Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-815/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər Cavabdeh5 və Cavabdeh6na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1174/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2012-ci il tarixli Quba rayon dövlət notariat kontorunda saylı reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətlərində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini Cavabdeh5 bağışlamışlar. Tərəflər bağışlanan torpaq sahəsini 6.000 manata qiymətləndirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh5 oğlu ilə aralarında Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair Quba rayon notariat konturunda xx xxxxx 2012-ci il il tari xdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Quba rayon AİK-nın xx xxxx 1997-ci il tarixli, 06 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-825F seriyalı, kod 30319018 saylı Şəhadətnaməyə əsasən İddiaçı və onun digər ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0,08 ha torpaq sahəsi 416 nömrə ilə qeydə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı sahə kimi, həmçinin fərdi, kollektiv və kollektiv bağçılıq təsərrüfatı yaratmaq məqsədilə onların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edərək öz maddi vəziyətlərini yaxşılaşdırmağa çalışmış və müəyyən dərəcəd ə buna nail olmuşlar. Lakin sonradan yaxın qohumları Cavabdeh5 maddi vəziyyətinin bir qədər qənaətbəxş olmadığını, torpaq sahəsindən istifadə etmək və öz həyat şəraitini yaxşılaşdırmaq arzusunda olduğunu bildirməklə onlara məxsus torpaq sahəsinin müəyyən hissəsinin onun istifadəsinə verilməsini xahiş etmişdir. Onlar gələcəkdə həmin torpaq sahəsinin 0,06 ha torpaq hissəsinin Cavabdeh5 bağışlanmasının vəd edilməsi haqqında müqavilə bağlanmasına razılıq vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1.5-ci maddəsinə əsasən gələcəkdə bağışlama vəd edildikdə və bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Bu səbəbdən onlar İddiaçı, Cavabdeh1 və Cavabdeh5 bu məqsədlə Cavabdeh6na getmiş, torpaq sahəsinin 0,06 ha hissəsinin Cavabdeh5 bağışlanmasının vəd edilməsi haqqında müqaviləyə imza etmişlər. X4, Cavabdeh3, Cavabdeh4 azyaşlı olduqları nəzərə alınaraq Quba rayon Təhsil Şöbəsinin xx xxxxx 2012-ci il tarixli protokoluna əsasən onların adından İddiaçı və Cavabdeh1 müqaviləyə imza atmışlar. Quba notariat kontorunda həmin müqavilə xx xxxxx 2012-ci ildə bağlanmışdır. Onlar notariat kontorunda təsdiq olunmuş həmin müqavilənin mahiyyətini tam dərk etməmiş, gələcəkdə torpaq sahəsinin bağışlanmasının vəd edilməsi müqaviləsi zənn etmişlər. Lakin 2018-ci ilin aprel ayında müqavilənin məzmunu ilə dərindən tanış olduqda aydın olmuşdur ki¸ Cavabdeh5 onların ona olan inamlarından sui-istifadə edərək torpağın gələcəkdə bağışlanmasının vəd edilməsi haqqında müqavilə əvəzinə onlarla bağışlama müqaviləsi bağlamışlar. X10 2012-ci ildən ölkə ərazisində yoxdur, Rusiyada yaşay ır. Həmin torpaq sahəsi onun tərəfindən istifadə olunmamış, öz həyat səviyyəsini yaxşılaşdırmaq üçün heç bir əməli tədbir görməmişdir. Həmin torpaq sahəsi onun mülkiyyətinə keçməmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********38 nömrəli, xx xxx 2018-ci il tarixli arayışından görünür ki, Quba rayonu İ Nügədi kəndində yerləşən 0,06 ha torpaq sahəsinə Cavabdeh5 adına Dövlət Reyestrindən Çıxarış verilməmişdir. Göründüyü kimi Cavabdeh5 0,06 ha torpaq sahəsini qəbul etməmişdir. Məlumdur k, daşınmaz əmlaka mülkiyyət hüququnun verilməsi daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alındığı andan əldə edənə keçir.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
5. Quba Rayon Məhkəməsinin (hakim X.Tağıyev) xx xxxxxxxx 2018-ci il tarixli, 2( 027)-2305/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında xx xxxxx 2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi başqa bir əqdi – İddiaçı və Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır və ona görə də yalan əqddir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında xx xxxxx 2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi yalan əqd olduğu üçün etibarsız hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və F.Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(105)-1174/20 nömrəli qətnaməsi ilə cavabdeh R.Cavabdeh5 apellyasiya şikayəti təmin edi lmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(027)-2305/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamış, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanan zaman həmin əqdin etibarsızlığına səbəb ola biləcək qanun pozuntusu mövcud olmamış, məhkəmədə hazırkı tələblə iddia qaldırılan zaman qanunverıciliklə nəzərdə tutulmuş iddia müddəti keçdiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsaslı hesab edilib, qəbul olunmalı və apelyasiya şikayətinin dəlilləri məhkəmə kollegiyasının iclasında toplanmış digər sübutlarla öz təsdiqini tapdığından təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi artıq başqa şəxsi mülkiyyətində olmasını ümumiyyətlə müəyyən etməmiş, bu barədə zəruri araşdırma aparmamış və düzgün qiymət verməmişdir. Belə ki, əlavə olunmuş DƏDRX-nin xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən mübahisəli torpaq sahəsi X13 xüsusi mülkiyyətindədir. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(027)-2305/2p 18 saylı qətnaməsi icraya yönəldikdən sonra torpaq sahəsi iddiaçı tərəfindən X16 alqı satqı ilə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh5 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi dir.
15. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
17. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
18. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd ol mayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir.
21. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
22. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
23. Maddə 667.3. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.
24. Maddə 668.1-668-5. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə və gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əq d bağlandığı andan etibarsızdır.
28. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiy a baxışının hədləri
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
35. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 nikahları Quba rayon İ Nügədi kənd sovetliyində xx xxxxxx 1994-cü il tarixdə 06 № ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra X8 Şirinbekova soyadı verilmişdir.
36. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli arayışla rdan görünür ki, Cavabdeh2, Cavabdeh3 Quba rayonu, İ Nügədi kənd sakinləri olmaqla, həmin kənddə yaşayırlar.
37. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli arayışlardan görünür ki, İddiaçı Quba rayonu, İ Nügədi kənd sakini olmaqla, ailə tərkibi Cavabdeh1 Hacbala qızı və Cavabdeh4 ibarətdir.
38. Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli arayışdan görünür ki, Quba rayonu, İ Nügədi kənd sakini İddiaçı anası X1 bir evdə yaşayır. 39. xx.xx.2012-ci il tarixli Quba rayon dövlət notariat kontorunda saylı reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı və Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmışdır. Həmin müqaviləyə əsasən Quba rayon Təhsil şöbəs i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli protokola əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və öz adından çıxış edən Quba rayonu, İ Nügədi kəndində yaşayan İddiaçı, Cavabdeh1 və Bakı şəh., Buzovna qəs., Lermontov küç., dal.1, ev 5-də yaşayan Cavabdeh5 həmin müqaviləni AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 3/2016 saylı arayışa və AR DTXK-nin Quba rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş JN-825F, Kod 30319018 olan torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən onların mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsini Cavabdeh5 bağışlamışlar.
40. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11, Cavabdeh1, X9, X6, X7 Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə 0,08 hektar torpaq sahəsi verilmişdir.
41. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində ifadə vermiş X23 göstərmişdir ki, cavabdehin atasıdır. Əslində mübahisəli torpaq sahəsi onlara satılıb və o, həmin torpaq sahəsini almaq üçün şəxsən İddiaçı 6000 manat pul vermişdir.
42. X2 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır. Əslində mübahisəli torpaq sahəsi onlara satılıb və onun həyat yoldaşı həmin torpaq sahəsini almaq üçün şəxsən İddiaçı 6000 manat pul vermişdir. 43. “xxxx” ASC-nin Abunə haqqından görünür ki, Quba rayonu, Nügədi kəndində yerləşən yaşayış evinə elektrik sayğacı Cavabdeh5 adına qeydə alınmışdır.
44. İşdə olan fotoşəkillərdən görünür ki, Cavabdeh5 məxsus əşya lar Quba rayonu, Nügədi kəndində mübahisəli toraq sahəsində yerləşən yaşayış evindədir.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsinin görünüş üçün, başqa əqdi pərdələməklə bağlandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun yalan olması kifayət qədər güclü və biri-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Mülkiyyətçinin yalnız başa şəxsin qarşısında pul öhdəliyinin olması faktı onun bağladığı bağışlama müqaviləsinin yalan olması barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, başqasının pul öhdəliyinin mülkiyyətçi öz əmlakı üzərində sərəncam vermək hüququndan, həmçinin əmlakını başqasına hədiyyə etmək hüququndan məhrum olmur, o, öz əmlakını başqasına hədiyyə edə bilər.
46. İddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı tam səmimi olaraq etiraf etmişdir ki, cavabdehin valideynləri ilə yaxın qohumluq münasibətlərində olub, onların dəfələrlə etmiş olduqları müraciət və xahişi nəzərə alınaraq, hazırkı iddia tələbi barədə məhkəmədə iddia qaldırılmışdır. Əslində onların mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdehə qarşı iddia qaldırmaq fikirləri olmamış, aralarında hər hansı mübahisə, anlaşılmazlıq mövcud deyildir və onların hüquqlarının pozulması ilə əlaqədar heç bir tələbləri yoxdur. Hazırda mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdeh və onun valideynləri arasında mübahisə vardır ki, bunun da iddiaçı tərəf olaraq onlara heç bir aidiyyəti yoxdur. Bağışlanma müqaviləsi onların razılığı ilə tərtib olunmuşdur. Ona görə də mə hkəmə kollegiyasından qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişlər.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdehin valideynlərinin ifadələrinə tənqidi yanaşmış və hesab etmişdir ki, hazırda cavabdeh və onun valideynləri arasında münasibətlər normal olmayıb, mübahisə predmeti olan torpaq sahəsi üstündə mübahisələri mövcuddur.
48. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanan zaman həmin əqdin etibarsızlığına səbəb ola biləcək qanun pozğunluğu mövcud olmamış, məhkəmədə hazırkı tələblə iddia qaldırılan zaman qanunverıciliklə nəzərdə tutulmuş iddia müddəti keçdiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsaslı hesab edilib, qəbul olunmalı və apelyasiya şikayətin in dəlilləri məhkəmə kollegiyasının iclasında toplanmış digər sübutlarla öz təsdiqini tapdığından təmin edilməlidir.
49. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1174/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.