Məhkəmə qərarları › İş №2(102)-81/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-81/2024

17.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-81/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisinə, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X7, Mirzəzadə (Nəcəfova) Nilufər Sənan qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın, alğısatqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, həmçinin miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(104)654/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X8 mülkiyyətində olmuşdur.

2. X4, Cavabdeh2 və X3 Ərşad Həpi oğlunun övladlarıdırlar.

3. Tərəflərin anaları olan Ağayeva (Mirzəyeva) Kimya Ələkbər qızı 10 fevral 1992ci ildə, X12 12 oktyabr 2002-ci ildə, X10 isə 19 fevr al 2014-cü ildə vəfat etmişlər.

4. Tərtər rayonu dövlət notariat kontoru tərəfindən verilmiş 15 avqust 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən 12 oktyabr 2002-ci il tarixdə ölmüş X8 vərəsəsi kimi oğlu Cavabdeh2 tanınmış və miras əmlaka miras qoyana məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi daxil edilmişdir.

5. Cavabdeh2 12 may 2022-ci il tarixli müqavilə ilə tam mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evini X2. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Tərtər rayon notariat ofisi nə, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X7, Mirzəzadə (Nəcəfova) Nilufər Sənan qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 avqust 2018-ci il tarixli 2V-171 reyestr qeydiyyat nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş 28 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak xidmətində aparılmış reyestr qeydiyyatının, həmin çıxarış əsasında aparılmış 12 may 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilə əsasında əldə edilmiş 06 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, iddiaçının atası X5 mir as qalmış ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının doğulub böyüdüyü ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 1961-ci ildə atası Ərşad Mirzəyev inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Atası vəfat edəndən sonra həmin evdə 2014-cü ilədək mərhum qardaşı Sənan Mirzəyev yaşamış, sonuncu vəfat edəndən sonra isə ev bağlı qalmış, digər qardaşı Cavabdeh2 ailə üzvlərinin xahişi ilə evə nəzarət etmişdir. İddiaçının xəbəri olmadan qardaşı Cavabdeh2 15 avqust 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmi n fərdi yaşayış evinə dair adına çıxarış almış, həmin çıxarış əsasında isə 12 may 2022-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə evi X2. Cavabdeh2 bu hərəkətlərindən nəinki iddiaçının, hətta digər mərhum qardaşı Sənan Mirzəyevin övladlarının xəbəri olmamışdır. Çünki hamıya həmin əmlakdan miras pay düşməlidir. Cavabdeh2 şəxsi evi ola-ola miras qalan evə məqsədli, yəni evin sahibsiz qalmasından sui-istifadə edib, ondan istifadə etmiş və heç kimə bildirmədən evi nə iddiaçının, nə də mərhum qardaşı Sənanın ailə üzvlərinin razılığı olmadan vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına sənədləşdirmiş, sonra isə başqa şəxsə satmışdır. Söhrab evi öz adına sənədləşdirərkən onunla razılaşmalı və notariat qaydada həmin sənədləşdirməyə razılıq alınmalı idi. Bund an əlavə, notariat ofisi tərəfindən vərəsələrin dairəsi müəyyən olunmalı və vərəsələrin hər birinə məlumat verilməli idi.

8. Birinci instansiya məhkəməsi tərəfindən X15 işə üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Tərtər Rayon Məhkəməsinin (hakim E.A.Bayramov) 03 noyabr 2022-ci il tarixli, 2(061)-1161/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və mərhum qardaşı Sənan Mirzəyev qanun üzrə vərəsələr olsalar da, onlar bu hüquqlarından istifadə etməmiş, mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulan müddətlər çərçivəsində notariat kontoruna müraciət etməmiş, mirası idarə etməmiş, miras mülkdə yaşamamışlar. Həmçinin mülk sahibləri tərəfindən onlara münasibətdə vəsiyyətnamə qoyulmamışdır. Beləliklə də, onlar nə qanun üzrə vərə sə kimi hüquqlarından istifadə etmiş, nə də vəsiyyət üzrə vərəsə kimi tanına bilməmişlər.

11. Məhkəmə hesab etmişdir ki, hazırda ailə üzvləri arasında mübahisə olsa da, miras mülk Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilmiş, idarə edilmiş, təmir edilmiş və qanuna müvafiq olaraq əldə edilmiş 15 avqust 2018-ci il tarixli, V-173 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və ******* saylı çıxarış əsasında 12 may 2022-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Tərtər rayon sakini X1. Həmin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yoxdur. Məhkəmə, alqı-satqı müqaviləsi əsasında X11 mübahisələndirilən fərdi yaşayış evini vicdanlı şəkildə əldə etməsi və mülkiyyət hüquqlarının artıq həmin çıxarış əsasında dövlət qeydiyyatından keçirilməsini nəzərə almı şdır.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 389.1, 392.1, 1133, 1134, 1145, 1146, 1246, 1243.2, 1151, 1157, 11571.1, 1157-1.2, 1159-cu, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin (hakim E.A.Bayramov) 03 noyabr 2022-ci il tarixli, 2(061)-1161/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və L.S.Süleymanovdan ibarət tərkibdə) 11 aprel 2023-cü il tarixli, 2(104)-654/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı atasının ölümündən sonra mirasın onun tərəfindən faktiki qəbul edilməsini bildirsə də, lakin sonuncunun bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, iddia ərizəsindən, habelə İddiaçı məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatdan müəyyən olunur ki, sonuncu mərhum atası X8 ölümündən sonra miras qalmış əmlakı faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamışdır. İddiaçı apellyasiya kollegiyasının iclasında vermiş olduğu izahatında bildirmişdir ki, 1982-ci ildə ailə quraraq Tərtər rayonunda ər evində yaşamağa başlamış və tez-tez gedib mərhu m atasına baş çəkmişdir. Mərhum atası 2002-ci ildə öldükdən sonra miras qalmış evdə mərhum qardaşı Sənan Mirzəyev yaşamışdır.

16. Göründüyü kimi, mərhum X5 miras qalmış əmlakın onun qızı (iddiaçı) İddiaçı tərəfindən faktiki qəbul edilməsi sübut olunmur.

17. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir.

18. İşin hallarını bu aspektən araşdıran məhkəmə müəyyən etmişdir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər et məmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi müəyyən edilmədiyindən, iddia tələbinin qalan hissəsi, yəni Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, habelə həmin şəhadətnamə əsasında verilmiş digər sənədlərin (çıxarış, alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında verilmiş çıxarış) etibarsız hesab edilməsi hissəsinin təmin olunması da mümkünsüzdür.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 324, 329.1, 329.2, 331.1, 334.1, 337.1, 389.1, 567, 600.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1, 1243.2, 1243.3, 1246-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 201 3-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(104)-654/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29, 129-cu, Mülki Məcəllənin 1134, 1159.1, 1246, 1256, 1300-cı, Mülki Prosessual Məcəllənin 9, 14.2, 88, 220-ci maddələrinin tələbləri pozu lmuşdur.

22. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının birinci növbə vərəsə olmaqla, vərəsəlik hüququnu pozmuş, notariat orqanının iddiaçının və 2014-cü ildə vəfat etmiş digər vərəsə Sənan Mirzəyevin övladlarının vərəsəliyə qəsdən çağırılmamasını nəzərə almamışdır. Tərəflərin atasının vəfatından sonra 2014-cü ilədək mirası Sənan Mirzəyev tərəfindən qəbul edilmiş, Sənan 2014-cü ildə məhz həmin evdə öldürülmüşdür. Apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, cavabdehin və üçüncü şəxsin ifadələrini nəzərə almamışdır.

23. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

25. Azər baycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sa hib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə ) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və e tirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işl ər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, eyni zamanda ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

32. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməməsi nəticəsinə gəlmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.

34. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

35. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsə lik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

36. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qeyd olunan Qərarı ilə apellyasiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərarın məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1159-cu maddələr inə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının sonrakı tələblərini (alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi) onun miras əmlakı qəbul etməməsi əsası ilə rədd etdiyindən və həmin əsaslandırma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan hissədə də ləğv olunmalı və göstərilən tələblərə Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq əlavə hüquqi qiymət verilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarı lmalı, işə yenidən baxan məhkəmə tərəfindən qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(104)-654/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar