Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-824/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İB-nin vəkili X5 və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)-9703/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim F.Hüseynov) 22.06.2018-ci il tarixli, 2(002)89/201 8 nömrəli qətnaməsi ilə İddiaçı İB-nin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanından keçən, İddiaçı İB-nə məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz xəttinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evi Cavabdeh öz hesabına sökülərək xəttin mühafizə zonasından çıxarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 50 manat məbləğində pulun tutularaq aşağıdakı hesaba ödənilməsi: Büdcə təsnifatının kodu: ********, büdcə səviyyətinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X2, kodu:********, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspert izası Mərkəzi: VÖEN: **********, hesab AZ34CTRE******************** qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, E.Nəbiyev, R.Qurbanov) 29.08.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli, 2(002)-89/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı İB Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 20.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Qaradağ rayonu, ****** ********* ünvanından keçən, İddiaçı İB-nə məxsus diametri 325 mm-lik orta təzyiqli əhali qaz xəttinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh öz hesabına sökülərək xəttin mühafizə zonasından çıxarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin mənafeyi nəzərə alınmamış və müvafiq qanunvericilik normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamına əsasən cavabdehə torpaq sahəsi ayrılmış və cavabdeh həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ev tikdirmişdir. Həmin ev İddiaçı İB-nin balansında və istismarda olan 325 mm diametrli qaz təzyiqli əhali qaz xəttinə yaxın məsafədə olsa da, həmin qaz xətti digər sakinlərin həyətindən keçir. İndiyə kimi bu barədə cavabdehə heç kim heç bir söz deməmişdir. Əgər həmin sahədə ev inşa etdirmək təhlükəli idisə, nəyə görə həmin torpaq sahəsi cavabdehə ev inşa etməsi üçün verilmişdir. Cavabdeh həmin evi qanuni əsaslarla tikdirməklə evlərin qazlaşdırılması barədə ona cizgi verilmiş və həmin sahənin təhlükəli olması barədə bir söz deyilməmişdir. Həmin evə qanuni əsaslarla qaz sayğacı quraşdırılmışdır. Bundan başqa, cavabdehin inşa etdirmiş olduğu evlə qaz borusu keçən sahə arasında 50 metrdən artıq məsafə vardır. Hazırda mübahisəli ev onun mülkiyyətindədir. Bu müddət ərzində qaz xəttinə nəzarəti həyata keçirən heç bir qurum evin tikilməməsi üçün tədbir görməmiş, ev inşa edildikdən və cavabdeh ailəsi ilə birgə həmin evdə yaşadıqdan sonra həmin sahənin təhlükəli olmasını iddia etmişlər. Digər tərəfdən tikintinin aparıldığı yerin yaxınlığında qaz kəmərinin keçdiyini bildirən hər hansı xəbərdaredici nişan qoyulmamışdır. Bu isə baş vermiş pozuntuda iddiaçı tərəfin də təqsirsiz olmadığına dəlalət edir. Hazırda cavabdehin xüsusi mülkiyyətində olan evin kompensasiya verilmədən sökülməsi qanunuzdur və onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə m əhkəmə qətnamələrində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)-9703/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdehməhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsini n tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin vəkili X5 kassasiya şikayətində göstərilən dəlilərin əsassız olduğunu bildirərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)-9703/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, nəticədə düzgün olmayan qətnamə qə bul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,İddiaçı İB-nin BRQİD-nin nümayəndələri Qaradağ TİX-nin rəisi Xəqani Həsənov, Qaradağ TİX-nin mühəndisi Ruslan Baxışov və Qaradağ TİX-nin mühəndisi Firudin Aslanov tərəfindən tərtib edilmiş və imzalanmış 10 iyul 2017-ci il tarixli akta görə, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 325 mm-lik orta təzyiqli əhali qaz xəttinin mühafizə zonasında fərdi yaşayış evi inşa edilmişdir. İş materiallarında olan İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən Cavabdeh ünvanlanmış 14.06.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünmüşdür ki, gələcəkdə insan tələfatı ilə nəticələnə biləcək hər hansı bədbəxt hadisələrin qarşısını almaq, istismara normal şərait yaratm aq və zədələnmə hallarının qarşısını almaq məqsədilə 10 (on) gün müddətində qanunsuz tikilinin ləğv edilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2018-ci il tarixli, 2632 saylı rəyindən görünmüşdür ki, Cavabdeh tərəfindən Qaradağ rayonu, ************** ünvanında inşa olunmuş fərdi yaşayış evinin İddiaçınə məxsus diametri 325 mm-lik orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasına düşdüyü və bununla da tikinti və təhlükəsizlik qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Həmçinmin iş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25.02.2000-ci il tarixli 149 saylı sərəncamının surətindən görünmüşdür ki, Cavabdeh Lökbatan qəsəbəsində 200 kv.m. torpaq sahəsinin ayrılmasına, yaşayış evinin tikint isinin fərdi və ya bir tipli layihə əsasında aparılmasına dair sərəncam verilmişdir. İş materiallarına həmçinin cavabdehin adı ilə bağlı göstərilən torpaq sahəsinin planı və ölçüsü, kadastr göstəriciləri, yerli (bələdiyyə) vergilərinin vergi ödəyicisi olan fiziki şəxsin əmlakının (torpağının) uçot vərəqəsi, Qaradağ rayonu fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı izahat və cizgilər, ərizə, razılaşdırma və texniki şərt də əlavə edilmişdir. Həmçinin təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən də görünür ki, Bakı şəhəri, ************** küçəsi, *****saylı ev Cavabdeh xüsusi mülkiyyətində dir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ***** nömrəli kitabının************* nömrəli vərəqində 28.02.2018-ci il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınaq və qorunan hüquqdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Kon vensiyasının 20.03.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsin «X1rşı» iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında (§71) belə bir hüquqi mbvqe ifadə etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsus ən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. «Qerasimova Rusiyaya qarşı» iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən «dövlət orqanı» anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bə zi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyalarını həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlayarkən səhv yol vermiş, işin həqiqi hallarını və sübutları (sökülməsi tələb edilən fərdi yaşayış evinin cavabdehin xüsusi mülkiyyətində olması ilə bağlı sübutları) tam və hərtərəfli araşdırmamış, kifayət qədər əsas olmadan və yetərli araşdırma aparmadan qərar çıxarmış, Azərbaycan Respublikası Konstitusiyasının, Mülki və Mülki Prosessual Məcəllənin tələblərini pozmuş, çəkişmə prinsipinə əməl etməmiş, cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun həll etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolunmaması apellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünəsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, Cavabdeh kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhed iləngöstərişlər həminişəyenidənbaxanməhkəməüçünməcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli, 2(103)9703/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-824/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-824/2019
11.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver