Məhkəmə qərarları › İş №2(102)-8236/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8236/2019

30.12.2019 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8236/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli, 2(103)7520/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Mahmudova) 03.04.2019-cu il tarixli, 2(010)-2074/2019 nömrəli qətnaməs i ilə İddiaçı cavabdeh qarşı “hüquqlarının qorunması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin ləğvi, ona və iki azyaşlı uşaqlarına vurulmuş ziyana görə təzminatın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) 12.06.2019-cu il tarixli, 2(103)-7520/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.04.2019-cu il tarixli, 2(010)-2074/2019 saylı dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh S.Cavabdeh qarşı “hüquqlarının qorunması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin ləğvi, ona və iki azyaşlı uşaqlarına vurulmuş ziyana görə təzminatın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.02.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, üzərindən əmək kitabçasına qeyd olunmuş Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin əsassız olduğuna görə ləğv olunması və onun yenidən öz işinə bərpa olunması, ona və azyaşlı uşaqlarına vurduğu zərbələrə görə 100000 manat təzminatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmək müqaviləsinin ləğvi barədə əmrində Əmə k Məcəlləsinin 71-ci maddəsinin şərtlərinə əməl etməmiş, iddiaçının təqsirindən iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmadığı bir halda, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurulmadığı halda iddiaçı ilə əmək müqaviləsini ləğv etmiş, qeyd edilən maddədə göstərilən halların hər hansı birinin baş verməsini göstərməmiş, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinin zərurətini əsaslandırmamışdır. Cavabdeh əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edən zaman iddiaçıdan izahat tələb etməli idi ki, bunu da etməmişdir. Halbuki izahat tələb etmədən hər hansı bir intizam tənbehinin verilməsinə yol verilmir. İddiaçının işdən azad edilməsi barədə əmr Əmək M əcəklləsinin 84-cü maddəsinin tələblərinə də uyğun deyildir. Belə ki, həmin əmrdə istinad edilən aktlar, protokollar rəsmi sənəd hesab oluna bilməz. Çünki həmin akt və protokollarla iddiaçı rəsmi qaydada tanış edilməmiş, həmin sənədlərdə göstərilən hallarla bağlı iddiaçıdan izahat tələb edilməmişdir. Eyni zamanda, həmin aktları, protokolları imza edən şəxslər məhkəmədə şahid qismində dindirilmədiyindən, qeyd edilən şəxslərin həmin sənədləri imzalamaları, hansı şəraitdə imzalamaları, həmin aktlarda və protokollarda qeyd edilən hadisənin baş verməsi halları, baş verib-verməməsi araşdırılmadan qeyd edilən sənədlər mötəbər sübut qismində qəbul edilmişdir və bu da Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli, 2(103)-7520/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qənaətinin əsasları ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı bir neçə halda işəgötürəni xəbərdar etmədən, hər hansı üzürlü səbəb göstərmədən iş yerində olmamışdır. ************ adına X2 Gimnaziyanın direktoru ************, tədris işləri üzrə direktor müavini ***********, təsərrüfat işləri üzrə direktor müavini ***********, kargüzar ************, fiziki tərbiyə müəllimi ************ tərəfindən tərtib edilmiş aktlardan göründüyü kimi, iddiaçı 08.11.2018, 12.11.2018, 13.11.2018, 14.11.2018, 15.11.2018 və 16.11.2018-ci il tarixlərdə dərsi olmasına baxmaya raq dərsə girməmişdir. İddiaçı işə gəlməməyini xəstəliyi ilə əlaqələndirsə də bu halı təsdiq edən arayışlardan görünür ki, 13-15 noyabr 2018-ci il tarixlərdə iddiaçının işə çıxmaması üzrlü səbəblə, yəni onun xəstəliyi ilə bağlı olmuşdur. Lakin iddiaçı digər tarixlərdə işə çıxmamasının hər hansı üzrlü səbəblərlə bağlı olduğunu, habelə həmin üzrlü səbəb barədə işəgötürəni vaxtında məlumatlandırması barədə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin iddiaçı əmək funksiyalarına daxil olsa da dərs jurnalını yazmamış və bu barədə də 25.10.2018-ci il tarixli akt tərtib edilmişdir. İşəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının işdən çıxarılması ilə bağlı həmkarlar təşkilatının da müvafiq razılığını almışdır. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin qanunsuz hə rəkətlərinin iddiaçıya və onun uşaqlarına mənəvi ziyan vurması ilə bağlı iddia ərizəsində qeyd edilən hallar öz təsdiqini tapmadığından həmin hissədə də iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinin əsasları məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmaqdır. Apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün olaraq izah etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təm in edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli, 2(103)7520/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar