Məhkəmə qərarları › İş №2(102)-826/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-826/2024

18.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-826/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X1, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlunun Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi X12 Xidməti, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X10, X8, Qurbanov Anar Bəhruz oğlu və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində c əlb olunmaqla, cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-826/2024 (Açar sözlər: qanunsuz tikililərin, qurğuların sökülməsi və tiklinin əvvəlki vəziyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı7, X1, İddiaçı3, İddiaçı8 və İddiaçı5 Muzəffər oğlunun Yasamal Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi X12 Xidməti, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, “X14” MMC, X10, X15 oğlu, Qurbanov Anar Bəhruz oğlu və ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “qanunsuz tiklilərin, qurğuların sökülməsi və tiklinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5608/2023 nömrəli, 17 oktyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ASP MMM ilə sifarişçi X8 arasında bağlanmış 14 yanvar 2007-ci il tarixli alqısatqı müqaviləsi ilə, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki qarajı sifarişçiyə verməyi, sifarişçi isə 39,7 kv m sahə üçün 21835 AZN ödəməyi öhdəsinə götürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ Şamxal Əsədov tərəfindən ödənilmişdir.

2. Tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, Ş.Əsədov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

3. ASP MMM ilə sifarişçi X9 arasında bağlanmış 29 yanvar 2007-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki 129 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 18 kv.m sahə üçün 9900 AZN ödəməyi öhdəsinə g ötürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ Anar Qurbanov tərəfindən ödənilmişdir.

4. Tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, A.Qurbanov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

5. ASP MMM ilə sifarişçi Cavabdeh2 arasında bağlanmış 14 yanvar 2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -2 mərtəbəsindəki 208 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 19,2 kv m sahə üçün 10560 AZN ödəməyi öhdəsinə götürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ Cavabdeh2 tərəfindən ödənilmişdir.

6. Tərəflər arasında bağlanılmış digər müqavilə lərdən görünür ki, Cavabdeh2 həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

7. Cavabdeh1 MMM ilə sifarişçi X10 arasında bağlanmış 01 dekabr 2006-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, MMM Yasamal rayonu, H.Zərdabi 3166-cı məhəllə ünvanında tikilməkdə olan ASP yaşayış kompleksindəki binanın -1 mərtəbəsindəki 286 saylı qarajı sifarişçiyə verməyi, sifarişçi isə 21.4 kv.m. sahə üçün 11770 AZN ödəməyi öhdəsinə götürmüşdür. ASP MMM tərəfindən verilmiş arayışdan görünür ki, həmin məbləğ X10 tərəfindən ödənilmişdir.

8. Tərəflər arasında bağlanılmış digər müqavilələrdən görünür ki, R.İslamov həmin binanın eyni və digər mərtəbələrində də, müxtəlif sayda qarajların dəyərini ödəməklə əldə etmişdir.

9. Azərbaycan Respublikası Fövqə ladə Hallar Nazirliyi X12 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən Ravil Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən əvvəllər ASP MTK-ya məxsus olmuş, sonradan isə X2 VÖEN-i ilə fəaliyyət göstərən yaşayış binasında və qaraj hissəsində Car Point adı altında fəaliyyət göstərən avtomobil təmir sexində yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə yaşayış binasının və avtomobil təmir sexinin rəhbərlikləri AR İXM-nin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilmişdir.

10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfi ndən Nəsib Nəbiyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ilk dəfə edilmiş müraciət əsasında Car Point adı altında fəaliyyət göstərən avtomobil təmir sexində yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə yaşayış binasının və avtomobil təmir sexinin rəhbərlikləri AR İXM-nin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilmişdir. Yenidən edilmiş təkrar müraciət əsasında araşdırma zamanı Yasamal rayonu, H.B.Zərdabi prospekti 92 A ünvanında "Car Point" adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yarığın texniki müayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunm uşdur.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ASP MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tərkibində 889 ədəd mənzil və 113 ədəd qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar, birgə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 "xxxx" ünvanında yerləşən və cavabdeh MTK (ticarət nişanı “Melissa Group”) tərəfindən inşa edilmiş çoxmənzilli binanın 3 səviyyəli (-1, -2 və -3) zirzəm isinin 1ci mərtəbəsindəki qapalı anbarların, parklanma yerində hörülmüş divarların və dəmir barmaqlıqların, zirzəmənin 2-ci mərtəbəsində yerləşən avtomobil boyanması və cilalanması sexinin və avtomobil təmir sexinin, zirzəminin 2-ci mərtəbəsindəki yeməkxananın, zirzəminin 2-ci mərtəbəsinin bir hissəsinə döşənmiş asfalt örtüyünün, 2-ci mərtəbədə parklanma yerlərində hörülmüş divar və jalüz qapıların, zirzəminin 3-cü mərtəbəsində müxtəlif yerlərdə layihədən kənar metal konstruksiyadan arakəsmələrin, 3cü mərtəbədə olan qapalı anbarların və qarajların cavabdehlərin hesabına sökülərək götürülməsi və binanın aidiyyəti orqanlar tərəfindən təsdiq edilmiş ilkin layihə vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İddia ərizəsində Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyy əti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilmişdir.

14. Məhkəmə “X14” Məhdud Məsuliyyətli Cəmiyyətini, X6, X4 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işin baxılmasına cəlb etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu H.Zərdabi prospekti 92 A ünvanında Cavabdeh1 MTK (ticarət nişanı Melissa Group ) (bundan sonra – MTK) tərəfindən 2006-2007-ci illərdə inşasına başlanılmış çoxmənzilli yaşayış binası yerləşir. Bina 9 bloklu olduğundan inşaat işləri bir neçə il davam etmiş və hazırda bütün sakinlərin istifadəsindədir. Eyni zamanda bildirmək istəyirlər ki, yaşadıqları bina istismara qəbul olunmuş və hər bir sakin öz mənzilinə mülkiyyət hüququna dair çıxarış almışdır. Həmin yaşayış binası təbii olaraq inşa edilməmişdən öncə layihə sənədləri ekspertizadan keçərək razılaşdırılması üçün Şəhərsalma və tikinti normalarının tələblərinə uyğun olaraq müvafiq dövlət təşkilatlarından keçərək təsdiq olunmuş və tikintisinə icazə verilmişdir. İddiaçılar həmin ünvanda ilk məskunlaşan sakinlər olduğundan demək olar ki, bütün tikinti işlərinin əyani şahidləri olmuşlar. Yaşadıqları binanın alt hissəsində 3 mərtəbədən ibarət avtomobillərin parklanma yeri mövcuddur. Parklanma yeri hazır olduqdan sonra avtomobili olan bütün sakinlər öz avtomobillərini həmin parklanma yerində saxlamağa başlamışlar və hazırda da saxlayırlar. Lakin bir müddət keçdikdən sonra MTK rəhəbərliyi tərəfindən parklanma yerləri qanunsuz olaraq təsdiq olunmuş layihədə nəzərdə tutulmamış formada birləşdirilmiş, istinad divarları mişar daşı ilə hörülmüş, anbarlar yaradılmış, avtomobil təmiri sexləri, həmçinin yeməkxana yaradılmışdır. Bir sözlə MTK rəhbərliyi öz şəxsi gəlirlərini artırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş layihəni kobud şəkildə pozaraq bütün sakinlərin həyat və sağlamlığına təhlükə törədən bir vəziyyət yaratmışlar. Dəfələrlə MTK rəhbərli yinə sakinlər olaraq bu cür özbaşınalığa yol verilməməsi barədə müraciətlər edilsə də, çox təəssüflər olsun ki, MTK-nın şəxsi marağı sakinlərin həyat və sağlamlığından üstün olmuşdur. Bilindiyi kimi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayış nəticəsində 3 nəfər həyatını itirmiş və 36 nəfər müxtəlif dərəcəli xəsarət almışlar. Partlayışın mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilməsi nəticəsində baş verməsi Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi 92 a ünvanında yerləşən yaşayış kompleksinin (MELİSSA PARK) sakinlərini daha çox narahat edir. Belə ki, yaşayış kompleksinin qarajında “MELİSSA PARK” rəhbərliyi tərəfindən yol verilən özbaşınalıq h ərəkətləri bu kimi təhlükəli halların baş verməsinə şərait yaradır. Həmin ünvanda təqribən 1200 mənzil var. Orta hesabla 5000 insan yaşayır. Lakin müraciətlərinə çox etinasız yanaşılır. Həmçinin onlar şikayətlərində başqa qanun pozuntularını da qeyd etmişlər. Təəssüflər olsun ki, o hallara ümümiyyətlə FHN tərəfindən qiymət verilməmişdir. 1200 mənzil olan bir yaşayış kompleksində MTK tərəfindən yol verilən qanunsuzluqlar aşağıdakılardan ibarətdir:

1. Qarajın (parklanma yerinin) döşəməsinə asfalt örtük çəkilmişdir. Bu hal yanğın təhlükəsi yaradır. Həmçinin əgər yanğın halı baş verərsə, qarajı söndürmək mümkün olmayacaqdır. Çünki qaraja yanğınsöndürmə avtomobilləri daxil ola bilmir. Eyni zamanda asfalt örtüyünün tərkibində olan materiallar yandırıcı xarakterə malik olduğundan qarajda yanğın h alının baş vermə təhlükəsi həddən artıq böyükdür.

2. Qarajda avtomobillərin rənglənmə sexi (Car Point adı altında) fəaliyyət göstərir. Kislorod balonları hər gün işlədilir və avtomobillər rənglənir, cilalanır. Bu isə hər an partlayış təhlükəsi deməkdir. Eyni zamanda avtomobillərin rənglənməsi zamanı atseton və s. kimyəvi maddələrdən istifadə olunması zamanı mənzillərə dəhşət saçan qoxular daxil olur. Bu hal isə insanların sağlamlığına da ciddi təhlükə yaradır.

3. Parklanma yerlərinin qanunsuz olaraq satılması, ara divarların mişar daşı ilə hörülməsi və jalüz qapıların qoyulması halları artıq geniş vüsət almışdır. Eyni zamanda qarajda yanğın baş verərsə, evakuasiya mümkün olmayacaqdır. Parklanma yerlərinin ara divarlarının hörülməsi hərəkəti məhdudlaşdırır, bir parklanma yerindən digərinə k eçməyi mümkünsüz edir, həmçinin mexaniki yanğınsöndürmə vasitələrindən istifadəni belə məhdudlaşdırır. Bir avtomobilin yanması yüzlərlə avtomobilin yanmasına, partlayış halının baş verməsinə və son nəticədə misli görünməmiş təhlükənin olacağına zəmin yaradır. Hətta bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri qaraja baxış keçirmiş və bu hal təsdiq edilmişdir.

4. Birinci mərtəbədə yerləşən Parklanma yerinin böyük bir hissəsi mişar daşı ilə hörülərək anbar kimi sitifadə olunur. Həmin anbarlarda General Motors şirkətinə məxsus avtomobillərin ehtiyat hissələri və Mitsubishi markalı kondisionerlər saxlanır. Bütün ara kəsmələr mişar daşı ilə hörülmüş və dəmir darvazalarla bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarına əsasən yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarlarının fəaliyyəti qadağan edildiyi halda Komitə tərəfindən heç bir tədbir görülmür.

5. Parklanma yerində QAZ BALONLARİ ilə fəaliyyət göstərən böyük bir yeməkxana vardır. Həmin yeməkxanadan General Motorsun və yaxın ərazidə Melissa Park tərəfindən inşa olunan binalarda işləyən işçilər istifadə edirlər. Binanın qarajında hər hansı yeməkxananın fəaliyyət göstərməsi qanunvericiliyə ziddir. Həmçinin yeməkxanada hazırlanan qidaların qoxusu mənzillərə dolaraq sakinlərdə ciddi narahatlıq doğurur. Bir sözlə MTK rəhbərliyi özü üçün sərvət toplamaq üçün bütün qanunları tapdalayır, özbaşınalıq edir və heç kimdən, heç nədən qorxm adıqlarını aşkar surətdə hamıya bəyan edirlər. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası qanununun 25-ci maddəsinə görə X12 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Çox təəsüflər olsun ki, Fövqəladə Hallar Nazirliyi kollektiv müraciətlərinə baxmır, ya da düzgün araşdırma aparmır. Yaşayış kompleksinin qarajında yol verilən özbaşınalıq hərəkətləri, yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı müraciətlər olunsa da, çox təəssüflər olsun ki, FHN kimi bir qurum yanğın təhlükəsizliyi ilə bağlı məsələni araşdırmaq üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərir. Həmin idarənin rəisi Vaqif Cavadov isə cavab məktubunda qeyd edir ki, qaraja baxış keçirildi, lakin orada oksigen balonları, avtogen və asfaltdan istifadə olunduğu müəyyən olunmamışdır. Lakin təkrar kollektiv müraciətdən sonra yenidən FHN tərəfindən binaya baxış keçirilir və bu zaman avtomobil təmir sexində yanğın təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunur və inzibati xəta haqqında protokol tərtib olunur. Lakin bugünədək həmin avtomobil təmir sexi fəaliyyət göstərir. MTK-nın qanunsuz fəaliyyətinin digər təzahürü ondan ibarətdir ki, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin tələblərindən də göründüyü kimi binanın zirzəmisi, parklanma yeri ümumi paylı mülkiyyət hüquq əsasında mülkiyyətçi lərə məxsus olsa da, heç kimin fikrini öyrənmədən özbaşınalıqlara yol vermişlər. MTK tərəfindən Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14 iyul 2017-ci il tarixli Fərmanı kobud surətdə pozulmuş və pozulmaqda davam edir. MTK-nın pul qazanmaq marağı ölkəmizin bütün qanunlarını pozmağı hədəfləmişdir. Binada layihədən və binanın təyinatından kənar inşa və təşkil edilmiş bütün tikili və sair qurğular bina sakinləri kimi onların həyat və sağlamlığına ciddi təhlükə yaradır və birbaşa hüquqlarının konkret pozulması halını yaradır ki, bu hal dərhal aradan qaldırılmalıdır.

16. Məhkəmə iclasda iştirak edən Cavabdeh1 MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh1 MTK vaxti ilə həmin yaşayış binalarını tikərək təhvil vermiş, və bin alarda yerləşən bütün yaşayış və qeyri yaşayış sahələri hamısı satılmışdır. Hal-hazırda MTK ümumiyyətlə fəaliyyətini dayandırmış, həmin binada da, bu və ya digər şəkildə heç bir fəaliyyət göstərmir. MTK-nın balansında hec bir qaraj və ya qeyri yaşayış sahəsi yoxdu. Mübahisələndirilən sahələr X10, X8, X9 və eləcə də, iddiaçılar tərəfindən iş üzrə cavabdeh qismində cəlb edilmiş digər cavabdeh, Cavabdeh2 satılmış, onlarla buna dair müqavilələr bağlanılmış və həmin sahələr də, alicılara təhvil verimişdir. Bir şəxsin bir neçə qaraj almasında heç bir qadağa yoxdur və qeyd olunan vətəndaşlar da, dəyərini ödəyərək əmlaklar almışlar. Həmin əmlakların hansı şəkildə işlədilməsi və ya istifadə olması mülkiyyətçi olaraq onların hüqüqudur və bu barədə də, MTK-da heç bir məlumat yoxdur. Əgər mülkiyyətçil ər öz sahələrini digər sakinlərə, eləcədə hansısa başqa şəxslərə icarəyə verirlərsə bu onların hüququdur və hesab edirlər ki, bu onlar arasında ola biləcək mübahisədir. Cavabdeh1 MTK-nın bu məsələyə aidiyyəti yoxdu və iş üzrə düzgün olaraq cavabdeh kimi cəlb edilməmişdir. Bu tələbin onlara heç bir aidiyyəti olmamaqla iddia onlara qarşı düzgün qaldırılmamışdır. Orada əksər sakinlərin şəxsi qarajlarıda var. Onlarda olan məlumata görə qaraj almayanlar isə qarajı olanlardan kirayə götürürlər. Hazırki iddiaçılarda orda icarəyə qaraj götürərək avtomobillərini park edirlər. İddiaçı özüdə izahatında etiraf etdi ki, digər Cavabdeh2 ayda 50 manat ödəməklə ondan icarəyə qaraj götürmüş, hazırda isə o icarə haqqını 75 manata qaldırmışdır. Tərəflər arasında yaranmış mübahisə də elə bununla, yəni qiymət artımı ilə bağlıdır. Ancaq yenə də bu məsələnin onlarla bir əlaqəsi ola bilməz. Onlarda olan məlumata görə “X14” MMC tərəfindən də, orada qarajlar icarələnərək avtomobillər saxlanılır. Lakin kimlə müqavilə bağlanılıb, kimin qarajları icarəyə götürülüb və ümumiyyətlə bu məlumat düzgündür yoxsa yalnış, bu barədə heç nə deyə bilməzlər. Orada digər şəxslər tərəfindən də, hansısa sahələrin icarəyə götürülüb- götürülməməsi, anbar kimi istifadə olunması barədə onlarda heç bir məlumat yoxdur. Odur ki, hesab edirlər ki, iddia tələbi onlara münasibətdə əsassızdır və rədd edilməlidir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il 10/7799№li ekspert rəyindən görünür ki: - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələri ndə təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Sözügedən 3 səviyyəli (-1,-2, -3) mərtəbələrdə mövcud vəziyyəti üzrə binanın təsdiq olunmuş layihəsində göstərilən ümumi qeyri-yaşayış sahələri arakəsmələr vasitəsilə bölünərək qeyriyaşayış təyinatlı sahələr (yığınaq yeri, yeməkxana, qaraj, avtoyuma, boş sahə və s...) kimi istifadə olunur. - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın Bakı Şəhər İcra Hakimiyyətinin 18/04-264 saylı qararı ilə təsdiq olunmuş layihəsində 3 səviyyəli (1, -2, -3) mərtəbələri ümumi qeyriyaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinat lı sahələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-80 və 88-ci maddələrinin tələblərinə uyğun istifadə olunur. - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın təsdiq olunmuş layihəsində sözügedən 3 səviyyali (-1,-2,-3) ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyinatlı sahələr arakəsmələr vasitəsilə qeyri-yaşayış təyinatlı (yığınaq yeri, yeməkxana, qaraj, avtoyuma, boş sahə və s..) sahələr kimi istifadə olunur. Həmin sahələrin mövcud vəziyyəti üzrə yerləşmə planı AutoCad programı vasitəsilə işlənib hazırlanmışdır.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəmə sinin 23 iyun 2023-cü il tarixli e-2(004)88/2023 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddianın təmin edilməməsini, iddiaçılar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsini, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçılardan müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların hər hansı birinin qaraj sahəsini bu və ya digər əsasla əldə etmək məqsədilə müraciət etməsi və ya əldə etməsi iş materialları ilə müəyyən olunmur. Lakin Cavabdeh2 və eləcə də, digər şəxslər həmin qaraj sahələrini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Daşınmaz əmlaka dair çıxarış təqdim edilməsə belə, alqı-satı müqaviləsi əsasında həmin şəxslərin gözlənilən mülkiyyət hüququ yaranmışdır ki, bu da həmin şəxslərə mülkiyyətçi olaraq qeyd edilən qaraj sahəsinə sahiblik, istifadə və sərəncam hüququ verir. Bu hüququn məhdudlaşdırılması əsası isə iş materialları ilə müəyyən edilmir. İddia ərizəsində binada layihədən və binanın təyinatından kənar inşa və təşkil edilmiş bütün tikililərin olduğu qeyd edilsə də, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi ilə verilmiş ekspert rəyindən görünür ki, iddiaçıların yaşadığı binanın 3 səviyyəli (-1, -2, -3) mərtəbələrində təqdim olunmuş tikinti layihəsindən kənar tikililər inşa olunmamışdır. Binanın Bakı Şəhər İcra Hakimiyyətinin 18/04-264 saylı qərarı ilə təsdiq olunmuş layihəsində 3 səviyyəli (-1, -2, -3) mərtəbələri ümumi qeyri-yaşayış sahələri kimi göstərilmiş mövcud vəziyyəti üzrə həmin sahələrdə qeyri-yaşayış təyi natlı sahələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-79-80 və 88-ci maddələrinin tələblərinə uyğun istifadə olunur.

20. Eləcə də iddia ərizəsində həmin tikililərin və sair qurğuların bina sakinlərinin həyat və sağlamlığına ciddi təhlükə yaratdığı bildirilsə də, Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təkrar müraciət əsasında araşdırma zamanı həmin ünvanında “Car Point” adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yanğın texniki müayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunmuşdur. Bundan başqa iddiaçılara həmin qaraj sahələrindən icarə haqqını ödəməklə avtomobillərini saxlamaq üçün şərait yaradılsa da, onlar bununla razılaşmamaqla, qaraj sahəsinin başqa şəxslər tərəfindən istifadəsinin onların maraqlarına toxunduğuna əsaslanaraq həmin arakəsmələrin sökülməsini, qarajın onların istifadəsinə verilməsini tələb edirlər. Lakin başqa şəxslərə alqı-satqı müqaviləsi və ya digər əsasla (icarə) verilmiş qaraj sahəsinin həmin şəxslər tərəfindən istifadəsinin onların maraqlarına hansı halda və necə toxunduğunu qeyd etməmişlər. Beləliklə iddia ərizəsində göstərilən hallar öz təsdiqini tapmamaqla yanaşı iş materialları ilə təkzib edilmişdir. Belə olan halda qəbul edilməlidir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır.

21. İddia tələbinin cavabdeh MTK-ya dair hissəsi ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, MTK-nın hazırki iş üzrə i ddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, qeyd edildiyi kimi yaşayış binası MTK tərəfindən tikilərkən və ya tikildikdən sonra oradakı yaşayış və qeyri-yaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. Cavabdeh1 MMM ilə sifarişçi Şamxal Əsədov, Anar Qurbanov, Cavabdeh2 və Rafiq İslamov arasında bağlanmış müqavilələrlə də həmin hallar bir daha təsdiqini tapır. Qaraj sahələri hal-hazırda MTK-nın mülkiyyətində deyildir. Məhkəmə tərəfindən iddiaçılara əsl olmayan cavabdehin əvəz edilməsi təklif edilsə də, iddiaçılar bunu qəbul etməmiş, MTK-nın cavabdehlik daşıdığını iddia etmişlər. İddiaçılar cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxdığından, MTK isə əsl cavabdeh olmadığından iddia tələbi MTK-ya münasibətdə əsassız hesab edil ərək, rədd edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.8, 154.2, 6.3-cü maddələrinin, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4, 101.3. 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qətnamədə MTK-nın əsl cavabdeh olmamasının əsası kimi göstərmişdir ki, mübahisə predmeti olan obyektlər alğı-satqı müqaviləsi əsasında müxtəlif şəxslərə satılmış və həmin şəxslərin mülkiyyətindədir. Lakin məhkəmə belə qənaətə gələrkən həmin alğı-satqı müqavilələrinin qanunsuz bağlandığını nəzərə almamışdır. Əslində qeyd olunan sahələr bina sakinlərinin ümumi paylı mülkiyyətində olduğu üçün digər mülkiyyətçilərin razılığı olmadan üçüncü şəxslərlə belə alğı-satqı müqavilələri bağlana bilməzdi. Elə bu səbəbdən də həmin alğı-satqı müqavilələri rəsmi olaraq qeydiyyata alınmamış və adıçəkilən sahələrə dair heç bir çıxarış mövcud deyil. Buna görə də, MTK iş üzrə cavabdeh qismində çıxış etməlidir.

25. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçılar tərəfindən iş üzrə məhkəmə-tikinti-texniki ekspertiza təyin edilməsi barədə vəsatət verilmiş, lakin ekspertiza üçün tələb olunan sənədlər cavabdeh MTK tərəfindən Məhkəmə Eksperti za Mərkəzinə tam təqdim edilmədiyindən ekspertiza tədqiqatının tam keçirilməsi mümkün olmamışdır, xüsusən də mübahisəli obyektlərin olduğu hissələrə baxış keçirilməmişdir. Lakin məhkəmə ekspert rəyini əsas götürərək yekun qərara gəlmiş, işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir. Ona görə də, iddiaçılar həmin ekspert rəyi ilə razılaşmır və yenidən onların iştirakı ilə ekspertizanın keçirilməsinin vacib olduğunu düşünürlər.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5608/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov – sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən hallar öz təsdiqini tapmamaqla yanaşı iş materialları ilə təkzib edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 münasibətdə əsassız hesab edərək rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu nəticəyə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

28. Məhkəmə iddianın cavabdeh MTK-ya aid hissəsi ilə bağlı qeyd etmişdir ki, yaşayış binası MTK tərəfindən tikilərkən və ya tikildikdən sonra oradakı yaşayış və qeyriyaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. Cavabdeh1 MMM ilə sifarişçi Şamxal Əsədov, Anar Qurbanov, Cavabdeh2 və Rafiq İslamov arasında bağlanmış müqavilələrlə də həmin hallar bir daha təsdiqini tapır. Qaraj sahələri hal-hazırda MTK-nın mülkiyyətində deyildir.

29. Odur ki, MTK hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığından və iddiaçılar cavabdeh MTK-nın əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxdığından iddia cavabdeh MTK-ya aid hissədə də əsassızdır. Həmin hissədə də iddianın rədd edilməsi ilə bağlı Rayon Məhkəməsinin qənaəti işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Bu nəticəyə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri tam, obyektiv və hərtərəfli araşdırılmadan ape llyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Bununla da Bakı Apellyasiya Məhkəməsi həmin binada yaşayan minlərlə insanın taleyinə biganə yanaşaraq, həmin şəxslərin baş verə biləcək real təhlükələrlə üz-üzə qoymuşdur. Belə ki, apellyasiya şikayətində də qeyd edildiyi kimi, yaşayış binasının yeraltı qaraj hissəsində partlayıcı xarakterə malik olan maddələrdən və texniki vasitələrdən istifadə edilməklə müəyyən fəaliyyətin həyata keçirilməsi hal-hazırda bina sakinlərini hər an baş verə biləcək təhlükə ilə üz-üzə qoymaqdadır. Məhkəmənin qətnamədə əsaslandığı Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci Ərazi X12 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda araşdırma zamanı həmin ünvanında “Car Point” adı altında fəaliyyət göstərən obyektdə yanğın təhlük əsizliyi sahəsində aşkar edilmiş nöqsanların obyekt rəhbərliyi tərəfindən aradan qaldırılmasının müşahidə edildiyi qeyd edilsə də, nəzərə almaq lazımdır ki, hal-hazırda da fəaliyyət göstərən avtomobillərin rənglənmə sexində yüksək təzyiqli kompressor aparatlardan, kəskin qoxuya və yüksək partlayıcı xarakterə malik olan kislorod balonları, ateston, avtomobil boyaları və başqa kimyəvi tərkibli maddələrdən istifadə etmədən avtomobillərin rənglənməsi mümkün deyildir. X7 Nazirliyi X12 Xidməti 2-c Ərazi X12 İdarəsinin müvafiq məktubunda ilkin yoxlama zamanı aşkar olunmuş və sonradan güya aradan qaldırılmış pozuntuların konkret olaraq nədən ibarət olması qeyd edilməmişdir.

32. Bundan başqa apellyasiya instansiya məhkəməsi hal-hazırda faktiki olaraq digər şəxslərin mülkiyyətində olan və mübahisəni n əsasını təşkil edən qeyri-yaşayış sahələrinə münasibətdə mülkiyyət hüququna dair müddəalara əsaslansa da, apellyasiya şikayətində qeyd edilən mülkiyyət hüququnun yaranmasının qanunsuz olması ilə bağlı mövqeyə heç bir münasibət bildirməmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi mülki iş üzrə icraat zamanı qeyd olunan Mülki Prosessual Məcəllənin 14-cü maddəsinin tələbini də pozmuşdur. Belə ki, məhkəmə həqiqətə nail olmaq və işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə lazımi şərait yaratmaq əvəzinə natamam iş materialları əsasında qəbul edilən ekspertiza rəyinə əsaslanmış, adı çəkilən yaşayış binasının avtodayanacağında yaranmış mənzərəni tam olaraq aydınlaşdırmamış və tədqiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

35. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elemen tləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

37. Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdu r. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər.

38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, hə min əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədlər

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən, iddianın predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

53. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların tələbi binanın 3 səviyyəli (-1, -2 və -3) zirzəmisinin 1-ci mərtəbəsindəki qapalı anbarların, parklanma yerində hörülmüş divarların və dəmir barmaqlıqların, zirzəmənin 2-ci mərtəbəsində yerləşən avtomobil boyanması və cilalanması sexinin və avtomobil təm ir sexinin, zirzəminin 2-ci mərtəbəsindəki yeməkxananın, zirzəminin 2-ci mərtəbəsinin bir hissəsinə döşənmiş asfalt örtüyünün, 2-ci mərtəbədə parklanma yerlərində hörülmüş divar və jalüz qapıların, zirzəminin 3-cü mərtəbəsində müxtəlif yerlərdə layihədən kənar metal konstruksiyadan arakəsmələrin, 3cü mərtəbədə olan qapalı anbarların və qarajların cavabdehlərin hesabına sökülərək götürülməsi və binanın aidiyyəti orqanlar tərəfindən təsdiq edilmiş ilkin layihə vəziyyətinə gətirilməsi barədədir. Lakin iş üzrə keçirilmiş məhjkəmə ekspertizası zamanı həmin 3 səviyyəli zirzəmidə layihədən kənar hər hansı qanunsuz tikilinin inşa edilməsi müəyyən edilməmişdir.

54. İddiaçıların həmin zirzəmi sahəsində müxtəlif obyektlərin fəaliyyətinin yanğın təhlükəsizliyi qaydalarına uyğun olmaması barədə dəlillə ri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən sakinlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən ilk dəfə edilmiş müraciət əsasında Car Point adı altında fəaliyyət göstərən avtomobil təmir sexində yanğın təhlükəsizliyi norma və qaydalarının tələbləri pozulduğuna görə yaşayış binasının və avtomobil təmir sexinin rəhbərlikləri AR İXM-nin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş və aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilmişdir. Yenidən edilmiş təkrar müraciət əsasında araşdırma zamanı Yasamal rayonu, H.B.Zərdabi prospekti 92 A ünvanında "Car Point" adı altında fəaliyyət göstərən obyektdə yenidən operativ yarığın texniki m üayinə keçirilmiş və tərəflərindən yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlar obyekt rəhbərliyi tərəfindən aradan qaldırılması müəyyən olunmuşdur.

55. Həmçinin qeyd edilməlidir ki, iddianın predmetini xüsusi mülkiyyətdə olan qaraj ərazisində yerləşən obyektlərin fəaliyyətinin qadağan edilməsi və ya fəaliyyətlərində yol verilən qanunsuzlqların aradan qaldırılması deyil, qanunsuz tikililərin sökülməsi təşkil etdiyindən kassasiya şikayətinin bu barədə dəlilləri araşdırma predmeti deyildir.

56. Kollegiya bildirir ki, iddia tələbləri həddində işə baxan, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmə nin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5608/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar