Məhkəmə qərarları › İş №2(102)-832/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-832/2021

10.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-832/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı; İddiaçı cavabdehlər Cavabdeh1 və Bna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, əqdin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil Zakir oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4176/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1, xx xxxx 2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, 170000 ABŞ dolları məbləğində pulu xx xxxx 2017-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 143.000 ABŞ dolları pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh1 işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də, tələbdə göstərilən borc məbləği ondan tutulmalıdır.

4. Cavabdeh1 xx.xx.2018-ci il tarixli məhkəmə iclasında ərizə verərək bildirmişdir ki, ümumi borc məbləğindən 45.300 ABŞ dolları ona qaytarılmış, 124.700 dollar ödənilməmiş borc qalmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Rzayev) xx xxxxx 2018-ci il tarixli, 2(008)-605/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 124700 ABŞ dolları məbləğində borcun, mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq Cavabdeh1 verilməsi, ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2016-cı ildə İddiaçı xx.xx. 2017-ci il tarixədək qaytarmaq şərti ilə 170.000 ABŞ dolları məbləğində borc pul vermiş, lakin İddiaçı 45.300 ABŞ dolları məbləğində borc pulu qaytarsa da, müqavilə öhdəliklərini pozaraq qalan borcu qaytarmamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya kredit müqaviləsində müəyyən edilmiş maddi zərərin vurulmasının sübut etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, vuruluş mənəvi zərərə görə İddiaçı 2000 manat məbləğində pul ağlabatan məbləğ kimi qiymətləndirilərək İddiaçı Cavabdeh1 xeyrinə tutulmalıdır.

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bnda bağlanmış xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, sözügedən müqaviləni hədə-qorxu altında imzalamışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx xxxx 2019-cu il tarixli, 2(011)-4286/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə Bnda bağlanmış kredit müqaviləsinin etibarsızlığına əsas ola biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı müqavilənin formal olaraq bağlanmasını, hər hansı pul məbləğini almamasını, əslində cavabdehin hədəqorxu gəlməsi ilə müqavilənin bağlanmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 saylı, xx xxxxx 2018-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4286/2019 s aylı, xx xxxx 2019-cu il tarixli qətnamələrindən apelyasiya şikayətləri vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)750/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bna qarşı “müqavilənin etibarsızlığı tələbinə”dair mülki iş, onunla əlaqəli olan Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair 2(103)-256/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) xx xxxx 2020-ci il tarixli, 2(103)-4176/20 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətn aməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4286/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmələrinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində Cavabdeh1 m əhkəməyə verdiyi izahatında İddiaçı heç bir hüquq mühafizə orqanına şikayət etmədiyini bildirmiş, bu qeyd olunanın yalan və uydurma olduğunu sübuta yetirmək üçün verilən vəkil sorğusu zamanı əldə edilən sübutlarda İddiaçı müqaviləni bağlamağa məcbur edildiyi tam olaraq sübuta yetirilmişdir. Həmin sübutlardan görünür ki, Cavabdeh1 müqavilənin tarixindən əvvəl şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmiş, mübahisə perdmetini təşkil edən müqavilədə məhz bu şikayətdən sonra hansısa vəzifəli şəxsin təziqi və hədəsi ilə bağlamağa İddiaçı məcbur edilmişdir. Əgər elə olmasaydı şikayət müqavilədən əvvəl olmaz, Cavabdeh1 isə bu şikayətləri danmazdı. Məhz bu hal Mülki Məcəllənin tələblərinə istinad edərək mübahisələndirilən müqa vilənin etibarsız hesab edilməsini tələb etməyə əsas verir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (bo rc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəy yənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

31. Belə ki, mülki işdə olan xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış və “borc verən” “borcalana” 170000 ABŞ dolları məbləğində pulu borc vermiş, “borcalan” krediti xx xxxx 2017-ci il tarixədək “borcverənə” qaytarmağı öhdəsinə götü rmüşdür.

32. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi ilə tərəflər arasında kredit müqaviləsi bağlanmış və “borc verən” “borcalana” 170000 ABŞ dolları məbləğində pulu borc vermiş, “borcalan” krediti xx xxxx 2017-ci il tarixədək “borcverənə” qaytarmağı öhdəsinə götürmüş, lakin “borcalan” 45300 ABŞ dolları məbləğində pulu qaytarsa da, müqavilə öhdəliklərini pozaraq, qalan 124700 ABŞ dolları məbləğində borcu qaytarmamışdır.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsi olduğundan və müqavilə öhdəlikləri İddiaçı tərəfindən yerinə yetirilmədiyindən birinci instansiya məhkəməsi pul tələbini təmin etməkdə haqlı olmuşdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 və Bna qarşı “müqavi lənin etibarsızlığı tələbinə” dair iddiası üzrə Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə Bnda kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığına əsas ola biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı müqavilənin formal olaraq bağlanmasını, hər hansı pul məbləğini almamasını, əslində İddiaçı hədə-qorxu gəlməsi ilə müqavilənin bağlanmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən tərəflərin izahatlarından və işdə olan sübutlardan müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə e tirafedici hərəkətlər edərək, mübahisə edilən müqavilə üzrə borcdan artıq bir qismini cavabdehə ödəmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

36. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4176/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar