Məhkəmə qərarları › İş №2(102)-824/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-824/2024

28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-824/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və Primova Adilyanın cavabdeh Oğuz rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və Primova Adilyanın cavabdeh Oğuz rayon Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-988/2023 saylı 17 oktyabr 2023-cü il tarixli q ətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağın mülkiyyətə verilməsinə dair JN 114F (kod ********) saylı şəhadətnaməyə əsasən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi X9 verilmişdir.

2. Oğuz rayon İHB Qumlaq kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 797 saylı arayışının surətinə əsasən, Qumlaq kənd nümayəndəliyinin 4 saylı təsərrüfat başına kitabının 6-cı səhifəsində 284 saylı şəxsi hesab üzrə 0.31 ha həyətyanı torpaq sahəsi və 1976-cı ildə tikilmiş yaşayış evi və həyətdaxili tikililər kənd sakini X6 özünə məxsu sdur.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış və 405-5018/67 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən, Oğuz rayonu Qumlaq kəndində 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.m ümumi, 71,6 kv.m yaşayış sahəsindən, ümumi sahəsi 82,3 kv.m olan həyətyanı tikili və qurğulardan (anbar, talvar, ayaqyolu, qapı, darvaza və hasardan) ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X6 adına qeydiyyata alınmışdır.

4. Oğuz rayon Dövlət notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş 02 oktyabr 2013-cü il tarixli (müqavilədə tarix texniki səhv olaraq 2012 yazılıb) “Yaşayış evinin bağışlanması ” müqaviləsinə əsasən, Oğuz rayon Qumlaq kəndində yaşayan X13 xx.xx.2013-cü il tarixli, 7E-3/1945 nömrəli etibarnamə ilə hərəkət edən X14 vasitəsilə xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Oğuz rayonu, Qumlaq kəndində mülkiyyətində olan 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.m yaşayış sahəsi olan yaşayış evini X7 bağışlamışdır. Bəxşiş olunan əmlak X11 tərəfindən qəbul edilmişdir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış və 405-5018/67 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən, Oğuz rayonu Qumlaq kəndində 0,42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.m ümumi, 71.6 kv.m yaşayış sahəsindən, ümumi sahəsi 82,3 kv.m olan həyətyanı tikili və qurğulardan (anbar, talvar, ayaqyolu, qapı, darvaza və hasardan) ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-X906-26-1-08-3350/2023 saylı məktubuna əlavə edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında” xx.xx.2023-cü il tarixli arayışına əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 4465 nömrəli sərəncamı ilə xx.xx.1960-cı ildə Oğuz rayonunda anadan olmuş X4 Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdir.

7. Səki İnzibati Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(116)1891/2022 saylı qərardadına əsasən, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı Oğuz rayon Qumlaq kəndində yerləşən, mərhum atasından miras qalmış yaşayış yerinə və həmin evin yerləşdiyi 0,42 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X4 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95-10301 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat:

8. İddiaçıla r iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Oğuz rayon Notariat ofisinə, 3-cü şəxslər X7 və X9 qarşı Oğuz rayonu, Qumlaq kəndində yerləşən, mərhum atadan miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,42 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X4 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95-10391 reyestr nömrəli Çıxarışın və texniki pasportun verilməsinə əsas olmuş xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçılar iddia tələblərini belə əsaslandırmışdır ki, onlar Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşlar. X2 1994-cü ildə vəfat etmiş və mərhum atalarından miras qalmış evdə qardaşları, hazırki iş üzrə üçüncü şəxs X11 yaşayır. Bu yaxınlarda mərhum atalarından miras qalm ış evə getmək istəyərkən qardaşları onları evə buraxmamışdır. Mərhum atalarından miras qalmış evin sənədləri ilə maraqlanan zaman üçüncü şəxs yenə maneə törətmiş və evi öz adına sənədləşdirdiyini və satacağını bildirmişdir. Ailə üzvlərindən heç kim atadan miras qalmış evin satılmasını istəmir. Evdən istifadə etməyə üçüncü şəxs tərəfindən maneə törədilməsinin qarşısını almaq üçün onun adına olan qeydiyyat ləğv olunmalıdır. Üçüncü şəxsin mərhum atadan miras qalmış evə münasibətdə onların mülkiyyət hüquqlarını həyata keçirməyə maneə törətməsinin əsasları məlum deyil. Üçüncü şəxs Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün Oğuz rayon Qumlaq kəndində yerləşən həmin evin həyətyanı torpaq sahəsinə də üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasının hansı əsaslarla həyata keçirilməsi d ə məlum deyil. Üçüncü şəxsin adına tərtib olunmuş çıxarışın ləğv edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, İdarədən verilmiş 25 iyul 2022-ci il tarixli, **********53 saylı və 27 iyul 2022-ci il tarixli, **********67 saylı məktublarda məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi versələr də, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1891/2022 nömrəli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ailə üzvlərinin xəbəri olmadan mərhum atasından miras qalmış ev 2013-cü ildə anası, iş üzrə üçüncü şəxs Tamara Xəlilova tərəfindən üçüncü şəxs X7 bağışlanmışdır. Lakin evin və torpaq sahəsinin anası nın adına hansı hüquq müəyyənedici sənədlər əsasında keçdiyi məlum deyil.

10. İddiaçı tərəfin təqdim etdiyi şahid X17 izahat verərək bildirmişdir ki, məhkəməyə şahid qismində İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə xahişi ilə dəvət edilmişdir. Şahidlik etmək istədiyi məsələ Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlunun anasını öz evinə buraxmaması ilə bağlıdır. X6 oğlu Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlu onu Oğuz rayon Qumlaq kəndində yaşadığı evə buraxmadığı üçün qızı Primova Adilya başqa ev tapmağını ondan xahiş etmişdi. Tamara xanımın ərzaq tədarükü ilə bağlı məhsulları da o alıb, xərclər isə Primova Adilya tərəfindən ödənilib. Belə ki, qardaşı İsrail Respublikasından gələndə oteldə Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlunun oğlu, İddiaçı2 və X13 ilə rastlaşmışdır. X13 həmin vaxt İsra ildən müalicədən qayıdırdı. Adilya anasının müalicəsini Bakı şəhərində davam etdirirdi. X1 maşını ilə Oğuz şəhərinə gələndə Adliya ona anasına ev tapmağını xahiş etmişdi. Tamara xanım əlil arabasında olduğundan yerdən ev tapılmasını xahiş etmişdilər. X6 hazırki iddia qaldırılandan əvvəl, yaxud sonra kəndə aparılması ilə bağlı məlumatı yoxdur. Həmin vaxt Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlunun oğlu iki gün sonra yoxa çıxdığından onu bir daha görməmişdir.

11. Oğuz Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(054)-76/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və Primova Adilyanın cavabdeh Oğuz rayon Notariat ofisinə, 3-cü şəxslər X7 və X9 qarşı Oğuz rayonu, Qumlaq kəndində yerləşən, mərhum atadan miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,42 ha torpaq sahəsinə vahid daşınma z əmlak kimi üçüncü şəxs X4 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95- 10391 reyestr nömrəli Çıxarışın və texniki pasportun verilməsinə əsas olmuş xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim S.N.Zeynalova)

12. Birinci instansiyası məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyi onunla əsaslandırmışdır ki, bağışlanma predmeti olan fərdi yaşayış evinə 1994-cü ildə vəfat etmiş mərhum Vəlyəddin Xəlilovun mülkiyyət hüququ olmamış, yəni onun adına hüquq müəyyənedici sənədlər qeydə alınmamış, 0,42 ha torpaq sahəsi torpaq islahatı zamanı Tamara Xəlilovanın mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Tamara Xəlilovanın adına tərtib edilmiş texniki pasport da nəzər ə alınmaqla həmin əmlak qanuni əsaslarla üçüncü şəxs Tamara Xəlilovanın mülkiyyəti olaraq qeydə alınmış, onun şəxsi iradəsi ilə oğlu, Osman Xəlilova bağışlanmışdır. Qanunvericiliyə əsasən, bağışlanma müqaviləsinin tərəfləri həmin müqaviləni mübahisələndirə bilərlər. Hazırki iş üzrə iddiaçılar bu müqavilənin tərəfləri olmasalar da mülki iş üzrə tərəflərin yaxın qohumluq münasibətində olması və iddia tələbinin qaldırılmasının əsas mahiyyəti nəzərə alınmaqla onların müqaviləni mübahisələndirməklə bağlı maraqlı şəxs olduqları qəbul edilərək iddia üzrə subyektiv hüquqları olduğundan məhkəmə araşdırmanın həmin istiqamətdə aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Bağışlanma müqaviləsinin ləğv edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş üzrə mümkün olan bütün sübutların araşdırılmas ı nəticəsində müəyyən edilənlərə əsasən, bağışlanma müqaviləsi mülki qanunvericiliyin tələblərinə tam olaraq əməl etməklə bağlandığından və bağışlayan şəxsin şəxsi iradəsini ifadə etdiyindən müqavilənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60.1-ci, Mülki Məcəllənin 139.1, 152.1, 157.2, 324.1, 324.2, 324.4, 329.1, 331.1, 337.1, 347.1, 347.2, 354.1, 354.2, 389.1, 389.2, 390.1, 390.3, 394, 406.1, 406.3, 666.1, 668, 673.1.2, 673.3, 673.4-cü və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

14. İddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(054)76/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(107)-988/2023 nömrəli qətnaməsi ilə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov, V.İ.Məlikov.) apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçılar idd ia ərizəsində “bağışlama müqaviləsinin ləğvi” tələbini xahiş etsələr də, əslində onların niyyəti əqdin etibarlılığını mübahisələndirmək olmuşdur. Məhkəmə araşdırması nəticəsinə müəyyən edilmişdir ki, Tamara Xəlilova 02 oktyabr 2013-cü il tarixdə ona məxsus olan Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini oğlu Osman Xəlilova bağışlamış, bu müqavilə Oğuz rayon Dövlət notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş, tərəflər müqaviləni notariusun iştirakı ilə imzalamışlar, tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın Tamara Xəlilovaya məxsus olması yoxlanılmışdır.

17. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçılar mübahiləndirilən bağ ışlama müqaviləsinin tərəfləri deyillər, müqavilə tərəfləri üçüncü şəxslər Tamara Xəlilova və Osman Xəlilovdur. Digər tərəfdən iddiaçılar mübahisələndirdikləri bağışlama müqaviləsi barədə mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olmasını sübut edə bilməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

18. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 337.1, 337.2, 666.1, 666.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

19. İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şi kayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(107)-988/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1-ci maddəsini düzgün tətbiq etməyərək iddiaçıların mərhum atalarından miras qalmış əmlaka mülkiyyət hüquqlarının pozulmasına hüquqi qiymət verməmiş, əksinə həmin maddəni üçüncü şəxslərin mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Yəni, X13 digər övladlarının razılığını almadan evi öz adına keçirmiş, sonra isə digər oğluna bağışlamışdır. İddiaçı tərəfindən vəsatət verilməsinə baxmayaraq məhkəmə bu halı araşdırmamışdır.

21. Kassasiya şikayətinin digər dəlilinə görə apellyasiya məhkəməsi sübutların olmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhv nəticəyə gəlmişdir. Texniki Pasportun yalnız bir evə (X8 məxsus olmuş evə) aid olduğu sübut olunsa da, məhkəmə bunu nəzərə almamışdır.

22. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 666.1, 337.1-ci və Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə dair qarşı 3-cü şəxs X3 tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdı rılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Et ibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 6 66.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edi lmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkə mə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materi alları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-988/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar