verilmiş torpaq sahəsinin qanuni istifadəçisi X8 07.08.2000ci il tarixində vəfatından sonra 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və "Hüseynağa” kəndli fermer təsərrüfatına istifadə hüququ miras əmlak kimi qoyulmuşdur. Mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq əri İddiaçı və oğlu X12 (iddiaçılar) onun birinci növbə vərəsələri kimi qalmışlar və onlar miras əmlakı qəbul etmişlər. X1, X13 və X19 qizi 6 aylıq mirasın qəbulu müddətini buraxdıqlarından mirasdan imtina etmələri barədə notariat orqanına ərizə vermişlər. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar miras qalmış əmlakı qanun üzrə vərəsə kimi faktiki olaraq qəbul etmişlər və mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Onların mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmələri və mərhumun dəfn mərasimlərini təşkil etmələri, torpaq sahəsindən faktiki olaraq istifadə etmələri mirası qəbul etmələri kimi qiymətləndirilməlidir. Belə ki, vərəsələrin konkret hərəkətləri və rəftarları mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1162-ci maddəsinə istinadla qeyd etmişdir ki, işin yuxarıda qeyd olunan hallarına əsasən 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Hüseynağa” kəndli fermer təsərrüfatı üzərində iddiaçıların pay ları bərabər qaydada müəyyən edilməli və bu əmlaklar onların qanuni istifadələrinə verilməlidir. Bundan başqa, Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə olan cavabdehin 07 avqust 2000-ci il tarixdən (mirasın açılma tarixi) susması və mirası nə faktiki, nə də formal olaraq qəbul etməməsi mirasdan imtina kimi qiymətləndirilməli və onun mirasdan imtinası təsdiq olunmalıdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1159.2, 1160, 1243.1, 1243.2, 1246, 1255, 1256, 1262, 1268.1, 1273-1, 1274-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 92-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü madd ələrinə istinadla əsaslandırmışdır. Qətnamədən üçüncü şəxs DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından, qətnamə ləğv olunmalıdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasını təmin edən qurum olaraq 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəmə prosesinə cəlb olunmamış və iddia tələbi ilə bağ lı mühüm əhəmiyyətli faktların araşdırılması məqsədilə aidiyyəti mütəxəssislərin iştirakı təmin olunmamışdır. Eləcə də, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin yerli qurumu və Astara rayon Şahağacı Bələdiyyəsi də hazırkı işə cəlb edilməli olduğu halda cəlb olunmamış, əksinə, aidiyyəti araşdırmalar aparılmadan iddianın təmin olunması barədə qərar qəbul olunmuşdur. “Hüseynağa” kəndli fermer təsərrüfatının fəaliyyət göstərib-göstərməməsi, kəndli fermer təsərrüfatı olaraq hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirib-keçirməməsi, ləğv olunduğu təqdirdə dövlətə borcunun olub-olmaması, təsərrüfatın təsisçilərinin dairəsinin müəyyən edilməsi, həmçinin JN-232 nömrəli Dövlət Aktı ilə kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmiş 25.00 ha torpaq sahəs inin təyinatının və həmin hüquq müəyyənedici sənədə dair Ərazi İdarəsinin mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti üzrə müvafiq qeydlərin aparılıb-aparılmaması kimi əhəmiyyət kəsb edən məsələlər məhkəmə tərəfindən araşdırılmamışdır. Qətnamə icra olunması üçün İdarəyə daxil olduqdan sonra, sözügedən 25.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair dəqiqləşdirilmiş məlumatların əldə olunması məqsədilə, 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinin mütəxəssisi iş üzrə iddiaçıların iştirakı ilə yerində keçirilən müayinə-ölçmə işlərinə cəlb olunmuşdur. Yerində aparılan müayinənin və ilkin JN-232 nömrəli Dövlət Aktı üzrə keçirilən ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, mövcud DWG (xəritə) baza məlumatlarında sözügedən 25.00 ha torpaq sahəsi barəsində aidiyyəti hissədə heç bir qeyd aparılmamışdır. Topoqrafik xəritədə isə sözügedən 25.00 ha torpaq sahəsinin “biçənək” kimi qeyd olunmuş ərazidə yerləşdiyi məlum olmuşdur. Həmçinin, mövcud xəritə baza məlumatlarına əsasən həmin 25.00 ha torpaq sahəsinin ümumilikdə Şahağacı kənd ərazi vahidliyinin sərhədlərindən kənarda yerləşdiyi də aşkar edilmişdir. Eyni zamanda, təqdim olunmuş JN-232 nömrəli Dövlət Aktı üzrə göstərilən sxemlə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə edilən faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqinin mövcud olduğu müəyyən edilmişdir. Mülki qanunvericiliyə əsasən, daşınmaz əmlakın vərəsəlik qaydasında vərəsələrin mülkiyyətinə keçməsi üçün, həmin əmlak miras qoyanın mülkiyyətində olmalıdır. Torpaq sahəsi miras qoyanın mülkiyyətində deyil, məhz “Hüse ynağa” kəndli fermer təsərrüfatının istifadəsində olmuşdur ki, mövcud baza məlumatlarına əsasən həmin torpaq sahəsi dövlət mülkiyyətidir. Dövlət əmlakının özəlləşdirilməsi qaydası “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu sahədə qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir. Lakin qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmayaraq, sözügedən torpaq sahəsinin müvafiq hüquqi əsaslar olmadan özgəninkiləşdirilməsi barədə qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrası Ərazi İdarəsinin imkanları xaricindədir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2092/2020 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnamə si ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və F.Soltanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi şikayətin dəlillərini əsaslı hesab edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, sözügedən torpaq sahəsi mərhum X8 mülkiyyətində olmamış, onun rəhbəri olduğu "Hüseynağa" kəndli fermer təsərrüfatına daimi istifadə üçün ayrılmışdır. Torpaq sahəsi hal-hazırda dövlət mülkiyyətində olmaqla, üzərində hər hansı bir hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ümumiyyətlə təsərrüfatın rəhbərinin ölümü, təsərrüfata aid əmlakların rəhbərin vərəsələrinə keçməsi üçün əsas ola bilməz. Bundan başqa, "Hüseynağa" kəndli f ermer təsərrüfatının özünün hal-hazırda mövcudluğu sual altındadır, belə ki, məhkəməyə iddiaçılar tərəfindən bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Təqdim olunan isə üzərindəki təsdiq olunma tarixi dəqiq bilinməyən Nizamnamədir. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1133, 1151.1, 1159.1.1, 1282.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2041/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi “Hüseynağa” kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsi hesab etmişdir ki, iddianın Astara rayonu Şahağacı kəndində yerləşən 25 ha torpaq sahəsinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçılar 25 ha torpaq sahəsinin mülkiyyət (və ya digər əmlak) hüququ ilə məhz XXXnın adına qeydə alınmasına dair sübutlar təqdim etməmişlər. İşdə olan JN-232 Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktına əsasən, sözügedən torpaq sahəsi "Hüseynağa" kəndli fermer təsərrüfatının istifadəsinə verilmişdir. Odur ki, torpaq sahəsinin miras kütləsinə daxil olmaması barədə apellyasiya məhkəməsinin qənaəti maddi və prosessual hüquq normalarına uyğundur. Bununla belə, məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın "Hüseynağa" kəndli fermer təsərrüfatına aid hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya məhkəməsi iddianın bu qismi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, "Hüseynağa" kəndli fermer təsərrüfatının özünün hal-hazırda mövcudluğu sual altındadır, çünki, məhkəməyə iddiaçılar tərəfindən bununla bağlı hər hansı bir sübu t təqdim edilməmişdir. Təqdim olunan isə üzərindəki təsdiq olunma tarixi dəqiq bilinməyən Nizamnamədir. Kassasiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, "Hüseynağa" kəndli fermer təsərrüfatı yaradıldığı və miras qoyanın öldüyü vaxt qüvvədə olan “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - “Kəndli (fermer) təsərrüfatı haqqında” Qanun) görə, kəndli təsərrüfatı ailə üzvlərinin və onlarla daimi işləyən digər şəxslərin ümumi mülkiyyətində olan istehsal alət və vasitələrinə, əsasən bir ailənin üzvlərinin əməyinə əsaslanan, hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfatçılıq subyektidir. Kəndli təsərrüfatı bir nəfərdən də ibarət ola bilər. Kəndli təsərrüfatının əmlakı, qanunvericilikdə və ya təsərrüfatın üzvlərinin bağladığı müqavilədə başqa h al nəzərdə tutulmadıqda, paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət) hüququ əsasında onun bütün üzvlərinə aiddir. İddiaçılar miras qoyan XXXnın başçısı olduğu "Hüseynağa" kəndli fermer təsərrüfatının Astara Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş Nizamnaməsinin əslini, həmin torpaq sahəsinin "Hüseynağa" kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilməsinə dair, nüsxəsi Astara rayon Torpaq şöbəsində saxlanılan JN232 Dövlət Aktını, habelə torpaq sahəsinə dair Astara rayon Torpaq şöbəsi və X24 Layihə İnstitutunun qaimə (sertifikat) sənədinin əslini məhkəməyə təqdim etmişlər. Bundan əlavə, torpaq sahəsinin "Hüseynağa" kəndli fermer təsərrüfatının rəhbəri olmuş XXXnın ailə üzvlərinin faktiki sahiblik və istifadəsində olması iş üzrə mübahisələndirilməmişdir. Be lə olan halda, "Hüseynağa" kəndli fermer təsərrüfatının sonrakı qeydiyyatının aparılmaması, yaxud aparıldığı halda bu barədə təsdiqedici sənədlərin iddiaçılar tərəfindən təqdim oluna bilməməsi həmin hüquqi şəxsin və onun əmlak aktivinin, bu əmlak üzərində miras qoyanın öldüyü məqamda hüquqlarının mövcud olmaması nəticəsinə gəlmək üçün əsas deyil. Odur ki, iddianın "Hüseynağa" kəndli fermer təsərrüfatına aid hissəsi ilə bağlı iddiaçıların tələb və dəlillərinin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, zəruri olduqda təsərrüfatın qeydiyyatı, əmlak və hüquqi vəziyyəti yoxlanılmalı, XXXnın öldüyü məqamda təsərrüfatının başçısı kimi əmlak hüquqlarının dairəsi, həmin hüquqlar miras kütləsinə daxil olduğu halda miras açıldığı vaxtdan vərəsələrin hüquqları və işin düzgün həl li üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməklə mübahisənin bu hissəsinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə mövqeyini 01.09.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 532, 552-ci, 31.05.2002-ci ilədək qüvvədə olmuş “Kəndli (fermer) təsərrüfatı haqqında” Qanunun 2, 15, 23, 26-cı, MPM-in 14.1, 77.1, 217.2, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(106)-2449/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), S.Mayılov və İ.Əsədov) birinci instansiya məhkəməsinin qətnaməsi mərhum X6 miras qalmış “Hüseynağa” kəndli fermer təsərrüfatına vərəsələr (iddiaçılar) İddiaçı və X4 paylarının bər abər qaydada (hər birinin payı ½ hissədə) müəyyən olunmaqla, həmin əmlaklarda onların vərəsəlik hüquqlarının müəyyən edilməsi, bu hüquqların dövlət reyestrində qeydə alınması və miras əmlak üzərində İddiaçı payının “Hüseynağa” kəndli fermer təsərrüfatının yarısı və X4 payının “Hüseynağa” kəndli fermer təsərrüfatının yarısı müəyyən olunmaqla, onların adlarına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin DƏDRX-in 10 saylı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti həmin hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə iddiaçılar "Hüseynağa" kəndli fermer təsərrüfatının başçısı mərhum X8 miras əmlakı sayılan "Hüseynağa" kəndli fermer təsərrüfatına sahiblik və idarə e tməklə mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Mirasın qəbulu ilə bağlı vərəsələr mübahisə açmamış və miras əmlakla bağlı hər hansı tələb irəli sürməmişlər. X9, X13 və XXX qızı mirasın qəbulu müddətini buraxdıqlarından notarial qaydada ərizə verərək mirasdan imtina etdiklərini göstərmişlər. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1159.1.1, 1243.2, 1243.3, 1262-ci, MPM-in 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən üçüncü şəxs DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsi (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rəd d olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə MPM-in 420-ci maddəsinə əməl etməmiş, kassasiya məhkəməsinin göstərişlərini yerinə yetirməmiş, kəndli fermer təsərrüfatının qeydiyyatını, əmlak və hüquqi vəziyyətini yoxlamamış, əmlak hüquqlarının dairəsini müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçılara vərəsəlik şəhadətnaməsinin verilməsinin Astara rayon Dövlət Notariat Kontoruna həvalə edilməsi, miras əmlakı vaxtında qəbul etmədiyi üçün vərəsələrdən Cavabdeh müddətin keçməsi ilə bağlı mirasdan imtinasının təsdiq edilməsi qət olunmuş, lakin apellyasiya instansiyası məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbləri təmin olun mamışdır. Ali Məhkəmənin əvvəlki qərarı ilə həmin hissələrdə apellyasiya məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, Cavabdeh mirasdan imtinası təsdiq edilməmişdir. Deməli, sonuncu da vərəsə kimi pay bölgüsündə iştirak etməli olmuşdur, lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi buna məhəl qoymamış, vərəsə kimi ancaq iki nəfəri göstərmişdir. Bundan başqa, iddiaçıların 25 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilməsi hissəsində Ali Məhkəmənin Mülki kollegiyası iddiaçıların kassasiya şikayətini təmin etməmişdir, belə olan halda apellyasiya instansiyası məhkəməsi “onların adlarına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi” dedikdə nəyi nəzərdə tutduğunu aydınlaşdırmamışdır, yəni reyestrdə nəyə istifadə hüququnun qeydiyyatdan keçirilməli olduğu aydın deyildir. Nəzərə alınmalıdır ki, 1) 25 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması; 2) üzərində hər hansı bir hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi; 3) həmin torpaq sahəsinin miras kütləsinə daxil olmaması kassasiya instansiyası məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarında əks olunmuş, iddiaçıların kassasiya şikayəti həmin hissələrdə təmin edilməmişdir. Deməli, həmin hissələr yeni apellyasiya baxışının predmeti olmamışdır. Beləliklə də, DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin həvalə edilməsi yol verilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı üçüncü şəxsin şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə Maddə
528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (madd ə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etira zlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (maddə 372.6). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar (maddə 392.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir (maddə 419.1). Qərar qəbul edildiyi andan qüvvəyə minir (maddə 419.4). Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir (maddə 420). Kassasiya instansiyası məhkəmə sinin mövqeyi Baxılan iş üzrə iddia ərizəsi bir neçə hissədən ibarətdir: 1) mərhum X6 miras qalmış Astara rayonunun Şahağacı kəndində yerləşən, daimi istifadədə olan 25 hektar torpaq sahəsinin üzərində iddiaçıların paylarının müəyyən edilməsi, həmin əmlakın iddiaçıların mülkiyyətinə verilməsi, iddiaçılara həmin əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Notariat Ofisinə həvalə edilməsi; 2) mərhum X6 miras qalmış “Hüseynağa” kəndli fermer təsərrüfatının mülkiyyəti üzərində iddiaçıların paylarının müəyyən edilməsi, həmin əmlakların iddiaçıların mülkiyyətinə verilməsi, iddiaçılara həmin əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Notariat Ofisinə həvalə edilməsi; 3) miras əmlakı vaxtında qəbul etmədiyi üçün vərəsələrdən cavabdehin müddətin keçməsi i lə bağlı mirasdan imtinasının təsdiq olunması. Birinci instansiya məhkəməsi iddianı tam təmin, işə ilk dəfə baxmış apellyasiya instansiyası məhkəməsi isə tam rədd etmişdir. Əvvəlki kassasiya baxışının nəticəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Hüseynağa” kəndli fermer təsərrüfatına aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsi hesab etmişdir ki, iddianın Astara rayonu Şahağacı kəndində yerləşən 25 ha torpaq sahəsinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi düzgün, "Hüseynağa" kəndli fermer təsərrüfatına aid hissəsində yanlış nəticəyə gəlməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Astara rayonu Şahağacı kəndində yerləşən 25 h a torpaq sahəsinə (tələbin birinci hissəsi) aid hissədə dəyişdirilmədən saxlanılmış və MPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarının qəbul edildiyi andan qüvvəyə minmişdir. Eyni zamanda "Hüseynağa" kəndli fermer təsərrüfatına aid hissəsində işi yeni baxışa göndərən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinə MPM-in 420-ci maddəsinə əsasən icrası məcburi olan göstərişlər (iddianın "Hüseynağa" kəndli fermer təsərrüfatına aid hissəsi ilə bağlı iddiaçıların tələb və dəlillərinin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, zəruri olduqda təsərrüfatın qeydiyyatı, əmlak və hüquqi vəziyyətini yoxlamaq, XXXnın öldüyü məqamda təsərrüfatının başçısı kimi əmlak hüquqlarının dairəsi, həmin hüquqlar miras kütləsinə daxil olduğu halda miras açıldığı vaxtdan vərəsələrin hüquqları və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halları müəyyən edilməklə mübahisənin bu hissəsinə qanunvericiliyə uyğun hüquqi qiymət vermək) vermişdir. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mərhum X6 miras qalmış “Hüseynağa” kəndli fermer təsərrüfatına vərəsələr (iddiaçılar) İddiaçı və X4 paylarının bərabər qaydada (hər birinin payı ½ hissədə) müəyyən olunmaqla, həmin əmlaklarda onların vərəsəlik hüquqlarının müəyyən edilməsi, bu hüquqların dövlət reyestrində qeydə alınması və miras əmlak üzərində İddiaçı payının “Hüseynağa” kəndli fermer təsərrüfatının yarısı və X4 payının “Hüseynağa” kəndli fermer təsərrüfatının yarısı müəyyən olunmaqla, onların adlarına istifadə hüququ ü zrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin DƏDRX-in 10 saylı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlamışdır. Qətnamənin məzmunundan belə çıxır ki, apellyasiya instansiyası məhkəməsi yenidən kəndli fermer təsərrüfatına ayrılmış torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin DƏDRX-in 10 saylı Ərazi İdarəsinə həvalə etməklə kassasiya instansiyası məhkəməsi tərəfindən artıq dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmiş hissəsinə yenidən qiymət vermişdir. Bununla yanaşı, işə yenidən baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmamış, iddia tələbinin miras əmlakı vaxtında qəbul etmədiyi üçün vərəsələrdən cavabdehin müddəti n keçməsi ilə bağlı mirasdan imtinasının təsdiq olunması barədə hissəsinə (3-cü hissə) ümumiyyətlə münasibət bildirməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi mübahisəyə qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Halbuki iş üzrə miras qoyan X8 07 avqust 2000-ci il tarixdə öldüyü işin mübahisəsiz halıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsində qeyd olunurdu ki, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Beləliklə, baxılan iş üzrə X8 mirası üzrə vərəsəlik hüquq münasibətləri onun öldüyü 07.08.2000-ci il tarixdə yarandığı üçün həmin şəxsdə n qalan miras əmlakla bağlı mübahisə də 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya baxışının hədləri çərçivəsində kassasiya instansiya məhkəməsinin əvvəlki məhkəmə tərkibinin verdiyi və bu Qərarda ifadə edilmiş göstərişlərə uyğun olaraq yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya ş ikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2449/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.