Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8152/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X1 vəkili Vəkil və cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli, 2(103)10972/2019 nömrəli qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 07.05.2019-cu il tarixli, 2(005)-279/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxx” ASC-yə və Cavabdeh3nə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi”, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxx” ASCyə və Cavabdeh3nə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə prot okolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələblərinə dair iddiaların təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, İ.Xəlilov, A.İmanov) 26.08.2019-cu il tarixli, 2(103)-10972/2019 nömrəli qətnaməsi ilə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli, 2(005)-279/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli qətnaməsindən ayrı- ayrılıqda kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə qarşı “hərracın yekun protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 25.01.2018-ci il tarixli, 16 saylı protokolun etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə yanaşı “xxxx” ASC və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsini cavabdeh qismində, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini isə üçüncü şəxs qismində mülki işə cəlb edərək, Cavab deh1 MMC tərəfindən tərtib olunmuş hərracın yekunu haqqında 25.01.2018-ci il tarixli 16 saylı protokolun etibarsız hesab olunması, həmin protokol əsasında “xxxx” ASC ilə bağlanmış 25.01.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və müqavilə əsasında mübahisəli mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X2 cavabdehlər Cavabdeh1 MMC-yə, “xxxx” ASC-yə və Cavabdeh3nə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, ipotekaya xitam verilm əsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş, Bakı şəhəri, ****************** saylı mənzilinə dair hərracın yekunu haqqında 25.01.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi, yekun protokol əsasında “xxxx” ASC ilə bağlanmış 25.01.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və müqavilə əsasında mübahisəli mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi və “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, xüsusilə ipotekaya xitam verilməli olması ilə bağl ı səsləndirdikləri əsaslar məhkəmə qətnaməsində tamamilə yanlış istiqamətdə qeyd edilmiş və bu maddi hüquq normasının səhv tətbiq edilməsinə gətirib çıxarmışdır. Belə ki, yekun protokolun imzalanması tarixi 25.01.2018-ci il göstərilsə də, əslində həmin protokol həmin vaxt yox, həmin tarixdən bir neçə ay sonra imzalanmışdır. Hərrəacın yekun protokolu imzalanmazdan əvvəl icra qurumlarına ümumi borc məbləğinin 7% həcmində icra xərci ödənməli, həmçinin əgər borcluya ödənilməli fərq məbləği (əgər varsa) borcluya ödənməsi üçün müvafiq icra qurumunun depozit hesabına köçürülməlidir. Lakin qeyd edilən heç bir əməliyyat protokolun imzalandığı günədək həyata keçirilməmiş və hərraca çıxarılmış ipoteka predmeti real olaraq əldə edilməmişdir. Halbuki cavabdeh bank əmlakın ona təklifi ilə bağlı razılıq məktubu verdiyini bildirsə də, əslində razılıq məktubunun heç bir qanuni əsası yoxdur. 25.01.2018-ci il tarixdə keçirilmiş hərrac zamanı borcluya ödənilməli olan 14955 manat məbləğində fərq yaranmış, bu məbləğ iddiaçıya 25.07.2018-ci il tarixdə ödənilmişdir. Bank əmlakla bağlı çıxarışı da hərracdan 6-7 ay sonra almışdır. Bu o deməkdir ki, 25.01.2018-ci il tarixdə imzalanmış protokol “İpoteka haqqında” Qanunun tələblərinin pozulması ilə bağlanmış və heç bir reallıq daşımamışdır. Ona görə də “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipotekaya xitam verilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli, 2(103)-10972/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürən 3-cü şəxs X2 və vəkili Vəkil kassasiya şikayətini İddiaçı və vəkili Hüseynov Pərviz Fazil oğlu tərəfindən tərtib edilmiş kassasiya şikayəti ilə eyni qaydada və eyni dəlillərlə əsaslandırmışlar. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, müstəqil tələb irəli sürən 3-cü şəxs X2, cavabdehlər Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin, Cavabdeh1 MMC-nin və müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinsəlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MP M-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X1 vəkili Vəkil kassasiya şikayətlərini müdafiə edərək, məhkəmədən şikayətlərin təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli, 2(103)-10972/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddiaların təmin edilməməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmiş və qənaətini onunla əsaslandırmışdır ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalməş verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə m alik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Qanunun 43.1-ci və 43.2-ci maddələrinə əsasən, hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hərracın təşkilatçısı olan Cavabdeh1 MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur. İş materiallarına əlavə edilmiş hərraclar barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətləri, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar təfsilatı ilə qeyd edilmişdir. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, mənzillər təkrar hərracdan satış qiymətləri 25 faiz endirilməklə “xxxx” ASC-yə təklif olunmuşdur ki, sonuncu da 25.01.2018-ci il tarixli 15 və 16 nömrəli “Hərracların yekunları barədə” Protokollar və 25.01.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilələrə əsasən Bakı şəhəri, **************** saylı mənzilini 38.250 manata və Bakı şəhəri, *********** ******* saylı mənzilini 76.500 manata almışdır. İpoteka saxlayanın ipoteka predmetini alması üçün hər hansı hərrac keçirilməsinə və bunun üçün elan dərc etməyə və maraqlı şəxslərə bildiriş göndərməyə lüzum yoxdur. Hazırki işdə təkrar hərrac 21.12.2017-ci ildə keçirilmiş və hərrac baş tutmamışdır. 25.01.2018-ci il tarixdə isə mənzillər “xxxx” ASC tərəfindən alınmışdır. Cavabdehlər tərəfindən hərracda müəyyən edilmiş qiymətlə bağlı tələblər pozulmamışdır. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, bank tərəfindən alınmış mənzillərin dəyərinin təxminən 2 aydan sonra ödənilməsi, eləcə də həmin mənzillər üzərində bankın hüquqlarının təxminən 5 aydan sonra qeydə alınması iddianın təmin edilməsi üçün əsas ola bilməz, həmin dəlillər əsassızdır v ə iş üçün heç bir əhəmiyyət kəsb etmir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün olaraq izah etmişdir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır və bank tərəfindən alınmış mənzillərin dəyərinin təxminən 2 aydan sonra ödənilməsi, eləcə də həmin mənzillər üzərində bankın hüquqlarının təxminən 5 aydan sonra qeydə alınması iddianın təmin edilməsi üçün əsas deyildir. Odur ki, kassasiya şikayətinin dəlilləri formal dəlil kimi müəyyən edilir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İd diaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.08.2019-cu il tarixli, 2(103)10972/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8152/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8152/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver