Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-809/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh qarşı QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1066/2022 say lı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışa əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasil atın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir.
2. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, AZEN X11.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu B irgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirkəti Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində, inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur.
5. Binəqədi Rayon Məhkəməsinin (X1) 2(001)-7344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şir kətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh İddiaçı şirkətinin qanuni sahibliyində olan kontrakt sahəsinin hüdudları daxilində tikinti aparmışdır. Hal-hazıradək nə torpaq sahəsi, nədəki, onun üzərində tikilmiş tikiliyə dair cavabdehin hüquqlarının dövlət reyestrində qeydə alınması məhkəmədə müəyyən edilməmişdir.
7. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.3, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7344/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə sindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə Binəqədi rayonu məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, cavabdehin ailə üzvləri ilə birlikdə inşa etdirib tikdirdiyi fərdi yaşayış evi və digər tikililər lazimi icazələr alınmadan özbaşına və qanunsuz tikildiyindən öz hesabına sökülməlidir. Əfsuslar olsun ki iddiaçı öz hüquqlarından sui-istifadə hallarına kobud şəkildə yol verərək cavabdehin və digər ailə üzvlərinin mənzil və yaşayış hüquqlarının tamamilə məhdudlaşdırılmasına, acınacaqlı vəziyyətə düşməyinə səbəb olan qanunsuz məhkəmə qətnaməsi qəbul edilməsinə nail olmuşdur. Qətnamənin surəti isə icra nümayən dəsinə göndərilsə də cavabdeh və ailə üzvləri Bakı şəhərində yaşadığından həmin qətnamə tanımadığı şəxs tərəfindən hazırda yaşadığı qəsəbəyə gətirilərək almışam. İddiaçının və məhkəmənin belə mövqedən çıxış etməsi cavabdehin və digər ailə üzvlərinin qanunla qorunan Konstitusion hüquqlarını çox kobud şəkildə pozmuşdur. Cavabdeh 1997-ci ildən özünün ailə üzvlərinin vəsaiti hesabına yaşamağı üçün ev tikdirib insani şəraitdə yaşamağa başlamışdır. Yaşadığı evin bütün kommunal xidmətləri ilə dövlət tərəfindən təmin edilmişdir. Eyni zamanda torpaq və əmlak vergisinə də cəlb olunaraq ödənişlər həyata keçirmişdir. İddiaçının, 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Siyanşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,AZEN X11.Vİ və ARDNŞ-in ortaq şirkəti arasında sazişə və 29 aprel 2005 -ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-saylı qanuna əsasən qanun statusuna əsaslanmışdır. Lakin həmin sazişin tələbləri cavabdehə qarşı təhrif edilərək tətbiq edilmişdir. Məhkəmə isə iddiaçının iddia tələblərini əsassız olaraq əsas götürərək iddialarını təmin etmişdir. Bundan başqa mübəhisələndirilən fərdi yaşayış evi və digər tikililər təkcə cavabdehə aid deyil və həmin evdə onunla bərabər digər 9 nəfər ailə üzvləri də yaşayırlar. İddia düzgün və qanunauyğun şəkildə tərtib edilməyərək irəli sürülmüşdür. Mübahisələndirilən qətnamənin qanuni qüvvəsinin alması və icraya yönəlməsi digər şəxslərin, ailə üzvlərinin hüquqlarının da pozulmasına səbəb odur ki, gələcəkdə ailə üzvlərinin mənzil, yaşamaq hüquqlarının qanunsuz olaraq pozulmasına gətirib çıxaracaq. Həmçinin, iddiaçı saziş üzrə öhtəliklərinin yerinə yetirilməsinə 2005-ci ildən başlasa da və daşınmaz əmlaklarla bağlı iddia müddəti 10 il nəzərdə tutulsa da 2021-ci ildə hazırki predmet üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı və məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərini pozmışdur. Eyni zamanda 1997-ci ildən evin kommunal təminatlarının təmin edilməsi barədə rəsmi sənədlərdə mövcuddur. Qəbul edilmiş qətnamə birmənalı şəkildə qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdehin qeydiyyatı Füzuli rayonu Alxanlı kəndində olsa da, mənzil şəraitinin yaxşılaşdırılması üçün məcburi köçkün kim i hazırda yaşadığı ünvanda çətinliklərə, maddi və mənəvi çətinliklərə məruz qalsa da pis-yaxşı şəxsi vəsaiti hesabına özünə ev tikdirmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin 10/802 saylı rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 3 saylı mədənin 6-cı sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili ilə İddiaçı şirkətinin balansında olan neft quyusunun arasındakı məsafə 30.0 metr olmaqla Azərbaycan Respublikasında hazırda qüvvədə olan VNTP 3-85-in 19-cu cədvəlinə əsasən müəyyən olunmuş 75 metrlik mühafizə zonasına bütövlükdə düşdüyü müəyyən edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X6) 2(103)-1066/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən s axlanılmışdır.
12. Kollegiya göstərmişdir ki, Mülki Məcəllənin 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
13. Belə ki, hazırki iddia tələbi iddiaçıya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən alınması ilə əlaqəli olduğundan, Mülki Məcəllənin qeyd edilən 384.0.4-cü maddəsinin tələbinə əsasən hazırki iddia tələbinə iddia müddəti şamil edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.
14. Kollegiya hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzəri ndən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
15. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.3, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1066/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində ol an eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı Şirkətinin nümayəndəsi X7 oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər
20. Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyy ətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
25. Maddə 180.4. Özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
26. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
27. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
28. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1066/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.