Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-822/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması və üzərində olan özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt edilmiş torpaq sahədə qanunsuz tikilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)989/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair JN-049F KOD 40312028 saylı şəhadətnaməyə əsasən, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə, Şahmuradov Yusif Camal oğlu, X3, İddiaçı və X2 mülkiyyətinə Qax rayonunun Çinarlı kəndinin ərazisindən 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair JN-050F KOD 40312028 saylı şəhadətnaməyə əsasən, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə X7, Cavabdeh, X8, X9, X5 və İddiaçı Əmrah oğlunun mülkiyyətinə Qax rayonu nun Çinarlı kəndinin ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. İddiaçılar və cavabdehə məxsus torpaq sahələri yanaşı yerləşir. Torpaq sahələrinin sərhədində hazırda cavabdehlərin istifadəsində olan və qaraj kimi istifadə edilən tikili yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-049F nömrəli şəhadətnamə əsasında onların mülkiyyətində olan 0,09 ha həyətyanı torpaq sahəsindən cavabdehin qanunsuz zəbt etdiyi hissədən məcburi çıxarılması və zəbt edilmiş sahədə tikilmiş köməkçi tikilinin (maşın qarajının) sökülməsi barədə qətnamə qəbul olunmasını xah iş etmişlər.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qax rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1997-ci il tarixli 20 nömrəli qərarı ilə onların, Yusif Şahmuradov və Zalxa Seydəliyevanın mülkiyyətinə 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi onların mülkiyyətindədir. Valideynləri olan Yusif Şahmuradov və Zalxa Seydəliyeva rəhmətə getmişlər. Cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və həmin yerdə qanunsuz tikili inşa edilmişdir. Nəticədə onlar öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilməmiş, torpaq sahəsinə daxil olmaları qeyri mümkündür. Qeyd olunanların nəticəsi olaraq onlar dövlət tərəfindən onlara verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmirlər. Bu da onların həmin torpa q sahəsi üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur.
6. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Mübahisələndirilən torpaq sahəsinə dair iddiaçıya verilən sənədlər etibarsızdır. Həmin torpaq sahəsi cavabdehə məxsusdur. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7890 saylı, 8 dekabr 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mühənd isi S.Ağabalayevin tərtib etdiyi 26 avqust 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı və Oruc Şahmuradovun iddiasında göstərilən torpaq sahəsi 665 kv.m. olub, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır.
8. Qax Rayon Məhkəməsinin 2(024)-31/2023 nömrəli, 20 fevral 2023-ci il tarixli qətnaməsi ilə (hakim: Malik Qarayev) iddia təmin olunmuş, cavabdeh JN-049F nömrəli şəhadə tnamə əsasında Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajından (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən) məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş köməkçi tikili-maşın qarajının cavabdehin hesabına sökülməsi, cavabdehdən iş üzrə 50 manat ekspertiza xərcinin alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün müb ahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 08 dekabr 2022ci il tarixli 10/7890 saylı rəyinə əsasən iddiaçı Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun iddiasında göstərilən torpaq sahəsinin 665 kv.m. olub döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğ u üçün cavablandırılması mümkün olmamışdır. Lakin iş materiallarında olan mütəxəssis rəyində olan sxemlə müəyyən edilmişdir ki, cavabdehlər iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi üzərində tikililər mövcuddur. Ekspert rəyində JN-49F, KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmasa da, mütəxəssis rəyinə əlavə edilmiş sxemlə cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsində tikililər inşa edildiyi sübuta yetirilm işdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 164.1, 165.1, 170.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49.1, 84 və 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin plan cizgi sənədlərini nəzərə almamış, iddiaçının qeyd etdiyi zəbt torpaq sahəsində tikilinin nə vaxt və kim tərəfindən tikildiyi nəzərə alınmamış, iddiaçıya torpaq sahəsinin verildiyi tarixlə, ilkin sənədlərdə qeyd olunan tarixlərə nəzər salınmamışdır. Ekspert rəyinə əsasən, Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərq olduğu üçün cavablandırılması mümkün olmamışdır. Mübahisəyə mahiyyəti üzrə baxılmalı, iş üzrə ilkin sənədlər araşdırılmalı, torpaq sahəsinin nə vaxt cavabdehin istifadəsinə verilməsini, nə vaxt zəbt torpaq sahəsində maşın qarajının tikildiyini araşdırmalıdır. Belə ki, zəbt torpaq sahəsində yardımçı t ikili faktiki olaraq 1960-cı ildən əvvəl tikilmişdir, iddiaçının valideynləri Yusif Şahmuradov və Zalxa Seydəliyevaya isə torpaq sahəsi AİK-nın 28 dekabr 1997-ci il tarixli 20 nömrəli səhv qərarı ilə verilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-41/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 oktyabr 2023-cü il tarixli 3-16-16/2 -10/6901 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: -“JN-49F KOD 40312018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yusif Şahmuradov, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin sənədində koordinatlar olmadığından hər hansı ölçülərdə və koordinatlarda yerləşməsini təyin etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin sə rhədlərinin ölçüləri və coğrafi yerləşməsi arasında olan uyğunsuzluq sxem 1-də göstərilmişdir. -JN-50F KOD 40312028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, Cavabdeh, X8, X9, X5, İddiaçı Əmrah oğlunun ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonunun Çinarlı kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada koordinatları və coğrafi yerləşməsi sxem 2-də göstərilmişdir. -1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilmiş 0,24 ha torpaq sahəsinin döngə nöqtələri koordinatları olmadığından faktiki istifadədə olan torpaqla, yerləşmə və mülkiyyət vəziyyəti barədə tərəflərindən cavablandırılması mümkün olmamışdır. -JN-49F KOD 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-50F KOD 40312028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahələrinin sənəd üzrə üst-üstə düşməsi yoxdur. Lakin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqi, həm də coğrafi yerləşməsində uyğunsuzluq var. Sxem 1-də göstərilmişdir. -Qax rayonunun Çinarlı kəndində yerləşən Cavabdeh tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərilir və 1987-ci il iyul ayında verilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsində isə Zəhra Şahmuradovanın adına naves (günlük) (B) kimi qeyd olunmuşdur. 27 iyun 1988-ci il tarixli Qeydiyyat vəsiqəsində göstərilən 50 kv.m. fərdi yaşay ış evinə aid hər hansı bir sxem olmadığından göstərilən hansı şəhadətnamələrə düşüb-düşmədiyini qeyd eləmək mümkün olmamışdır.”
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə qərarlarında, mütəxəssis və ekspert rəylərində, o cümlədən hazırki apellyasiya icraatında qəbul edilmiş icraatın dayandırılması və ekspertiza təyin edilməsi barədə qərardadda və mütəxəssis və ekspert rəylərində Qax rayonunun Çinarlı kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinin Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilməsi barədə JN-49F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin KOD 40312028 olmalı olduğu halda, 40312018 kimi yazılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, 40312018 kimi yazılmasına baxmayaraq, bütün araşdırmalar JN-49F KOD 40312028 saylı şəhadətnamə barəsində aparıldığından həmin səhv işin mahiyyətinə təsir etməmişdir və kollegiya tərəfindən texniki yanlışlıq olaraq qəbul edilmişdir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli tikili olan qaraj və onun yerləşdiyi torpaq sahəsinin rəsmi sənəd üzrə iddiaçının mülkiyyətində olması rəylərlə öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə əldə edilmiş hər iki ekspert rəyində iddiaçılara və cavabdehə məxsus mübahisəli torpaq sahələrinin sənəd üzrə və naturada ölçü və koordinatlarında fərqlər olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 d ekabr 2022-ci il tarixli 10/7890 saylı ekspert rəyində İddiaçı və Oruc Şahmuradovun iddiasında göstərilən sənəd üzrə 0,09 ha olan torpaq sahəsinin naturada 665 kv.m. olduğu göstərilmişdir. Həmin rəy üzrə mütəxəssisin hazırladığı sxemdə cavabdehlərin iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etdiyi və həmin torpaq sahəsi üzərində tikililərin mövcud olması görünür. Apellyasiya icraatı zamanı əldə edilmiş yuxarıda göstərilən ekspert rəyində Qax rayonunun Çinarlı kəndində yerləşən cavabdehin tikdiyi qaraj tikilisinin naturada özünün istifadəsində, göstərilən şəhadətnamədə Yusif Şahmuradov, Zalxa Seydəliyeva, İddiaçı və Oruc Şahmuradovun ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərində göstərildiyi qeyd olunur və həmin rəy üzrə mütəxəssisin hazırladığı sxem də həmin halı təs diqləyir. Buradan belə nəticə çıxır ki, sənəd üzrə iddiaçıların torpaq sahəsinə aid olan qaraj tikilisi iddiaçıların naturada çatışmayan torpaq sahəsində yerləşir və faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Nəzərə alınmalıdır ki, Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların mülkiyyətinə verilmişdir.
17. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, inzibati işlər üzrə məhkəmə qərarları mülki iş üzrə məhkəmə araşdırması üçün preyudisial əhəmiyyət daşımasa da, bu inzibati iş üzrə məhkəmə qərarlarının mülki işlər üzrə araşdırma zamanı sübut qismində qəbul edilməsi imkanını istisna etmir. O cümlədən, Aqrar İslahat Komissiyasının qərarlarının, onlar əsasında verilmiş şəhadətnamələrin və digər daşınmaz əmlaka mülkiyyət hüquq ları ilə bağlı sənədlərin qanunsuzluğunun müəyyən edilməsi məhkəmə qərarları ilə həll edilən məsələdir. Həmin məsələlər Mülki Prosessuаl Məcəllənin 81-ci maddəsinin tələbinə əsasən başqa sübutlarla təsdiq edilə bilməz. Göründüyü kimi, İddiaçı və ailə üzvlərinin adına olan JN-049F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qanunsuzluğu məsələsinə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-651/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı qəbul edilərkən inzibati iş üzrə məhkəmə araşdırması qaydasında baxılmış və həmin hal sübut edilməmişdir. Həmin halın başqa qaydada (başqa sübutlarla) sübut edilməsi mümkün deyildir.
18. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçılara verilmiş mübahisəli torpaq sahəsinə aid 1987-ci ildə tərtib olunmuş texniki pasportda A, B və V tikililəri göstərilmişdir ki, həmin tikililər ev, tövlə və fundamentsiz taxta naves tikililəri olmuşdur. 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübuta rast gəlinmir. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki işə 25 iyun 1999-cu il tarixdən qüvvədə olmuş Torpaq və 1 sentyabr 2000-ci ildən qüvvədə olmuş Mülki Məcəllələrin normalarını tətbiq etməkdə haqlı olmuşdur. İşin yuxarıda qeyd olunan halları nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.4 və 180.4-cü maddələri nəzərdən keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçılar öz qanuni mülkiyyətlərində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini tələb et məkdə haqlıdırlar.
19. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 164.1, 165.1 və 170.2-ci, Torpaq Məcəlləsinin 49.1, 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
20. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Zəki Babayev (sədrlik edən), Əliyev Zaur Əli oğlu, X10 )) 3 iyun 2024-cü il tarixli, 2(102)1974/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
22. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmaması, istifadə olunursa hansı hissədə istifadə olunması, habelə iddiaçılara aid torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikilinin inşa edilibedilməməsi, o cümlədən iddiaçıların və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin naturada üst-üstə düşüb-düşməməsi ilə bağlı suallara cavab verilməmişdir. Ekspert rəylərində qeyd olunan suallara cavab verilməməsinin səbəbi, torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında fərqin olması, eyni zamanda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olması ilə izah olunmuşdur.
23. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iddiaçıların torpaq sahəsinin sərhədlərinin ölçüləri ilə faktiki istifadələrində olan torpaq sahəsinin ölçüləri arasında fərqin, eyni zamanda şəhadətnamə ilə naturada istifadə olunan torpaq sahəsi arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olmasını, yəni şəhadətnaməyə uyğun olaraq torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməməsi və torpaq sahəsinin planı və ölçüsünə uyğun olmamasını nəzərə almadan, iddiaçıların iddia ərizəsində sökülməsini tələb etdikləri köməkçi tikilinin (maşın qarajının) nə vaxt inşa edilməsini və iddiaçılara aid torpaq sahəsində yerləşməsini dəqiq müəyyən etmədən, qeyri-müəyyən olmaqla, verilmiş əksər sualları cavablandırmamış, ekspert rəylərinə düzgün hüquqi qiymət verməmiş, subyektiv mülahizələrə əsaslanmaqla iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düz gün tətbiq etməmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin, torpaq sahəsində yardımçı tikilinin (qaraj) faktiki olaraq 1960-cı ildən əvvəl tikilməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, eyni məzmunlu dəlil cavabdeh tərəfindən apellyasiya şikayətində də göstərilmiş, lakin apellyasiya instansiya məhkəməsi həmin dəlillə bağlı 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə qaraj tikilisinin mövcud olması ilə bağlı heç bir sübuta rast gəlinmədiyini qeyd etsə də, qeyd olunan dəlili ekspert qarşısında müvafiq sual qoymaqla, yaxud yerində baxış keçirməklə araşdırmadan, mövcudluğunu şübhə altına aldığı həmin tikilinin sökülməsi barədə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
25. Məhkəmə koll egiyası onu da qeyd etmişdir ki, iddiaçılar hazırkı iddia üzrə tələbi yalnız cavabdeh kimi Cavabdeh yönəltsələr də, faktiki olaraq iddianın obyektini Cavabdehla yanaşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən onun ailə üzvü olan digər şəxslərin də ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi təşkil edir. Lakin apellyasiya instansiya məhkəməsi iddia tələbinin “torpağın mülkiyyətə verilməsinə dair” JN-050F KOD 40312028 saylı şəhadətnamədə adları göstərilən başqa şəxslərin maraqlarına toxunub-toxunmaması məsələsini, habelə onların işə cəlb edilməsinə zərurətin olub-olmamasını müzakirə etməmişdir.
26. Kassasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 146.2, 152.1, 152.2, 152.3, 157.2, 157.4, 227.1-ci, Torpa q Məcəlləsinin 5 (hissə 1), 83 (hissə-1), 111 (hissə 1, 2, 3), Mülki Prosessual Məcəllənin 14.2, 76.2, 77.1, 88, 101.7, 217.4, 416.2, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyasının 26 sentyabr 2024-cü il tarixli qərarı ilə hazırkı iş üzrə X8, X5, X11, X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdirlər.
28. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-989/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov və Xəqani Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətn amə qəbul edilmiş, iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt edilmiş sahədə qanunsuz tikilmiş tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir.
29. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tərəflərin iştirakı ilə əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçılara və cavabdehlərə məxsus torpaq sahələri biri-biri ilə sərhəddir. İddiaçıların torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsindən şimalda (yuxarıda) yerləşir. Hər iki torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. İddiaçıların mübahisələndirdiyi tikili (qaraj) cavabdehin istifadəsindədir.
30. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ərazidə olan tikili (maşın qarajı) illər öncə mövcud olmuş, uyğun olaraq yerli baxış zamanı həmin ərazidə cavabdehlərin istifadə etdiyi yalnız bir tikilinin mövcud olduğu, cavabdehlər tərəfindən 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırkı iddiaya qədər mübahisəli ərazidə hər hansı bir yeni tikilinin inşa edilməsi müəyyən edilməmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
32. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin 146.2, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4, 157.8, 227.1, 560.1, 560.2ci, Torpaq Məcəlləsinin 5 (hissə 1), 83 (hissə-1), 84 (hissə 1), Mülki Prosessual Məcəllənin 14.2, 88, 101.7, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza tədqiqatları Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı əsasında tərtib edilmiş TEKUİS xəritələri əsasında aparılmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqi, həm də coğrafi yerləşməsində uyğunsuzluq var. Sxem 1-də göstərilmişdir. Apellyasiya instansiya məhkəməsi özü-özlüyündə tərəddüdə səbəb olan xüsusi bilik tələb olunan sualları araşdırmadan hazırda mübahisiləndirilən qətnaməni qəbul etməkdə haqlı olmamışdır. Göründüyü kimi, hazırkı işdə də işə mahiyyəti üzrə baxmış apellyasiya instansiya məhkəməsi ekspert rəyindəki ziddiyyətləri aydınlaşdırmaq üçün ya eksperti (və ya mütəxəssisi) dindirməli, ya da həmin ziddiyyətlərin aradan qaldırılması üçün iş üzrə əlavə (və ya təkrar) ekspertiza təyin etməli idi. Şəki Apellyasiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İş materiallarında olan, Şəki İnzibati Məhkəməs inin xx.xx.2021-ci il tarixli 2-1(116)-651/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, “Şahmuradov Yusif Camal oğlu və X1 məxsus olan JN-049F və JN-048F şəhadətnamələrin, torpaq sahəsinin plan və sərhədlərinin ölçüsü hissələrinin xx.xx.1987ci il tarixli texniki pasportda göstərilən “B” və “V” tikililəri hissəsində ləğv edilməsi və xx.xx.1987-ci il tarixli texniki pasportun və xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Qax rayonu Çinarlı kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107) -349/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, Cavabdeh Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-11(116)-651/2021 saylı qərarından verdiyi şikayət təmin edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh, iddiaçılar İddiaçı və X6 məxsus Qax rayonunun Çinarlı kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsinə dair JN seriyalı 049F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni özlərinə məxsus olduqlarını iddia etdikləri tikintilərin yerləşdiyi hissədə ləğv etdirməyə çalışsalar da buna nail ola bilməmişdirlər. İddiaçıların sökülməsini tələb etdikləri tikintilər də həmin tikintilərdir.
35. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 82.3, 88, 97.1, 217-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
40. Maddə 8 4 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
41. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə g örə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq h esab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməlidir.
54. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar MM-nin 157.2-ci maddəsinə əsasən vindikasiya iddiası irəli sürərək cavabdeh tərəfindən mülkiyyətlərində olan sahənin zəbt edildiyi və üzərində özbaşına qaraj inşa edildiyini iddia etmiş, həmin sahənin qanunsuz sahiblikdən alınaraq mülkiyyətçilərə qaytarılması və üzərindəki tikilinin cavabdehin hesabına sökülməsi xahiş olunmuşdur.
55. Tələbin təmin edilməsi üçün iddiaçı tərəfindən aşağıdakı hallar sübut edilməsi zəruri olmuşdur: -Cavabdehin sahibliyində olan və üzərində qaraj tikilisi yerləşən torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğu; -Zəbt olunmuş torpaq sahəsindəki qaraj tikilisinin cavabdeh tərəfindən inşa edildiyi.
56. İşə ilk dəfə baxmış apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq hesab etmişdir ki, qeyd edilən hər iki hal işdəki sübutlarla təsdiq edilir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yeni baxışa göndərərkən aşağıdakı göstərişlər verilmişdir: 1) Baxılan mübahisə hüquq və maraqlarına toxunduğu üçün torpağın mülkiyyətə verilməsinə dair JN-050F KOD 40312028 saylı şəhadətnamədə adları göstərilən şəxslərin işə cəlb edilməsi; 2) Torpaq sahəsinin zəbt edilməsi faktının mövcud olub-olmadığının dəqiq müəyyən edilməsi üçün iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin dövlət reyestri məlumatlarına əsasən döngə nöqtələrinin (koordinatla rının) müəyyən edilməsi; 3) Sökülməsi tələb olunan qaraj tikilisinin mövcud olub-olmadığının, nə vaxt tikildiyinin və iddiaçıların mükiyyətində olan torpaq sahəsində yerləşib-yerləşmədiyinin dəqiq müəyyənləşdirilməsi.
58. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
59. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərişlər qismən icra edilərək X8, X9, X5 və İddiaçı Əmrah oğlu MPM-nin 57-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Eyni zamanda məhkəmə tərəfindən mübahisəli sahəyə yerli baxış keçirilmiş, yerli baxış zamanı iddiaçılara və cavabdehlərə məxsus torpaq sahələrinin bir-birinin sərhədində yerləşdiyi, mübahisəli tikilinin (qaraj) mövcud olduğu və hazırda cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 20 oktyabr 2023-cü il tarixli ekspert rəyinə və cavabdehin izahatına əsaslanaraq müəyyən etmişdir ki, mübahisəli ərazidə olan tikili (maşın qarajı) illər öncə mövcud olmuş, yerli baxış zamanı həmin ərazidə cavabdehlərin istifadə etdiyi yalnız bir tikilinin mövcud olduğu, cavabdehlər tərəfindən 2020-ci ilin oktyabrın 26-da məhkəməyə daxil olmuş hazırki iddiaya qədər mübahisəli ərazidə hər hansı bir yeni tikilinin inşa edilməsi müəyyən edilməmişdir.
61. Yuxarı instansiya məhkəməsinin zəbt faktının mövcud olub-olmadığının dəqiq müəyyən edilməsi üçü n iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi ilə bağlı göstərişi apellyasiya instansiyası məhkəməsi tərəfindən icra edilməmişdir.
62. İş materiallarına əlavə edilmiş mütəxəssis rəylərində tərəflərin mülkiyyətində olan torpaq sahələrinin “Torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamə (DWG xəritəsi) əsasında koordinatlarının müəyyənləşdirildiyi qeyd edilsə də, bu koordinatların tərəflərin mülkiyyət hüququnun qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindəki koordinatlarla üst-üstə düşüb-düşmədiyi yoxlanılmamışdır. Mübahisənin obyektiv və düzgün həlli üçün bu göstərişin icrası zəruri olduğu halda işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamışdır.
63. Bundan əlavə apellyasi ya instansiyası məhkəməsi tərəfindən ekspert rəyi və 1987ci ildə verilmiş texniki pasporta əsasən müəyyən edilmişdir ki, sökülməsi tələb edilən qaraj tikilisinin yerində texniki pasport tərtib edildiyi vaxt “naves” adlı tikili olmuşdur. Məhkəmə işin bu halına istinad edərək qarajın illər öncə mövcud olduğuna, cavabdeh tərəfindən özbaşına inşa edilmədiyinə dair nəticəyə gəlmişdir.
64. Kollegiya hesab edir ki, məhkəmənin müəyyən etdiyi bu hal (“naves” tikilisinin “qaraj” tikilisi ilə eyni tikili olması) yalnız iddiaçının özbaşına inşa edilmiş qaraj tikilisinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair tələbinin rədd edilməsi üçün əsas ola bilərdi. Qarajın yerləşdiyi torpaq sahəsinin hazırda iddiaçının mülkiyyətində olan torpaqda yerləşdiyi ekspert rəyi ilə təsdiq olunduğu və bu halı istis na edən yeni bir ekspert rəyi mövcud olmadığı halda, qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehlərdən alınaraq iddiaçıların mülkiyyətinə qaytarılması hissəsində iddianın hansı əsasla rədd edildiyi əsaslandırılmamış, bununla da məhkəmə qətnaməsinin qanuni və əsaslı olması ilə bağlı MPM-nin 217.1-ci maddəsinin tələbi pozulmuşdur.
65. Məhkəmə qətnamədə MM-nin 243.1-ci maddəsinə istinad etməklə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Qeyd edilən normaya əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Hazırkı halda cavabdehin faktiki istifadəsində olan qaraj üzərində mülkiyyət hüququ olmadığından MPM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qarajın yerləşd iyi torpaq sahəsi üzərində istifadə hüququ olmadığı üçün mübahisənin həllində MM-nin 243.1-ci maddəsinə istinad edilməsi düzgün olmamışdır.
66. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 05 noyabr 2024-cü il tarixli 2(107)-989/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yeni baxışa qaytarılmalıdır.
67. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 05 noyabr 2024-cü il tarixli 2(107)-989/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.