Məhkəmə qərarları › İş №2(102)-809/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-809/2019

06.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-809/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)7922/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ilə(hakim X.B.Məhərrəmova, iş № 2(004)-3539/2018) İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası qism ən təmin edilərək tərəflər arasında 24 fevral 2014-cü il tarixdə bağlanmış “xxxx” MMC-nin nizamnamə kapitalındakı paylara dair alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında qəbul edilmiş MMC-nin təsisçilərinin 27 fevral 2014-cü il tarixli qərarı etibarsız hesab edilmiş, alqı-satqı müqaviləsi nəticəsində İddiaçı tərəfindənCavabdeh ödənilmiş 180.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının 21 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, 10 manat məbləğində hissəsinin isə Cavabdehalınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Cavabdeh “xxxx” MMC-nin nizamnamə kapitalından ona məxsus olan hər biri 5 manat olan 2 payını (cəmi 10 manat) 24 fevral 2014-cü il tarixdə notariatda bağlanmış müqaviləyə əsasən İddiaçı 10 manata satmış, Cəmiyyətin təsisçilərinin 27 fevral 2014-cü il tarixli qərarına əsasən həmin paya olan hüquqlar İddiaçı keçmiş və o, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru təyin edilmişdir. 2018-ci ilin mart ayında İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehlə pay hüququna dair müqavilə bağlamaqla ondan MMC-yə məxsus daş karxanasını avadanlıqları ilə birlikdə almasını və bununla əlaqədar ona 180.000 manat ödəməsini, lakin işə başlayarkən həmin sahədə daş çıxarıb gəlir əldə etməyin mümkün olmamasının ona məlum olmasını və nəticədə ona maddi və mənəvi zərər dəyməsini və eləcə də həmin pul vəsaitinə gəlir əldə etmək imkanından məhrum olmasını əsas göstərməklə cavabdehdən 179.487 ABŞ dollarının, əldən çıxmış faydaya görə 40.000 manatın, mənəvi ziyana görə 100.000 manatın onun xeyrinə tutulmasına, alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş Cəmiyyətin təsisçilərinin qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıdagöstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək onunla iddiaçı arasında müqavilənin onların könüllü iradəsinə uyğun bağlanmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə kollegiyasının iclasına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq vəkilsiz gəldiyindən işin baxılmasında onun iştirakı mümkün hesab edilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini m üzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görəkassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh daş karxanasını iddiaçıya satarkən ondan 180.000 manat almış, MMC-nin “X2” QSC-yə külli miqdarda borcunun olmasını iddiaçıdan gizlətmiş, eləcə də karxana daş istehsal etməyə yararlı vəziyyətdə olmamışdır. Göstərilənlərlə əlaqədar iddiaçı alqı-satqı zamanı cavabdeh tərəfindən aldadılması barədə şikayətlə istintaq orqanına müraciət etmiş və bununla əlaqədar cavabdehin barəsində Azərbaycan Respu blikası CM-nin178.3.2 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə müvafiq araşdırma aparılsa da, iş üzrə qərar qəbul edilməsi mümkün olmadığından, istintaq müddətinin lüzumsuz axımının qarşısını almaq üçün cinayət işi üzrə icraat 01 iyul 2017-ci il tarixli qərarla dayandırılmışdır. Alqı-satqı müqaviləsi aldatma təqsiri altında bağlandığından məhkəmə tərəflər arasında bağlanmış əqdi və onun nəticəsi olaraq qəbul edilmiş MMC-nin təsisçilərinin qərarını etibarsız saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqdbağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdimübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Tərəflər arasında bağlanmış əqd etibarsız olduğundan məhkəmə kollegiyası onlardan hər birinin əqd üzrə aldıqlarının digər tərəfə qaytarmalı olması barədə nəticəyə gəlm işdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə müəyyən olunmuş sübutlar və tətbiq olunmuş maddi hüquq normaları mübahisənin yuxarıdakı qaydada həlli üçün əsas vermişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar