Məhkəmə qərarları › İş №2(102)-820/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-820/2025

12.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-820/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi 12.03.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3412/2024 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və akt əsasında hesablanmış 15.447,75 manat borc iddiaçıdan tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona (abonent kodu **********00000) əsassız hesablanmış 15.447,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ünvan 1 ünvanın da yerləşən evə məxsus qaz sayğacına akt tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Qeyd edir ki, sözü gedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonra ona məlum olmuşdur ki, ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən aktlar əsasında onun üçün 15447,75 manat məbləğində qaz borcu hesablanmışdır. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı, heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübut a yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə öhdəlik daşımır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim İ.Cəfərzadə) 2(003)-239/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 13.279,68 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən abonentin saldosuna istinad edərək iddiaçının adına hesablanmış ümumilikdə 15442,75 manat borcun 13279,68 manatının təbii qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlara əsasən, 2162,91 manat borcun is ə iddiaçının debitor borcu kimi hesablandığını qeyd etmiş və məhz buna görə iddianın debitor borcun silinməsi hissəsində rədd, qalan hissədə isə təmin edilməsi qənaətinə gəlmişdir.

6. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 5.2, 5.5, 6.5, 6.5-1, 6.5-3, 6.5-4, 6.6, 6.7-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77, 124.1, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

7. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirlər ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə qeyd edirlər ki, məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən etinasız yanaşılmışdır. Yuxarıda qeyd edilənlərlə yanaşı yerli baxış zamanı müəyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3412/2024 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (F.Babayev (sədrliyi və məruzəsi ilə), hakimlər F.Abdıyev və C.Musayevadan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı adına olan **********00000 nömrəli abonent hesabından 10.623,36 (on min altı yüz iyirmi üç manat otuz altı qəpik) manat məbləğində borc silinmiş, iddia qalan mübahisələndirilən hissədə təmin edilməmişdir. 10.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

11. Birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən abonentin saldosuna istinad edərək iddiaçının adına hesablanmış ümumilikdə 15442,75 manat borcun 13279,68 manatının təbii qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlara əsasən, 2162,91 manat borcun isə iddiaçının debitor borcu kimi hesablandığını qeyd etmiş və məhz buna görə iddianın debitor borcun silinməsi hissəsində rədd, qalan hissədə isə edilməsi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi sözügedən 13279,68 manat borcun hesablanma mexanizminin düzgün aparılıb-aparılmamasını müəyyənləşdirməmiş və bu barədə işdəki sübutların tədqiqini lazımi formada aparmamış, həmçinin qanunsuz qoşulma halının mövcud olub-olmaması məsələsinə qiymət verilməsi xüsusi bilik tələb etsə də, buna özü münasibət bildirmişdir. 12.Belə ki, ilk növbədə birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olur ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi məqsədilə ünvana baxış keçirilmişdir. Halbuki, bu məsələ xüsusi bilik tələb etmişdir və məhkəmənin yerli baxışda nəyi müayinə və təsbit etdiyi işdən aydın olmur. 13.Buna görə də məhkəmə kollegiyası İddiaçı yaşadığı ünvan 2 ünvanında qaz xəttinə sayğacdan kənar qoşulma izlərinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/996 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz, zədə və əlavə xətt aşkar edilməmişdir. 15.İş materiallarındakı abonent saldosundan görünür ki, iddiaçıya həm qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlara əsasən, həm də sayğacın mənfiyə işləməsi əsası ilə borc hesablanmış, ödəniş qrafalarında isə həmin borcların bəziləri ödənilmiş və ya silinmiş olaraq göstərilmişdir. Bundan əlavə tərtib edilən aktlara nəzər yetirdikdə görünür ki, qanunsuz qoşulma halının təsbit edilməsi ilə əlaqədar dəymiş zərərin hesablanması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. 16.İş lə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur. 17.Həmin rəydə qeyd edilmişdir ki, 1) ünvan 2 ünvanında yerləşən evdə **********947 nömrəli Zenner G4T smart markalı sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmış və ******* nömrəli aktla rəsmiləşdirilmişdir; 2) Sayğacın ilkin yoxlanılması barədə sənədi əldə etmək mümkün olmadığından rəy bildirmək mümkün olmadı. Qeyd edilən tipli qaz sayğaclarının texniki pasportlarına istinadən sayğacın istismar müddəti 12 ildən az olmayaraq müəyyən edilmişdir. 3) **********947 nömrəli Zenner G4T smart markalı sayğac quraşdırılarkən çıxarılan sayğacın (İtron tipli G-4) ele ktron göstəricisi 25899 m3, mexaniki göstəricisi isə 25898 m3 olmuşdur. Sayğacın üzərinə istifadə olunmayan qaz həcmi qalmamışdır; 4) **********947 nömrəli Zenner G4T smart markalı sayğac üzrə sərfiyyatın mənfiyə hesablanması halı olmamışdır; 5) 2022-2023-cü illər üzrə ödənilmiş ümumi məbləğ 36 manat olmuşdur; 6) İstehlakçı tərəfindən qanunsuz qoşulma halı aşkar edilərsə, 20222023-cü illər üzrə (xx.xx.2023-cü ilədək) qaz paylayıcısına vurulmuş zərərin məbləği 2759.4 manat müəyyən edilə bilər. 18.İlk növbədə 2022-2023-cü illər üzrə, yəni Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərdən sonra tərtib edilmiş aktlara münasibətdə yuxarıda göstərilən mütəxəssis rəyini nəzərə alaraq kollegiya qeyd edir ki, həmin qanunun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksi yasındakı 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərar ı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 19.Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi iş materiallarında müəyyən olunmur. Qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. 20.Göründüyü kimi iddiaçıya 2022-2023-cü illər aralığında borcun hesablanmasının qanuni hesab edilməsi üçün ya onun barəsində tərtib edilən aktlar bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməli, ya da həmin dövrdə hesablanan borcun digər bir qanuni əsası (sərfiyya tın mənfiyə işləməsi və s.) olmalı idi. Lakin yuxarıda adıçəkilən mütəxəssis rəyində də qeyd edildiyi kimi məhz həmin dövr aralığında (2022-ci ilədək mövcud olması istisna edilmir) sərfiyyatın mənfiyə işləməsi halı mövcud olmamışdır və bütün bunlar da onu deməyə əsas verir ki, sözügedən dövrdə borcun hesablanması hər hansı əsasa söykənmədiyindən onun silinməsi ilə bağlı tələb də əsaslı hesab edilməlidir. 21.Kollegiya xx.xx.2022-ci ilədək tərtib edilmiş aktlara münasibətdə borcun hesablanması ilə bağlı yenidən mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş və bunun üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur. 22.Həmin rəydə göstərilmişd ir ki, istehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qaz paylayıcısına vurulmuş zərərin məbləği 2656,32 manat ((1383.5 m3 x 16 ay = 22136 m3) x 0,12 manat) müəyyən edilməlidir. 23.Göründüyü kimi bu barədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən iş materiallarına və mövcud sübutlara əsasən tədqiqat aparılmış və cavabdehə quruma dəymiş zərərin miqdarı 2656,32 manat həcmində müəyyənləşdirilmişdir. 24.Odur ki, kollegiya qeyd edilənləri nəzərə alaraq iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hesablanmış borcun 2656,32 manat məbləğində olan hissəsinin silinməsi barədə iddia tələbinin əsassız olduğu qənaətinə gələrək həmin hissədə apellyasiya şikayətinin qismən təmin edilməli olduğunu h esab edir. 25.Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2, 21.1, 21.3, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) 13-cü maddəsinin 8-ci bəndi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) 13-cü maddəsinin 8-1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.5, 6.6, 6.7-ci bəndlərinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq s ilmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.

28. Apellyasiya instansiya məhkəməsi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” A ktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblə rinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, abonent saldosu və s) iddiaçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas ve rən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri 30.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 31.Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

32. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

33. Bənd 4.6. Qaz sayğa clarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

34. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

35. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

36. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2 -ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

37. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qa z paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

38. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

39. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə)

40. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)

41. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayı cısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qa nunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyə ti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 416.1 Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3412/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar