Məhkəmə qərarları › İş №2(102)-8265/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8265/2019

27.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8265/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3na qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin qaytarılması tələbinə dair ilk, Cavabdeh2 İddiaçıya qarşı əqd üzrə aldıqlarının geri qaytarılması və çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Qusar rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Kazımov, iş 2(029)-216/2019) ilk iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Cavabdeh3 bağlanmış 24.08.2017-ci il tarixli, 4Ə-1418 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında c avabdeh Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Xaçmaz Ərazisi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, Qusar rayonu, Gilahoba kəndində yerləşən 3.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahibliklərindən və istifadələrindən alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvlərinin sahibliyinə və istifadələrinə qaytarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əqd üzrə aldıqlarının qaytarılması və çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abaso v(sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-2755/2019) ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qusar rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 2000-ci il tarixli, 6/3 saylı qərarı ilə Qusar rayonu, Qılah-ob a kəndində yerləşən 9.5 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sonradan Cavabdeh1 həmin torpağın 3 ha hissəsinə reyestrdən çıxarış əldə etmiş, bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticədə həmin çıxarış etibarsız hesab olunmuşdur. Bu ərəfədə Cavabdeh1 mübahisəli 3.0 hektar torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İddiaçı qeyd olunan bağışlamanın etibarsız hesab olunaraq torpağın ona qaytarılmasını tələb etsə də cavabdehlər torpağın dəyəri ödənilməklə alındığını, qeyri-qanuni əldə edilmədiyini əsas gətirlər. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 666.1, 668.1.1, 1091.1, 1091.2, 1092.1, 337.1, 337.2, 337.4-cü maddələrini tətbiq etmişdir. Cavabdeh1 və Ca vabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdilər. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrin i rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar