Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-827/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva, iş № 2(012)-1007/19) iddiaçı XXX nın cavabdeh «xxxx» MTK-ya qarşı mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbinə dair iddiası rədd edilmiş, «xxxx» MTK-nın cavabdeh X.Çələbiyevaya qarşı “mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin olunaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair XXX ilə “xxxx” MTK arasında bağlanmış 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamədən iddiaçı X.Çələbiyeva apellyasiya şikayəti vermişdir. SumqayıtApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə-sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov, iş № 2(105)-3402/19) apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X.Çələbiyeva kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı XXX cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə ş ərait yaradılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi isə X.Çələbiyevaya qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair X.Çələbiyeva ilə“xxxx” MTK arasında bağlanmış 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq o lunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Z.Abbasov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Z.Abbasovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məh kəmə kollegiyası hesab edir ki, kassasiya şikayətiqismən təmin olunmalı,Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 oktyabr 2019cu il tarixli qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, 17.03.2017-ci il tarixli “kooperatov binanın tikintisi haqqında” müqaviləyə əsasən “xxxx” Mənzil Tikinti Kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzili payçı X1 verməyi, X.Çələbiyeva isə mənzilə görə 38000 (otuz səkkiz min) manat pulu “xxxx" Mənzil Tiki nti Koorperativinə ödəməyi öhdələrinə götürmüşlər. 17.03.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzində X.Çələbiyeva tərəfindən həmin müqavilə üzrə “xxxx” MTK-nın kassasına 38000 (otuz səkkiz min) manat pul vəsaiti ödənildiyi qeyd olunmuşdur. “xxxx” MTK tərəfindən mənzilə daxil olmağına, orada təmir işləri aparmasına, mənzilə sahiblik hüququnu həyata keçirməsinə süni maneələr yaradıldığını bildirən iddiaçı 22.01.2019-cu il tarixdə mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə öz növbəsində 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia vermişdir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşıl ıqlı iddianı isə təmin etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 385.1, 425, 442, 337-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 17.03.2017-ci il tarixli müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını və bu səbəbdən əhəmiyyətsiz olduğunu qeyd etsə də, Mülki Məcəllədə müəyyənləşdirilmiş məhz hansı şərtlərin pozulduğunu, bu şərtlərin hansı maddədə nəzərdə tutulduğunu konkret açıqlamamışdır. Cavabdeh qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdin qanuniliyinə qiymət verərkən bu əsasların həqiqətən də mövcud olub-olmamasını araşdırmamış və qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun ə həmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən mübahisələndirilən müqavilənin etibarsızlığı üçün əsasların olub-olmadığını bir daha ətraflı öyrənməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə mübahisəli hüquq münasibətinə qiymət verməlidir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında 17.03.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilənin bağlanması mübahisəsizdir. İddiaçı bu müqavilənin qanunla müəyyən olunmuş qaydada bağlandığını, mənzilin pay haqqının tam ödənildiyini və bununla da müqavilə şərtlərinin onun tərəfindən tam yerinə yetirildiyini, lakin cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini, mənzil üzərində sahiblik hüququnun həyata keçiril məsinə süni maneələr yaratdığını göstərir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində Mülki Məcəllənin 340.1, 340.2-ci maddələrinə istinad edərək bu müqavilənin əhəmiyyətsiz əqd olduğunu, tərəflər üçün heç bir hüquqi nəticə doğurmadığını, müqavilə məbləğinin X.Çələbiyeva tərəfindən MTK-nın xəzinəsinə ödənilmədiyini, bu müqavilənin yeni tikilən binada liftlərin quraşdırılması ilə bağlı “xxxx” MTK-ilə “xxxx” MMC arasında bağlanmış 10.06.2016-cı il tarixli müqavilə üzrə razılaşmanın bir tərkib hissəsi olduğunu və “xxxx” MMC tərəfindən 10.06.2016-cı il tarixli müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən X.Çələbiyeva ilə bağlanmış 17.03.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasının da mümkün olmadığını göstərmişdir. Başqa sözlə, “xxxx” MTK iddiaçı X.Çələbiyeva ilə bağladığı mü qavilə üzrə öhdəlikləri icra etməməsinin səbəbini “xxxx” MMC tərəfindən başqa bir müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə izah edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, X.Çələbiyeva ilə bağlanmış 17.03.2017-ci il tarixli müqavilədə onun hər hansı şərtlə, o cümlədən “xxxx” MMC ilə bağlanmış 10.06.2016-cı il tarixli müqavilənin təminatı olaraq bağlanmasına dair hər hansı qeyd yoxdur. Həmin müqavilələr həm bağlanma tarixinə, həm subyekt tərkibinə, həm də məzmununa görə bir-biri ilə əlaqəsi olmayan fərqli müqavilələrdir və onlar arasında hər hansı əlaqənin olması müqavilələrin mətnindən görünmür. Digər tərəfdən, “xxxx” MMC-nin “xxxx” MTK qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyinin olması sonuncuya X.Çələbiyeva ilə bağlanmış 17.03.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasından imtina etmək üçün deyil, “xxxx” MMC-yə qarşı öhdəliyin yerinə yetirilməsi, yaxud vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmaq üçün əsas verir. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hazırkı işdə əqdin etibarsılığı üçün əsasların olmasını sübut etmək bu iddianı qaldıran “xxxx” MTK-nın üzərinə düşür. Lakin nəzərə alınmalıdır ki, qanunvericilik işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə olunmasının mümkünlüyünü nəzərdə tutur. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olm alıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şər t (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə yanaşı həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən cavabdeh «xxxx» MTK tərəfindən hazırkı iş üzrə əqdin etibarsızlığı barədə iddia qaldırılanadək Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin buraxılıb-buraxılmadığı da tədqiq edilməli və qiymət verilməlidir. İşdən göründüyü kimi, cavabdeh «xxxx» MTK hazırkı iş üzrə qarşılıqlı iddianı yalnız X.Çələbiyeva müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb etdikdən sonra qaldırmışdır. Cavabdehin qarşılıqlı iddia üzrə mübahisələndirdiyi müqavilə 17.03.2017-ci ildə bağlanmış olsa da, o, həmin əqdin etibarsız hesab olunması barədə iddianı məhkəmədə 04.03.2019cu il tarixdə, yəni təxminən 2 ilədək müddət keçdikdən sonra qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti yox, əqdi mübahisəl əndirmək hüququ verən “kəsici” müddətdir və bu müddətin tətbiq olunması üçün ərizəyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkə mə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin, o cümlədən, “kəsici” müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən mübahisələndirilən əqdin etibarsız hesab olunması üçün əsasların həqiqətən də mövcud olduğu qənaətinə gələrsə, bu zaman əqd üzrə alınanların geri qaytarılmasını nizama salan Mülki Məcəllənin 337.5-ci maddəsinin mübahisəyə tətbiq olunmasını da müzakirə etməli, həmin normanın mübahisəli hüquq münasibətinə tətbiqini mümkün saymadıqda isə bunu qanunla müəyyən olunmuş qaydada əsaslandırmalıdır. İşin yuxarıda göstərilən fakt iki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı XXX nın kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 oktyabr 2019-ci il tarixli, 2(103)-3402/19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-827/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-827/2020
11.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver