Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8204/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(106)103/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İmişli rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov, iş № 2(036)-4984/2017) İddiaçı1 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı mirasın vərəsələr aras ında naturada bölünməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək 13 iyun 2006-cı il tarixdə vəfat etmiş A6 miras qalmış 0,45 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən planda yeri göstərilən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinin birinci növbədə vərəsələr sırasından İddiaçı1 və Cavabdeh3 arasında iki bərabər hissəyə bölünməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilən 0,45 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən planda yeri göstərilən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin naturada ayrılıb İddiaçı1 mülkiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilm işdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.B.Babayev, Q.B.Kərimov və N.F.Mirzəyev) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək İmişli rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilən 0,45 həyətyanı torpaq sahəsinin ½ hissəsinin və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən planda yeri göstərilən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin naturada ayrılıb İddiaçı1 mülkiyyətinə verilməsi hissəsində ləğv edilmiş, İddiaçı1 0,45 ha həyətyanı torpaq sahəsindəki ümumi payının 3/6 hissədə, 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının ¼ hissədə müəyyən edilməsi, qətnamənin qalan his sədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: A6 13 iyun 2006-cı il tarixdə baş vermiş vəfatından sonra JN **** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan İmişli rayonunun Məzrəli kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsinin ona məxsus 1/3 hissəsi və JN ***** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətdə olan İmişli rayonunun Məzrəli kəndində yerləşən 0,24 ha torpaq sahəsinin ona məxsus ½ hissəsi miras qalmışdır. 17 yanvar 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh3 İmişli rayonunun Məzrəli kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış dır. 2017-ci ilin sentyabr ayında İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsna qarşı iddia ərizəsi və əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasından miras qalmış əmlakın vərəsələr arasında naturada bölünməsi və ümumi paylı mülkiyyətdən payın naturada ayrılması, mirasın kütləsinə daxil olan fərdi yaşayış evinin Cavabdeh3 adına qeydiyyata alınması barədə Dövlət Reyestrində edilən qeydin ləğv edilməsi və ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsindəki payının naturada ayrılıb mirasdan ona düşən həyətyanı torpaq sahəsi ilə birləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsinin nəzərə alınmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh3 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materia llarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi 0,45 ha həyətyanı torpaq sahəsinin A6, X2 və İddiaçı1 ümumi mülkiyyətində olmasını və miras qalmış torpaq sahəsinin 1/3 hissəsinin vərəsələrin sayına görə həmin əmlakın 2/6 hissəsini təşkil etməsini və iddiaçıya miras əmlakdan düşən payın 1/6 hissə olmasını nəzərə alaraq hesab etmişdir ki, onun 0,45 ha həyətyanı torpaq sahəsindəki cəmi payı 3/6 hissə müəyyən olunmalıdır. 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin A6 və Cavab deh3 mülkiyyətində olmasını, miras qalmış torpaq sahəsinin ½ hissəsinin birgə mülkiyyətçilərinin və vərəsələrin sayına görə həmin əmlakın 2/4 hissəsinin təşkil etməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 həmin torpaq sahəsindəki cəmi payı ¼ hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Məhkəmə kollegiyası hesab etmişdir ki, ümumi əmlakdakı paylar yalnız tərəflərin ideal payları müəyyən o lunduqdan və bu barədə olan qətnamə qanuni qüvvəyə mindikdən sonra naturada bölünə bilər. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8204/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8204/2019
25.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver