Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-849/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın qismən etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2*22-ci il tarixli, 2(1*6)-1243/2*22 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 28 mart 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halla rı Masallı rayonu, Aşurlu bələdiyyəsinin *5.*8.2**3-cü il tarixli qərarının surətinə əsasən, İddiaçı Kolatan kəndində sahibkarlıq fəaliyyəti məqsədi ilə *.23 ha torpaq sahəsi ayrılmışdır. Satılacaq ərazi şimaldan həyətyanı sahələrə gedən yol ilə, cənubdan Kolatan kəndinə gedən yol ilə, şərqdən mərkəzi su aparici kanal ilə, qərbdən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Masallı rayonu, Torpaq və Xəritəçəkmə Şöbəsinin *5.*8.2**3-cü il tarixli rəyinin surətinə əsasən, Aşurlu bələdiyyəsinin *5.*8.2**3-cü il tarixli qərarına əsasən həmin torpaq sahəsinin bələdiyyə tərəfindən alğı-satqı qaydasında İddiaçı satılması məqsədə müvafiq hesab edilmişdir. Satılacaq ərazi şimaldan həyətyanı sahələrə gedən yol ilə, cənubdan Kolatan kəndinə gedən yol ilə, şərqdən mərkəzi su aparicı kanal ilə, qərbdən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin yerqruluşu planının surətinə əsasən, İddiaçı satılacaq torpaq sahəsi planda göstərilmişdir. Torpaq sahəsinin alğı-satqısına dair aktın surətinə əsasən, Masallı rayonu, Kolatan kəndi ərazisində yeləşən *.23 ha torpaq sahəsi 2.53*.*** manat ödənilməklə İddiaçı satılmışdır. JN-*477 saylı, 26 may 2**6-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətinə əsasən, Masallı rayonu, Aşurlu bələdiyyəsinin *5 avqust 2**3-cü il tarixli, 11 nömrəli qərarı əsasında İddiaçı *.23 hektar sahibkarlıq fəaliyyəti məqsədi ilə torpaq sahəsi verilmişdir. Masallı rayonu, Bədəlan bələdiyyəsinin 3* aprel 2*13-cü il tarixli qərarından çıxarışın surətinə əsasən, Cavabdeh2 Bədəlan kədində fərdi yaşayış evinin tikilməsi məqsədi ilə *.*4 ha torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. *4 sentyabr 2*13-cü il tarixli, A-44*439 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətinə əsasən, Masallı rayonu, Bədəlan bələdiyyəsinin 3* aprel 2*13-cü il tarixli, *6 nömrəli əmrinə əsasən Cavabdeh2 fərdi yaşayış evi tikmək 6** kv.metr torpaq sahəsi üçün verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən *925972 nömrəli çıxarışa əsasən, 8*5*12***558 reyestr nömrə ilə Masallı rayonu, Aşurlu kəndində yerləşən *,*58 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. *1 dekabr 2*16-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Masallı rayonu, Bədəlan bələdiyyəsi tərəfindən Cavabdeh2 *,*58 ha həyətyanı torpaq sahəsi satılmışdır. Hüquqların Dövlət Qeydiyy atı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və A 115183 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətinə əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Masallı rayonu Aşurlu kəndində yerləşən *.*58 ha torpaq sahəsi 8*5*13*56*4 reyestr nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüquq üzrə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin *9 iyun 2*2*-ci il tarixli müətəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının *3 noyabr 2*2*-ci tarixli rəyindən məlum olur ki, İddiaçı ilkin torpaqayırma sənədləri ilə həmin sənədlərə əsasən işlənmiş JN-477 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş koordinatların hüdudları daxilindəki torpaq sahəsi arasında ciddi uyğunsuzluq vardır. Belə ki, İddiaçı *.23 ha torpaq sahəsi satılması barədə Masallı rayonu, Aşurlu bələdiyyəsinin *5 avqust 2**3-ci il tarixli, 11 nömrəli protokolunun 3-cü bəndində, həmçinin bu torpaq sahəsinin satılmasına razılıq verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı Rayon Şöbəsinin *5 yanvar 2**3-cü il tarixli, 112 nömrəli rəyində qeyd edilir ki, satılacaq ərazi şimaldan həyətyanı sahələrə gedən yol ilə, cənubdan Kolatan kəndinə gedən yol ilə, şərqdən mərkəzi su aparici kanal ilə, qərbdən həyətyanı torpaq sahələri ilə həmsərhəddir. JN-477 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş koordinatlar “Google Yer” proqramının ortofotogörüntüləri üzərində dəqiqləşdirilərkən məlum olmuşdur ki, Aşurlu bələdiyyəsinin Qərarında, DT və XK-nin Masallı Rayon Şöbəsinin y uxarıda qeyd edilmiş rəyində göstərilən su aparıcı kanal həmin Dövlət Aktının hüdudları daxilinə aid edilmiş, *,23 ha torpaq sahəsi 7-11 metr ölçülərində şərq hissəyə (Aşurlu-Boradigah yolu tərəfə) sürüşdürülmüşdür. Ona görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. İşin tam və obyektiv araşdırılması üçün iddiaçı tərəfin istinad etdiyi *2 may 2*13-cü il tarixli, 2(*5*)-66*/2*13 nömrəli qətnamə üzrə mülki iş öyrənilmişdir. Həmin mülki işdən məlum olmuşdur ki, İddiaçı məxsus *,23 ha torpaq sahəsinin X (bu iş üzrə Cavabdeh2 qardaşı) tərəfindən özbaşına tutulmuş *,*3 ha torpaq sahəsindən X çıxarılması, qanunsuz tikililərin sökülməsi və ərazinin boşaldılması barədə qətnamə qəbul edilmişdir. Verilmiş apelyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Qətnamə icaraya yönəldilmiş, icra mərhələsində qətnaməyə izah verilmiş və həmin mərhələdə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 22 iyun 2*18-ci il tarixli, 8556 nömrəli rəyində, eləcə də Kadastr və YerqurluşuLahiyə-Tədqiqat Mərkəzi MMC-nin 8 saylı X3 İdarəsinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, Masallı rayonu, Bədələn kəndində yerləşən İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-*477 nömrəli Dövlət Aktına əsasən mülkiyyətinə verilmiş *,23 ha sahibkarlıq təyinatlı torpaq sahəsinin SK-42 koordinatlarına istinadən Masallı rayon Aşurlu kəndi, "Aşurlu təsərrüfatının kompleks yerquruluşu layihəsində və elektron baza materialında yerləşmə mövqeyinə görə iddiaçıya a id torpaq sahəsinin hüdudları daxilində cavabdeh X1 faktiki istifadə kimi plana alınmış *,*59* ha həyətyanı torpaq sahəsinin həyətə giriş qapısı hissəsindən (cənubqərb) 2,3 m enində, uzunu 18,1 m, şimal-şərq tərəfdən isə eni 1,2 m olan *,**32 ha (32 kv metr) torpaq sahəsində 5.6 m enində dəmir qapı ilə asfalt örtüklü ərazinin müvafiq olaraq müəyyən edilmiş hissəsi mövcuddur. Torpaq sahələrinin yerləşmə mövqeyi ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə olunmuş ölçü planında öz əksini tapmışdır. Lakin mütəxəssis rəyində göstərilən X1 faktiki fiziki sərhəd daxilində həyətə giriş yolu kimi istifadəsində olan torpaq sahəsi baxış zamanı X1 yox, Cavabdeh2 istifadəsində olduğu müəyyən olunmuşdur. Həmin mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahələrinin ölçü planından görünür ki, Cavabdeh2 hüquqmüəyyənedici sənədləri üzrə mülkiyyətində olan torpaq sahəsinin kənar cizgiləri ilə İddiaçı hüquqmüəyyənedici sənədləri üzrə torpaq sahəsinin cizgiləri üstüstə düşmür. Qətnaməyə izah verilərkən “X1 Cavabdeh2” kimi oxunması qeyd olunmuş və bu barədə Masallı rayon məhkəməsinin *7 avqust 2*18-ci il tarixli qərardadı Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2*18-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən *8.11.2*16-cı il və *7.12.2*16-cı il tarixli Çıxarışların, *1.12.2*16-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, “Torpağa mülkiyyət hüququna dair” JN-*477 saylı Dövlət Akti üzrə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Aşurlu bələdiyyəsinin *5 avqust 2**3-cü il tarixli qərarı ilə İddiaçı Kolatan kədində sahibkarlıq fəaliyyəti məqsədi ilə *.23 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpağa dair hüquqları dövlət qeydiyyatına alınaraq ona “Torpağa mülkiyyət hüququna dair” JN-*477 saylı Dövlət Aktı verilmişdir. Həmin torpağın bir hissəsi X2 tərəfindən zəbt edildiyindən məhkəmədə iddia qaldırmalı olmuşdur. Masallı Rayon Məhkəməsinin *2 may 2*13-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, “Torpağa mülkiyyət hüququna dair” JN-*477 saylı Dövlət Aktı ilə mülkiyyətində olan *,23 ha torpaq sahəsinin X2 tərəfindən özbaşına tutulmuş *.*3 ha hissəsində aparılmış qanunsuz tikililərin sökülməsi və həmin ərazinin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Sözügedən qətnamə apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla icraya yönəldilmişdir. Məhkəmə qərarının icrası qaydasında keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, ərazidə Cavabdeh2 bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi vardır. Bununla bağlı müraciətləri əsasında sözügedən bələdiyyə qərarının, alğı-satqı milqaviləsinin, torpaq sahəsinin plan və ölçülərinin və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışların surətlərini əldə edə bilmişdir. Məlum olmuşdur ki, Bədəlan bələdiyyəsinin 3*.*4.2*13- cü il tarixli qərarı ilə Cavabdeh2 *,*4 hektar torpaq sahəsin in ayrılması qərara alınmışdır. Həmin qərar əsasında isə onun adına *.*6 hektar torpaq sahəsinə dair *4.*9.2*13-cü il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. Sonradan isə həmin torpağa dair bələdiyyənin adına *8.11.2*16-cı il tarixdə Çıxarışla plan ölçü sənədi tərtib edilmiş, bunun əsasında bələdiyyə ilə Cavabdeh2 arasında *1.12.2*16-cı il tarixdə alğı-satqı müqaviləsi bağlanılmış və Cavabdeh2 adına *7.12.2*16-cı il tarixdə Çıxarışla plan və ölçü sənədləri tərtib edilmişdir. Göründüyü kimi mübahisəli sənədlərin tərtib edilməsi üçün əsas olan bələdiyyə qərarında cəmi *,*4 ha torpaq sahəsindən bəhs olunduğu halda, sonrakı mübahisəli sənədlərdə əlavə *,*2 ha torpaq sahəsi də daxil edilmişdir. Bununla da həmin sənədlər mülkiyyətində olan və Cavabdeh2 zəbt etdiyi ərazidən çıxması qət edi lən əraziyə dair Cavabdeh2 adına qanunsuz tərtib edilmişdir. Lakin, bələdiyyə mülkiyyətində olan torpağın bir hissəsini Cavabdeh2 satmaqla, DƏDRX-nin 8 nömrəli Cəlilabad Ərazi İdarəsi isə sözügedən torpağa plan va ölçü sənədləri tərtib etməklə və öncə bələdiyyənin, sonradan isə Cavabdeh2 hüquqlarını qeydiyyata almaqla qanunvericiliyin tələblərini və həmin torpağa dair mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qərardadı ilə (hakim H.Bəhmənov) *4.*9.2*13-cü il, *8.11.2*16-cı il və *6.12.2*16-cı il tarixli “Torpaq sahəsinin plan və ölçüləri” sənədinin, “Torpağa mülkiyyət hüququna dair” JN-*477 saylı Dövlət Akti ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi tələbinə münasibətdə icraata xitam verilmişdir. Həmçinin həmin Məhkəmən in 27 noyabr 2*2*-ci il tarixli qətnaməsi ilə iddia digər hissələrdə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, işin faktiki hallarına və tədqiq olunmuş mülki iş materiallarına əsasən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin *,*4 ha hissəsindən əlavə *,*18 ha torpaq sahəsinin İddiaçı torpaq sahəsi ilə üst-üstə düşməsi sübuta yetməmiş və işin halları ilə öz təsdiqini tapmamışdır. Tədqiq olunmuş sübutlara əsasən Masallı rayonu, Aşurlu bələdiyyəsinin *5 avqust 2**3-cü il tarixli, 11 nömrəli qərarı və 27 noyabr 2**3-cü il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı *.23 hektar sahibkarlıq fəaliyyəti məqsədi ilə torpaq sahəsi satılmış və bu barədə JN-*477 nömrəli, 26 may 2**6-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib olunmuşdur. İlkin sənədlərə əsasən İddiaçı satılan ərazi şimaldan həyətyanı sahələrə gedən yol ilə, cənubdan Kolatan kəndinə gedən yol ilə, şərqdən mərkəzi su aparici kanal ilə, qərbdən həyətyanı torpaq sahələri ilə həmsərhəd olmalıdır. Həmin Dövlət aktında *,23 ha torpaq sahəsinin kənar ölçülərinin cizgiləri və koordinatları əks olunmuş plan və ölçüsü göstərilmişdir. Dövlət aktı və plan ölçü hal-hazırda qanuni qüvvəsindədir. *,*4 ha torpaq sahəsindən əlavə mübahisəli *,*18 ha torpaq sahəsi isə, hal-hazırda ümumilikdə *,*58 ha həyətyanı torpaq sahəsi olaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən *925972 nömrəli Çıxarışa əsasən Masallı rayonu, Aşurlu kəndində yerləşən *,*58 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmış, daha sonra *1 dekabr 2*16-cı il tarixli daşın maz əmlakın alğı-satqı müqaviləsi ilə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Bundan sonra həmin torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Əmlak Məslələri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 8*5*13*56*4 reyestr nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüquq üzrə qeydiyyata alınmış və A 115183 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. "xxxx" MMC-nin *9 iyun 2*2*-ci il tarixli müətəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının *3 noyabr 2*2*-ci tarixli rəyində İddiaçı ilkin torpaqayırma sənədləri ilə həmin sənədlərə əsasən su aparıcı kanal İddiaçı adına olan Dövlət Aktının hüdudları daxilinə aid edilməsi göstərilmişdir. Lakin, t ədqiq olunmuş mülki iş materiallarına əsasən məhkəmə qeyd etmişdir ki, bu barədə istinad olunmuş Masallı rayonu, Aşurlu bələdiyyəsinin *5 avqust 2**3-cü il tarixli, 11 saylı Qərarının 3-cü bəndində İddiaçı satılacaq torpaq sahəsinin sərhədləri konkret qeyd olunmuşdur. Rəydə istinad olunmuş “mərkəzi su kanalı”, İddiaçı satılacaq torpaq sahəsinin hüdudları daxili kimi deyil, Aşurlu kəndinin şərqində məhz həmsərhəd zona kimi göstərilmişdir. Bu fakt Masallı rayonu, Torpaq və Xəritəçəkmə şöbəsinin *5 avqust 2**3-cü il tarixli, 112 nömrəli rəyində də öz əksini tapmışdır. Həmin rəydə bu faktın tam əksi göstərilmişdir. İlkin sənədlərdə iddiaçıya satılacaq ərazi şimaldan həyətyanı sahələrə gedən yol ilə, cənubdan Kolatan kəndinə gedən yol ilə, şərqdən mərkəzi su aparici kanal ilə, qərbdən həyətyanı torpaq sahələri ilə həmsərhəd gösərildiyi halda, iddiaçının adına olan JN-477 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş koordinatlar ilə göstərilən “su aparıcı kanal”ın həmin Dövlət Aktının plan-ölçüsünün hüdudları daxilinə aid edilməsi kimi göstərilməsinin mötəbərliyi şübhə doğurur. Belə olan halda məhkəmə həmin rəylərdə İddiaçı məxsus *.23 ha torpaq sahəsinin 7-11 metr ölçülərində şərq hissəyə (AşurluBoradigah yolu tərəfə) sürüşdürülməsini həqiqətə uyğun hesab etmir. Bundan başqa mübahisəli əraziyə cavabdeh DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Bədəlan bələdiyyəsinin adına plan-ölçü və daşınmaz əmlaka hüquqa dair Çıxarış verilərkən, İddiaçı və Cavabdeh2 torpaq sahələrinin müəyyən hissəsinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Məhkəmə iddiaçı tə rəfin sübut kimi istinad etdiyi *2 may 2*13-cü il tarixli qətnamə və Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 22 iyun 2*18-ci il tarixli rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin qətnamə üzrə cavabdeh X adına olan torpaq sahəsi ilə bu iş üzrə Cavabdeh2 adına olan torpaq sahələri qonşuluqda yerləşməklə, ayrı-ayrı sahələrdir və hər birinin ayrıca hüquqmüəyyənedici sənədləri, plan ölçü sənədi vardır. Bundan əlavə istinad olunan ekspertiza rəyində və bu barədə verilmiş Kadastr və Yerqurluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin 8 saylı X3 İdarəsinin mütəxəssis rəyində göstərilmiş “....X1 faktiki fiziki sərhəd daxilində həyətə giriş yolu kimi istifadəsində olan torpaq sahəsi baxış zamanı X1 yox, Cavabdeh2 istifadəsində olduğu müəyyən olunmuşdur.” qeydi, Cavabde h2 adına olan hüquqi sənədlərin etibarsızlığı üçün əsas ola bilməz. Belə ki, həmin rəydə olan göstərilmiş “istifadə” termini, Cavabdeh2 mülkiyyət hüququ üzrə plan-ölçü sənədlərinin cizgiləri daxilində olan torpaq sahəsini nəzərdə tutmur. Hazırkı iddia da məhz həmin plan və ölçü cizgiləri daxilində olan və mülkiyyət hüququ üzrə Cavabdeh2 istifadə və sahibliyində olan torpaq sahəsinin hüquqi sənədlərinin etibarsızlığı ilə bağlıdır. Belə ki, göstərilən ekspertiza rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyinə əlavə olunan torpaq sahələrinin ölçü planı ilə aşkar müəyyən olunur ki, Cavabdeh2 hüquqmüəyyənedici sənədləri üzrə mülkiyyətində olan torpaq sahəsinin kənar cizgiləri ilə İddiaçı hüquqmüəyyənedici sənədləri üzrə torpaq sahəsinin kənar cizgiləri üst-üstə düşmür. Məhkəmə öz mövqeyini ə saslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 8*, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qərardadından və qətnaməndən apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin Masallı rayonu, Bədəlan bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış *,*6 ha torpaq sahəsinin alqısatqısı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın, plan və ölçü sənədinin etibarsız hesab edilməsinə aid hissələrdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüq uq normalarının pozulması ilə qəbul edilmişdir. Masallı Rayon Məhkəməsində qərardaddan verilmiş şikayətə baxılmış, şikayət təmin edilməmiş və baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə 27 noyabr 2*2*-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə baxılmış, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.Kərimov sədrlik edən, məruzəçi, T.Heydərov və İ.Əhmədov) 18 may 2*21-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qərardadı ləğv edilmiş və Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin dəlilləri əsasında iddia tələbi üzrə mübahisənin tam olaraq araşdırılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 27 noya br 2*2*-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2*21-ci il tarixli qərardadında olan göstərişlər üzrə işə bütövlükdə baxılmış və Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Z.Allahyarov sədrlik edən, məruzəçi, Z.Zeynalov və M.Həsənov) 13 iyul 2*21-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2*21-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 mart 2*22-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2*21-ci il tarixli qərardadı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış *,*6 ha torpaq sahəsinin alqı-satqısı müqaviləsinə və onun əsasında verilmiş reyestrdən çıxarış, plan və ölçü sənədinə aid hissələrdə ləğv edilmiş, həmin hissələrdə mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kollegiya qeyd etmişdir ki, Bədəlan bələdiyyəsinin 3* aprel 2*13-cü il tarixli qərarı ilə Cavabdeh2 *,*4 ha ölçüdə torpaq sahəsi verilmişdir. Həmin qərar, iddiaçıya görə, onun hüquqlarını pozmadığından göstərilən qərarın qanuniliyi onun tərəfindən mübahisələndirilməmişdir. Lakin, Bədəlan bələdiyyəsi Cavabdeh2la *1 dekabr 2*16-cı il tarixli alqı-satqı müqaviləsini bağlayarkən ona *,*4 ha ölçüdə deyil, *,*6 ha ölçüdə torpaq sahəsi satmış və müqaviləyə əsasən Cavabdeh2 *,*6 ha ölçüdə torpaq sahəsinə dair Dövlət Reyestrindən Çıxarış, plan və ölçü sənədi verilmişdir. İddiaçı həmin alqı-satqı müqaviləsinin onun hüququnu pozduğundan müqaviləni və onun əsasında verilmiş reyestrdən Çıxarışları mübahisələndirmişdir. Kollegiya öz hüquqi mövqeyini əsaslandırarkən MPM-in 25.1, 261.*.1-cı maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı Cavabdeh2 və digərlərin ə qarşı Bədəlan bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış, torpağın alqı-satqısına dair *1.12.2*16-cı il tarixli müqavilənin “Torpağa mülkiyyət hüququna dair” JN-*477 nömrəli Dövlət Aktı üzrə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, Cavabdeh2 adına tərtib edilmiş *6.12.2*16-cı il tarixli “Torpaq sahəsinin plan və ölçü sənədi”nin, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə tələbi üzrə iddianın təmin edilməməsinə dair hissələrdə yenidən baxılır. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, S.İ.Mayılov və N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 27 noyabr 2*2*-ci il tarixli qətnaməsi və qərardadı Ali Məhkəmənin 17 mart 2*22-ci il tarixli qərarı ilə yeni apellyasiya baxışına qaytarılan hissədə - İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə qarşı Bədəlan bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış, torpağın alqı-satqısına dair *1.12.2*16-cı il tarixli müqavilənin, “Torpağa mülkiyyət hüququna dair” JN-*477 nömrəli Dövlət Aktı üzrə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşın maz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə tələbi üzrə iddianın təmin edilməməsinə dair hissələrdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 adına tərtib edilmiş *6.12.2*16-cı il tarixli “Torpaq sahəsinin plan və ölçüsü sənədi”nin etibarsız hesab edilməsi tələbinə dair hissədə iddia təmin edilməmişdir. Kollegiya qeyd etmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Bədəlan bələdiyyəsinin 3* aprel 2*13-cü il tarixli qərarı ilə Cavabdeh2 *,*4 ha ölçüdə torpaq sahəsi ayrıldığı halda, həmin qərar əsasında onun adına *4 sentyabr 2*13-cü il tarixdə *,*6 hektar torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmuş, eləcə də *1.12.2*16-cı il tarixli alqı- satqı müqaviləsi ilə *,*6 ha (*,*58 ha) torpaq sahəsi satılmışdı r. Satılan torpaq sahəsinin bir hissəsi iddiaçının torpaq sahəsi ilə üst- üstə düşür. İddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığını, müqavilə əsasında verilmiş həmin torpaq sahəsinə dair çıxarış, plan və ölçü sənədlərinin etibarsızlığını tələb etmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin hallarından görünür ki, mübahisəli alqı-satqı müqaviləsi bağlananadək hüquqi faktlar mübahisələndirilmiş və həmin hissələrdə, yəni Cavabdeh2 adına ilkin olaraq verilmiş torpaq sahəsinin planı və ölçü sənədinin, sözügedən torpaq sahəsinin Masallı rayonu, Bədəlan bələdiyyəsinin adına qeydiyyata alınması prosesinin (bu barədə inzibati orqanın hərəkətlərinin), bələdiyyənin adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi hissələrdə iş üzrə icraata xitam verilmişdir. Kollegiya qeyd etmişdir ki, qalan hissədə iddia tələbi, yəni *1.12.2*16-cı il tarixli müqavilənin, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbi əvvəlki tələblərdən törəyir və əvvəlki iddia tələblərini təmin edilib-edilməməsindən asılıdır. Ona görə də inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması və sənədlərin etibarsızlığına dair iddiaya qiymət verilməmiş ondan törəyən hazırki iddia üzrə qənaətə gəlmək də mümkün deyil. Belə halda baxılan hissədə iddianın qanuni və maddi əsası qalmamışdır. Odur ki, bu hissədə iddia təmin edilməməlidir. Eləcə də eyni əsasla Cavabdeh2 adına tərtib edilmiş *6.12.2*16-cı il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, eləcə də iddiaya qiymət verilməyən hissədə iddia təmin edilməməlidir. Kollegiya öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2*22-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddi anın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış və Şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində göstərilən normalara istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 1*.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1 həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiy a şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Masallı rayonu, Bədəlan bələdiyyəsinin 3* aprel 2*13-cü il tarixli qərarı ilə Cavabdeh2 *,*4 ha ölçüdə torpaq sahəsi ayrıldığı halda, həmin qərar əsasında onun adına *4 sentyabr 2*13-cü il tarixdə *,*6 hektar torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmuş, eləcə də *1.12.2*16-cı il tarixli alqı-satqı müqaviləsi ilə *,*6 ha (*,*58 ha) torpaq sahəsi satılmışdır. Satılan torpaq sahəsinin bir hissəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda iddiaçı, alqı-satqı müqaviləsinin etibarsızlığını, müqavilə əsasında verilmiş həmin torpaq sahəsinə dair Çıxarış, plan və ölçü sənədlərinin etibarsız hesab edilməsini tələb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin tələblərini hazırki mülki mübaşisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi bağlananadək hüquqi faktlar mübahisələndirilmiş və həmin hissələrdə, yəni Cavabdeh2 adına ilkin olaraq verilmiş torpaq sahəsinin planı və ölçü sənədinin, sözügedən torpaq sahəsinin Masallı rayonu, Bədəlan bələdiyyəsinin adına qeydiyyata alınması prosesinin (bu barədə inzibati orqanın hərəkətlərinin), bələdiyyənin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi hissələrində iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb q eyd etmişdir ki, qalan mübahisələndirilən hissədə iddia tələbi, yəni *1.12.2*16-cı il tarixli müqavilənin, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən *7.12.2*16-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbi əvvəlki tələblərdən törəmədir və həmin iddia tələblərinin təmin edilib-edilməməsindən asılıdır. Ona görə də inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması və sənədlərin etibarsızlığına dair iddiaya qiymət verilməmiş ondan törəyən hazırki iddia üzrə qənaətə gəlmək mümkün deyil. Belə olan halda baxılan hissədə iddianın qanuni və maddi əsası qalmamışdır. Odur ki, bu hissədə iddia təmin edilməməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, eyni əsasla Cavabdeh2 adına tərtib edilm iş *6.12.2*16-cı il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, eləcə də iddiaya qiymət verilməyən hissədə iddia təmin edilməməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2*22-ci il tarixli, 2(1*6)-1243/2*22 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.