Məhkəmə qərarları › İş №2(102)-807/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-807/2023

16.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-807/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-807/2023 ( Açar sözlər: əsassız hesablanmış borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(103)-6268/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

2. Mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadəyə görə öz adına olmaqla 28 aprel 2020-ci il tarixdə Natek G4 markalı qaz sayğacı quraşdırılmışdır.

3. Abonentin saldosuna əsasən təbii qazdan istifadəyə görə İddiaçı ümumilikdə 2022-ci ilin aprel ayınadək olan dövrdə 7053 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 7053 manat borcun si linməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadəyə görə yaranan borcları aybaay gecikdirmədən ödəmiş və qaz sayğacına hər hansı kənar müdaxilə etməmişdir. Cavabdehin 17 may 2022-ci il tarixli abonentin saldosuna əsasən yaşadığı ünvan üzrə tərtib olunan akt üzrə qaz sərfiyatına görə aprel 2022-ci il tarixədək qanunsuz və əsassız olaraq 7053 manat borc hesablanmışdır. Belə ki, tərtib olunmuş akt üzrə iddiaçı heç bir baxışda iştirak etməmişdir və hesablanmış borcun nə əsasla yaranması iddiaçıya məlum deyildir.

6. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən 2018-ci ilin iyun, avqust, oktyabr, noyabr aylarında tərtib edilmiş aktlarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ünvand a sayğacdankənar təbii qazdan istifadə olunmuşdur.

7. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş yerli baxışa əsasən ünvan 1 ünvanında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4416/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün aparılmış hesabatın nəticəsində hesablanmış 7053 manat məbləğində borcun iddiaçıdan tələb edilməsi halı məhkəmə araşdırılması za manı və ünvana keçirilmiş yerli baxış nəticəsində öz təsdiqini tapmamışdır.

10. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”na əsasən qeyd edir ki, cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür.

11. Məhkəmə tərtib olunmuş aktları qanunsuz hesab edərək, həmin aktlar əsasında hesablanmış borcu əsassız sayaraq qeyd edir ki, qeyd edilən aktlar iddiaçı tərəfindən imzalanmamışdır.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsa ssız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan əsassız hesablanmış cərimənin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya əsassız olaraq hesablanmış 7053 manat məbləğində borc silinməlidir.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdi r.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 27 sentyabr 2022-ci il tarix li, 2(103)-6268/2022 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iddia tələbi qismən təmin edilərək ünvan 1 ünvanı (Abonent kodu: **********00002) üzrə iddiaçıya hesablanmış 5866,60 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadəyə görə iddiaçıya 7053 manat borc hesablanmışdır. Lakin iş materiallarında cavabdehin iddiaçının adına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halını təsdiq edən 4 akt mövcuddur ki, bu aktlarda da yaranmış borcun məbləği cəmi 469,20 (46.80+134.40+230.40+57.60) manat təşkil edir.

18. Həmç inin birinci instansiya məhkəməsi «abonent saldosu» adlanan sənəddən sayğacdan istifadəyə görə iddiaçının 717,70 (7053 (ümumi borc)-6335.30 (ümumi aktlar üzrə hesablanmış məbləğ) manat borcu olmasına da diqqət yetirməmişdir.

19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin əsası kimi istinad etdiyi yerində müayinənin nəticələrinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin vaxt müayinə zamanı sayğacdan kənar xətt olmaması müşahidə oluna bilərdi. Lakin bu xüsusi bilik tələb edən sahə olduğundan bu müayinə mütəxəssisin iştirakı ilə həyata keçirilməli və ya müvafiq ekspetirza təyin edilməsi məsələsi müzakirə edilməli idi. Buna əsasən kollegiya yerində müayinənin nəticələrini iddianın tam əsaslı olması baxımından qiymətləndirilməsi olan sübut növü kimi qiymətləndirmir.

20. B elə ki, sayğacdan kənar qaz xəttinin çəkilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”na müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırması ilə yanaşı həyata keçirilməli olan tədbirlərdən biri də həmin halın baş verməsini təsdiq edən müvafiq aktın tərtib edilməsidir ki, iş materiallarında da bu aktlardan 4-ü mövcuddur və yuxarıda qeyd edildiyi kimi bu aktların məzmunu iddiaçının sayğac göstəricisinə əsasən borcundan kənar, 6335.30 manat ( 7350- 717,70= 6335,50) borcu olmasını təsdiq etmir.

21. Məhkəmə kollegiyası iddiaçının sayğacdan kənar qoşulma halını təsdiq edən 4 akta əsasən 469,20 manat borcu yaranması qənaətinə gələrkən onun kollegiyanın iclasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində özünün deyil, qızının yaşadığını, sayğacdan kənar xəttin həqiqətən də mövcud olmasını, lakin bunun kim tərəfindən, hansı məqsədlə edilməsini bilmədiyi barədə izahatını nəzərə alaraq hazırkı vəziyyətdə müvafiq ekspertiza təyin edilməsini məqbul saymır. Belə ki, iddiaçı özü izahatında sayğacdan kənar xətt olması faktını etiraf etmişdir.

22. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları əsasında yaranmış borcun iddiaçının «abonent saldosu» adlanan sənəddə əks edilməsi ondan dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsi üçün kifayət etmir. Belə ki, hər bir borcun tələbinin əsasını təsdiq edən süb ut növü olmalıdır.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməli olması qənaətinə gələrkən iddiaçının sayğacdan istifadəyə görə 717,70 manat borcu və təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halını təsdiq edən 4 akta əsasən 469,20 manat (717,70+469,20= 1186.40 manat) borclarının olmasını nəzərə almamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 385.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassator şikayətini maddi hüquq normalarının pozuntusu kimi Mülki Məcəllənin 385.1, 448.2-ci maddələrinə və “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə, prosessual hüquq normalarının pozuntusu kimi Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 217.3, 88, 152.1.2-ci maddələrinə, həmçinin məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərə münasibətdə Azərbaycan Republikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarına istinad edərək əsaslandırmışdır.

27. Mülki Məcəllənin 385.1-ci maddəsinə istinadən qeyd edir ki, iddiaçı müqavilə öhdəlikləri üzrə 05/2020-ci il tarixdən 04/2022-ci il tarixə kimi qaz sayğacı vasitəsilə təbii qazdan i stifadə etdiyi 947.04 manat məbləğində borcunu ödəməmiş, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının sayğac vasitəsilə sərf etdiyi borc məbləğini düzgün müəyyən etmədən qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

28. Mülki Məcəllənin 448.2-ci maddəsinə istinadən qeyd edir ki, iddiaçı özünəməxsus fərdi yaşayış evində ayrı-ayrı vaxtlarda təbii X2nı pozaraq qaz xəttinə küstar üsulla özbaşına qoşulmaqla qazdan qanunsuz istifadə etmişdir. Bu halı iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatda da etiraf etmişdir. Nəzərə alınsa ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, apellyasiya instansiyası məhkəməsi «iddiaçıya məxsus ünvanda sayğacdan kənar qaz xəttinin məhz hansı tarixdən hansı tarixə kimi mövcud olmasını» iş materiallarını ətraflı araşdırmaqla dəqiq müəyyən etməli idi. Bu halın müəyyən edilməsinə baxmayaraq borcun 5866,60 manat hissəsinin silinməsi, məhkəmə tərəfindən gəlinmiş düzgün hüquqi nəticə deyildir və qəbul edilmiş qətnamə qanuni hesab edilməməlidir. 29. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə istinadən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən dövlət büdcəsinə 88,66 manat məbləğində dövlət rüsumunun ödənilməsi öhdəliyini qoymuşdur. Belə ki, qətnamə ilə silinməsi müəyyən edilmiş 5866,60 manat borca görə cavabdeh tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilməli olan dəqiq məbləğ, istinad edilmiş qanunun tələblərinə əsasən 78,66 manat olmalı idi.

30. Mülki Prosessual Məcəllənin 77.1-ci mad dəsinə istinadən qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində özünəməxsus fərdi yaşayış evində özünün deyil qızının yaşadığını, ünvanda sayğacdan kənar xəttin həqiqətən də mövcud olmasını etiraf etmiş, bunun əsasında cavabdehi müvafiq iş üzrə sübutetmə yükündən azad etmişdir.

31. Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinə istinadən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin qaz xəttinə qanunsuz qoşulması faktını müəyyən etdikdən sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 4 akt üzrə hesablanmış məbləğin cəmini (469.20 manat) cavabdeh tərəfindən hesablanmış əsaslı borc hesab etməklə həmin hissədə iddiaçının tələbini təmin etməmiş, geridə qalan borcun məhkəməyə təqdim edilməmiş hissəsinin yaranma mənbəyinə münasibətdə isə həmin məbləğin hesabla nmasını əsassız hesab edərək bütün borcu qanunsuz olaraq tam silmişdir. Cavabdehə vurulmuş maddi zərərin əvəzinin müəyyən edilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin araşdırması, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş yalnız 4 akta münasibətdə yekunlaşmışdır. Bununla mövcud borcun geri qalan qisminin yaranma əsası və mənbəyi olan aktların məhkəməyə təqdim olunmasını tərəflərə təklif etməmiş, iddiaçı tərəfindən mübahisələndirilməyən və iş materiallarına əlavə edilməmiş aktlara münasibətdə hesablanmış borcun böyük bir qismini qanunsuz olaraq silməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.

32. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə istinadən qeyd edir ki, iddia ərizəsini şəxsən özü imzalamamış, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs – iddiaçının nümayəndəsi X4 tərəfindən imzalanmış və bu şəkildə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Heç bir instansiya məhkəməsi isə sənədlərin tədqiqatını aparmadığından iddia ərizəsindəki bu hala diqqət yetirməmiş, iddia ərizəsinin həqiqətən də iddiaçı tərəfindən şəxsən imzalanıb - imzalanmamış olmasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi göstərilən əsasla iddia ərizəsini geri qaytarılmalı olduğu halda iddia ərizəsini baxılması üçün icraata qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu halı müəyyən edərək iddia tələbini baxılmamış saxlamalı olduğu halda prosessual qaydaları pozmaqla qətnamə qəbul etmişdir.

33. Mülki Prosessual Məcəllənin 217.3-cü istinadən qeyd edir ki, məhkəmə riyazi hesablamada səhvə yol vermişdir. Belə ki, iddiaçının abonent hesabından 5866,60 manat deyil, 5866,10 (7053 manat məbləğində ümumi borc - 1186.90 məbləğində əsaslı borc = 5866,10 manat məbləğində silinməli borc) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan riyazi hesablamada yol verilmiş səhv, cavabdehin mənafeyinə zidd qəbul edilməli və qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamış kimi başa düşülməlidir.

34. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə istinadən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının abonent hesabına borcun hesablandığı müddət ərzində iddiaçının qaz sayğacından istifadəsi üzrə nə qədər ödəniş edib-etməməsini araşdırmamış, cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi həmin dəlilə ümumiyyətlə hüqu qi qiymət verməmişdir. Halbuki bu hal və ona qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

35. Məhkəmə sadalanan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, Ali Məhkəmənin göstərişlərinə, eləcə də araşdırılan sübutlara düzgün hüquqi qiymət verməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 21.11. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi ni tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 40. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.

41. Həmin Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

42. Həmin Qanunun 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 43. 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edil ir. 44. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 45. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 46. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olu nur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 417.1.2. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın lə ğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirildiyin dən, məhkəmə aktı iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilsə də, iddiaçının sayğac üzrə borcunun məbləği düzgün müəyyən edilməmişdir, buna görə də, qətnamə dəyişdirilməlidir.

61. Belə ki, apellyasiya məhkəməsi iş materiallarında mövcud olan təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halını təsdiq edən 4 akta əsasən 469,20 (46.80+134.40+230.40+57.60) manat əlavə sərfiyyat hesablanmasını, “abonent saldosu» adlanan sənədə əsasən isə sayğacdan istifadəyə görə iddiaçının 717,70 (7053(ümumi borc)-6335.30 (ümumi aktla r üzrə hesablanmış məbləğ)manat borcu olmasını müəyyən etmişdir.

62. Halbuki “abonent saldosu» adlanan sənədə əsasən iddiaçıya 2020-ci ilin aprel ayında quraşdırılmış sayğacın göstyəricilərinə əsasən 2020-ci ilin may ayından 2022-ci ilin aprel ayınadək 947,04 manat qazdan istifadəyə görə borc hesablandığı və həmin müddətdə iddiaçı tərəfindən heç bir ödəniş edilmədiyi görünür.

63. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sayğac üzrə borcları ödəmək vəzifəsi olduğundan aktlar üzrə hesablanmış 469,20 manat borc ilə yanaşı sayğac üzrə 947,04 manat borc məbləğ olmaqla, 1416,24 manat borc əsaslı məbləğdir və həmin hissədə iddianın təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Apellyasiya məhkəməsi isə sayğac üzrə yaranmış borc məbləğini düzgün müəyyən etməməklə, hesab səhvinə yol vermişdir.

64. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 2022-ci ilin aprel ayınadək tələb edilən 7053 manat borcun 1416,24 manat hissəsi çıxılmaqla, 5636,76 manat məbləğində hissəsi əsassız hesablanmış borc olduğundan iddia bu hissədə təmin edilməli, 5636,76 manat məbləğində borc iddiaçının abonent saldosundan silinməlidir.

65. Həmçinin iddianın təmin edilən hissəsində mütənasib olaraq cavabdehdən tutulan dövlət rüsumunun məbləği də müvafiq olaraq dəyişdirlməli və cavabdehdən dövlət büdcəsinə 76,36 manat dövlət rüsumu tutulmalıdır.

66. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin digər dəlilərini isə əsaslı hesab etmir və qeyd edir ki, tərəflər öz tələb və etirazlarına dair sübutlarını vaxtında birinci instansiya məhkəməsinə təqdim etməlidirlər.

67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilməli, İddiaçı iddia tələbi qismən təmin edilərərk, ünvan 1 ünvanı (Abonent kodu: **********00002) üzrə iddiaçıya hesablanmış 5636,76 manat məbləğində borc Cavabdehn tərəfindən silinməli, Cavabdehndən dövlət büdcəsinə 76,36 manat dövlət rüsumu tutulmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(103)-6268/2022 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilsin. İddiaçı iddia tələbi q ismən təmin edilsin. ünvan 1 ünvanı (Abonent kodu: **********00002) üzrə iddiaçıya hesablanmış 5636,76 manat məbləğində borc Cavabdehn tərəfindən silinsin. Cavabdehndən dövlət büdcəsinə 76,36 manat dövlət rüsumu tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar