Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-815/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, üçüncü şəxsin vəkili Abbasov Zaur Vaqif oğlu, digər üçüncü şəxsin vəkili Nəsirov Vüqar Voroşil oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən 3-cü şəxs x4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1607/2 019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, x1 təsisçiləri x2 və x3 ilə x4 arasında x1 daimi istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 25 iyul 2008-ci il tarixli, AN-İ N-0169534 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair x4nın adına aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən, sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində x4nın istifadə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ər azi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********60 olan Seriya MH N-0018921 saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlətreyestrindən” Çıxarışın ləğv olunması, x4nın Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində daimi istifadə hüququna xitam verilməsi qət edilmişdir. (hakim R.N.Qoşqarlı) Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən, məruzəçi), A.Abbasov və Z.Məmmədov, 2(103)-2962/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1607/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x1 təsisçiləri x2 və x3 ilə x4 ara sında x1 daimi istifadəsində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 25 iyul 2008-ci il tarixli, AN-İ N-0169534 saylı “daşınmaz əmlakın alqı- satqı müqaviləsi”nın və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair x4nın adına aparılmış dövlət qeydiyyatının etibarsız sayılması, Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən, sahəsi 0,26 ha olan torpaq sahəsi üzərində x4nın istifadə hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********60 olan, Seriya MH N0018921 saylı “Hüquqların dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın ləğv olunması və x4nın torpaq sahəsi üzərində daimi istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs x4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs x4nın vəkili Abbasov Zaur Vaqif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayə tin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin vəkili Nəsirov Vüqar Voroşil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qi ymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bələdiyyə mülkiyyətində olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesinin şimalında yerləşən sahəsi 0,26 ha torpaq sahəsinə dair istifadə hüququ x1 tərəfindən x4na satılmış və sonuncunun bu hüququ dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilmişdir. Lakin qeyd olunan alğı-satqı zamanı mülkiyyətçi-bələdiyyənin hüququn özgəninkiləşdirilməsinə dair hər hansı bir razılığı alınmamış, bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, iddiaçının iddia etdiyi kimi hüququn alğı-satqısı adı altında əslində əmlakın alğı-satqısı həyata keçirilmişdir. Halbuki, daha öncə qeyd olunduğu kimi qanunun tələbinə görə istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mü lkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Başqa sözlə, istifadədə olan torpaq sahəsi yalnız əvəzsiz istifadəyə verilə bilər, satıla bilməz. İşdən isə görünür ki, x1 istifadəsində olan torpaq sahəsinin bir hissəsini 65000 manata satmışdır. İddiaçının iddia etdiyi kimi mübahisəli torpaq sahəsinə dair istifadə hüququnun alqısatqısı zamanı müqavilədə x1-nin istifadəsində olan 1,279 ha torpaq sahəsinin hansı hissəsindən 0,26 ha torpaq sahəsinə dair hüquqların satıldığı, satılan ərazinin kordinatları müəyyən edilməmişdir. Ən azı işə əlavə edilmiş notariat işindən görünür ki, belə bir bölgü olmamışdır. İş üzrə cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsi x4 mübahisəli torpaq sahəsi barədə hüquqlarını qeydə alarkən hansı rəsmi sənəd əsasında məhz həmin ərazinin ona satıl masını müəyyən etməsi aydın deyildir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü planının lazımi qaydada təsdiq olunmamış kserosurətindən isə məlum olur ki, həmin bölgünü satıcı tərəfindən aidiyyatı olmayan Sadiq Əkbərov adlı şəxs imzalamışdır. Halbuki, mübahisələndirilən alğı-satqı müqaviləsindən görünür ki, müqaviləni x4 ilə x1 təsisçiləri x2 və x3 bağlayıb imzalamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunan səbəblərdən hesab etmişdir ki, mübahisələndirilən alğı-satqı kobud qanun pozuntuları ilə, mülkiyyətçinin iradəsi ziddinə həyata keçirilmişdir və onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdiril miş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd edilən maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanu nla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Torpaq islahatı haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 242.2-ci maddəsinin tələblərinə görə istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Azərbaycan Respublikasinin Torpaq Məcəlləsinin 47.6-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəlləsinin 47.7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində ola n torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 5.1-ci maddəsinin tələblərinə görə də bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.1-ci maddəsinə əsaəsn bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. İstinad edilən Qanunun 6.2-ci maddəsinin tələblərinə gör ə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Eyni zamanda x4 şikayəti üzrə iddia müddətinin ötürüldüyünü əsas gətirsə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya hüquqlarını pozan alğı-satqı müqaviləsinin mövcudluğu x4nın Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi barədə mülki mübahisəsi zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən ona ünvanl anan 26 dekabr 2018-ci il tarixli, 306 saylı məktubla məlum olmuş, iddiaçı bundan bir ay sonra 10.01.2019cu il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürməmişdir. Həmçinin, məhkəmə kollegiyası iddia müddətinin ötürülməsinə dair x4 dəlillərini (bələdiyyə ödənişlərinin edilməsi və s.) qiymətləndirərək hesab etmişdir ki, bunlar iddiaçının hüquqlarının pozulması və həmin alqı-satqının mövcudluğunu bilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Üçüncü şəxs x4na münasibətdə kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 20 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-815/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-815/2020
12.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver