Məhkəmə qərarları › İş №2(102)-839/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-839/2020

18.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-839/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(105)-3028/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin kassasiya baxışından çıxarılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-313/2019 s aylı, 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) İddiaçı Xanbala qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 200 kv.m. torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması və iddiaçı a qızının mübahisəli yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(105)-3028/2019 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.M.Məmməd ova və S.A.Qafari), Cavabdeh1 vəkili və nümayəndəsi X1 apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)313/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən - Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 200 kv.m. torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 200 kv.m. torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 12 fevral 2020-ci il tarixli, 2(105)-3028/2 019 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə İddiaçı Xanbala qızı tərəfindən də kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X2 müraciətin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını xahiş etdi. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin kassasiya şikayətinin icraata qəbul olunması haqqında 18 dekabr 2019-cu il tarixli qərardadı ləğv olunmalı v ə iş kassasiya baxışından çıxarılmaqla Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə olunmadan hazırkı kassasiya şikayətinə məhkəmə iclasında baxıla bilməz və ona görə də icraata qəbul qərardadı ləğv olunaraq həmin iş məhkəmə baxışından çıxarıl malı, kassasiya şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(105)-3028/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 18 dekabr 2019-cu il tarixli, 2(102)-9025/2019 saylı qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq İddiaçı Xanbala qızı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407 -ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar