Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-808/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X8, Cavabdeh2 vəkili X6 iştitarakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9582/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Binəqədi rayon məhkəməsinin (hakim Səadət Səlimova) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabd ehlər Cavabdeh1 Saləddin oğluna və Cavabdeh2 Raqif oğluna qarşı Şəki rayonu Turan qəsəbəsində yerləşən 10 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 Saləddin oğluna və Cavabdeh2 Raqif oğ luna qarşı Şəki rayonu Turan qəsəbəsində yerləşən 10 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan Şəki rayonun Turan qəsəbəsində yerləşən 10 hektardan ibarət torpaq sahəsi girov kimi açıq hərracdan satılaraq 240000 manat kredit borcunun ödənilməsi qət edilmiş və məhkəmənin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrası ilə əlaqə dar Binəqədi rayon məhkəməsi tərəfindən verilən icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsi icra vərəqəsi üzrə icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixdə qərar qəbul etməsi barədə Binəqədi rayon məhkəməsinə məlumat göndərmişdir. Buna baxmayaraq hansı səbəbdənsə həmin qərar icra şöbəsi tərəfindən icra edilməmiş, sonradan hansı səbəbdənsə iş üzrə icraat icra məmuru tərəfindən yoxa çıxarılmışdır. İş üzrə Cavabdeh1 Saləddin oğlu həmin mübahisə ilə bağlı başqa bir motivlə, yəni kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə Şəki rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Şəki rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Bu h al ona məlum olduqdan sonra Şəki rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin edərək xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Şəki rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsini ləğv etmişdir. Məhkəmənin qətnaməsi icra üçün Şəki rayon İcra və probasiya şöbəsinə göndərilməsinə baxmayaraq borcun ipoteka predmetinə yönəldilməsini təmin etməyərək icra hərəkətsiz saxlanılmışdır. Həmçinin Binəqədi rayon İcra və probasiya şöbəsinin tələbinə əsasən iş üzrə dublikat icra vərəqəsi çıxarılaraq icra olunmaq üçün Şəki rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin, Şəki rayon İcra və probasiya şöbəsi tərəfindən dublikat icra vərəqəsi icra edilə rkən məlum olmuşdur ki, ipoteka predmeti xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qeydiyyata alınmış və bu səbəbdən də dublikat icra vərəqəsi icra edilmədən Binəqədi rayon İcra və probasiya şöbəsinə qaytarılmışdır. Bütün bunlardan məlum olur ki, üzərinə həbs qoyulmuş ipoteka predmetinin həbsdən azad edilərək formal olaraq alqı-satqı yolu ilə başqasının adına qanunsuz olaraq rəsmiləşdirilməsi bilavasitə Şəki və Binəqədi rayon İcra və probasiya şöbələrinin icra məmurları tərəfindən iş üzrə Cavabdeh1 mənafeyinə uyğun icra edilmişdir. Bununla da, iş üzrə Cavabdeh1 borcu ödəməkdən yayınmağa müvəqqəti də olsa nail olmuşdur. Hesab edir ki, iş üzrə Cavabdeh1 Saləddin oğlu onunla bağlanmış müqavilə üzrə 240000 manat kredi t borcunu ödəməkdən yayınmaq məqsədi ilə üzərinə həbs qoyulmuş ipoteka predmetini bilərəkdən Cavabdeh2 adına alqı-satqı yolu ilə rəsmiləşdirmişdir. Bununla da cavabdehlər arasında bağlanmış əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlandığından yalançı və uydurma əqd olduğundan etibarsız sayılmalıdır. Ona görə də cavabdehlər Cavabdeh1 Saləddin oğlu ilə Cavabdeh2 Raqif oğlu arasında Şəki rayonu Turan qəsəbəsində yerləşən 10 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlil ləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh X7 gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təm in edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Şəki rayonu Turan qəsəbəsində 10 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 01 saylı reyestr kitabının 05 saylı vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Şəki rayonu Turan qəsəbəsi 10 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək İddiaçı Sələddin oğlunun xeyrinə ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Satıcı Cavabdeh1 ilə alıcı X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Şəki rayonu Turan qəsəbəsində olan 10 ha torpaq sahəsini alıcıya 3000 manata satmışdır. Müqavilənin 4cü bəndindən müəyyən olunur ki, satılan torpaq sahəsi girov qoyulmamış və həbs altında deyil. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Şəki rayonu Turan qəsəbəsində 10 ha torpaq sahəsi X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 01 saylı reyestr kitabının 05 saylı vərəqində qeydiyyata alınmışd ır. X1 ilə alıcı Cavabdeh1 arasında bağlanmış AN-İ ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Şəki rayonu Turan qəsəbəsində olan 10 ha torpaq sahəsini alıcıya 5000 manata satmışdır. Müqavilənin 3-cü bəndindən müəyyən olunur ki, Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi 283 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Şəki rayonu Turan qəsəbəsind ə 10 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 01 saylı reyestr kitabının 05 saylı vərəqində qeydiyyata alınmışdır. Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 Raqif oğlu arasında bağlanmış AN-İ ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Şəki rayonu Turan qəsəbəsində olan 10 ha torpaq sahəsini alıcıya 5000 manata satmışdır. Müqavilənin 3-cü bəndindən müəyyən olunur ki, Daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəsi 1232 olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm əti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Şəki rayonu Turan qəsəbəsində 10 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 01 saylı reyestr kitabının 05 saylı vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 Sələdin oğluna qarşı iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 240000 manat əsas borcun və 20 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, İddiaçı olan borcun Cavabdeh1 məxsus Şəki şəhəri Turan qəsəbəsində yerləşən 10 ha çoxillik əkmə torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa cavabdehə qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(075)-776/203 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Şəki şəhərində bağlanmış 2 40000 manat kreditin verilməsinə dair kredit müqaviləsi və Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Şəki şəhərində bağlanmış Şəki rayonun Turan qəsəbəsində yerləşən 10 ha çoxillik torpaq sahəsinin girov qoyulmasına dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-368/2017 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Şəki rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul olunmuş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin və eyni tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmiş, apellyasiya şikayəti iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi yalan və ya uydurmaq əqd hesab edilə bilməz, işdə əqdin etibarsız hesab edilməsinə əsas verən hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hə min Məcəllənin 340.1.-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdir ilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alı cının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, məhkəmə aktına əsasən yüklülükdən azad edilən torpaq sahəsi üzərində sərəncam verilərkən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün heç bir məhdudiyyət olmamış, xx.xx.2018ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq notariat kontorunda təsdiq olunmuş, tərəflər müqavilə üzrə öhdəliklərini icra etmiş, yəni topaq sahəsi alıcıya, torpaq sahəsinin dəyəri isə satıcıya verilmiş, alıcının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, torpaq sahəsini əldə edən Cavabdeh2 vicdanlı alıcıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əqd üzrə tərəflər bir-birini tanımamış, Cavabdeh2 torpaq sahəsinin əvvəllər yüklü olmasını, bir məhkəmə aktına əsasən həmin əmlaka tələb yönəldilməsini, başqa məhkəmə aktına əsasən yüklülüyün götürlməsini, bir neçə ildən sonra həmin məhkəmə aktının ləğv olunmasını bilməmiş və bilədə bilməzdi. Bundan başqa, məhkəmə aktı ləğv olunduqdan sonra icrada dönüş edilməmiş, İddiaçı işə baxılarkən iddianın təmini tədbiri seçilməsinə dair ərizə ilə müraciət etmək hüququndan istifadə etməmişdir. Beləliklə, alqı-satqı müqaviləsi bağlayarkən Cavabdeh1 torpaq sahəsinə mülkiyyət hüququları dövlət qeydiyyatına alınan yüklü edilməmiş hüquq olmuş, həmin vaxta qədər reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. “ şikayət i üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunma lı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu təl əbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin “xxxx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövc ud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən e dildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrıayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək torpaq sahəsini əldə etmiş və həmin əmlaka dair hüquqularını qeydə aldırmışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin də lilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmam alıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9582/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-808/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-808/2020
03.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver