Məhkəmə qərarları › İş №2(102)-810/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-810/2020

11.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-810/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-2984/19) İddiaçı Cavabdeh qarşı “şəhadətnamənin və çıxarışı n etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, İ.Xəlilov və V.Sadıqov, iş № 2(103)-10112/19) apellyasiya şikayəti təmin olunmayaraq Binəqədi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 1168 saylı bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın, Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 28.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və X3 verilmiş 04.04.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 1168 saylı bağ sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya ş ikayəti apellyasiya instansiyası məhkəməsin tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Z.Hüseynov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Məruzəçini, vəkil Z.Hüseynovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1168 saylı bağ sahəsi X2 xüsusi mülkiyyətində olmuş, onun ölümündən sonra vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ əsasında keçmiş dir. Bundan sonra mübahisəli bağ sahəsi 04.04.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı mübahisəli bağ sahəsinin X2 adına xüsusi mülkiyyət kimi qeydə alınması üçün əsas olmuş bağın icarəyə verilməsi haqqında müqaviləni mübahisələndirmədən birbaşa onun ölümündən sonra vərəsəsinə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların ləğvini tələb etmişdir. Bakı şəhəri 21 saylı notariat kontorunun 2V-35 reyestr nömrəli, 28 mart 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21.03.2001-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdehdur və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəha dətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən 18 yanvar 2018-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 1168 saylı bağ sahəsidir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Buna əsaslanaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər əsas hesab olunur (həmin Qanunun 8.0.2-ci maddəsi). Qanunun sadalanan normalarının dispozisiyası ilə əlaqədar Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdu dlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəh adətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı işdə irəli sürülmüş tələb hədlərində mübahisəli bağ sahəsinə dair A.Tariverdiyevanın və Cavabdeh adlarına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışların və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi üçün hər hansı əsas müəyyən edil məmişdir. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Göradil qəsəbəsində yerləşən 0,12 ha 1168 saylı bağ sahəsinə dair Cavabdeh vərəsəlik hüququ haqqında Şəhadətnamənin, həmçinin X5 və Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların verilməsi qanunvericiliyə uyğun olmuşdur. İddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri cavabdeh tərəfin müraciəti əsasında Sumqayıt şəhər 3 saylı Xüsusi Notariat Nontorunda vərəsəlik işinin açılmasının qanunsuz olması barədədir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlili əsassız sayaraq hesab etmişdir ki, iddiaçı tərəf vərəsəlik işin açılmasının qanunsuz olmasını qeyd etsə də, həmin halı təsdiq edəcək əsaslı sübut nə birinci instansiya məhkəməsində, n ə də apellyasiya icraatı zamanı təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, vərəsəlik işinin açılması qeyri-mümkün idi. Belə ki, sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı bağlanmış icarə müqaviləsinin müddəti 25 aprel 2000-ci il tarixindən etibarən bitir. Belə olan halda, sözügedən torpaq sahəsini hazırkı mübahisə üzrə cavabdeh, həmçinin vərəsə miras əmlak kimi qəbul edə bilməzdi. Belə ki, həmin torpaq sahəsi 1990-cı ildən İddiaçı istifadəsində olmuşdur. Belə olan halda notarius hansı əsasla həmin miras əmlakın vərəsə tərəfindən qəbul edilməsini müəyyən etmişdir, bu fakt özü-özlüyündə mübahisə predmetidir. Həmin dəlili də apellyasiya instansiyası məhkəməsi əsassız saymış və qeyd etmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsi 1168a saylı t orpaq sahəsi olmuşdur. Hazırkı mübahisə predmeti olan 1168 saylı torpaq sahəsinə isə onun hər hansı hüququ olmamışdır. İddiaçının digər dəlili də ondan ibarət olmuşdur ki, cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsi miras əmlak kimi qəbul edilməmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, cavabdehlərin həmin torpaq sahəsinə tələbləri yalnız iddiaçı tərəfindən həmin torpaq sahəsinə hər hansı hüquq müəyyənedici sənədlərin olub olmamasını istəməsindən sonra yaranmışdır. Cavabdehlər 2014-cü ilə qədər (nəinki 2014- cü ilə qədər, 2018-ci ilə qədər) həmin torpaq sahəsini faktiki istifadə etməmiş və miras kütləsi kimi qəbul etməmişlər. Ona görə də iddia ərizəsində qeyd edildiyi kimi, cavabdehlərə vərəsəlik şəhadətnaməsinin açılması tamamilə əsassız olmuşdur. Qeyd olunan dəlilə mün asibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hər hansı şəkildə həmin torpaq sahəsindən istifadə olunması təsdiq olunsa belə, həmin halın mövcudluğu cavabdehin X2 vərəsəsi olaraq mübahisəli torpaq sahəsini qəbul etməsini istisna edə bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin Cavabdeh X2 vərəsəsi olmasını mübahisələndirməyə və onun hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinin qəbul edilməsi faktını mübahisələndirməyə ümumiyyətlə subyektiv hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, Binəqədi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ape llyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə gör ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 avqust 2019-cu il tarixli, 2(103)-10112/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar