Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-813/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı2, iddiaçının vəkili X21, üçüncü şəxsin vəkili X3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız heab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜ ƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 may 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız heab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər İ.Vəliyev və E.Həsənov) Nərimanov rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunve riciliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun etibarsız heab edilməsi” tələbinə dair iddia ərizəsi verərək, “xxxx" MMC tərəfindən keçirilmiş 26.12.2017-ci il tarixli 87/01 nömrəli hərracın yekun nəticələri barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətini n dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, “xxxx” ASC ilə X19 arasında bağlanmış 23 may 2012-ci il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanındakı və ünvan 2ndakı daşınmaz əmlaklar 25BK1/İ2 saylı, 23 may 2012-ci il tarixli İpoteka Müqaviləsi ilə “xxxx” ASC-nə ipotekaya qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən mübahisənin həll edilməsi üçün “xxxx” ASC X14, X15 və X20 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair iddia vermişdir. Qaradağ Rayon Məhk əməsinin 18 fevral 2016- cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X6, X7 və X16 müştərək qaydada “xxxx” KB ASC-nin xeyrinə 23.05.2012-ci il tarixli 25 BK/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28.02,2014-cü il tarixli 16BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 62929,47 ABŞ dolları, faiz borcu üzrə 10162,39 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları olmaqla, cəmi 73391,86 ÄBŞ dolları pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanındakı və İddiaçı2 mülkiyyətində olan ünvan 2nda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 39 saylı evin, 33 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra həmin yaşayış sahəsindən İddiaçı1, X və X1, ünvan 2nda yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən sonra həmin yaşayış sahəsindən X2, X4, X11, X12, X18, X13 və X8 çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016- cı il tarixli qətnaməsi əmlakların ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 21.12.2016-cı il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan X5 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.07854 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və İddiaçı1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 39 saylı evin 33 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 18.12.2017-ci il saat 11:00-da keçiriləcəyi barədə 17.11.2017-ci il tarixli 02 nömrəli, 01.12.2017-ci il tarixli, 02/2 nömrəli bildirişlər göndərilmişdir. Hərrac təşkilatının 87/01 saylı hərracın yekunları barədə protokoluna əsasən İddiaçı2 məxsus ünvan 4 ünvanında istifadədə olan 0.07854 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və İddiaçı1 məxsus Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsində yerləşən 39 saylı evin 33 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin 21.12.2016-cı il tarixli icra vərəqəsinin, Qaradağ rayon İcra Şöbəsinin 04.10.2017ci il tarixli sifariş məktubunun və “xxxx” ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakların ilkin hərrac qiyməti müvafiq olaraq 60000 manat və 55000 manat, əmlakların təkrar hərracdakı satış qiyməti müvafiq olaraq 51000 manat və 46750 manat olmaqla müəyyən olunmuşdur. 26 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən, hərrac təşkilatçısı “xxxx” MMC-nin direktoru X və "alıcı" “xxxx” KB ASC-nin nümayəndəsi X17 arasında bağlanmış müqaviləyə əsasən X5 məxsus ünvan 3 ünvanında istifadədə olan 0.07854 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 38250 manata və İddiaçı1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsində yerləşən 39 saylı evin 33 saylı mənzili 35062 manata “xxxx” ASC-yə satılmışdır. Qeyd edilən müqavilələr əsasında “xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərrac təşkilatçısı hərrac keçirilməsinə dair kütləvi hərrac informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərrac keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında mə lumat olmalıdır. Həmin Qanununun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərrac təşkilatçısı auksionun keçirildiyi gün hərrac nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Beləliklə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, yuxarıda qeyd edilən halları ilə sübut edilir ki, mübahisə predmeti olan mənzillərə dair hərraclar qeyd edilən maddi-hüquq normalarının tələblərinə uyğun keçirilmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh e dilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-813/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-813/2019
01.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver