Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8104/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 və Cavabdeh ASC-nin vəkili V1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)-9830/2019 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 13.05.2019-cu il tarixli, 2( 004)-661/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək, Yeni ünvan 1 ünvanına dair Cavabdeh ASC tərəfindən 06.08.2018-ci il tarixdə 10117 nömrə ilə tərtib edilmiş aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2240 manat məbləğində borcun silinməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin Cavabdeh ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) 21.08.2019-cu il tarixli, 2(103)-9830/2019 nömrəli qətnaməsi ilə Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon M əhkəməsinin 13.05.2019-cu il tarixli, 2(004)-661/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq onlardan tələb edilən 2240 manat məbləğində borc yazılmasına dair aktın ləğv edilməsi və həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh ASC-nin v əkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən prosessual hüquq normalarını pozmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar 1 ədəd d=15mm-lik su xətti vasitəsi ilə sudan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmiş, bu barədə 06.08.2018-ci il tarixli, 10117 saylı akt tərtib edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində cavabdehə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4 nömrəli əlavəs inə uyğun aparılan hesablama ilə həmin ziyan məbləğinin 2196 manat olması müəyyən edilmişdir. Ekspert rəyi ilə həmin obyektdə su çəninin olması və qeyri-qanuni su xəttinin əvvəllər su çəninə qoşulu olması istisna edilməmişdir. Digər tərəfdən qeyri-qanuni su xəttinin olmasını sübut edən video çəkiliş də məhkəməyə təqdim edilmişdir. Qeyd edilməlidir ki, təbii olaraq mövcud vəziyyətdə qeyri-qanuni qoşulma halını müəyyən etmək mümkün olmayacaqdır. Çünki həmin qeyri-qanuni qoşulma xətti dərhal yerində əməkdaşlar tərəfindən ləğv edilmişdir. Ekspert rəyində də su çənindən su çıxışı borularının ləğv olunması öz əksini tapmışdır. Beləliklə, apellyasiya kollegiyası prosessual hüquq normalarının tələblərini pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)-9830/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmiş apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçılara məxsus ünvanda su çənin olmasını və həmin su çənindən qeyri-qanuni sayğacdan kənar istifadə edilməsini bildirsə də, bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən görünür ki, həmin görüntüdə yuxarıda qeyd edilən ünvanda gözəllik salonuna quraşdırılmış su sayğacından öncə ana xətdən borunun ayrılaraq aşağı, zirzəmi qatına enməsi müəyyən edilsə də, zirzəmi qatına enən həmin borunun mübahisələndirilən və zirzəmi qatında yerləşən su çəninə daxil olması və eyni zamanda su çəninindən çıxış xəttinin olub-olmaması, olduğu təqdirdə həmin çəndən mənzilin və ya gözəllik salonunun su təhcizatının təmin edilib-edilməməsi (təkrar su xəttinə qoşuması), ümumiyyətə həmin an su çəninin dolu və işlək vəziyyətdə olub-olmaması cavabdeh qurumun əməkdaşları tərəfindən araşdırılmamaqla, iddia edilən bu faktların mövcud olması video görüntülərdə əks edilməmişdr. Bunun əksi olaraq 04.04.2019-cu il tarixli ekspert rəyinə əsasən, ünvan 2 ünvanındakı zirzəmidə yerləşən su çəninin əvvəllər ümumi su xəttinə qoşulu olmasının və su çənindən istifadə olunmasının istisna edilməməsi, mövcud vəziyyətdə su çəninin ümumi su xəttinə qoşulu olmaması, su çənindən su çıxışının borularının ləğv olunduğu və su çəninin istifadə olunmadığı müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyr i-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilib cavabdeh tərəfindən sübut kimi təqdim edilmiş video görüntünün nəzərə alınmadığını, ekspert rəyində obyektdə su çəninin olması və qeyri-qanuni su xəttinin əvvəllər su çəninə qoşulu olmasının istisna edilmədiyini dəlil olaraq göstərmiş olsa da, iş materialları ilə də müəyyən edilir ki, video görüntü tədqiq edilmiş, ekspert rəyinə gəldikdə isə, rəydən də görünür ki, mövcud vəziyyətdə su çəninin ümumi s u xəttinə qoşulu olmadığı, su çənindən su çıxışının borularının ləğv olunduğu və su çəninin istifadə olunmadığı müəyyən edilmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)9830/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8104/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8104/2019
26.12.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver