Məhkəmə qərarları › İş №2(102)-835/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-835/2020

10.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-835/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Quliyev Gündüz Ağababa oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və 3-cü şəxs X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-****/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) xx.xx.2019-cu il tarixli 2(060)-****/2019 nömrəli qərardadı il ə İddiaçı cavabdeh Sumqayıt ASAN Xidmət X1 qarşı X4 üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə icraatın mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, *************** saylı evin dələduzluq yolu ilə özgəninkiləşdirilməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bağlanmış cinayət işi üzrə çıxarılacaq yekun qərar qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx.xx.2019-cu il tarixli 2(060)****/2019 nömrəli qərardadı ilə üçüncü şəxs X2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-****/2019 nömrəli qərardadından vermiş olduğu şikayətin təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsin ə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, Ş.Abasov, T.Məmmədov) xx.xx.2019-cu il tarixli 2(105)-****/2019 nömrəli qərardadı ilə üçüncü şəxs X2 şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-****/2019 nömrəli qərardadının ləğv edilməsi, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, Ş.Abasov, T.Məmmədov) xx.xx.2019-cuiltarixli 2(105)-****/2019 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuiltarixli 2(105)****/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, kassasiya şikayətinin geri qaytarılması barədə qərardadda barəsində şikayət verilmiş qərardadın da iş üzrə icraatın dayandırılması barədə olduğundan kassasiya şikayətinin verilə bilməməsi əsası göstərilmişdir. Lakin o, bu əsasla razı deyildir. Ona görə də o, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuiltarixli 2(105)-****/2019 nömrəli qərardadının ləğv olunması və müvafiq prosessual hərəkətlərin edilməsinin həv alə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı vəkili və cavabdeh Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı və üçüncü şəxs X5 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə onların izahatları dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası şikayətin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmişdir və həmin maddədə icraatın dayandırılması barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmış, şikayət vəkil tərəfindən tərtib edilərək imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadlar siyahısında icraatın dayandırılması barədə qərardaddan kassasiya şikayəti verilməsi müəyyən edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən, Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiy a şikayəti verilə bilər Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-****/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar