Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-824/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X8 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (kredit borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti), ekspert rəyinin qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X8 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(105)-97/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 200842-716161/1 nömrəli kredit xətti müqaviləsinə əsasən kreditor tərəfindən sonuncuya 30 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 2914,74 manat məbləğində kredit xətti açılmışdır.
2. Qeyd olunan kredit müqaviləsi üzrə borcalanın ödəliyinin icra edilməsini təmin etmək üçün borcalan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka i lə yüklü edilmiş, evin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən evin bazar satış qiyməti 350000 manat müəyyən olunmuşdur.
3. İpoteka predmeti olan fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, X5, X6, X4 və Qarayeva Günay Lütviyar qızı qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyun 2019-cu il tarixli, 200842716161\1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 51575,43 manat, əsas borca hesablanmış faiz borcu 13915,40 manat, cəmi 65490,83 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat pulun və 286,47 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahə 165.40 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, X2, X3, X1 və Qarayeva Günay Lütviyar qızının ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcunu və ona hesablanmış faizləri vaxtında banka qaytarmamışdır. Cavabdehlərin üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməməsi nəticəsində banka xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə yuxarıda qeyd edilən məbləğdə borc ödənilməmiş qalmışdır.
6. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, cavabdeh iddiaçı təşkilatdan 30 ay müddətinə 70000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi onun mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Hazırda tələb olunan borc məbləğinin ödənilməsindən cavabdeh boyun qaçırmır. Belə ki, cavabdeh hazırda kredit borcundan 3000 manat ödəniş etmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4494 saylı ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli GA.716161 saylı kredit müqaviləsi üzrə iddia tələbi irəli sürülən tarixə, yəni xx.xx.2022-ci il tarixə Cavabdeh1 iddiaçı banka olan borcu əsas borc üzrə 51304,30 manat, faiz borcu üzrə 16212,16 manat, illik 5% faiz olmaqla 912,08 manat borc təşkil etdiyi müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətin dəki ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 210000 manat, likvid dəyəri 178,500 manat təşkil etmişdir.
9. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatına əsasən, Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 75000 manat, likvid dəyəri 65000 manat təşkil etmişdir.
10. Daha sonra Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A saylı fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 285000 manat, likvid dəyəri 265000 manat təşkil etmişdir.
11. Sumqayıt Ş əhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-38/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 12 iyun 2019-cu il tarixli, 200842 716161/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 51304,30 manat, faiz borcu 13915,40 manat olmaqla, cəmi 65219,70 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat pulun və 286,47 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahə 165.40 kv.m) yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və on un üzərində olan fərdi yaşayış evinə (ümumi sahə 165.40 kv.m) açıq hərracdan ilkin satış qiyməti likvid dəyəri 265000 manat məbləğində müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh1 qaytarılması, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, X5, X6, X4 və Qarayeva Günay Lütviyar qızı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də, öhdəliyi vaxtında və lazımi qaydada icra et məmişdir.
13. Məhkəmə iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayon, 162A ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə (ümumi sahəsi 165,40 kv.m) yönəldilməsi, həmin evin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbini əsaslı hesab etmişdir.
14. Məhkəmə ekspertiza rəyinə qiymət verərək hesab etmişdir ki, əsas borc hissəsində iddia tələbi rəyə uygun olaraq qismən təmin edilməli və əsas borc üzrə 51304,30 manat cavabdehdən tutulub iddiaçının xeyrinə tutulmalıdir. Lakin faiz hissəsində məhkəmə ekspert rəyinə tənqidi yanaşaraq iddia tələbinə uyğun hissədə təmin edilməsini məqsədəmüvafiq hesab etmişdir.
15. Məhkəmə həmçinin hesab etmişd ir ki, iddiaçının iddia tələbi ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2, X2, X3, X1 və Qarayeva Günay Lütviyar qızının ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 317.1, 319.1-ci maddələri, İpoteka haqqında AR Qanununun 34.1.1, 39.3.2, 59.3, 59.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “ipoteka predmetinin hərracda satılması üçün ilkin sat ış qiymətinin 265000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, iş üzrə təkrar qiymətləndirmə ekspertizası keçirilməklə ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 165.40 kv.metrdən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti işin hallarına və həmin əmlakın ümumi bazar dəyərinə uyğun deyildir. Belə ki, məhkəmənin əsas kimi götürdüyü "xxxx" MMC tərəfindən verilmiş rəydə tədqiqatın hallarına uyğun olmayan metod və vasitələrlə aparılmış və nəticədə əmlaka reallığa uyğun olmayan, açıq-aşkar şişirdilmiş qiymət qoyulmuşdur. Belə ki, tərəflər arasında ipotеka müqaviləsi bağlanan zaman əmlakın qiymətləndirilməsi aparılmış və həmin ipoteka müqaviləsində əmlakın ilkin satış (likvid) dəyəri 90.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertizaların rəylərinin hər birində müəyyən edilmiş əmlakın qiymətləri arasında kəskin fərqlər vardır. Lakin məhkəmə tərəfindən hansı əsasla "xxxx" MMC tərəfindən verilmiş hesabatın qəbul edilməsi əsaslandırılmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən ekspert rəyləri hərtərəfli araşdırılmamış və nəticədə işin hallarına, əmlakın faktiki dəyərinə uyğun olmayan, açıq aşkar şişirdilmiş qiymət qoyulması barədə qətnamə qəbul edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq eskpertizası rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 165.4 kv.m fərdi yaşayış evinin likvid dəyəri təqribən 156300 manat məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə kollegiyası, ekspert tərəfindən ipoteka predmetinin qiyməti müəyyən edilərkən evin yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmadığına görə öz təşəbbüsü ilə tərkar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında evin 0,06 ha torpaq sahəsi ilə birlikdə likvid qiymətinin müəyyən edilməsi barədə sual qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq eskpertizası rəyinə əsasən, ünvan 6 ünvanında yer ləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 165,4 kv.m. fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə təqribən likvid dəyəri 193518 manat müəyyən edilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-97/2024 nömrəli, 16 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) iddianın apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-38/2023 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 265000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 165,4 kv.m. fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilk in satış qiymətinin 193518 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
23. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 165,4 kv.m. fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən 193518 manat müəyyən edilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 34.1.1, 36.1, 39.3.3, Mülki Məcəllənin 269, 319.1, 385.1, 439.1, 442, 445.2.1, 449.4, 472.1, 462.1, 467 və 739-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh X7 (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edlərək iddia tələbinin təmin edilməməsi barədə və ya işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi həqiqətə n ail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İş materiallarına təqdim olunmuş sübutlara və faktiki halların müəyyən olunmasına əhəmiyyət verməyərək məhkəmə bu qərarı vermişdir. Birinci instansiya məhkəməsi evin bazar dəyərlərinin müqayisəsini apararaq ilkin olaraq düzgün qənaətə gəlməsinə baxmayaraq, apellyasiya instansiyası mövqeyini dəyişərək iddiaçının xeyrini əsas götürmüşdür. Həmçinin cərimə və fazilər də bank tərəfindən şişirdilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlə. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
36. Maddə. 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının m əhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
37. Maddə. 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, apelyasiya araşdırmasının predmeti yalnız ipoteka qoyulmuş evin qiyməti üzrə araşdırmadan ibarət olmuşdur. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin likvid qiymətinin müəyyən olunması üzrə araşdırma tam aparılmamış, işin hallarının tam və hərtərəfli araşdırılması barədə mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdu r. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
48. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın likvid satış qiymətinin müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməsi üçün qərardad qəbul olunmuş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən, ipoteka predmetinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 210000 manat, likvid dəyəri 178500 manat müəyyən edilmişdir.
49. Cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsi yeni qiymətləndirmə rəyi alımış, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh1 mülkiyyətindəki ünvan 7 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 75000 manat, likvid d əyəri 65000 manat müəyyən edilmişdir.
50. Lakin cavabdeh bu qiymətlə də razılaşmamış və Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatı ilə fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 285000 manat, likvid dəyəri 265000 manat müəyyən edilmiş və məhkəmə qətnamədə məhz bu qəyməti likvid qiymət kimi müəyyən etmişdir.
51. İddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi likvid qiymətlə razılaşmayaraq apelyasiya şikayəti vermişdir.
52. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, 0.06 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri təqribən 156300 manat m əbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən isə 0,06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 165,4 kv.m. fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə təqribən likvid dəyəri 193518 manat müəyyən edilmişdir.
53. Apelyasiya instansiyası məhkəməsi bu rəyləri əsas tutaraq, birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin 265000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətini 193518 manat məbləğində müəyyən etmişdir.
54. Lakin bu zaman apelyasiya instansiyası məhkəməsi iş üzrə məhz nəyə əsasən xx.xx.2023-cü il tarixli hesabatı ilə ipoteka predmetinin likvid dəyərinin 265000 manat müəyyən edilməsi barədə Xammal və Əmtə ə Birjası "xxxx" MMC-nin rəyi ilə razılaşmadığını, nəyə görə Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə üstünlük verdiyini əsaslandırmamış, ipoteka ilə yüklü edilən əmlakın qiymətinin ipoteka müqaviləsində 350000 manat müəyyən edildiyini nəzərə almamış, müqavilə bağlanandan sonra ipotekanın qiymətinin nəyə görə əhəmiyyətli dərəcədə azaldığını araşdırmamış, sadəcə “məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir” deməklə kifayətlənmişdir.
55. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88- ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
56. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəy yən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir.
57. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
59. Apelyasiya instansiyası məhkəmə si, ipoteka predmetinin qiyməti ilə bağlı ekspert rəylərini yuxarıda qeyd olunan tələblər baxımından təhlil edib qiymətləndirməmişdir.
60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
61. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndi).
63. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
64. Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mül ki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
65. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidə n baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-97/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul