Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-843/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin və hüquqların dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, bəyənmə, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(105)-1727/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən, ümumi sahəsi 139,8 kv.metr olan fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmuşdur. 2. 18 mart 2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh2 həmin daşınmaz əmlakı qızı Cavabdeh1 bağışlamışdır.
3. Müqavilə bağlanılarkən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli Arayışın və Bağışlama müqaviləsinin məzmununda bağışlanan əmlakın ünvanı kimi ünvan 1 yaşayış otaqların sayı 5, ümumi sahəsi 139,8 kv.m olan) göstərilmişdir. 4. 22 fevral 2023-cü il tarixdə Cavabdeh2 notariat ofisinə müraciət edərək, bağışlama müqavilə si bağlanan zaman əmlakın yüklülüyü barədə 17 mart 2022-ci il tarixli 09/3053 saylı arayışın təqdim edildiyini və həmin arayışda əmlakın ünvanının səhvən ünvan 2 düzəldərək Gödəkli kəndi kimi yazılmasını xahiş etmiş, bu ərizənin əsasında 22 fevral 2023-cü il tarixdə (hazırki iddia verildikdən sonra) müqavilədə müvafiq düzəliş edilmişdir.
5. İddiaçı atası Cavabdeh2 məxsus olmuş Gödəkli kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 139,8 kv.m yaşayış sahəsi olan 5 otaqlı fərdi yaşayış evində qeydiyyatdadır.
6. Hazırda Xaçmaz rayonunun Gödəkli kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139,8 kv.metr olan yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X1 və İddiaçı adlarına daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş Xaçmaz rayonu, Çaykənarı kəndi ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən aparılmış 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin və onun əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 07 aprel 2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, ünvan 4ində yerləşən 0,10 ha həyətyanı torp aq sahəsi iddiaçının, onun atasının və anasının birgə mülkiyyətlərinə Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir. Torpaq sahəsi üzərində cavabdeh atasının adına qeydə alınmış ev mövcud olmuşdur. Cavabdeh2 və Cavabdeh1 arasında Xaçmaz rayonu, Çaykənarı kəndində yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmış və DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli çıxarışına əsasən ünvan 4ində yerləşən ümumi sahəsi 139.8 kv.m olan fərdi yaşayış evinə Cavabdeh1 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Halbuki, Cavabdeh2 məxsus ev ünvan 4ində yerləşir və Cavabdeh2 Xaçmaz rayonu, Çaykə narı kəndində evi mövcud deyildir. Cavabdeh2 məxsus evin yalnız qeydiyyat vəsiqəsi olmuş, daşınmaz əmlak bağışlanılarkən həmin ev Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və mülkiyyət hüququ tanıdılmadan bağışlanma müqaviləsi bağlanmışdır. Bununla da Mülki Məcəlləsinin 146-cı maddəsinin tələbləri pozulmuşdur. Bağışlanma müqaviləsi bağlanarkən evdə qeydiyyatda olan şəxslərin, ilk növbədə iddiaçının və ailə üzvlərinin razılığı alınmamışdır. Bağışlama müqaviləsi bağlanıldıqdan sonra Cavabdeh1 tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, 07 aprel 2022-ci il tarixli çıxarış alınmış, həmin çıxarışda da evin yerləşdiyi yer kimi ünvan 4i göstərilmişdir.
9. Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(067)-876/2023 nömrəli q ətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddia təmin edilmiş, Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş ünvan 4i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən aparılmış 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin təsviriəsaslandırıcı hissəsindən göründüyü kimi, İddiaçı dəlilləri ondan ibarət olmuşdur ki, bağışlanan evin ünvanı düzgün qeyd olunmamışdır. Nəticədə mövcud olmayan evin üzərində sərəncam verilmiş və bununla da onun hüquqları pozulmuşdur, ona görə ki, o özü də ünvan 4ində yerləşən 139,8 kv.m sahəsi olan evdə qeydiyyatdadır. Cavabdeh iddia ərizəsi ilə tanış olduqdan sonra, ilk hazırlıq iclasına qədər iddia ərizəsində vurğulanan dəlilləri aradan qaldırmaq üçün 22 fevral 2023-cü il tarixdə notariat ofisinə müraciət edərək, bağışlama müqaviləsində olan səhvin aradan qaldırılmasını xahiş etmiş, notarius isə bu ərizəni rəhbər tutaraq bağışlama müqaviləsində olan kobud bir səhvi sadəcə düzəliş etməklə “aradan qaldırmışdır”. Halbuki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09/3053 saylı Arayışda olan səhv barədə məlumatı da arayışı verən dövlət orqan verməli olduğu halda bunu etməmişdir. Nəticədə aşağıdakı zəncirvari yanlışlıqlara yol verilmişdir: DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi mövcud olmayan bir daşınmaz əmlaka dair yüklülüyün olmaması barədə arayış vermiş, həmin arayış əsasında daşınmaz əmlak bağışlanmış, bağışlanma müqaviləsi əsasında yeni mülkiyyətçi müvafiq çıxarış almış, daha sonra isə bağışlanma müqaviləsində daşınmaz əmlakın ünvanı barədə düzəliş aparılmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, 18 mart 2022-ci il tarixli bağışlanma müqaviləsində Xaçmaz rayonu, Çaykənarı kəndində yerləşən 139,8 kv.m sahəsi olan ev qeyd olunmuş və Çaykənarı kəndi sözü Gödəkli kəndi sözləri ilə 22 fevral 2023-cü il tarixdə yəni, 11 aydan sonra əvəz olunsa da, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07 aprel 2022-ci il tarixli çıxarışda daşınmaz əmlakın ünvanı Gödəkli kəndi kimi qeyd olunmuşdur. Məntiqi baxımdan Hüquqların dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışda daşınmaz əmlakın ünvanı Gödəkli kimi yox, müqavilədə göstərilən Çaykənarı kimi qeyd olunmalı idi. Nəticə olaraq, iş materiallarından və təhlil olunanlardan görünür ki, ünvan 4ində yerləşən sahəsi 139,8 kv.m olan fərdi yaşayış evinə dair müvafiq yüklülük arayışı alınmadan daşınmaz əmlak üzərində qanunsuz sərəncamverici əməliyyat həyata keçirilmişdir.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İƏD nümayəndəsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli 08 nömrəli arayışa əsasən, İddiaçı həyat yoldaşı, qızı və oğlu ilə birlikdə ünvan 4ində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır.
13. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandır arkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Mülki Məcəllənin 146.1, 146.2, 146.3, 152.1, 152.4, 337.1, 337.2, 666.1, 668.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(067)-876/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(105)-1727/2023 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və L.M.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhk əməsinin 06 iyun 2023-cü il tarixli, 2(067)876/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin və hüquqların dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmlakın müqəddəratını müəyyən etmək səlahiyyəti mülkiyyətçiyə məxsus olmaqla, mülkiyyətçi tərəfindən həmin əmlakın üzərində sərəncam vermək səlahiyyəti həyata keçirilərək əmlak özgəninkiləşdirilə bilər. Bu hüququ mülkiyyətçi şəxsən və ya nümayəndə vasitəsi ilə həyata keçirilə bilər. Mövcud müqavilə bağlanarkən mübahisəli mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 müstəsna səlahiyyətləri olan mənzilə dair sərəncam vermək səlahiyyətindən istifadə edərək, mənzilin bağışlanmasına dair müqaviləni bağladığından, iddiaçının və onun ailə üzvlərinin hər hansı bir hüququ pozulmamışdır.
17. Mübahisəli evin bağışlanması zamanı dövlət reyestrindən qeydiyyatdan keçməməsi, mülkiyyət hüququ tanıdılmadan müqavilənin bağlanması barədə iddiaçının dəlilinə gəldikdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev hələ 27 saylı qeydə alma nömrəsi olan 18 aprel 1989-cu il tarixdə Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Göründüyü kimi əqdin bağlanması zamanı mübahisəli ev məhz Cavabdeh2 mülkiyyətində olmuş və o da bu səlahiyyətindən istifadə edərək mənzili qızı Cavabdeh1 bağışlamışdır.
18. Mübahisəli yaşayış evinin Gödəkli kəndində yerləşdiyi halda, bağışlama müqaviləsi ndə evin Çaykənarı kəndi kimi göstərilməsi barədə iddiaçının dəlilinə gəldikdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, bu qanunvericiliyin tələblərinə uyğun bağlanmış əqdin etibarsızlığı üçün əsas ola bilməz. Bu məsələ notariat hərəkətlərinin həyata keçirərkən notarius tərəfindən sənədləşmə və kargüzarlıq işlərinin aparılması qaydalarının pozulmasının nəticəsidir ki, kənar şəxslər, o cümlədən müqavilənin iştirakçıları buna görə məsuliyyət daşımır. O da nəzərə alınmalıdır ki, məhz bununla bağlı Cavabdeh2 22 fevral 2023-cü il tarixdə notariat ofisinə yazılı ərizə ilə müraciət edərək müqavilənin birinci bəndində Xaçmaz rayon Çaykənarı kəndi sözünə düzəliş edilməklə Xaçmaz rayon Gödəkli kəndi yazılmasını xahiş etmiş və notariat orqanı tərəfindən müqavilənin 1-ci bəndində yol verilmiş yanl ışlığa 29 fevral 2023-cü il tarixdə düzəliş edilməklə notariat ofisinin dairəvi möhürü ilə təsdiq edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 146.2, 152.1, 152.4-ci maddələri, “Ə.Ə.İbrahimovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(105)-1727/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllən in 146, 213 və 337-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələri, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın tələbləri pozulmuşdur.
22. Belə ki, Cavabdeh2 məxsus olan ev ünvan 4ində yerləşir və onun Xaçmaz rayonu, Çaykənarı kəndində evi mövcud olmamışdır. İddiaçı və ailə üzvləri ünvan 4ində yerləşən fərdi yaşayış evində pasport qeydiyyatdadırlar və həmin fərdi yaşayış evində yaşayırlar, başqa yaşayacaqları yerləri yoxdur. Lakin, apellyasiya məhkəməsi iddiaçının və ailə üzvlərinin həmin fərdi yaşayış evində qeydiyyatda olmasını, həmçinin evin yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmasını və bölünə bilməməsini nəzərə almamışdır. Cavabdeh2 məxsus fərdi yaşayış evinin yalnız qeydiyyat vəsiqəsi olmuş, daşınmaz əmlak bağışlanarkən sözü gedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və mülkiyyət hüququ tanıdılmadan bağışlama müqaviləsi bağlanmışdır. Mübahisəli fərdi yaşayış evi ümumi mülkiyyətdə olan torpaq sahəsinin üzərində inşa edilmişdir. İddiaçının mülkiyyət hüququ pozularaq ümumi mülkiyyətdə olan torpaq sahəsinin üzərində inşa edilən yaşayış evi Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildi yindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtl əri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin və cavabdehin apellyasiya şikayətinin dəlillərinə işdə olan sübutlara və işin hallarına uyğun hüquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir.
31. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlə rdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.
32. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar bu ünsürlərin hər hansı birinin qüsurlu olmasına aid dəlalət etmir.
33. Belə ki, iddiaçının müqavilənin etibarsızlığı üçün irəli sürdüyü dəlillərdən birincisi atasının mübahisəli evin mülkiyyət hüququnun təsdiq olunmamasıdır.
34. Bu dəlil açıq-aydın əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 mübahisəli ev üzərində mülkiyyət hüququ 18 aprel 1989-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin dövlət reyestrindən yeni çıxarışın almaması, onun həmin ev üzərində mülkiyyət hüququnun olmaması kimi qiymətləndirilməsi üçün əsas deyildir.
35. İddianın digər dəlili mübahisəli evin ye rləşdiyi torpaq sahəsinin paylı mülkiyyətdə olmaqla, iddiaçının mülkiyyətçilərdən biri olmasıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin paylı mülkiyyətdə olması onun üzərində olan evin də paylı mülkiyyətdə olması demək deyildir. Bu, Mülki Məcəllənin 238.1 və 243.1-ci maddələrinin məzmunundan irəli gəlir. Belə ki, torpaq sahəsinin və üzərində olan daşınmaz əmlakın mülkiyyətçiləri müxtəlif şəxslər ola bilər.
37. Hər bir halda, hazırda mübahisələndirilən müqavilənin predmetini torpaq sahəsi deyil, onun üzərində inşa olunmuş fərdi yaşayış evi olmuş, iddiaçı həmin evə dair mülkiyyət hüququnun olmasını iddia etməmiş və bununla bağlı sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
38. İddiaçının və ailə üzvlərinin mübahisəli evdə qeydiyyatda olmaları h alında, onların razılığının alınmaması və bununla “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın tələblərinin pozulmasından ibarət dəlillə bağlı məhkəmə kollegiyası izah edir ki, iddiaçının və başqa şəxslərin cavabdehin mülkiyyətində olan evdə yaşamaları, orada pasport qeydiyyatında olmaları mülkiyyətçinin öz mülkiyyətinə sərəncam vermək hüququnun məhdudlaşdırılması və ya bu hüququn reallaşdırılması zamanı bağlanmış əqdlərin etibarsızlığı üçün əsas deyildir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında izah etmişdir ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.
40. Beləliklə, iddiaçının mübahisəli evə mülkiyyət və bundan irəli gələn hüquqlar olmadığından, onun müqavilənin etibarsızlığı tələbini irəli sürməyə subyektiv hüququ da yoxdur.
41. Bu səbəbdən, onun kassasiya şikayətinin digər dəlili üzrə (bağışlanan evin yerləşdiyi kəndin adının müqavilədə səhv göstərilməsi) əlavə hüquqi qiymətləndirmə aparılmasına prosessual qənaət prinsipinə görə zərurət yoxdur.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(105)-1727/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.