Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8193/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin vəkili ***nun, Cavabdeh1 və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(103)-178/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik 14 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə, 52.765 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında 18 iyun 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 47 kv.metr, yaşayış sahəsi 29,90 metr, yardımçı sahəsi 17,10 kv.metr olan, iki otaqlı 167 nömrəli mənzil, Cavabdeh2 razılıq ərizəsi alınmaqla 18 iyun 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təmina tı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 iddiaçıya 01.11.2017-ci il tarixə 43.317,49 ABŞ dolları kredit borcu, 7.891,54 dolları kreditdən istifadəyə görə faiz borcu, 6.325,49 ABŞ dolları cərimə olmaqla, cəmi 57534,52 ABŞ dolları borclu qalmaqdadır. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin onun la bağlamış olduğu kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə illik 14% dərəcəsi ilə kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 52.765 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kreditin təminatı kimi ailəsinin yaşadığı mənzil girov qoyulmuş və həmin tarixdə onunla bank arasında ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən tərtib olunmuş cədvəl üzrə mütəmadi olaraq o hər ay 820 ABŞ dolları məbləğində borcunu ödəyirdi. ABŞ dollarının məzənnəsinin bahalaşmasına baxmayaraq 0,78 qəpikdən 1 manat 05 qəpik, sonra isə 1 manat 55 qəpik, 1 manat 78 qəpik və 1 manat 70 qəpik civarında olan məzənnə ilə ABŞ dolları olan kreditinin 40.000 ABŞ dollarına yaxın məbləğini qaytarmışdır. Lakin ondan asılı olmayan səbəblərə görə ABŞ dollarının məzənnəsinin qalxması və müqavilə bağlaya rkən əsas götürülən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit müqaviləsini mövcud olan şəkildə icra etməyi mümkünsüz etdi. Əgər o və ailə üzvləri bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayardılar və ya ümumiyyətlə, bağlamazdılar. Onların müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabərdir. Borcunun mövcud olmasını və imkanı daxilində ödəməyə razı olduğunu, borcun ödənilməsi əvəzində əmlakı olan mənzilə yönəldilməsi, borc üzrə faizlərin və aylıq ödənişlərin miqdarı ilə razı olmadığı, ödədiyi pul məbləğləri nəzərə alınmaqla hazırkı borcun məbləğinin onun iştirakı ilə müəyyən edilməsini və borcun ödənilməsinə dair hər ay 300 manat ödəmək şərtilə yeni qrafikin tərtib edilmə si və müqavilənin müddətinin 2030-cu ilədək uzadılması barədə kredit müqaviləsinin şərtlərini dəyişməyi barədə iddiaçıya ərizəsini (təklifini) göndərmişdir. O, dəfələrlə qeyd olunan faktiki və hüquqi əsasları nəzərə alınmaqla kredit müqaviləsinin şərtlərini dəyişdirilməsini xahiş etmişdir. Qarşı tərəf isə ona əvvəlcə müəyyən məbləğin ödənilməsi təklifini icra etdikdən sonra razılıq verəcəyinə vəd etsə də, əməl etməmiş və onun təkliflərini nəzərə almamışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi,iddiaçı “İddiaçı’’ ASC ilə cavabdeh *** arasında bağlanmış 18 iyun 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi,Cavabdeh1 43.317,49ABŞ dolları əsas, 7.891,54ABŞ dolları faiz borcu, 4.500ABŞ dolları cərimə olmaqla, cəmi 55.709,03ABŞ dollarının İddiaçı ASC-nin xeyrinə ödənilməsi,tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 tam mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, azadlıq prospekti 116 nömrəli 9 mərtəbəli binanın 5- ci mərtəbəsində yerləşən, 47 kv.m. yardımçı sahədən ibarət iki otaqlı, 167 nömrəli mənzilinə yönəldilməsi,həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabınaborc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən olunması, açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin e dilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(103)-178/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsi cərimə borcunun məbləği hissəsində dəyişdirilmiş, cavabdeh ***ndan tutulmalı olan cərimənin məbləği 500ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(103)-178/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iy ul 2019-cu il tarixli, 2(103)-178/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə cavabdehin qarşılıqlı iddiası üzrə araşdırma aparmadan qərar qəbul etmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki o, kredit müqaviəsi ləğv edilərkən xahiş etmişdir ki, məhkəmə müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirsin və tərəfləri əvvəlki vəziyyətlərinə qaytarsın, qalıq borcunu müəyyən etsin. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Ca vabdeh1 və onun vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli qətnaməsini cərimə borcunun məbləği hissəsində dəyişdirib, cavabdeh ***ndan tutulmalı olan cərimənin məbləğini 500ABŞ dolları məbləğində müəyyən edib, qətnaməni qalan hissədə dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 14% olmaqla 120 ay müddətinə qaytarmaq şərti ilə 52.765 ABŞ dolları məbləğində kr editi verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsiüçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 14% olmaqla 120 ay müddətinə qaytarmaq şərti ilə 52.765 ABŞ dolları məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 tərəfindən notariat kontoruna ünvanladığı 18.06.2013-cü il tarixli ərizənin surətindən görünür ki, o, əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli evin 167 nömrəli mənzilinin ipotekaya qoyulmasına etiraz etməmiş, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən müvafiq əmlakı tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2013-cü il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, 18.06.2013-cü il tarixli, kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan *** nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxar ışın surətindən müəyyən olunur ki, *** nömrəli mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialının xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 04.07.2013-cü il tarixdə qeydə alınmışdır 18.06.2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür Cavabdeh1 52.765 ABŞ dolları məbləğində kredit vəsaitini qəbul etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 01 dekabr 2017-ci il tarixli məktubundan görünür ki, *** nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 01 noyabr 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 18.06.2013-cü il tarixli, kredit müqav iləsi üzrə həmin tarixə 43.317,49 ABŞ dolları əsas, 7.891,54 ABŞ dolları faiz borcu, 6.325,49 ABŞ dolları cərimə olmaqla, cəmi borcu 57.534,52 ABŞ dolları təşkil edir. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 6.09.2018-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatından görünür ki, *** mərtəbəsində yerləşən, 47 kv.metr ümumi, 29,9 kv.metr yaşayış və 17,1 kv.metr yardımçı sahədən ibarət, iki otaqlı, 167 nömrəli mənzilin hazırkı qiyməti 110.000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2019cu il tarixli rəyinə əsasən, Cavabdeh1 18.12.2017-cı il tarixə banka olan əsas borcu 43.266.11 ABŞ dolları, faiz borcu isə 9.996.62 ABŞ dolları təşkil edir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 464.1-ci maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafel əri nəzərə alınır. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehdən tutulan cərimənin 500 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Belə qənaətə gələrkən məhkəmə kollegiyası kompleks amilləri nəzərə alır. O cümlədən, borcun ABŞ dolları ilə olmasını, həmin valyutanın dəyərinin müqavilə bağlandıqdan sonra kəskin olaraq artmasını, son vaxtlar Azərbaycan Dövlətinin ABŞ dolları ilə borcu olan vətəndaşların borcunun bir qisminin dövlət vəsaiti hesabına qaytarmağa təşəbbüs göstərməsini, eyni zamanda yüksək cərimə məbləğinin qətnamənin icrasını əngəlləməsini nəzərə alır. İlk iddia təmin olunduğundan qarşılıqlı iddianın təmin olunması imkanları aradan qalxır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası hesab edir ki, cavabdeh tərəf müqavilə öhdəliklərini pozmaqla müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfin verilmiş borcun vaxtından əvvəl geri qaytarılmasına dair əsas verdiyindən, iddiaçı tərəfin iddiası əsaslı hesab edilməlidir. Əksinə olaraq bu hüququnun yaranmasından və iddiaçı tərəfin bu hüququndan istifadə etməklə bağlı məhkəmədə i ddianın qaldırılması yolu ilə iradə ifadəsinin irəli sürülməsi müqavilənin yeni şərtlərlə bağlanmasını istisna edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2019-cu il tarixli, 2(103)178/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8193/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8193/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver