Məhkəmə qərarları › İş №2(102)-807/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-807/2019

13.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-807/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il iş № 2(102)- 807 /19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh2 və onun vəkili EQnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrli k edən hakim A.Əliyev, 2(005)-657/2018 saylı mülki iş) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti və X4 qarşı mənzilin əvəzlənməsinə dair müqavilə bağlanması tələbinə dair iddiası təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və R.Qurbanov, 2(103)-6357/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-657/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti və X4 qarşı mənzilin əvəzlənməsinə dair müqavilə ba ğlanması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2vin 42 kv.m sahəyə malik 8 saylı mənzilin köçürülmə və inşaat işləri ilə əlaqədar pilot layihəni icra edən Cavabdeh1 MMC ilə mənzilin (əmlakın) mülkiyyət hüququ üzrə sahibi İddiaçı arasında mənzilin əvəzlənməsinə dair müqavilə bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə müraciət edərək, iddia ərizəsi üzrə ünvan 2vin 42 kv.m sahəyə malik 8 saylı mənzilində müvəqqəti olaraq məskunlaşmış, hazırda orada yaşayan X3 ailə üzvlərini iddia ərizəsi üzrə cavabdeh qismində mülki iş üzrə tanınmaqla işə cəlb edilməsini və ünvan 2vin 42 kv.m sahəyə malik 8 saylı mənzilin köçürülmə və inşaat işləri ilə əlaqədar pilot layihəni icra edən "Cavabde h1” MMC ilə mənzilin (əmlakın) mülkiyyət hüququ üzrə sahibi İddiaçı arasında mənzilin əvəzlənməsinə dair müqavilə bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək ÜNVANin 8 saylı mənzilini özbaşına, heç bir normativ sənəd olmadan, 9 saylı mənzilə qatmaqla 42 kv.m sahəli 8 saylı mənzili, 9 nömrəli mənzil adı ilə 26.09.2017-ci il tarixdə "Cavabdeh1" MMC ilə digər cavabdeh (məcburi köçkün X2 həyat yoldaşı) Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini, sənədləri saxtalaşdırmaqla, başqasının əmlakını varlanmaq məqsədilə ələ keçirməklə əlaqədar olan hərəkətlərdə Azərbaycan Respublikası CM-nin müvafiq normaları ilə tövsif olunan cinayət əlamətləri olduğundan - bununla əlaqədar xüsusi qərardad qəbul edib prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı birinci instansiya məhkəməsinə iddianın həcminin artırılması və dəqiqləşdirilməsi qaydasında iddia ərizəsinə əlavə təqdim edərək, Nərimanov Rayon icra Hakimiyyətinin 20 may 2008-ci il tarixli 220 saylı “ÜNVANin boşalmış 8-ci mənzilinin vətəndaşı X7 yaşadığı mənzilə birləşdirilməsi” barədə Sərəncamı və Nərimanov rayon İcra Hakimiyyətinin 18.08.2008-ci il tarixli 405 saylı “ÜNVANin 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, vətəndaş X5 və vətəndaş X11 ilə ayrıca icarə müqavilələrinin bağlanması” barədə sərəncamların etibarsız hesab edilməsi və Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamları əsasında Qarabağ küçəsi, ev 46, mənzil 9-un Cavabdeh2 adına qeydiyyatdan keçirilməklə mülkiyyətinə verilməsinə dair dövlə t reyestrindən çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili EQ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 36 nömrəli MİK-in 06.01.1989-cu il tarixli arayışın notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, Nərimanov Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13.05.1988-ci il tarixli 12/233 saylı qərarına əsasən Mahmudov X1, 46 saylı evdə yerləşən siyahıdan silinmiş 8 saylı mənzildə qeydiyyatsız yaşayır. Nərimanov Rayonu Xalq Deputatları Soveti İcr aiyyə Komitəsinin 13.05.1988-ci il tarixli 12/233 saylı qərarının notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, Spandaryan küçəsi, 42 saylı evin birinci mərtəbəsinə yerləşən 4 mənzilin - 6,7,8, 9 saylı mənzillərin bərpa olunmaq üçün Leytenant Şmidt adına zavoda, Spandaryan küçəsi, 42 saylı evdə yerləşən iki ədəd bir otaqlı mənzillərin və ÜNVAN1 yerləşən bir otaqlı mənzili 8 saylı trestə; ÜNVAN2 yerləşən iki ədəd - bir otaqlı mənzillərin və B.Dadaşov küçəsi, 8 saylı evdə yerləşən (bir) bir otaqlı mənzilin “Elektrosentrolit” zavoduna; ÜNVAN3də yerləşən bir mənzil - Soyuducular zavoduna verilməsi qərar alınmışdır. İddiaçı ilə X9 arasında bağlanmış müqavilənin surətindən görünür ki, ünvan 2vin, 8 saylı mənzil Füzuli şəhərindən qaçqın düşmüş, yaşayış yerini tərk etmiş X6 beş nəfər ailə üzvü ilə birlikdə yaşaması üçün müvəqqəti yaşamağa vermişdir. İddiaçı tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına, Nərimanov Rayon icra Hakimiyyətinin Başçısına və Cavabdeh1 MMC-nin sədrinə ünvanlandığı ərizələrdən görünür ki, ünvan 2vin, 8 saylı mənzilin sahibi kimi onunla müqavilə bağlanmasına və lazımı sənədləri qəbul etmək üçün göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 46, mənzil 9 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1075 nömrəli reyestr kitabının 97050 nömrəli vərəqində, 19.12.2009-cu il tarixdə qeydiyyata alınmışdır. 26.09.2017-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 MMC-i Cavabdeh2 ünvan 2vin, 9 saylı mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirilməsi mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə tam təmirli mənzili Cavabdeh2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Nərimanov Rayon İcra Hakimiyyətinin 18/17 saylı ayrıc aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının 02.08.2017-ci il tarixli 327 №-li sərəncamı ilə Nərimanov Rayonu Ə.Dəmirçizadə küçəsi və Qarabağ küçəsi kəsişməsində 0,468 ha torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavab deh1 MMC-nə verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 115 №-li 18.03.2008-ci il tarixli sərəncamından görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 3 otaqlı yaşayış sahəsi 44 kv.m olan 4-cü mənzilinin yaşayış sahəsinin bölünməsi, Nərimanov RİH-nin 14.07.2004-cü il tarixli 435 saylı sərəncamı ilə Qarabağ küçəsindəki 46 №-li evin 4-cü mənzilinə birləşdirilmiş olan 1 otaqlı yaşayış sahəsi 17,5 kv.m olan 9-cu mənzilinə ailə tərkibi 3 nəfər olmaqla X11 ilə ayrıca icarə müqaviləsi bağlanması qərar alınmışdır. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 220 №-li 20.05.2008-ci il tarixli sərəncamından görünür ki, Qarabağ küçəsindəki boşalmış birotaqlı yaşayış sahəsi 21,1 kv.m olan 8-ci mənzilin yaşayış sahəsi həmin mənzilə bitişik və X7 icarədarı olduğu qonşu bir otaqlı yaşayış sahəs i 17,5 kv.m olan 9-cu mənzilinə birləşdirilməsi qərar alınmışdır. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 405 №-li 18.08.2008-ci il tarixli sərəncamından görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin iki otaqlı yaşayış sahəsi 38,6 kv.m olan 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, sahəsi 21,1 kv.m olan qismən şəraitli yaşayış otağı X7 istifadəsində saxlanılması qərar alınmışdır. DƏDRX Bakı Ərazi İdarəsinin 16.01.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 2vin, 8 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat idarənin arxivində aşkar edilməmiş, ünvan 2vin, 9 saylı mənzilin Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. 19.06.2009-cu il tarixli ərizədən görünür ki, X8 ünvan 2vin, 9 saylı mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etməmişdir. Nərimanov Rayon Polis İdarəsinin 12.02.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Xanlarova (İsmayılova) Mehriban Çingiz qızı 28.04.2008-ci ildə şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 46 nömrəli evin, 9 saylı mənzilinə 36 saylı MKİS-in verdiyi forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. Qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 06.02.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 elektron məlumat bazasında mövcud məlumatlara əsasən 20.08.2005-ci il tarixində X8 ilə nikaha daxil olmuş, tərəflərin nikahından 2007-ci il tarixdə X14 və 2009-cu il tarixdə X12 doğulmuşdur. Sosial Tikinti ASC-nin (8 saylı Trestin 87 saylı Tl-nin hüquqi varisi) 09.0 3.2018-ci il tarixli arayışından görünür ki, Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin 13.05.1988-ci il tarixli 12/233 saylı Qərarına əsasən 8 saylı Trest üçün Qarabağ (Spandaryan) küçəsi, ev 46-da 8 saylı 1 otaqlı ev ayrılmışdır. 8 saylı Trestin Həmkarlar Komitəsi və müdiriyyətin qərarı ilə həmin 1 otaqlı mənzil İddiaçı növbəlik qaydasında verilmiş və buna dair həmin vaxt sənədlər 36 saylı MİS-ə təqdim olunmuşdur. 8 saylı Trest özəlləşdirməklə ləğv olunduğu üçün, həmin trestin arxiv sənədlərini aşkar etmək mümkün deyildir. Həmin vaxt müvafiq sənədlər 36 saylı MİS-ə təqdim olunmuşdur. Bu səbəbdən də 36 saylı MİS 8 saylı mənzillə əlaqədar İddiaçı xidmət idarəsinə təqdim etmək üçün 06.01.1989-cu il tarixdə arayış verilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Nərimanov Rayon İc ra Hakimiyyəti Başçısının 220 №-li 20.05.2008-ci il tarixli sərəncamına əsasən Qarabağ küçəsindəki boşalmış bir otaqlı yaşayış sahəsi 21,1 kv.m olan 8-ci mənzilin yaşayış sahəsi həmin mənzilə bitişik və X7 icarədarı olduğu qonşu bir otaqlı yaşayış sahəsi 17,5 kv.m olan 9-cu mənzilinə birləşdirilməsi qərar alınmış, daha sonra 405 №-li 18.08.2008-ci il tarixli sərəncama əsasən Qarabağ küçəsindəki 46 №-li evin iki otaqlı yaşayış sahəsi 38,6 kv.m olan 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, sahəsi 21,1 kv.m olan qismən şəraitli yaşayış otağı X7 istifadəsində saxlanılması qərar alınmışdır. Mübahisələndirilən ünvan 2vin, 9 saylı mənzili Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İddiaçı 12.12.1979-cu ildən 01.05.1995-ci il tarixədək müddətdə 8 saylı trestdə müx təlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə də ona Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzil verilmişdir. Lakin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş 13.05.1988-ci il tarixli Sərəncamda qeyd edilən mənzilin o zaman mövcud olmuş “8 saylı trestə” verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən onun həmin tarixdə mənzil növbəsində olması, mənzil növbəsi əsasında ona qeyd edilən mənzilin təqdim olunması barədə qərar və ya orderin verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bütün bunları isə iddiaçı arxivin məhv olması ilə izah etmişdir. İddiaçı Sosial Tikinti ASC-nin (8 saylı Trestin 87 saylı Tİ-nin hüquqi varisi) 09.03.2018-ci il tarixli arayışını məhkəməyə təqdim etmiş və qeyd olunan mənzilə hüququ olmasını əsasland ırmağa çalışmışdır. Lakin iddiaçı Sosial Tikinti ASC-nin 8 saylı Trestin 87 saylı Tİ-nin hüquq varisi olmasını, ümumiyyətlə belə bir arayışın hüquqi əsasını məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 8 saylı trestdə mənzil növbəsində olmaqla Bakı şəhəri, Ə.Naxçıvani küçəsi ev 44, mənzil 102-ni əldə etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 13.05.1988-ci il tarixdən 1993-cü ilin noyabr ayının axırına kimi 4 nəfər ailə üzvü ilə birlikdə Qarabağ küçəsində yerləşən 46 saylı evin 8 saylı mənzilində yaşamışdır. Lakin iddiaçı bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. ünvan 2vin, 8 saylı mənzildə 1993-cü ildən Füzuli şəhərindən məcburi köçkün olan X9 beş nəfər ailə üzvü ilə birlikdə yaşamışdır. Sonradan Nərimanov Rayon İc ra Hakimiyyəti Başçısının müvafiq sərəncamları əsasında ünvan 2vin, 9 saylı mənzili Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Hazırda da həmin mənzil onun mülkiyyətindədir. Qeyd olunan ərazidə aparılan tikinti yenidənqurma işləri ilə bağlı həmin mənzildə daxil olmaqla bina sökülmüş və binanın bütün sakinlərinə, eləcə də mübahisələndirilən mənzilə mülkiyyət hüququ olan Cavabdeh2 ilə müqavilə bağlanılaraq ona mənzil verilməsi öhdəliyi Cavabdeh1 MMC tərəfindən üzərinə götürülmüşdür. İddiaçı ünvan 2vin, 8 saylı mənzilinə hər hansı hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı ünvan 2vin, 8 saylı mənzilə dair hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar