Məhkəmə qərarları › İş №2(102)-8313/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8313/2019

30.12.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8313/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh X1 və onun vəkili ***nın, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)7192/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoru və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 7 saylı Notariat Kontoru tərəfindən verilmiş 11 yanvar 2018-ci il tarixli 2V-08 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında ünvan 1 ünvanına dair Cavabdeh1 adına reyestr xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2033/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Axundova) iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli 2(003)2033/2018 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01.11.2018-ci il tarixli 2(103)-11603/2018 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2033/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilərək Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş 11.01.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatı (414 saylı reyestr kitabının 38790 saylı vərəqində qeydə alınmış) və bu qeydiyyat əsasında 31.01.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 01.11.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.03.2019-cu il tarixli 2(102)-1504/2019 saylı qərarı ilə (****, *** və ***) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11603/2018 saylı, 01 noyabr 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)7192/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2 033/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)7192/2019 nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiasını rədd edərkən nəzərə almamışdır ki, iddiaçının atası *** mirası faktiki olaraq qəbul etmiş, mübahisəli ünvanda doğulub boya-başa çatmış, orada yaşamış, pasport qeydiyyatında olmuş, təsərrüfat işlərində digər vərəsələr kimi iştirak etmişdir. İddiaçının atasının adı Bakı şəhəri 7 saylı notariat kontorunda vərəsəlik işi ilə bağlı verilmiş arayışda qeyd edilmişdir. Odur ki, maddi və pro sessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməklə iddia tələbi təmin edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 və onun vəkili *** kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İddiaçı və onun vəkili X5, cavabdehlər Bakı şəhəri 7 saylı Notariat Kontoru və ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, ***-də yerləşən 1 saylı ev ***a məxsus olmuş və s onuncunun ölümündən sonra miras qalmışdır. Bakı şəhəri 7 saylı Notariat kontoru tərəfindən Cavabdeh1 adına miras əmlaka dair 11.01.2018-ci il tarixli 2V-08 saylı reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və əmlak Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsini xahiş edir və iddiasının əsası kimi mərhum atası ***un iddiaçının babası ***dan 23 il sonra vəfat etməsi və faktiki olaraq mirası qəbul etməsi ilə əsaslandırır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, miras qoyan *** 20.01.1971-ci ildə vəfat etdiyindən və miras açıldığı vaxt iddiaçının atası *** sağ olduğundan onun mirasdan pay almaq hüququ id diaçıya keçməmişdir. *** tərəfindən birinci növbə vərəsə kimi mirasın faktiki qəbulu sübut edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qərarda qeyd etmişdir ki, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyasında olan Mülki Məcəlləsinin 528-ci maddəsinin tələbinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi, yaxud ölmüş elan edilməsi ilə açılır. Apellyasiya insytansiyası məhkəmə kollegiyası iş üzrə səhv nəticəyə gələrək hesab etmişdir ki, vərəsəlik qeydiyyat vəsiqəsinin alındığı andan açılır. İşə yenidən apellyasiya qaydasında baxılarkən miras əmlak həmin vaxt qeydiyyatdan keçməmiş olsa belə, həmin əmlakın vər əsəliyin açıldığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 552ci maddəsinin tələbləri baxımından faktiki hansı vərəsələr tərəfindən idarə olunmasına hüquqi qiymət verilməklə maddi hüquq norması düzgün tətbiq olunmalıdır. İşə təkrar baxan apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, *** öləndən sonra iddiaçının atası ***un birinci növbə vərəsə kimi miras əmlaka faktiki sahiblik etməsi və əmlakın saxlanması, normal təsərrüfatı aparılması üçün hərəkətlər etməsi halı təsdiq edilməmişdir. Miras qoyan ***un 20.01.1971-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras açıldığı vaxt, birinci növbə vərəsə olan iddiaçının atası *** vərəsəlik açıldıqdan sonra onu qəbul etmək üçün qanunla müəyyən edilmiş dövrdə sağ olduğundan onun mirasdan pay almaq hüququ iddiaçıya keçməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli hüququ münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 528, 532, 552 və 554-cü maddələrinə və işin faktiki hallarına istinad edərək iddia tələbini rədd etməkdə əsaslı nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6, X3, X4 öz ifadələrində İddiaçı mübahisəli evdə heç vaxt yaşamadığını bildirmişlər, digər şahidlər X7, X8, X10, X9 öz ifadələrində ***un ailə qurduqdan sonra mübahisəli evi tərk etdiyini və başqa ünvanda yaşadığını bildirmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ***nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahib lik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid h issədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(103)7192/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar