Məhkəmə qərarları › İş №2(102)-816/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-816/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-816/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı sahiblik, istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin e-2(012)-5181/2 023 nömrəli iş üzrə 04 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 MTK tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində MTK-ya məxsus Cavabdeh1 yaşayış kompleksində yerləşən bina 1, blok 1, 9-cü mərtəbə, 87.0 kv.m ümumi sahəsi olan 47 saylı mənzilin üzərində onun sahiblik, istifadə hüququnun tanınması və mənzilin ona təhvil verilməsi, həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh1 MTK ərizə ilə müraciət edərək, işin ai diyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(012)-5181/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Sevinc Quliyeva) ərizə təmin olunmamışdır.

4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24, 26.1, 32, 403-1 və 407-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Hazırkı iş üzrə iddiaçı fərdi sahibkar kimi (VÖEN: **********) qeydiyyatdan keçsə də, onun fiziki şəxs olaraq fəaliyyəti bilavasitə çoxmənzilli binanın tikinti si ilə əlaqədar deyil, kofe, çay, kakao və ədviyyatın pərakəndə satışı obyekti ilə əlaqədar olmuşdur. Bununla yanaşı, mübahisəsi gedən Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində, Cavabdeh1 yaşayış kompleksində yerləşən 1 saylı blok 1 də olan 47 saylı binanın tikintisini iddiaçı yox, Cavabdeh1 MTK aparmışdır. İddiaçı ilə cavabdeh arasında olan iddia ərizəsində qeyd edilən razılaşma iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Tərəflər arasındakı hazırkı mübahisəsinin iddiaçının sahibkarlıq fəaliyyətinə aidiyyəti yoxdur. İddiaçının Cavabdeh1 MTK-nın təsisçisi olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.

5. Cavabdeh1 MTK şikayət verərək, 4 noyabr 2023-cü il tarixli qərardadın ləğv olunması, və apellyasiya şikayətinin məhk əmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı kommersiya fəaliyyət ilə məşğul olan fiziki şəxs (VÖEN **********), Cavabdeh1 MTK (VÖEN **********) isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan sözügedən iş aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin mübahisənin predmetinə nəzər saldıqda hazırkı mübahisənin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisə olduğu görünür. Belə ki, kommersiya hüquqi şəxs olan Cavabdeh1 MTK-nın fəaliyyəti yaşayış sahələrinin tikintisi və onların satışını həyata keçirmək ilə bağlıdır. Hazırkı mübahisənin əsasını isə Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh1 MTK-ya məxsus mübahisəli mənzilin üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzilin iddiaçıya təhvil verilməsi, həmçinin yaşayış sahəsindən istifadəyə maneçilik törədilməməsi ilə bağlıdır. Göründüyü kimi mübahisənin həm subyekt tərkibi, həm də predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsiilə bağlıdır. Buna görə də hesab edirəm ki, sözügedən iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır.

7. Birinci instansiya məhkəməsi 7 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərini n xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

10. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmənin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqların a baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilə rkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

13. Baxılan iş üzrə iddiaçı fərdi sahibkar olsa da, hazırkı mübahisə onun sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İddiaçı kommersiya hüquqi şəxsi olan Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından yaşayış sahəsi (mənzil) alınması ilə bağlı aralarında bağlanmış müqavilə müddəalarına əsaslanaraq, müqavilə predmeti olan mənzil ə sahiblik və istifadə hüququnun tanınmasını və mənzilin ona təhvil verilməsini xahiş edir. Mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarını tənzimləyən müddəalarına müvafiq olaraq, hazırkı iş üzrə əsas tələb iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi üçün kommersiya mübahisəsi kimi qəbul oluna bilməz.

14. Bu baxımdan, birinci instansiya məhkəməsi işin ümumi məhkəməyə aid olmaması barədə düzgün qənaətə gəlmişdir.

15. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya in stansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1)

16. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-5181/2023 nömrəli iş üzrə 04 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar