Məhkəmə qərarları › İş №2(102)-823/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-823/2021

18.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-823/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4205/2020 n ömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin faktiki hallarına görə, iddiaçı və cavabdehin anası X3 xx.xx.2004-cü ildə 80 yaşında vəfat etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 59A saylı torpaq sahəsi ondan miras qalmışdır. Bundan sonra İddiaçı və Cavabdeh notariat ofisinə gedərək anaları X1 qalan miras əmlakı qəbul etmişlər və xx.xx.2019-cu il tarixdə həmin əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Həmin şəhadətnaməyə əsasən iddiaçı və cavabdeh xx.xx.2004-cü il tarixdə ölmüş anaları X2 vərəsələri olaraq, hər biri miras əmlakdan ½ hissədə pay alma lıdırlar. xx.xx.2019-cu il tarixdə İddiaçı ona çatan ½ hissədə miras əmlakını qardaşı Cavabdeh bağışlamış və bu barədə müvafiq bağışlanma müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qardaşı olan cavabdeh tərəfindən aldadıldığına, miras qalmış torpaq sahəsinin analarının sağlığında olan qaydada bölünməli olmasına baxmayaraq həmin bölgü sxemi ilə cavabdehin razılaşmadığına, öz payını cavabdehə bağışlamasının mahiyyətini başa düşmədiyinə istinad edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsini, vərəsəlik payının bağışlanma müqaviləsinin ləğv edilməsini, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsini xahiş edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının əsassız olduğu üçün onun rədd edilməsi qənaətinə gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlanma müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X2 ölümündən çox əvvəl 1988-ci ildən anasının razılığı əsasında anasına məxsus 0,3172 ha torpaq sahəsi onunla cavabdeh arasında bölünmüş və hər ikisinin sərhədləri müəyyənləşdirilmişdir. Onun istifadəsində olan torpaq sahəsində istixana quraraq istifadə etmişdir. Cavabdeh isə mirasdan özünə çatan torpaqdan istifadə etmişdir. Anası xx.xx.2004-cu il tarixdə vəfat etmişdir. Anasından qalan miras barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün o və Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən Maraqlı şəxs2nə müraciət etmişlər. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamə ilə hər birinə mirasın 1/2 hissəsi pay müəyyən edilmişdir. O və Cavabdeh paylarının real vəziyyətini bildikləri üçün vərəsəlik yolu ilə ona çatası paydan imtina edərək öz payını qardaşı Cavabdeh bağışlamışdır. xx. xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 59A saylı ünvanda yerləşən daşınmaz əmlakın bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Ərizəsinə əsasən daşınmaz əmlakın bölünməsinə dair tərtib olunmuş bölgü sxemi ona verilmişdir. Həmin sxem əsasında daşınmaz əmlakın qeydiyyata alınması üçün o, cavabdehlə razılığa gələ bilməmişdir. O, həmin zaman bilmişdir ki, qardaşı tərəfindən aldadılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. O və cavabdeh mirasın ayrılıqda öz istifadələrində olan hissəsinə sahiblənməklə mirası faktiki olaraq qəbul etmişlər. Bölgü sxemində göstərildiyi kimi, torpaq sahəsinin 2106,0 kv.m. hissəsi onun, 1066,0 kv.m. hissəsi isə cavabdehin istifadəsində olmuşdur. O, anası vəfat edən vaxta qədər anasının yanında yaşamışdır. Bölgü anasının sağlığında aparılmış və qardaşı Cavabdeh ilə həmin sahə ilə bağlı heç bir mübahisələri olmamışdır. Əlavə olaraq bildirmişdir ki, qardaşı Cavabdeh ailəsi münaqişəli ailədir. O, qardaşına hər zaman inanmışdır. Lakin qardaşı Cavabdeh onu aldadaraq miras əmlakın ona düşən hissəsinin bağışlanması barədə sənədlərə imza etdirmişdir. O, sənədləri imzalayarkan öz payını Cavabdeh bağışladığından xəbərsiz olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5314/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədən yerli baxış keçirilməsini xahiş etsə də, heç bir yerli baxış keçirilməmişdir. Əgər cavabdehin dediyi kimi, keçmiş həyat yoldaşı Gözəlova Təranəni evdən çıxarmaq niyyəti ilə bağışlama olubsa, onda cavabdehin payı artırılmalı yox, azadılmalı idi. Göründüyü kimi, bağışlama müqaviləsi cavab xidməti ilə şərtəndirilib. Qətnamə MPM-nin tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə mü hüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərmişdir ki, anaları vəfat etdikdən sonra bölgü sxemində göstərilən qaydada sahələr qardaşı ilə onun istifadəsində (hər biri üçün göstərilən kv.m. miqdarında) olmuş, lakin vərəsəlik şəhadətnaməsi veriləndə hər ikisinin payı miras əmlakda bərabər şəkildə göstərilmiş, sonradan o, öz payını qardaşına bağışlamaq qərarına gəlmiş və bu barədə notariusda müqavilə imzalamışdır, həmin müqavilənin mahiyyətini başa düşməmiş, sonradan bilmişdir ki, qardaşı onu aldatmış və nəticədə anasının sağlığında onun istifadəsində olmuş miqdarda deyil, daha az, yəni vərəsəlik şəhadətnaməsinə əsasən on un 1/2 payı olmuşdur. Halbuki şəhadətnamə onlara bölgü sxeminə uyğun verilməli idi. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək ona istinad etmişdir ki, iddiaçının iddiası əsassız olmuşdur. Belə ki, analarının sağlığında da elə onlar bərabər paylarda torpaqdan istifadə etmişlər. Anaları vəfat etdikdən sonra torpağı sənədləşdirmək istəmişlər və buna görə də notariusa getmişlər. Notarius tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş və onların hər birinin miras əmlak üzərində bərabər payları müəyyən olunmuşdur. Bundan sonra qardaşı iddiaçı öz payını ona bağışlamış, bunun da nəticələri notarius tərəfindən ona izah olunmuşdu. Odur ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və bağışl ama müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Bununla bağlı cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə, Ülvi Mayılov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, apelyasiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh analarının vəfatından sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, sonradan iddiaçı həmin miras əmlakdan ona düşən payı (miras əmlakın ½ hissəsini) qardaşı cavabdehə bağışlamaq qərarına gəlmiş və bu barədə notariat orqanında müvafiq bağışlama müqaviləsi də imzalamış dır. Lakin hazırda vərəsəlik şəhadətnaməsi və onun hüquqi nəticələrinin etibarsızlığını və bağışlama müqaviləsinin ləğvini tələb etsə də, bu tələblərini kifayət qədər əsaslandıran sübutları məhkəməyə təqdim etməli olduğu halda, bu vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya kollegiyası nəzərə almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun (1136). Qanun üzrə v ərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1). Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1243.1, 1243.2, 1243.3, 1246). Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). İş materiallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh miras əmlakı faktiki qəbul edərək bu barədə notariat orqanına müraciət etmişlər və onlara miras əmlaka bərabər paylarının olmasına dair vərəsəlik şəhadətnaməsi verilmişdir, bunlar işin mübahisələndirilməyən hallarıdır. İddiaçının dəlilinə görə, o və qardaşı cavabdeh analarının sağlığında mübahisəli torpaq sahəsindən bərabər hissədə deyil, 2106 kv.m. onun, 1066 kv.m. isə cavabdehdə olmaqla istifadə etmişlər, lakin vərəsəlik şəhadətnaməsinə əsasən onların miras əmlakda payları bərabər şəkildə müəyyən olunmuşdur. Sonradan bölgü sxemi tərtib olunsa da, cavabdeh bu bölgü ilə razılaşmadığı üçün iddiaçı hazırki iddianı verməyə məcbur olmuşdur. Bu barədə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və cavabdeh mirasın bir hissəsinə (yəni iddiaçının dediyinə görə 2106 kv.m. onun, 1066 kv.m. isə qardaşının istifadəsində olub) sahiblik etməyə faktiki başlamaqla onlar mülki qanunvericiliyin tələbinə görə (maddə 1243.3) mirası tamamilə qəbul etmişlər. Buna görə də onlara verilmiş vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlakda payları düzgün olaraq bərabər şəkildə müəyyən olunmuşdur. İddiaçının qeyd etdiyi dəlillər, o cümlədən bölgü sxemi həmin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsas vermir. Belə olan halda vərəsəlik şəhadətnaməsinin hüquqi nəticələrinin də etibarsız hesab edilməsi ilə bağlı tələb də əsassızdır və təmin olunmamalıdır. Kollegiya onu da nəzərə alır ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin hüquqi nəticələrinin etibarsızlığını tələb edərkən həmin hüquqi nəticələrin məhz nədən ibarət olduğunu və hansı sənədləri nəzərdə tutduğunu konkret olaraq göstərməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının “vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi” barədə tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının bu tələbi də əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, əvvəla Azərbaycan Respublikası MM-nin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibs ə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Hazırki işdə iddiaçı bağışlamaqdan imtinanı onun aldadılması və müqavilənin mahiyyətini başa düşməməsi ilə əsaslandırır. Həmin Məcəllənin 673-cü maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1-ci maddəsinə görə hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3-cü maddəsinə görə o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 67 3.2.1-ci maddəsinə görə bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2-ci maddəsinə görə vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3-cü maddəsinə görə vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3-cü maddəsinə görə İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verə nin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4-cü maddəsinə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Göründüyü kimi, hazırki işdə bağışlama müqaviləsinin ləğvi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyildir və bu barədə hər hansı sübutu iddiaçı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. İddiaçının “qardaşı tərəfindən aldadıldığı” ilə bağlı dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı bu aldadılmanın nədə ifadə olunduğunu göstərə bilməmişdir. O ki qaldı iddiaçının “bağışlama müqaviləsinin mahiyyətini başa düşməməsi” ilə bağlı dəlilinə, nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu i l tarixli şəhadətnamə kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli vərəsəlik payının bağışlanması müqaviləsi də notariat qaydada notariusun iştirakı ilə bağlanmış və həmin müqavilədə “müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir” qeydi aparılmışdır ki, bu da sözügedən müqavilənin hüquqi nəticələrinin notarius tərəfindən müqavilə tərəflərinə izah olunmasına dəlalət edir. Odur ki, iş üzrə bağışlama müqaviləsinin ləğvi ilə bağlı tələb də əsassız olduğundan təmin edilə bilməz. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqd lər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (324.1, 324.2, 337.1, 337.2). Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “vərəsəlik şəhadətnaməsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi” barədə tələblərinin təmin edilməməsi onun “mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi” barədə tələbinin də təmin olunmasını istisna edir. Belə olan halda iddiaçının sonuncu tələbi əsas iddia tələblərinə əlavə tələb olduğundan və əsas iddia tələblərinin təmin olunmaması səbəbindən rədd edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti ver ərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə

673. Bağışlamaqdan imtina Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələ ri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Maddə 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: Maddə 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; Maddə 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; Maddə 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin mübahisə olunmayan halına görə iddiaçı və cavabdeh miras əmlak ı faktiki qəbul edərək bu barədə notariat orqanına müraciət etmişlər və onlara miras əmlaka bərabər paylarının olmasına dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Kassasiya şikayəti verən iddiaçının dəlilinə görə, o və cavabdeh qardaşı mərhum analarının sağlığında mübahisəli torpaq sahəsindən bərabər hissədə deyil, 2106 kv metr onun, 1066 kv metr isə cavabdehdə olmaqla istifadə etmişlər, lakin vərəsəlik şəhadətnaməsinə əsasən onların miras əmlakda payları bərabər şəkildə müəyyən olunmuşdur. Sonradan bölgü sxemi tərtib olunsa da, cavabdeh bu bölgü ilə razılaşmadığı üçün iddiaçı hazırki iddianı verməyə məcbur olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və cavabdeh mirasın bir hissəsinə (yəni iddiaçının dediyinə görə 2106 kv metr onun, 1066 kv metr isə qardaşının is tifadəsində olub) sahiblik etməyə faktiki başlamaqla onlar mülki qanunvericiliyin tələbinə görə (maddə 1243.3) mirası tamamilə qəbul etmişlər. Buna görə də onlara verilmiş vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlakda payları düzgün olaraq bərabər şəkildə müəyyən olunmuşdur. İddiaçının qeyd etdiyi dəlillər, o cümlədən bölgü sxemi həmin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsas vermir. Belə olan halda vərəsəlik şəhadətnaməsinin hüquqi nəticələrinin də etibarsız hesab edilməsi ilə bağlı tələb də əsassızdır, yəni apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. Kollegiya onu da nəzərə alır ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin hüquqi nəticələrinin etibarsızlığını tələb edərkən həmin hüquqi nəticələrin məhz nədən ibarət olduğunu və hansı sən ədləri nəzərdə tutduğunu konkret olaraq göstərməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassatorun “vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının bu dəlilli də əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, hazırki işdə bağışlama müqaviləsinin ləğvi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyildir və bu barədə hər hansı sübutu məhkəmələrdə təqdim etməmişdir. İddiaçının “qardaşı tərəfindən a ldadılması” barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı aldadılmasının nədə ifadə olunduğunu göstərə bilməmişdir. Həmçinin həmin dəlillər, yəni miras payın bağışlanmasına barədə müqavilə bağlanarkən aldadılması, sənədləri imzalayarkan öz payını qardaşına bağışladığından xəbərsiz olması barədə dəlillər müqavilənin ləğvi üçün deyil, etibarsızlığı üçün əsas ola bilər. Vəfadar Gözəlov isə miras payın bağışlanmasına dair müqavilənin etibarsızlığı haqqında tələb irəli sürməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4205/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar