Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-837/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6128/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Amasiya rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İsmayılova (Rəsulova) Validə Kərim qızı xx.xx.1984-cü il tarixdə X2 ilə nikaha daxil olmuş, onların nikahından xx.xx.1985-ci il tarixdə X3 doğulmuşdur.
3. X3 ilə X4 birgə nikahından xx.xx.2018-ci il tarixdə X10 doğulmuşdur.
4. Ərizəçini n oğlu X3 xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-də işə başlamış, halhazırda sığorta hadisələrinin tənzimlənməsi idarəsinin müdiri vəzifəsində saat 09:00-dan 18:00-dək həftə ərzində beş gün işləyir.
5. Ərizəçinin gəlini (Uğurun anası) X7 xx.xx.1990-cı il tarixdə doğulmuşdur, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsdə etalon saxlayıcının köməkçisi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 600 manat təşkil edir.
6. Ərizəçinin əri X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
7. Ərizəçi Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X1 ölümündən sonra ona ayrılmış əmək pensiyasının nəvəsi X8 baxdığına və işləmədiyinə görə ona təyin olunmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyin at üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/21- 194877/2023 saylı məktubu ilə Ərizəçi nəvəsi X8 mərhum X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.
9. Hazırda ərizəçi nəvəsi olan xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olan vaxtdan babası X2 və nənəsi Ərizəçi tərəfindən baxılması, X1 ölməsindən sonra isə Ərizəçi tərəfindən baxılmasının müəyyən edilməsini istəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olan vaxtdan babası X1 və nənəsi Ərizəçi öhdəsində olması, X1 ölməsindən sonra isə Ərizəçi öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, X10 anadan olan vaxtdan ona babası X2 və nənəsi Ərizəçi baxmış, Uğur onların yanında yaşamışdır. Qeyd edilən fakt həmçinin Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən öncə ona yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya kartı açılmışdır. Ərizəçi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edilərək, mərhum həyat yoldaşı X1 ölümündən sonra ona ayrılmış əmək pensiyasının nəvə si X8 baxdığına və işləmədiyinə görə ona təyin edilməsi xahiş edilmişdi. ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 avqust 2023-cü il tarixli, 3-17-1/2-1- 194877/2023 nömrəli məktubu ilə pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü və 7-ci maddələrinin bəzi müddəalarına istinad edilsə də, imtina qanunsuz və əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qard aş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Göründüyü kimi, ərizəçinin tələbi qanunun istinad edilən normasında müəyyən edilmiş şərtlərə tam uyğundur. Həmçinin ərizəyə əlavə edilən sənədlərdən də göründüyü kimi, X6 valideynləri - atası X3 "xxxx" ASC-də, anası X7 “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsində işləyirlər, azyaşlı Uğura ərizəçi baxır. Buna baxmayaraq, maraqlı şəxs tərəfindən ərizəçinin qanunla müəyyən edilmiş hüququnun həyata keçirilməsindən imtina edilmişdir ki, bu da ərizəçinin həm “Əmək pensiyaları haqqında” qanunla, həm də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Ərizəçi tərəfindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 xx.xx.2018-ci il təvəllüdlü nəvəsi X8 baxdığına görə Ərizəçi əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh inzi bati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Hazırda həmin 2-1(112)-2762/2024 №-li inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Həmin məhkəmə işi üzrə məhkəmə tərəfindən izah edilmişdir ki, ərizəçiyə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün nəvə X6 mərhum babası X1 və nənəsi Ərizəçi (ərizəçinin) öhdəsində olması faktı müəyyən edilməlidir.
12. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəyə qarşı etirazını onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin Plenumunun Qərarından aydın olur ki, şəxsin öhdədə olma faktı dedikdə, ərizəçi digər şəxsin onun öhdəsində olması faktını deyil, şəxsin, yəni ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktını nəzərdə tutur. İş materiallarına ə sasən müəyyən olunur ki, Ərizəçi nəvəsi X6 öz öhdəsində olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin qanunvericiliyin təhlilindən görünür ki, qeyd olunan hal şəxsin öhdədə olma faktı kimi qiymətləndirilə, yəni ərizəçi qismində Ərizəçi çıxış edə bilməz. Digər məsələ ondan ibarətdir ki, qeyd olunan faktın təsdiq edilməsi hüquqi nəticə yaratmalıdır. Bu fakt ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi və s. məqsədilə müəyyən edilə bilər. Qeyd olunan iş üzrə ərizəçinin həmin halı təsdiqlətməsi mümkün deyildir, həmçinin heç bir hüquqi nəticə yaratmayacaqdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ai lə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Qeyd olunan qanunvericiliyin məzmunundan da aydın olur ki, Ərizəçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda və digər şərtlər ödənildiyi təqdirdə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsi əvvəlki redaksiyada aşağıdakı kimi qeyd edilmişdir: “Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır”. Belə ki, xx.xx.2020-ci il tarixdə "Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilmiş və qeyd olunan ifadə qanundan çıxarılmışdır. Ümumilikdə isə belə nəticəyə gəlmək olar ki, ailə başçısının öhdəsində olan yəni vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüququ artıq mövcud deyildir. Bundan başqa, məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi qanunla müə yyən edilmiş kateqoriyadan olan şəxs deyildir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4329/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim T. Əsədova) ərizə rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” şəxslərin ailə başçısını itirməyə görə pensiya almaq hüququ artıq mövcud deyildir. Lakin məhkəmə hesab etmişdir ki, hazırki faktın müəyyən edilməsi, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsində nəzərdə tutulan hüquqi nəticə üçün lazımdır. Belə ki, həmin maddəyə əsasən yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə vəfat etmiş və ya həlak olmuş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə, əgər xx.xx.2023-cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X8 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə, Ərizəçi ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququ yaranır. Odur ki, hazırki hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndinin təsirinə düşmür.
15. Məhkəmə hesab edib ki, ərizəçi ona lazım olan faktın təsdiqinə dair mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, ərizəçi həmin faktı onunla sübut etməyə çalışmışdır ki, nənə, baba, nə və və nəvənin valideynləri bir yerdə yaşamış, nəvənin valideynləri işlədiklərinə görə uşaqlarına baxa bilməmişlər və bunu baba ilə nənə etmişdir. Lakin nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək etmək, həmin nəvəyə baxmaq deyil. Göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır. Valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz. Odur ki, faktın təsdiq edilməsi üçün əsas mövcud olmadığından ərizə rədd edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Ailə başçısını itirməyə görə əmək pen siyası hüququ olan ailə üzvləri” adlanan 14-cü maddəsinə dəyişiklər edilməsinə dair 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2, 3, 3.1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 305.1.1, 307.1, 307.2.2, 307.2.11, 308, 310.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(008)-4329/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən bir tərəfdən «nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək həmin nəvəyə baxmaq deyildir, göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır, valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz» deyə əsaslandırdığı halda, digər tərəfdən «Beləliklə, əgər xx.xx.2023-cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X8 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə, Ərizəçi ailə başçısını iti rdiyinə görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, hazırki hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 3-cü bəndinin təsirinə düşmür» qeyd etməklə ərizəçinin istinad edilən qanun norması ilə nəzərdə tutulmuş “ailə başçısını itirməyə görə əmək pensiyası hüququ”nun olduğunu təsdiq edir, lakin bunu hazırkı şikayətin 7-ci bölməsində qeyd edilən prosessual hüquq normasının tələbini pozmaqla “xx.xx.2023-cü il tarixdə ölmüş X1 öldüyü günədək nəvəsi X8 baxması və onun ölümündən sonra nəvəyə Ərizəçi tərəfindən baxılması təsdiq edilərsə” şərti ilə şərtləndirmişdir. Halbuki, iş üzrə təqdim edilmiş sübutlardan bu halın mövcudluğu təsdiq olunur. Belə ki, işin faktiki hallarından və hüquqi əsası kimi istinad etdiyi maddi hüquq normasından göründüyü kimi ərizəçinin tələbi 8 yaşına çatmamış uşağa baxılması ilə əlaqədar qanunvericiliklə təsbit edilmiş təminatın alınmasına yönəlmişdir. İstinad edilən normanın məzmunundan göründüyü kimi, qanunverici həmin normanı qanuna daxil etməklə, ilk növbədə uşağın üstün hüquqlarını nəzərə almışdır. Belə ki, bir tərəfdən 8 yaşına çatmamış uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarət tələb olunur, digər tərəfdən uşağa baxmaq üçün valideynlərdən birinin və ya hər ikisinin əmək fəaliyyəti ilə məşğul olmaması da uşağın mənafelərinə zidd olan nəticələrə (uşağın maddi təminatının kəskin azalması) səbəb ola bilər. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının da qoşulduğu “Uşaq hüq uqları haqqında Konvensiya”nın 3cü maddəsinə əsasən, uşaqların sosial müdafiəsi ilə məşğul olan dövlət və yaxud xüsusi təşkilatlar, məhkəmələr, inzibati yaxud qanunverici orqanlar tərəfindən edilməsindən asılı olmayaraq, uşaqlara münasibətdə bütün hərəkətlərdə ilk növbədə diqqət uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Məhkəmənin “...nənə, baba tərəfindən nəvəyə baxmağa kömək etmək həmin nəvəyə baxmaq deyil. Göründüyü kimi, Uğurun valideynləri heç 40 yaşına çatmamışlar, hər ikisi işləyir və əmək haqqı alır. Valideynlər işdə olan zaman nənə baba tərəfindən nəvəyə baxmaq, onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.3-cü maddəsinin təsiri altına düşə bilməz” qeyd etməsi ilə ərizəçinin hüquqlarının pozulması ilə yanaşı uşağın da üstün hüquqları pozulmuşdur. Halbuki, ərizəçinin tələbi uşağın həm qanunvericiliklə, həm də beynəlxalq Konvensiyalarla təsbit olunmuş üstün hüquqlarının təmin olunmasına yönəlmişdir. Uşağa mərhum babası və nənəsi baxmış, babası vəfat etdikdən sonra və hal-hazırda nənəsi (ərizəçi) baxır. Uşağın valideynlərinin 40 yaşına çatmaması, hər ikisinin işləməsi və əmək haqqı alması ərizənin rədd edilməsinə əsas ola bilməzdi. Belə ki, uşağın valideynlərinin gün ərzində iş saatlarını, işə getmək və qayıt maq üçün sərf olunan zaman da nəzərə alınsa, gün ərzində valideynlərini azyaşlı uşağa baxa bilməsindən söhbət gedə bilməz. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı ilə də təsdiq olunur ki, X10 anadan olan vaxtdan ona babası X2 və nənəsi Ərizəçi baxmış, Uğur onların yanında yaşamışdır. “Nəvəyə baxmaq” anlayışını yalnız “Valideynlər işdə olan zaman nənə baba tərəfindən onu uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə aparmaq, ona hədiyyələr almaq”la məhdudlaşdıran məhkəmə nəzərə almamışdır ki, nəvəyə baxmaq yalnız sadalanan hərəkətlərin həyata keçirilməsi ilə məhdudlaşmır, bunlarla yanaşı ən vacib məsələ - 8 yaşına çatmamış uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarətin edilməsidir ki, bu da hazırda ərizəçi tərəfindən edilir. Digər tərəfdən isə uşağa baxmaq üçün valideynlərdən birinin və ya hər ikisinin əmək fəaliyyəti ilə məşğul olmaması da uşağın mənafelərinə zidd olan nəticələrə (uşağın maddi təminatının kəskin azalması) səbəb ola bilər. Göründüyü kimi, istənilən halda ərizəçinin tələbi uşağın üstün hüquqlarının təmin olunmasına yönəlmişdir, lakin hazırda şikayət verilən qətnamə uşağın üstün hüquqlarının təmin edilməsinə xidmət etmir. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, nəvə mərhum babası vəfat edənədək babası və nənəsi ilə, babası vəfat etdikdən sonra isə nənəsi ilə birgə yaşayır, iş yerlərindən verilmiş arayışlardan da görünür ki, uşağın valideynləri işləyirlər. Göründüyü kimi, uşağın valideynləri gün ərzində uşağın yanında olmur və nənəsi-ərizəçi uşağa baxır, yəni təkcə uşaq baxçasına, məktəbə, əyləncə yerlərinə apararaq, ona hədiyyələr alaraq deyil, ən əsası azyaşlı uşağın hərəkətlərinə və davranışına, o cümlədən təhlükəsizliyinə daimi nəzarət edərək baxır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.Səlimova (sədrlik edən və məruzəçi) A.İsgəndərov və M.Rüstəmli) 2(103)-6128/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır, sağlam, tam fəaliyyət qabiliyyətli, valideyinlik hüquqları məhdudlaşdırılmayan, valideynlik hüquqlarından məhrum edilməyən, daimi qazancları olan valideynləri ilə birlikdə yaşayan, valideynləri ilə yanaşı yaxın qohumlarının (eyni zamanda nənəsinin) da qayğısı ilə əhatə olunan xx.xx.2018-ci il təvəllüdlü X6 baba və nənəsinin himayəsinə ehtiyacının olması, bu səbəbdən ona babası və nənəsi tərəfindən baxılması araşdırma zamanı öz təsdiqini tapmadığından ərizəçinin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, ərizəçinin uşağın (nəvəsinin) üstün hüquqlarının təmin olunmasına yönələn hər bir tələbi qanuni və əsaslı olmalıdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 305.1.1, 307.1, 307.2.11, 308, 384.0.1, 385.2, 403.1-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.1, 14.1.2, 14.1.3-cü, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarının 1.2, 3, 3.1, 13-cü, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Ərizəçi (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dai r yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunvericiliyə uyğun deyil və “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3cü maddəsinin tətbiqinə yanlış şərh verib. Apellyasiya məhkəməsi, uşağın baba və nənəsinin himayəsinə ehtiyacının olduğunu nəzərə almadığı halda, həmin şərhə əsaslanaraq ərizəçinin apellyasiya şikayətini əsassız hesab edib. Lakin Qanunun 14.1.3cü maddəsi uşağın yalnız baba və nənəsinin himayəsinə ehtiyacı olması ilə bağlı deyil, həm də 8 yaşına çatmamış uşağın hərəkətləri və təhlükəsizliyinə daimi nəzarət edilməsini nəzərdə tutur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə, normativ hüquqi aktların şərhi yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətindədir və məhdudlaşdırıc ı şərh yalnız normativ hüquqi aktın mətnində açıq-aşkar fərq olduqda mümkündür. Apellyasiya məhkəməsi, qanunun mətnini təhrif edərək, əsaslı və qanuni olmayan qətnamə qəbul edib. Ərizəçi, uşağın üstün hüquqlarının təmin edilməsi ilə bağlı tələbinin qanuni və əsaslı olduğunu nümayiş etdirmişdir, çünki 8 yaşına çatmamış uşağın baxılması ilə bağlı qanunvericilik təminat tələb edir. Bu səbəbdən, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və müvafiq qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə
14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısı nın aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 305.1.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.
30. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
31. Maddə 308.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 03 nömrəli Qərarı
36. Bənd
3. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur.
37. Bənd 3.1. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasd an dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürü lən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
44. Kassatorun apellyasiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinin yanlış şərh edilməsi, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə, normativ hüquqi aktların şərhinin yalnız Konstitusiya Məhkəməsinin səlahiyyət inə aid olması barədə dəlilləri qətnamənin ləğvinə əsas vermir. Çünki əvvəla, işə baxan məhkəmənin mübahisənin həllinə tətbiq edilən maddi hüquq normasını təfsir etməsi, həmin normanın şərh edilməsi demək deyildir. Bu cür təfsir isə, işə baxan məhkəmənin nəinki səlahiyyəti, həmçinin vəzifəsidir.
45. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.3-cü maddəsinin məqsədi uşağın hüquqlarının müdafiəsi ilə bağlı deyildir. Həmin norma ailə başçısının ölməsi səbəbindən pensiya alma hüququnun nəvəyə deyil, nəvəyə baxan valideynlərdən birinə və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacıya keçməsini nəzərdə tutur.
46. Bu norma, ailə başçısı öldüyü halda, ailə başçısının təminatında olan şəxsin sosial təminatının davam etdirilməsi şərtlərini (habelə buna hüququ olan şəxslərin dairəsini) m üəyyən edir. Bu hüquqi şərtlər, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı üzrə dövlətin sosial sahədə öhdəlikləri və bu normanın konstitusion məqsədləri baxımından təhlil olunmalıdır. 47. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsində qeyd olunur ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
48. Bu baxımdan qeyd olunan normada “nəvəyə baxma” dedikdə, sadəcə nəvəyə nəvaziş və qayğı göstərməkdən bəhs olunmur. Bu anla yışla valideynləri tərəfindən qayğı və qulluqdan kənarda qalmış uşaqlara nənə və baba tərəfindən baxıldığı halları nəzərdə tutulur ki, bunun da qanunla müəyyən olunmuş rəsmiləşmə qaydaları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 18-ci fəsli). Baxılan işdə bu hallar müəyyən edilməmişdir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetin i təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6128/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.