Məhkəmə qərarları › İş №2(102)-845/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-845/2025

11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-845/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs İbadova Aygün Əmirşah qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 6 saylı ASAN Xidmət Mərkəzinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasdan başqa şəxslərin xeyrinə imtina; mirasdan imtinanın geri götürülməməsi; mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti, kəsici müddət. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs İbadova Aygün Əmi rşah qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 6 saylı ASAN Xidmət Mərkəzinə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi, miras əmlak üzərində payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5065/2024 nömrəli qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən birgə verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər bacı-qardaşdırlar.

2. Tərəflərin atası X2 13 avqust 2022-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı tərəf - İddiaçı və İbadova Aygün Əmirşah qızı və digər vərəsə Cavabdeh3 atalarından qalan miras əmlakın - ünvan 1 ünvanda yer ləşən, 79 saylı mənzilin onlara çatası payından xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrlə Cavabdeh2 xeyrinə imtina etmişlər.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə, mirasdan imtina barədə yazdığı xx.xx.2022-ci il tarixli ərizənin ləğv edilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etmiş, həmin ərizə Mülki Məcəllənin 1268.1-ci maddəsinə istinad olunmaqla notarius tərəfindən təmin edilməmişdir.

5. Bundan sonra, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrlə, qeyd edilən mənzilə dair qanun üzrə vərəsələr X4 1/5 hissədə, Cavabdeh2 isə 4/5 hissədə payları müəyyən edilmişdir. 6. xx.xx.2023-cü il tarixli əlyazmada, Cavabdeh2 atasının son vəsiyyətinə görə "xxxx" kiçik müəssisəsi satılandan sonra İddiaçı, Cavabdeh3, İb adova Aygün Əmirşah qızına hər birinə 100000 manat verməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs İbadova S.Ə.İbadova məhkəməyə müraciət edərək, ataları X3 vərəsəlik işi üzrə 484/2022 nömrəli, 2V-253 № reyestr qeydi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına verilmiş qanun üzrə Vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra, iddiaçı tərəf iddianın dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, X3 vərəsəlik işi üzrə 484/2022 nömrəli, 2V253 nömrəli reyestr qeydi ilə xx.xx.2023-cü il tarixində Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin və onun ə sasında verilmiş çıxarışın ləğv edilməsi, həmçinin miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları X5 xx.xx.2022-ci ildə vəfat etmiş, sonuncunun adına avtomobil, mənzil, şadlıq evi və s. əmlaklar olmuşdur. X5 vəfat edəndən sonra notariat kontorunda vərəsəlik işi açılmış və onlar beş bacı-qardaş hamısı qanuni vərəsə kimi qeydiyyatdan keçmişlər. Həmin vaxt, qardaşları Namiq onlara bildirmişdir ki, atalarında qalmış miras əmlaka dair onun adına vərəsəlik şəhadətnaməsi yazılsın və o da öz növbəsində ata mülkünü sataraq onların hər birinə 100000 manat pul ödəyəcəkdir. Namiq bu barədə qəbz də imzalamışdır. Ona görə onlar razılaşmış və notariat ofisində ərizə yazaraq Cavabdeh2 xeyrinə miras paydan imtina etmişlər. Onlar qardaşları Namiqin və Nadirin onları dilə tutaraq miras əmlakdan Namiqin xeyrinə imtina barədə sözlərinə və Cavabdeh2 onlara verdiyi sözə və yazılı qəbzə inanmışlar. Lakin sonradan onlara məlum olmuşdur ki, Namiq onlara verdiyi sözün üstündə durmur və qısa müddətdə onlara verilməli paylarını ödəmək istəmir. Bu barədə dəfələrlə aparılan söhbətlərin nəticəsi olmamışdır. Qardaşı Namiq miras əmlakdan onları pay verməsi adı ilə aldatmışdır. Ona görə aldatma adı ilə miras əmlakın sənədləşdirilməsi və verilmiş şəhadətnamə etibarsız hesab edilməlidir.

10. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisə edilən mənzildə o yaşamışdır. Bu səbəbdən də bacısı və qardaşları mirasdan onun xeyrinə imtina etmişlər. Lakin bu imtina hər hansı şərt qoyulmadan v erilmişdir. Əl yazısına gəldikdə isə, 100000 manatın ödənilməsi mərhum atalarının vəsiyyətidir və o bunu icra etməkdən yayınmır. Müəssisənin yerləşdiyi torpaq dövlətə məxsusdur, bu səbəbdən sənədləşmə işləri gedir. Sözügedən məsələ yekunlaşan kimi, müəssisəni satıb qardaş və bacısına pulu verəcəkdir.

11. Xətai Rayon Məhkəməsinin 2(011)-1313/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Şəhriyar Əliyev).

12. Məhkəmə qeyd etmişdir ki, miras paydan imtinaya dair ərizənin müəyyən şərtdən asılı olaraq verilməsi, Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi üçün əsaslar, o cümlədən miras paydan imtina haqqında ərizələrin aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi v ə s. hallar müəyyən olunmamışdır.

13. Məhkəmə onu da əlavə etmişdir ki, hazırkı tələb mirasın qəbulundan imtinanın mübahisələndirilməsi ilə həmin imtina əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi barədədir. İddiaçı bundan ötrü müvafiq əsas olduğunu xx.xx.2023-cü il tarixdə bilmiş, həmin tarixdə eyni məzmunlu müraciət ilə Notariat kontoruna müraciət etmişdir, iddia tələbi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir, qanunvericiliyin tələbinə əsasən, mirasın qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər ki, həmin müddət də kəsici müddətdir, lakin iddiaçı qeyd olunan müddəti ötürməklə iddia tələbini vermiş, həmçinin ərizədə müddətin ötürülməsinin üzrlü səbəbləri və ona dair sübutlar göstərilməmişdir.

14. Məhkəmə mövqeyini Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 328.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1243.1, 1256, 1257.2, 1261, 1268.1, 1272 və 1325-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs A.Ə.İbadova ayrı-ayrı apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Hər iki apellyasiya şikayəti iddia ərizəsinə uyğun qaydada əsaslandırılmışdır.

17. Üçüncü şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qardaşları olan Cavabdeh2 və Cavabdeh3 atalarına məxsus olan çoxsaylı əmlaklara sahib çıxaraq onların payını verməkdən imtina edir. Belə ki, sağlığında bəzi əmlaklar atasının adından çıxarılmışdır. Hazırda onun iddiası üzrə digər məhkəmədə iş gedir, icraat zamanı "xxxx" Kiçik Müəssisəsinin üzərinə həbs qoyulmuşdur. Atalarından miras qalmış ünvan 2 ünvanda yerləşən 79 saylı mənzil üzərində 1/5 hissədə miras payı tanınsa da, sonradan Cavabdeh2 onun payının dəyərini ödəmiş, o da payını ona adına keçirmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-5065/2024 nömrəli qətnaməsi ilə şikayətlər təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi hər iki apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Rəfael Eyvazov - məruzəçi, Cəmilə Musayeva və Fuad Babayev).

19. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1272-ci maddəsinə istinad et məklə 2 aylıq kəsici müddətin ötürülməsi barədə mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, əqdin aldatma ilə bağlanması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin mövcudluğu məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onların sübuta yetirilməməsi isə MM-in 339.3-cü maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Yəni, iddiaçı tərəf əqd bağlanılarkən aldadıldığını (yuxarıda sadalanan halların mövcudluğunu) sübut etmək yükünü daşıyır. Hazırkı mülki işdə isə iddiaçı tərəf birtərəfli iradə ifadəsinin (mirasdan imtina barədə ərizənin) aldatma yolu ilə bağlanmasına istinad etsə də, bu istiqamətdə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər.

20. Belə ki, iddiaçı tərəf sübut kimi cavadeh tərəfindən sadə yazılı formada tərtib edilmiş müvafiq əlyazmaya istinad etsə də, həmin sübutdan görünür ki, o 12 sentyabr 2023-cü il tarixdə, yəni iddiaçı tərəfindən mirasdan imtina etməsi barədə iradə ifadələrinin həyata keçirildiyi tarixdən (29 avqust 2022-ci il) bir ildən çox müddət keçdikdən sonra tərtib edilmişdir. Göründüyü kimi, istinad olunan sübutla, iddiaçı tərəfin mirasdan imtina etməsi faktı arasında səbəbli əlaqənin olması da müəyyən edilmir.

21. Eyni zamanda, iddiaçı tərəf mirasdan imtinanın qeyd edilən şərtlər əsasında həyata keçirmələrini ərizələrində göstərməmişlər.

22. Həmçinin, İddiaçı mirasdan imtina etməsinə dair ərizəsinin ləğv olunması barədə notariat ofisinə ünvanladığı müraciətində bunun səbəbi kimi – hüquqlarını tam başa düşməməsini, peşiman olmasını göstərməklə, ərizədə aldanılması ilə bağlı hər hansı fikir qeyd etməmişdir.

23. Bununla yanaşı, Cavabdeh2 məsələyə münasibətdə bildirmişdir ki, o, atasının son vəsiyyətinə əsasən miras əmlak sayılmayan, təsisçisi olduğu "xxxx" Kiçik Müəssisəsinin əmlakının gələcəkdə satılacağı təqdirdə iddiaçıların hər birinə 100000 manat ödəməyi öhdəsinə götürmüşdür və hazırkı vəziyyətdə də bundan imtina etmir. Lakin, müəssisənin əmlakının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir, onun özəlləşdirmə proseduru isə müəyyən vaxt tələb edir. Hazırda bacıları İbadova Sevinc ona və qardaşına qarşı digər məhkəmədə iddia qaldırmış, eyni zamanda həmin müəssisə üzərinə həbs qoyulmuşdur. Belə olan halda isə müəssisə ilə bağlı hər hansı hərəkət edə bilmirlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üç üncü şəxs X6 qeyd edilən halı təsdiq edərək, tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldırmasını, eyni zamanda müvəqqəti təminat tədbiri kimi "xxxx" Kiçik Müəssisəsinin üzərinə həbs qoyulmasını təsdiq etmişdir.

24. Məhkəmə onu da qeyd etmişdir ki, istinad olunan əlyazmada Cavabdeh2 iddiaçı tərəfə gələcəkdə əmlak satışından müəyyən pul vəsaiti vermək öhdəliyini götürməsi özü-özlüyündə mirasdan imtina barədə iradə ifadələrinin aldatma yolu ilə həyata keçirilməsi anlamına gələ bilməz (yuxarıda da qeyd edildiyi kimi səbəbli əlaqə müəyyən olunmur). Əksinə, işin hallarından müəyyən olunur ki, iddiaçı tərəf könüllü iradə ifadələri nəticəsində mirasdan cavabdehin xeyrinə imtina etmişlər. Lakin, iddiaçılar Cavabdeh2 qarşı qeyd edilən öhdəlikdən irəli gələn müvafiq tələb hüquqları nı özlərində saxlayırlar (məhkəmə kollegiyası hazırki mübahisəyə tələb həddində baxaraq, qeyd edilən öhdəliklə bağlı məsələyə hüquqi qiymət verməyi məqsədə müvafiq hesab etmir).

25. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iddiaçı tərəfin xeyrinə izahat verməsi də vəziyyəti dəyişdirmir. İşdən göründüyü kimi, İbadova Sevinc ilə cavabdehlər arasında münasibətlər kəskin olmaqla, aralarında başqa məhkəmə mübahisələri vardır. Bununla yanaşı, işdə olan sübutlara əsasən, X4 özü mirasdan imtina etməmiş, mənzildən 1/5 hissədə pay almışdır (izahatlardan görünür ki, X1 özünün payının cavabdehin xeyrinə özgəninikləşdirmişdir).

26. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normalarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətinin ilkin dəlilinə görə, cavabdeh onları aldadaraq miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışdır ki, bu əsassız varlanma kimi qiymətləndirilməli idi. Lakin işə baxan məhkəmələr işin bu halına qiymət verməmişlər.

29. Kassasiya şikayətinin digər dəlilinə görə, apellyasiya məhkəməsinin Mülki Məcəllənin 1268.1-ci maddəsinə istinad etməsi də qanuni olmamışdır. Həmin normaya görə, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Halbuki, iddiaçı belə bir ərizə ilə notariat ofisinə müraciət etməmişdir. Sadəcə, miras əmlakdan imtina barədə ərizənin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir ki, bu da onun hüququdur. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən məsələyə düzgün hüquqi qiymət verməmişdir. b)

30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

32. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

33. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan im tina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

34. Maddə 1261.Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

35. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs İbadova Aygün Əmirşah qızının kassasi ya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi nə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs İbadova Aygün Əmirşah qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-5065/2024 nömrəli iş üz rə 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar