Məhkəmə qərarları › İş №2(102)-81/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-81/2022

25.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-81/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Babayev Natiq Tofiq oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-81/22 (Açar sözlər: qanunsuz tikilinin dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)779/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, ona məxsus ticarət obyektinin yaxınlığında olan qanunsuz tikintiyə cəhd edən insanları dayandırmaqdan ötəri qanunsuz tikilinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim L.O.Talıbova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının hazırki tələbi tam əsassızdır. Belə ki, o mübahisələndirdiyi qanunsuz tikilinin nədən ibarət olması, həmin tikilinin ona hansı qaydada maneçili k törətməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də hazırki iddianı qaldırmaq üçün iddiaçının müvafiq subyektiv hüququ olmayıb. Bu səbəbdən də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 180.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Vəkil sədrlik edən və məruzəçi, R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Surax anı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmasını nəzərə almayıb. Belə ki, işə əlavə edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının tikintisinin dayandırılması tələb etdiyi tikili ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binasıdır və həmin qeyri-yaşayış binası cavabdehin deyil, X1 xüsusi mülkiyyətindədir. Lakin, iddiaçı birinci instansiya məhkəməsində ona qarşı tələb irəli sürməyib və həmin tikiliyə dair hüquqmüəyyənedici sənədləri müvafiq icraat qaydasında mübahisələndi rməyib. Belə olan halda cavabdehə qarşı olan hazırki tələb rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 386.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Cavabdeh1, Suraxanı rayon İcra və Probasiya Şöbəsi və üçüncü şəxs Füzuli İbrahimov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyin cə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsi nin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi q iymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası m əhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 yanvar 2012-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin Cavabdeh1 hesabına sökülməsi qət edilib. Həmçinin, Bakı Apelyyasiya Məhkəməsi İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şi kayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarı ləğv edilib, iddia qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən mənəvi zərərə görə 1.000 manat pulun tutulub İddiaçı ödənilməsi qət edilib. Daha sonra, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən qətnamə icraya yönəldilərək, tikili sökülüb və yerində 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binası inşa edilib. Eyni zamanda, Reyestr Xidmətinin 18 iyun 2021-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən ərazinin müəyyənləşdirilməsi ilə bağlı idarənin mühəndis-inventarlaşdırıcısı tərəfindən əraziyə baxış keçirilib və həmin ərazidə 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binasının inşa olunduğu müəyyən edilib. Reyes tr Xidmətinin elektron-baza məlumatlarına əsasən, sözügedən ərazidəki qeyri-yaşayış binası ********** qeydiyyat nömrəsi ilə X2 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, hazırda iddiaçının tikintisinin dayandırılması tələb etdiyi tikili ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı qeyri-yaşayış binasıdır və həmin qeyri-yaşayış binası ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə Füzuli İbrahimovun adına qeydə alınıb. Lakin, iddiaçı birinci instansiya məhkəməsində Füzuli İbrahimova qarşı hər hansı bir tələb irəli sürməyib və həmin tikiliyə dair hüquqmüəyyənedici sənədləri müvafiq icraat qaydasında məhkəmədə mübahisələndirməyib. Mülki Məcəllənin 140-cı maddəsinə, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16.6-cı maddəsinə əsasən, reyestrin m əzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsini n, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayıldığından, yəni iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdehə deyil, mülkiyyət hüququ üzrə Füzuli İbrahimova məxsus olduğundan və həmin tikiliyə dair hüquqmüəyyənedici sənədlər qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilmədiyindən iddia rədd edilməlidir. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respubl ikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassas iya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-779/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar