Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8072/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(108)-189/2019 nömrəli iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Naxçıvan şəhər məhkəməsinin (hakim Elnur Hüseynov) 16 iyul 2019-cu il tarixli, 2(078)-608/2019 nömrəli qərardad ı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə, yəni x1ünvanında yerləşən 3 otaqlı mənzilə dair X3 20 aprel 2009-cu il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamənin etibarsız sayılması və hüquqi nəticələrin ləğv edilməsi tələbi”nə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Naxçıvan şəhər məhkəməsinin (hakim Elnur Hüseynov) 19 avqust 2019-cu il tarixli, 2(078)-608/2019 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı özəlləşdirmənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər Sənan Qarayev - sədrlik edən və məruzəçi, Əsgər Novruzov, Vüqar Quliyev) 04 oktyabr 2019-cu il tarixli qərardadı ilə Naxçıvan şəhər məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-608/2019 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Naxçıvan şəhər məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadı “vəsiyyətna mənin etibarsız hesab edilməsi” və vəsiyyətnaməyə münasibətdə “onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi” hissədə ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Naxçıvan Muxtar Respublikası İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmək hüququ izah olunmuş, Naxçıvan şəhər məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(078)-608/2019 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı 19 aprel 2019-cu il tarixdə iddia ərizəsi ilə Naxçıvan şəhər məhkəməsinə müraciət edərək Naxçıvan şəhəri, H.Əliyev prospek ti 24/13 ünvanında yerləşən 3 otaqlı mənzilə dair X3 20 aprel 2009-cu il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamənin və həmin mənzilin Hüseyn Hüseynovun adına özəlləşdirilməsinin etibarsız sayılması və bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(108)-189/2019 nömrəli iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdehlər mənzili miras əmlak kimi ələ keçirmək məqsədi ilə Naxçıvan şəhər Üçüncü Dövlət Notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti ilə əlbir olub 13.05.2014-cü il tarixdə onların (iddiaçıların) iştirakı olmadan mənzili 5 il əvvəl ölmüş X3 adına özəlləşdirərək 13.05.2014-cü il tarixdə X5 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X3 adma ********** qeydiyyat nömrəli Çıxarış almışlar. Mübahisəli mənzilin Hüseyn Hüseynovun ölümündən sonra özəlləşdirilməsi və Çıxarışın məhz 13.05.2014-cü il tarixdə verilməsi Babək rayon məhkəməsinin 17 may 2018ci il tarixli, 2(079)-164/2018-saylı qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdehlər mübahisəli mənzili qanunsuz olaraq özəlləşdirdikdən sonra, X4 ilə əlbir olub, sonuncunun İddiaçı4 aldatma yolu ilə aldığı etibarnamədən istifadə edərək mənzilə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ona görə də o, (İddiaçı1) iddiaçının digər hüquqi varisləri ilə birlikdə vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onların doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan şəhər məhkəməsinə müraciət etmişdir. Naxçıvan şəhər məhkəməsi isə aidiyyət qaydalarına riayət etməklə ərizəni öz icraatına qəbul etmişdir. Lakin Naxçıvan şəhər məhkəməsi sonradan eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Babək rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 17 may 2018-ci il tarixli, 2(079)-164/2018- saylı qətnaməsinin olmasını əsas gətirərək vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair tələb üzrə icraata xitam verilməsi barədə 16 iyul 2019-cu il tarixdə 2(078)-608/2019-nömrəli qərardad qəbul etmişdir. Daha sonra məhkəmə, mənzilin özəlləşdirilməsinin mülki hüquqi deyil, publik hüququn nizamasalma predmetinə aid olduğunu, özəlləşdirmənin qanunsuzluğunun və onun bütün hüquqi nəticələrinin etibarsızlığının inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməli olduğuna istinad edərək 19 avqust 2019-cü il tarixli, 2(078)-608/2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 41.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Naxçıvan şəhər məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarına riayət etməklə öz icraatına qəbul etdiyindən və ərizə üzrə başlanmış mülki işin məhkəmə baxışı məhkəmə çıxışları mərhələsində olduğundandan, məhkəmənin işin inzibati-iqtisadi məhkəmədə baxılmalı olması nəticəsinə gələrək iş üzrə icraata xitam verməsi tamamilə qanunsuz sayılaraq mübahisələndirilən qərardadın ləğvi üçün əsas hesab edilməlidir. Tərəflərin izahatları: İddiaçı1 və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar, cavabdehlər və üçüncü şəxlərin nümayənləri gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşdən göründüyü kimi, hazırki iş üzrə iddiaçıların tələbi iki hisssədən ibarət olmuşdur: Vəsiyyətnamənin və özəlləşdirmənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi Naxçıvan şəhər məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(078)-608/2019 nömrəli qərardadı ilə iddia tələbi vəsiyyətnamənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə, yəni x1ünvanında yerləşən 3 otaqlı mənzilə dair X3 20 aprel 2009-cu il tarixdə Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorunda 2V-55 nömrə ilə reyestrdə qeydə alın mış vəsiyyətnamənin etibarsız sayılması və hüquqi nəticələrin ləğv edilməsi tələbi”nə dair hissədə iş üzrə icraata xitam verilmişdir. İş üzrə tərəflər bu qərardadı mübahisələndirməmişlər. Hazırkı kassasiya baxışının hədlərini iddia tələbinin özəlləşdirmənin etibarsız hesab edilməsi, onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair hissədə mülki işin icraatına xitam verilməsi ilə bağlı Naxçıvan şəhər məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlamış Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qərardadının prosessual hüquq normalarının tələblərinə uyğunluğunun yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzilin X3 adına özəlləşdirilməsi ilə bağl ı münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçı mənzilin özəlləşdirilməsinin qanunsuz aparıldığını bildirdiyi üçün mübahisələndirilən hüquq münasibəti məhz dövlət mənzil fondunun özəlləşdirilməsi ilə bağlı yaranan hüquq münasibətidir. Bu münasibətlərin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında qurulduğu şübhə doğurmur. Həmin qanun isə publik hüququn nizamasalma predmetinə aid məsələlərin tənzimlənməsinə yönəlmişdir. Mənzilin özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında mənzili özəlləşdirmək istəyən şəxslərlə müvafiq səlahiyyət verilmiş dövlət orqanı (inzibati orqan) arasında yaranan mün asibətlərdir. Bu münasibətlərdə özəlləşdirməni həyata keçirən orqan qanunun ona verdiyi səlahiyyət əsasında hərəkət edir, onunla özəlləşməni həyata keçirmək istəyən şəxs arasındakı münasibətlərdə hakimiyyət-tabeçilik elementi mövcuddur. Dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququnun nizamasalma predmetinə aid olduğundan həmin özəlləşdirmənin qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. İnzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması isə inzibati məhkəmə icraatı qaydas ında həyata keçirilməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(108)-189/2019 nömrəli iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi mənzilin özəlləşdirilməsinin mübahisələndirilməsi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirmədən saxlayarkən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək həmin Qanunun normalarının publik hüququn nizamasalma p redmetinə aid məsələlərin tənzimlənməsini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki işdə mənzilə dair mərhum Hüseyn Hüseynovun adına Çıxarış tərtib edilən zaman apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda göstərilmiş normaların təsiri altına düşən münasibətlər yaranmamışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə görə, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Apelly asiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Dövlət mənzil fonduna məxsus olan mənzillərin özəlləşdirilməsi ilə bağlı münasibətlər publik hüququn nizamasalma predmetinə aid olduğundan həmin özəlləşdirmənin qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, özəlləşdirmə prosesinin özü də inzibati icraat qaydasında aparılan prosesdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 № li aztəminatlı ailələrin yaşadığı dövlət mənzillərinin onların şəxsi mülkiyyətinə verilməsi barədə Qərarla mübahisəli mənzil X3 şəxsi mülkiyyətinə verilmişdir. İşə baxan biri nci instansiya məhkəməsi müvafiq orqanlardan sorğu edərək bu barədə arxiv arayışlarını iş materiallarına əlavə etmişdir. Həmçinin iş üzrə tərəflər və üçüncü şəxs Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarda bu halı mübahisələndirməmiş, inkar etməmişlər. Göründüyü kimi, mərhum H.Hüseynovun adına Çıxarış verilərkən aparılan əməliyyat dövlət mənzil fonduna məxsus mənzilin özəlləşdirilməsi ilə bağlı olmamışdır. Məhkəmə iclas protokollarından görünür ki, üçüncü şəxsin nümayəndəsi verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehlər müraciət edərkən Çıxarışın itidirildiyini qeyd etmiş və bu səbəbdən də 2014-cü ildə təkrar Çıxarış verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəfl ərdən birinin inzibati orqan olması hər bir halda həmin orqanla vətəndaş arasında yaranmış münasibətlərin publik hüquqi irəli gələn münasibətlər olmasına əsas vermir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsus i hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərardan göründüyü kimi, hüquq münasibətlərinin tərəflərindən birinin inzibai orqan olması hər bir halda onlar arasında yaranmış münasibətin ümumi (publ ik) hüquq sahəsinə aid edilməsi kimi qəbul edilməmlidir. Bunun üçün həmin orqanın xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi zəruridir. Hazırki işdə iddiaçılar tələblərinin faktiki əsası kimi ona istinad etmişlər ki, mübahisəli mənzildə onların da hüquqları var və belə olan halda mənzilə dair onların xəbəri olmadan Çıxarış verilməsi qanunsuz olmuşdur. Göründüyü kimi, hazırki mübahisənin əsasını heç də apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi dövlət mənzil fonduna məxsus olan mənzilin özəlləşdirilməsi ilə bağlı yaranan ümumi (publik) hüquqdan irəli gələn münasibətlər təşkil etmir, mübahisə xüsusi (mülki) hüqu q münasibətlərindən yaranan mübahisədir. Belə ki, mübahisəli mənzil Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 № li “aztəminatlı ailələrin yaşadığı dövlət mənzillərinin onların şəxsi mülkiyyətinə verilməsi” barədə Qərarına əsasən mərhum X1 onun şəxsi mülkiyyətinə verilmiş, vəfat etdikdən sonra isə onun adına mülkiyyət hüququna dair Çıxarış tərtib edilmişdir. Hazırki tələblərində də iddiaçılar həmin mənzillə bağlı mülki hüquqi münasibətdlərdən yaranan hüquqlarının olduğunu iddia edirlər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(108)-189/2019 nömrəli iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-8072/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8072/2019
30.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver