Məhkəmə qərarları › İş №2(102)-846/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-846/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-846/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı digər yaşayış sahəsi ilə təmin edilmə tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış evinə istifadə hüququna xitam verilməsi, digər yaşayış sahəsi ilə təmin etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1648/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş 29.03.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən, miras payların bağışlanması müqaviləsindən görünür ki, mübahisə edilən fərdi yaşayış evi mərhum X3 mülkiyyətində olmuşdur. X6 05.10.2004-cü il tarixdə vəfat etmişdir və qeyd olunan fərdi yaşayış evinə münasibətdə miras açılmışdır. YYYnın iki vərəsəsi olmuşdur, X12 və İddiaçı. 15.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların vərəsəlik hüququ tanınmışdır. X12 ilə İddiaçı arasında 18.03.2019-cu il tarixdə miras payın bağışlanması müqaviləsi bağlanmış və Elxan Həmidov ona düşən vərəsəlik payını İddiaçı bağışlamışdır. X12 ilə Cavabdeh1 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2005-ci ildə boşanmışlar. Lakin 2010-cu ildə yenidən barışaraq bir yerdə yaşamağa bağlamış və 10.08.2018-ci il tarxidə yenidən nikaha daxil olmuşlar. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli 2(046)-2149/2018 saylı qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh1 arasında nikah 10.08.2018ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 198 saylı akt qeydi ilə bağlanmışdır. Tərəflərin birgə nikahdan doğulmuş 05.10.2001-ci il təvəllüdlü Cavabdeh2 və 06.08.2008-ci il təvəllüdlü X9 adlı iki övladları var. İddiaçı əvvəl 3.500 manat kompensasiya verilməklə cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin azyaşlı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, təklif olunan kompensasiya məbləği cavabdehlərə hazırda yaşadıqları sahəyə uyğun yaşayış sahəsində müəyyən müddət təmin olunmaları üçün yetərli olmadığından, Göyçay rayon Məhk əməsinin 16.03.2020-ci il tarixli 2(046)-163/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cava bdehlər Cavabdeh1 və Cavabdeh2 10.800 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qardaşı ilə nikahları pozulduqdan sonra Cavabdeh1 birgə yaşayış qaydalarına əməl etməmişdir. Buna görə də, aralarında mübahisələr baş verir. 07.08.2018ci il tarixdə aralarında yaranmış mübahisə zəminində onları söymüş və döymüşdür. Buna görə də, Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Mövcud qanunvericiliyə əsasən hesab edir ki, Cavabdeh1 Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X9 ilə birlikdə 10.800 manat kompensasiya verilməklə, fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməli və həmin fərdi yaşayış evindən çıxarılmalıdır. Təklif etdiyi kompensasiya iş üzrə cavabdehlərin və azyaşlı uşağın davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir və bu hal mülkiyyətçinin öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanı yaradır. Ona görə ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərd yaşayış evində cavabdehlərdən əlavə digər ailə üzvlərinin də istifadə hüququ vardır. Hesab edir ki, cavabdehlərə kompensasiya məbləği müəyyən olunarkən həmin fərdi yaşayış evində digər ailə üzvlərinin də istifadə hüququnun olması nəzərə alınmalıdı r. Çünki, mülkiyyətində olan evdə istifadə hüququ olan şəxslərin hər birinə kompensasiyanın məbləği 10.800 manat məbləğindən artıq müəyyən edilərsə, bu zaman məhkəmə tərəfindən R.Ağalarovun şikayəti üzrə qərarın ziddinə olmuş olur. Belə ki, həmin qərarda kompensasiya institutu istifadəçiyə fərdi yaşayış evinin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnun verilməməsi göstərilmişdir. Nəzərdə tutulan kompensasiya məbləğindən artıq nəzərdə tutulması onun mülkiyyət hüququnun pozulmasına səbəb olur və istifadəçinin onlardan fərdi yaşayış evinin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnun olması kimi başa düşülür. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 200 6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən 29 mart 2019-cu il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan göründüyü kimi ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmış, həmin fərdi yaşayış evinin 29 mart 2019-cu il tarixə real bazar dəyəri 50.000 manat müəyyən edilmişdir. Cavabdeh1 YYYqızı və Cavabdeh2 İddiaçı qarşı «digər yaşayış sahəsilə təmin olunma» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinin yaxınlığında minimum kommunal şəraitli bir otaqlı fərdi ev və yaxud Göyçay şəhəri ərazisində hündürmərtəbəli evlərdə 1 otaqlı mənzilin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maliyyə vəsaiti hesabına alınaraq onların mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia üzrə Cavabdeh1 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı eyni predmetlə Göyçay rayon Məhkəməsinə müraciət etmiş və kompensasiya məbləği 3.500 manat olmaqla hazırkı tələbi irəli sürmüş, Göyçay rayon məhkəməsinin 16.03.2020-ci il tarixli 2(046)-163/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh1 adı çəkilən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.06.2020-ci il tarixli 2(107)-1224/2020 saylı qətna məsi ilə Göyçay rayon Məhkəməsinin adı çəkilən qətnaməsi qismən ləğv edilmiş, yəni İddiaçı kompensasiya məbləğini 5.000 manat həcminə qaldırsa da, ilk iddia rədd edilmişdir. Qarşılıqlı iddia üzrə hər iki iddiaçı X12 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evində uzun müddət yaşamış, birgə təsərrüfat aparmışdır. X1 qalmış miras əmlak üzrə X12 öz payını İddiaçı bağışlasa da, qarşılıqlı iddia üzrə hər iki iddiaçı mübahisəli fərdi ev üzrə istifadə hüququnu almışdır. Nəzərə alınsa ki, Cavabdeh1 YYYqızı 2000-ci ildən gəlin qismində köçdüyü ünvan 2 ünvanda yerləşən 7 saylı fərdi ev üzrə aparılmış cari və əsaslı təmir işlərində öz qazancı ilə müstəqil şəkildə iştirak etmişdir. Belə ki, 2000-ci ildən Cavabdeh1 daimi iş yeri olmaqla qazanc gətirir. Həmçinin, yuxarıda adı çəkilən Plenum qərarı ilə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi qəbul olunur. İş materiallarına əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, hazırda X13 ilə nikahları ləğv edilmiş, hər iki övladı onun himayəsindədir. İddiaçı qismində məlum iddia ərizəsində çıxış edən oğlu X14 təhsil alır və müstəqil qazanc əldə etmir. 2008-ci il təvəllüdlü qızı şagirddir, aliment qismində cəmi 130 manat pul vəsaiti alır. Göyçay şəhərində orta məktəbdə müəllimə vəzifəsində çalışır. Aldığı məvaciblə hər iki övladının xərclərini çətinliklə ödəyir, veriləcək kompensasiya ilə övladlarının yaşay ış yeri ilə təmin olunması mümkünsüzdür. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, keçmiş həyat yoldaşı ilə nikahlarının ləğv edilməsi və dərhal ona qarşı ədalətsiz iddia tələbi və sair sadəcə olaraq ona və övladlarını yeganə yaşayış sahəsindən uzaqlaşdırmaq məqsədi daşıyır. Hesab edir ki, iddiaçı onlara bir otaqlı ev alaraq mülkiyyətlərinə verməlidir. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Göyçay rayon məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması "xxxx" MMC-yə təqdim edilmişdir. Ekspertizanın nəticəsi olaraq evin bazar dəyəri 50000 AZN, likvid dəyəri 40000 AZN, aylıq kirayə haqqı 150 manat təşkil edir. Göyçay Rayon Məhkəməsinin 2(046)-129/2021 saylı 27.05.2021-ci il tarixli qətnaməsi ilə (Hakim- X5) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair ilk iddiasının təmin edilməsi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən 10.800 (on min səkkiz yüz) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilsin və onlar həmin fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyinə görə, Cavabdeh1 iddiaçının qardaşı ilə ailə həyatı quraraq, iddiaçıya məxsus fərdi yaşayış evinə gəlin köçmüş, cehizlərini həmin ev də yerləşdirmiş, evdən istifadə hüququ yaranmışdır. Hazırkı mülki işdə tərəflər eyni olsa da, iddiaçının təklif etdiyi kompensasiya məbləği fərqlidir və hazırda kompensasiya kimi təklif edilən məbləğ 10.800 manat təşkil edir. Məhkəmə mülkiyyətçi İddiaçı hesabına istifadəçilər Cavabdeh1 və Cavabdeh2, həmçinin Cavabdeh1 himayəsində olan azyaşlı uşağın davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün, mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 10.800 manat məbləğində pul kompensasiyası ödənilməsini ağlabatan və ədalətli hesab etmişdir. Belə ki, 10.800 manat cavabdehlərin hər birinə ayrı-ayrılıqda 3 il ərzində (hər birinə 5.400 manat (150 manat * 36 ay = 5.400 manat) indiki şəraitlərinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia əsassızdır, təmin edilə bilməz. Çünki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisidir, onun mülkiyyət hüququ Dövlət tərəfindən qorunur. Qarşılıqlı iddia tələbi isə mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüququnun pozulmasına yönəlmiş iddia tələbidir. Qanunvericilikdə evdən istifadəçinin mülkiyyətçidən istifadə hüququna xitam verilib, evdən çıxarılması qarşılığında ayrıca yaşayış sahəsini alınması nəzərdə tutulmamışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən AR Konstitusiyasının 72, Mülki Məcəllənin 228, MPM-nin 4, 13, 14, 217-ci maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1648/2021 saylı 28.09.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər-X15 (sədrlik edən və məruzəçi), X7 və X10) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(046)-129/2021 nömrəli qətnaməsi ilk iddia üzrə “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən 10.800 (on min səkkiz yüz) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərə kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılmalarının eyni vaxtda icra edilməsi” hissəsində tamamilə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.800 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, o nların həmin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki birinci instansiyası məhkəməsinin müəyyən etdiyi 10.800 manat kompensasiya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ mübahisəli evdən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Çünki, qeyd olunan normanın mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPMnin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərə təklif etdiyi 10.500 manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir, həmin məbləğin İddiaçı himayəsində yetkinlik yaşına çatmayan uşağın da olmasını nəzərə alaraq ona 9000 manat civarında, ikinci cavabdehə isə 6-7 min manat, ümumilikdə 16-17 min manat civarında olmasını daha məqsədə müvafiq hesab edərək, bu barədə iddiaçı tərəfin mövqeyini öyrənməyi zəruri hesab etmişdir. Kollegiyanın bu məbləği təklif edərkən cavabdeh İddiaçı himayəsində yetkinlik yaşına çatmayan bir uşağın olmasınıda nəzərə almışdır. Məhkəmə kollegiyası cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbl əğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini 16-17 min manat məbləğində müəyyən edərək iddiaçı tərəfə həmin məbləğdə kompensasiya ödəmək imkanını təklif etmiş, sonda iddiaçı tərəf bununla israrlı şəkildə razılaşmamışdır. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 228-ci madəsinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1648/2021 saylı 28.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Kassator kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi kompensasiyanın məbləğinin müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamışdır. Qiymətləndirmə şirkətləri tərəfindən tərtib olunmuş arayışlardan da görünür ki, mənzilin bazar qiyməti 500 00 manat, likvid dəyəri isə 40000 manat müəyyən olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin təklif etdiyi məbləğ isə mənzilin likvid dəyərinin yarısına bərabər bir məbləğdir. Məhkəmə kompensasiya məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Belə ki, həmin ərazidə həmin şəraitdə olan evlərin kirayə haqqı 150 manat təşkil etdiyini nəzərə alsaq, bizim təklif etdiyimiz 10800 manat məbləğlə cavabdehlərin hər birinə ayrı-ayrılıqda 3 il ərzində (hər birinə 5.400 manat (150 manat * 36 ay = 5.400 manat) indiki şəraitlərinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verir. Əgər cavabdehlər eyni yaşayış sahəsində, ana və övladlar birgə yaşamaq, birgə təsərrüfat aparmaq istəsələr, kompensasiya məbləğinə daha uzun müddət ərzində normal şəraitdə yaşaya biləcəklər (hər ay 150 manat kirayə haqqı ödəməklə 6 il ərzində). Kassator öz mövqeyini əsaslandırarkən MM-nin 228, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarına istinad etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kassasiya şikayətinə etiraz daxil olmuşdur. Cavabdehlər etirazını əsaslandıraraq qeyd etmişdirlər ki, evin qiymət ləndirilməsi rayon məhkəməsi tərəfindən "xxxx" MMC-yə həvalə olunmuş, evin likvid dəyəri və kirayə haqqı dəfələrlə aşağı hesablanmışdır. Bununla bağlı rayon məhkəməsinə verdiyimiz vəsatətə qiymət verilməmişdir. 200000 AZN-lik qiyməti olan evin 40000 AZN göstərilməsi tamamilə ədalətsizdir. Buna görə də Şəki Apellyasiya Məhkəməsi haqlı olaraq həm cavabdehlərin ayrı-ayrı olmağını nəzərə almış, həm də daha ədalətli ağlabatan kompensasiya məbləği tərəflərə təklif etmişdir. Cavabdehlər Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.09.2021-ci il tarixli qətnaməsinin ədalətli olduğundan dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci m addəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam ver ilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllən in 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstəri lən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı işdə iddiaçının kassasiya şikayəti əsasında qətnamə ilk iddianın rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən ilk iddianın təmin edilməməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnamə si ilk iddianın təmin edilməməsi hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1648/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar