Məhkəmə qərarları › İş №2(102)-851/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-851/2023

28.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-851/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X8 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahibli k etməyə yaradılmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5833/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 oktyabr 2005-ci il tarixli podrat müqaviləsinə əsasən sonuncu dəyəri 99.467 ABŞ dolları həcmində müəyyən edilmiş Bakı şəhəri, X.Şuşinski küçəsi, 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun, 9-cu mərtəbəsində yerləşən 180,85 kv.m. ümumi sahəsi olan 37 nömrəli 4 otaqlı mənzili inşa edərək, Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə hər kvadrat metr üçün 550 ABŞ dolları, cəmi 99.467 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

2. Eyni zamanda Cavabdeh1 MTK ilə X4 arasında həmin mənzilə dair bağlanmış 11 noyabr 2005-ci il tarixli podrat müqaviləsinə əsasən MTK Bakı şəhəri, X.Şuşinski küçəsi, 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun, 9-cu mərtəbəsində yerləşən 180,85 kv.m. ümumi sahəsi olan 37 nömrəli 4 otaqlı mənzili inşa edərək, X2 təhvil verməyi, X4 isə 90.425 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

3. İddiaçı tərəfindən mübahisəli mənzil üçün Cavabdeh1 MTK-ya 90.425 ABŞ dolları məbləğində vəsait ödənilmiş, kassa mədaxil orderlərinin üzərində olan qeydlərə əsasən həmin məbləğ kassaya mədaxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat

4. İddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. 4 otaqlı mənzilə maliyyə arayışının verilməsi, yaranmış maneələrin aradan qaldırılması və mənzilin ona təhvil verilməsi öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən inşa edilən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbəsi, mənzil 37-də, ümumi sahəsi 180,85 kv.m. 4 otaqlı mənzili qeyd olunan təşkilatdan 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında satın almışdır. Mənzili əldə edərkən müqavilədə göstərilən bütün məbləği 90.425 ABŞ dollarını 11 noyabr 2005-ci il tarixdə tam olaraq cavabdehə ödəmişdir. Lakin mənzilin dəyərini tam ödəməsinə baxmayaraq cavabdeh təşkilat ona maliyyə arayışı təqdim etməmiş və mənzili ona təhvil verməmişdir. Həmçinin, mənzildə təmir işlərinin həyata keçirilməsinə maneələr yaradılmışdır. Hesab edir ki, cavabdehdən əldə etdiyi mənzilin dəyərini tam ödədiyi üçün mənzilə sahiblik, istifadə hüquqları tanınmaqla mənzil ona təhvil verilməli və maliyyə arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

6. Daha sonra İddiaçı Cavabdeh2 da cavabdeh qismində işə cəlb etməklə, iddia təl əbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbəsi, mənzil 37-də, ümumi sahəsi 185.85 kv.m. 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 11 noyabr 2005-ci il tarixli, 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə həmin hüquqlarından istifadə etməsinə törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirmişdir ki, o, 2005-ci ildən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin əməkdaşıdır, lakin aralarında əmək müqaviləsi 2007- ci ildə bağlanmışdır. Qeyd edilən mənzili Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 8 oktyabr 2005-ci il tarixli müqaviləyə əsasən əldə etmişdir. Həmin vaxtdan da mənzilə sahiblik və ondan istifadə edir. Mənzilin açarları həmişə onda olmuş, lakin hazırda müvəqqəti olaraq mənzilin açarlarını həmin evin gözətçisi olan Bəxtiyar adlı şəxsə vermişdir. Tez-tez olmasa da ən azı 3 aydan bir həmin mənzildə olur. Mənzil təmirsizdir. Onu təmir etdirmək üçün imkanı olmamışdır. Sonuncu dəfə 3 ay əvvəl mənzili təmizləmiş və 1 ay əvvəl mənzildə olmuşdur. Mənzildə hər hansı əşya, habelə tullantı, o cümlədən zibil yoxdur. Mənzilin hər hansı başqa şəxsə satılması barədə məlumatı yoxdur, mənzilin açarlarının ondan başqa hər hansı başqa şəxsdə olması, habelə mənzildən hər hansı başqa şəxsi n istifadə etməsi qeyri-mümkündür. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi müqaviləni etibarsız sayarkən hesab etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmiş və onların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır.

10. Təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 08 oktyabr 2005-ci il tarixdə və Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə 11 noyabr 200 5-ci il tarixdə eyni mənzilə dair podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh1 MTK eyni mənzili inşa edərək, ayrı-ayrılıqda həmin şəxslərin istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Halbuki, eyni mənzilə dair belə bir öhdəliyin iki müxtəlif şəxsin xeyrinə icra edilməsi həm faktiki olaraq, həm də hüquqi baxımından qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh1 MTK növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyət ə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

11. Bu baxımdan həm Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 08 oktyabr 2005-ci il tarixdə, həm də Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə 11 noyabr 2005-ci il tarixdə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), sifarişçi qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və s air bu kimi aidiyyəti hallar araşdırılmalıdır.

12. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal "xxxx" MTK-nın mübahisəli mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə deyil, məhz ona təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh2 ilə müqavilə 8 oktyabr 2005-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 həmin mənzili təhvil almamış, bu mənzildən heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Məhkəmə 6 mart 2019-cu il tarixdə mübahisəli mənzildə yerində müayinə keçirmiş və həmin vaxt mənzilin açarı iddiaçı Gözəlov (Sorokin) Sergey Vladimiroviçdə olmuşdur. Yerində müayinədə iştirak edən gözətçi Şahver diyev Bəxtiyar mənzilə Gözəlov (Sorokin) Sergey Vladimi7roviçin gəldiyini və məhz onun mənzildən istifadə və mənzilə sahiblik etdiyini, başqa şəxsin mənzilə gəlmədiyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh2 sonuncu dəfə mənzildə 1 ay əvvəl olduğunu, mənzili 3 ay əvvəl təmizlətdiyini və mənzildə hər hansı tullantıların olmadığını, mənzilin açarlarının mütəmadi olaraq onda olduğunu, mənzilə dair açarların hər hansı başqa şəxsdə olmadığını, mənzilin iddiaçıya satıldığından məlumatlı olmadığını və mənzilin açarlarını bir müddətdir ki, binanın gözətçisi Şahverdiyev Bəxtiyara verdiyini bildirmişdir. Digər tərəfdən Cavabdeh2 açarları gözətçidə olduğu təqdirdə o, yerində müayinə zamanı bunu bildirmiş olardı və mənzilin məhz Cavabdeh2 məxsus olduğunu söyləyərdi və belə olan halda Gözəlov (Soroki n) Sergey Vladimiroviç həmin mənzilə dair açarlara malik olmazdı və məhkəmə mənzilə daxil ola bilməzdi. Bununla belə, məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh2 mənzilin giriş qapısının açarları yoxdur, heç vaxtda olmamışdır. Onun ümumiyyətlə mənzildən məlumatı yoxdur (Cavabdeh1 MTK-nın ofisi bu binanın arxasında yerləşir). Belə olan halda, həmin kooperativin işçisi olan bu şəxsin qeyd edilən mənzilə 14 il müddətinə sahiblik etməsinə baxmayaraq, onun mənzilin açarlarının başqa şəxsdə olması, mənzilə dair başqa şəxslə müqavilənin bağlanması, həmin şəxsin mənzilə mütəmadi olaraq və sərbəst şəkildə gəlməsi barədə (onun çox yaxşı tanıdığı və hətta mənzilin açarlarını etibar etdiyi gözətçi Bəxtiyarın bu barədə məlumatlı olmasına baxmayaraq) məlumatının olmaması (bir halda ki, həmin mənzil onu n üçün tam əlçatımlıdır və o, ixtiyari vaxt mənzilə gəlib-gedə bilər) qeyri-mümkündür) və o, mübahisəli mənzildə 8 oktyabr 2005-ci il tarixli müqavilənin tərəfi olaraq (Cavabdeh1 MTKnın əməkdaşı olaraq bina inşa edilən dövr istisna olmaqla) heç vaxt olmamışdır. Mənzilin daxilinin, o cümlədən otaqların quruluşunun, habelə giriş qapısının onun tərəfindən təsvir edilməsi onun müqavilə üzrə mənzilə sahiblik və ondan istifadə etməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh1 MTK-nın əməkdaşı olaraq bu şəxsin binanın layihəsi ilə tam olaraq tanış olması, habelə mənzilin quruluşu barədə tam məlumatlı olması (həmin sırada olan ixtiyari mərtəbədə olan belə bir mənzilə baxmaq və onun quruluşunu yadda saxlamaq imkanına malikdir) adi haldır.

13. Bundan əlavə Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə-xəttşünas lıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, sübut kimi X9 ilə Cavabdeh1 MTK arasında 21 aprel 2006-cı il tarixdə bağlanmış müqaviləni də təqdim etmişdir. Həmin, habelə tərəflərin Cavabdeh1 MTK ilə bağladığı müqavilələrin müqayisəli təhlilindən də görünür ki, bu müqavilələr eyni illərdə bağlansa da məzmun (buraxılmış hərif səhvləri, cümlə quruluşu, fikir ifadəsi və sair) baxımından da fərqlənir. Belə ki, qeyd edilən göstəricilər baxımından 11 noyabr 2005-ci və 21 aprel 2006-cı il tarixli müqavilələr biri-digəri ilə eynidir. Lakin Cavabdeh2 müqaviləsi bu müqavilələrdən fərqlənir. Məsələn 08 oktyabr 2005-ci il tarixli müqavilədən fərqli olaraq digər hər iki müqavilədə 1.8-ci bənddən sonra 3.1ci bənd təsbit edilmişdir. Halbuki, 08 oktyabr 2005-ci il tarixli m üqavilədə 1.8-ci bənddən sonra 2.1-ci bənd təsbit edilmişdir. Hər iki müqavilənin 1.2-ci bəndinin 3-cü (tikintinin sözü balaca hərflə yazılmışdır), 4-cü (“dəmir sözü balaca hərflə yazılmışdır), 5-ci (“ana xətlərinin sözü) və 7-ci (“liftlərinin” sözü) yarımbəndləri, 1.3-cü (əmlakının təsadüfi sözü) bəndi, 1.5-ci bəndi (ayba ay sözü), 3.1-ci bəndi (bəndində sonunda nöqtə” işarəsi yoxdur), 3.2-ci bəndi məzmun baxımından eynilik təşkil edir və bu bəndlərin məzmunu baxımından 08 oktyabr 2005-ci il tarixli müqavilədən fərqlənir. Başqa sözlə, Cavabdeh2 müqaviləsi həmin illərdə mövcud olan müqavilələrin məzmununa uyğun gəlmir. Həmçinin, hər iki müqavilədə sifarişçi qismində çıxış edən həm Gözəlov (Sorokin) Sergey Vladimiroviçin, həm də X3 şəxsiyyət vəsiqəsinin rekvizitləri və onların pasport qeydi yyatında olan ünvanlar barədə məlumat əks olunmuşdur. Bu hal Cavabdeh2 müqaviləsində müşahidə olunmur. Məhkəmə bu halı təsadüfi hesab etməmiş və qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.1970-ci il təvəllüdlüdür və qanunvericiliyin tələblərinə görə o, xx.xx.2005-ci il tarixədək 35 yaşa çatması ilə əlaqədar şəxsiyyət vəsiqəsini dəyişməli idi və dəyişmişdir. Hazırda da yeni şəxsiyyət vəsiqəsi almışdır. Müqavilə sonradan, lakin arxa tarixlə bağlandığı təqdirdə isə xx.xx.2005-ci il tarixinədək qüvvədə olan şəxsiyyət vəsiqəsinin göstəricilərini bu müqavilədə təsbit etmək mümkün olmayacaqdır. Belə ki, xx.xx.2005-ci il tarixdə həmin şəxsiyyət vəsiqəsi artıq yenisinin alınması üçün təhvil verilməlidir. Məhkəmə hesab etmişdir ki, məhz bu səbəbdən 08 oktyabr 2005-ci il tarixli müqavilədə Cavabdeh2 şəxsiyy ət vəsiqəsinin göstəriciləri əks olunmamışdır. Cavabdeh2 fərqli olaraq digər müqavilələr üzrə hər iki sifarişçi tərəfin kassa mədaxil orderi mövcuddur. Cavabdeh2 isə müqavilə tarixindən 8 il sonra maliyyə arayışı verilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK oğlu arasında bu müqavilə bağlanmışdırsa da 11 noyabr 2005-ci il tarixdən sonra bağlanmış və hazırda onun 08 oktyabr 2005-ci il tarixdə bağlanmış müqavilə kimi təqdim edilməsi hüquqi nəticə etibarı ilə bu mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçə təhvil verilməsinin qarşısını almaq və onu bu mənzildən məhrum etmək məqsədini daşıyır. Bu səbəbdən bu müqavilə etibarsız hesab edilməlidir.

14. Məhkəmə 11 noyabr 2005-ci il tarixli müqavilənin həqiqətdə kooperativin sədri X6 tərəfind ən imzalanmaması barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür və belə şəxslər aldanma, əlverişsiz vəziyyət və savadsızlıq kimi dəlillərə istinad edə bilməzlər. Hər bir hüquqi şəxs mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə malikdir. Bu baxımdan fiziki şəxslərlə münasibətlərdə əqdlər bağlamış hüquqi şəxslər, o cümlədən, kooperativlər imzaladıqları və möhürlə təsdiq etdikləri sənədlərin əslində onların məzmununda qeyd edilənləri nəzərdə tutmadığını sübut etmək üçün kifayət qədər ciddi dəlillərə əsaslanmalı, tərəfi olduqları yazılı sənədləri ş übhə altına ala biləcək kifayət qədər mötəbər sübutlara istinad etməlidirlər. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Belə olan halda, hazırki vəziyyətdə Cavabdeh1 MTK-nın 11 noyabr 2005-ci il tarixdə Gözəlov (Sorokin) Sergey Vladimiroviçlə bağlanmış əqdin kooperativin sədri tərəfindən imzalanmamasına istinad etməsi də onu birmənalı şəkildə mülki hüquqi məsuliyyətdən azad etmir. Həmin müqavilənin tərəfi olan Gözəlov (Sorokin) Sergey Vladimiroviç bu müqaviləni imza etmiş və bununla da öz iradə ifadəsini bildirmişdir və bunun qarşılığında Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş və üzərində müvafiq imza olan müqavilə, habelə müqa vilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsini təsdiq edən və ciddi hesabat blankı hesab edilən Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş kassa mədaxil orderi əldə etmişdir. Belə olan halda, o, müqavilənin və qəbzin səlahiyyəti olan və ya olmayan şəxs tərəfindən imzalandığının yoxlanılması vəzifəsini, habelə bu sənədlərin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmamasının məsuliyyətini daşımır və daşıyada bilməz.

15. Məhkəmə iddia tələbinin “mənzilin istifadə və sahibliyə verilməsi və mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu mənzilə dair 08 oktyabr 2005-ci il tarixdə bağlanmış müqaviləyə artıq hüquqi qiymət verilmiş və nəticədə məhz Cavabdeh1 MTK ilə Gözəlov (Sorokin) Sergey Vladimiroviç a rasında 11 noyabr 2005-ci il tarixdə bağlanmış müqavilənin etibarlı olması və müddət etibarı ilə daha əvvəl bağlandığı qənaətinə gəlinmişdir. Həmin mənzilin giriş qapısının açarının məhz Gözəlov (Sorokin) Sergey Vladimiroviçdə olması, mənzillə bağlı onun müəyyən hərəkətlər etməsi, o cümlədən mənzilin daxilində öz istəyinə uyğun təmizləmə işlərinin aparılması mənzilin məhz Gözəlov (Sorokin) Sergey Vladimiroviçə təhvil verildiyinə dəlalət edir. Belə ki, bu şəxs 11 noyabr 2005-ci il tarixli müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir və onun bu mənzilə münasibətdə hüquqları (istifadə, sahiblik və mülkiyyət hüququnun əldə edilməsində üstün hüququ) yaranmışdır. Bu da öz növbəsində müqaviləyə uyğun olara q Cavabdeh1 MTK-nın həmin mənzili ona təhvil verilməsi öhdəliyi yaranmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, mənzil Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməlidir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, mənzilin Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, onun yalnız həmin mənzilə ixtiyari vaxt getməsi və mənzilə daxil olmasını özündə ehtiva etmir. Həmçinin, həmin mənzilə münasibətdə istifadə və sahiblikdən irəli gələn digər hərəkətlərin edilməsini, o cümlədən mənzildə təmir işlərinin aparılmasını, gələcəkdə orada şəxsən və ya mülahizəsinə əsasən müəyyən etdiyi şəxsin yaşamasına imkanın yaradılmasını, habelə mülkiyyət hüququnun əldə edilməsini nəzərdə tutur. Lakin Ca vabdeh1 MTK-nın onunla hər hansı müqavilə bağlanmadığı barədə mövqeyi və bununla bağlı hərəkətləri onun mənzildən qeyd edilən qaydada tam istifadə və sahiblik etməsinə maneə yaradır. Bu baxımdan həmin binanı inşa edən Cavabdeh1 MTK mənzilin giriş qapısını, habelə giriş qapısının kilitini dəyişməklə onu mənzilə daxil olması imkanından məhrum etmək, habelə təmir işlərinin görülməsində və mülkiyyət hüququnun əldə edilməsində ona müxtəlif süni maneələr yaratmaq üçün real imkana malikdir. Bu səbəbdən belə halların qarşısının alınması üçün onun mənzildən istifadə və sahiblik etməsinə yaradılmış maneə aradan qaldırılmalıdır.

17. Bununla belə məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m. 4 otaqlı, 37 saylı mənzildən istifadə və ona sahiblik etməyə yaradılmış maneələrinin aradan qaldırılmasını tələb etməkdə haqlıdır və bu səbəbdən iddia tələbi bu hissədə də tam olaraq təmin edilməlidir.

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 157.8, 337.1, 337.4, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz və əsassızdır. İddiaçının adına verilmiş müqavilə və kassa mədaxil orderi Ca vabdeh1 MTK tərəfindən tərtib olunmamış, həmçinin müqavilə həmin vaxt MTK-nın sədri olan İlham Qasımov tərəfindən imzalanmamışdır. Həmin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb, odur ki, etibarlı hesab edilə bilməz. Mənzil qanuni əsaslarla Cavabdeh2 xx.xx.2005-ci il tarixli müqavilə əsasında satılmış, dəyəri də sonuncu tərəfindən tam ödənilmiş və mənzil onun istifadəsinə verilmişdir.

21. Həmçinin digər Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən Cavabdeh1 MTKnın əməkdaşıdır, lakin onunla əmək müqaviləsi 2007-ci il tarixdə bağlanmışdır. Mübahisəli mənzili MTK ilə arasında bağlanmış 8 oktyabr 2005-ci il tarixli müqaviləyə əsasən əldə etmiş, həmin vaxtdan mənzilə sahiblik və istifadə etmişdir. Mənzilin açarları həmişə onda olmuş, hazırda müvəqqəti olaraq açarları gözətçi olan Bəxtiyar adlı şəxsə vermişdir. Tez-tez olmasa da ən azı 3 ayda bir dəfə həmin mənzildə olmuşdur. Mənzil təmirsizdir, maddi imkanı olmadığından təmir elətdirə bilməmiş, lakin mütəmadi olaraq özü və ailəsi mənzilə baş çəkmişdir. Maliyyə arayışından görünür ki, mənzilin dəyərini tam ödəmişdir. Onun müqaviləsində şəxsiyyət vəsiqəsinin rekvizitlərinin olmaması müqavilənin etibarsızlığına əsas ola bilməz. İddiaçının onun mənzilində qeyri-qanuni təmir işləri aparması onun mülkiyyət hüquqlarını pozur. İlkin olaraq onunla müqavilə bağlanıb, dəyərini tam ödəməklə mənzilə sahiblik, istifadə və mülkiyyət hüququ əldə etmişdir. Ape llyasiya baxışı zamanı isə təqdim edilmiş apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yerli baxış keçirilməmişdir, hansıki apellyasiya baxışında şahid qismində dindirilmiş B.Şahverdiyev də bildirmişdir ki, onun iştirakı ilə baxış keçirilməyib, binaya giriş, liftlər kartladır və əgər binaya qalxmaq istəsələr onunla qalxmalı idilər. Göründüyü kimi yerli baxış keçirilməyib, tərəflərin bu barədə məlumatı olmamışdır. Ən azından mübahisəli mənzilin yerləşdiyi binada MTK-nın ofisinin olduğu nəzərə alınsa, məhkəmə MTK-nın nümayəndəsinin iştirakını tələb edə bilərdi. Müqavilədəki imzaların yoxlanılması barədə isə görünür ki, məhkəmə səlahiyyətinə aid olan mütəxəssisə etibar etmədən özü qiymət vermişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş müqavilələrdən görü nür ki, müxtəlif insanlarla bağlanmış müqavilələr arasında kifayət qədər fərqlər vardır. Həmçinin müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsinin rekvizitlərinin olmaması iddia tələbinin təmin olunması üçün əsas deyil, başqa şəxslərlə bağlanmış müqavilələr də var ki, onlarda da şəxsiyyət vəsiqəsinin rekvizitlərinin əks olunmadığı görünür.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) 2(103)-2084/2021 saylı mülki iş üzrə 2 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını düzgün müəyyən etmiş, onlara uyğun nəticəyə gəlmişdir

25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 152.1, 152.2, 157.8, 337.1, 337.4, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.

27. Kassasiya şikayətləri apellyasiya şikayətləri ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası ekspertiza təyin etməmiş, mənzilə sahiblik etdiyi göstərilən İddiaçı sahibliyin hansı hərəkətlərini özündə ehtiv a etdiyini açıqlamamış, xx.xx.2005-ci il tarixdən hazırki məhkəmə mübahisəsi başladığı vaxtadək mənzildən istifadə etməməsinin və mənzili təmir etdirməməsinin səbəblərini və sair halları araşdırmamış, formal mülahizələrə əsaslanmış, iddiaçı tərəfin məhkəmədə verdiyi qeyri-obyektiv izahata əsasən qanunsuz və ədalətsiz qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) 2(102)-3862/2020 s aylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

29. Kassasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi 11 noyabr 2005-ci il tarixli, 47№-li müqavilənin birinci vərəqinin əvvəlində müqaviləni imzalamalı olan tərəflərin adları aşağıdakı kimi təsbit olunmuşdur: “Bir tərəfdən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri X12 şəxsində gələcəkdə “İcraçı” adlandıracaq, digər tərəfdən gələcəkdə “Payçı” adlandıracaq X5 öz aralarında yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə müqavilə imzalayırlar”. Həmin müqavilənin 2-ci vərəqində müqavilənin podratçı kimi kooperativin sədri X7 tərəfindən icra edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Lakin apelyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasının tələblərini nəzərə almadan 11 noyabr 2005-ci il tarixli müqavilənin birbaşa yuxarıda göstərilən şərtinə əsasən həmin müqavilənin "xxxx" MTK-nın sədri kimi X7 tərəfindən imzalanıb-imzalanmamasını araşdırmamış, bunun nəticəsində MM-nin 49.1-ci maddəsinin tələbləri baxımından həmin hüquqi şəxsin iddiaçı qarşısında mülki vəzifələr daşıyıb-daşımamasına hüquqi qiymət verməmişdir.

30. Bundan əlavə, Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçının təqdim etdiyi 11 noyabr 2005-ci il tarixli kassa mədaxil orderi qəbzindəki imzaların d a həmin hüquqi şəxsin vəzifəli şəxslərinə aid olmadığını mübahisələndirsə də, apelyasiya instansiyası məhkəməsi yenə MM-nin 49.1-ci maddəsinin tələbləri baxımından müvafiq araşdırma aparmamışdır.

31. Bundan əlavə iddiaçı iddia tələbində müqavilədə göstərilən ona məxsus mənzilin qıfılının Cavabdeh1 MTK tərəfindən dəyişdirilməklə mənzilində təmir işlərinin həyata keçirilməsinə maneələr yaradıldığını göstərsə də, apelyasiya instansiyası məhkəməsi mənzilin açarının iddiaçıda olmasına dair ziddiyyətli nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar həmçinin mübahisəli mənzildə yerində müayinənin keçirilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən tərəflərə lazımı qaydada məlumat verilməməsi ilə bağlı Cavabdeh2 apelyasiya şikayətinin dəlilinə hüquqi qiymət verməmişd ir.

32. Həmçinin apellyasiya instansiyası məhkəməsi, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi, cavabdeh təşkilat tərəfindən indiyə kimi iddiaçıya onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının təqdim edilməməsinin və mənzilin natura şəklində ona təhvil verilməməsinin səbəblərini hüquqi cəhətdən araşdırmamışdır.

33. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 49 və 337-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prose ssual Məcəllənin 88 və 217-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. Apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, 01 iyul 2021-ci il tarixli, 4/715 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK ilə X5 adından bağlanmış olan X.Şuşinski küçəsində yerləən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbəsindəki 37 nömrəli mənzilə dair 11 noyabr 2005-ci il tarixli 47 nömrəli müqavilənin 2-ci vərəqində “Kooperativin sədri:” hissəsində “Qasımov.İ.S” qrafasındakı imza, X1 adından olan 90.425 ABŞ dolları məbləğinə dair 11 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzində "xxxx" qrafasındakı imza - X7 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

35. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.M.Həsənov və V.Ə.İbayev) 2(103)-1148/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı “Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 185,85 kv.m. 4 otaqlı mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılması” barədə iddia tələbləri təmin edilməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi 11 noyabr 2005-ci il tarixli 47 nömrəli müqaviləyə istinad etsə də, həmin müqavilədəki eləcə də həmin tarixli kassa mədaxil orderinin qəbzindəki imzalar məhz Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən edilmədiyi müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası iddianı təmin edərkən birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslara münasibətdə həmçinin qeyd edir ki, Cavabdeh2la Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsində olan məlumatlarının müqavilədə göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsas yarat mır, belə ki, mülki qanunvericiliyə əsasən müqavilə azadlığı prinsipi mövcuddur və həmin prinsipə əsaslanaraq Cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatları müqaviləyə yazılmaya bilər. Eləcə də təqdim edilmiş Cavabdeh1 Mənzil Tikinti Kooperativinin digər vətəndaşlarla bağladığı müqavilələrin əksəriyyətində də həmin məlumatlar göstərilməmişdir.

38. İddiaçı ilə həmin MTK arasında müqavilə bağlandığı zaman Cavabdeh2la daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, həmin müqavilədə mənzilin dəyərini təşkil edən 99.467 ABŞ dolları ödənilməklə Cavabdeh2 həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur.

39. Digər tərəfdən MTK ilə iddiaçı arasında bağlanmış müqavilədə MTK tərəfdən edilmiş imzaların MTK-nın sədri tərəfindən deyil, başqa şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur.

40. Bundan başqa mə hkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mübahisəli mənzilin Cavabdeh2 mülkiyyətində və sahibliyində olunması müəyyən edilmişdir; bu isə o deməkdir ki, mülkiyyətçi sahib olduğu əmlaka dair sərbəst şəkildə sərəncam verə bilər və həmin əmlakdan istifadə edə bilər. Mülkiyyətçinin mənzilinə ba ş çəkməməsi və ya mənzilin açarının başqa şəxs tərəfindən əldə edilməsi onun həmin mənzil üzərində olan mülkiyyət hüququna təsir göstərmir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinad etmişdir. d)Kassasiya instansiyası məhkəməsində ikinci icraat

42. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

43. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlər "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsində olan məlumatlarının müqavilədə göstərilməməsi faktına münasibət bildirər ək bu halın müqavilənin etibarsızlığı üçün əsas yaratmadığını və mülki qanunvericiliyin müqavilə azadlığı prinsipinə əsaslanaraq Cəfərovun şəxsiyyət vəsiqəsi məlumatlarının yazılmaya biləcəyini qeyd etmişdir. Mülki Məcəllənin müqavilə azadlığı” adlı 390-cı maddəsində prinsipin anlayışı verilərkən qeyd edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu normadan da görünür ki, qanunvericilik hər kəsə azad müqavilə bağlamaq imkanı verir, lakin bunu məcəllədə tutulan bəzi hallarla məhdudlaşdırır, bunun əsas səbəbi isə, qanunvericiliyin cəmiyyət və dövlətin mənafelərini qorumaq məqsədindən irəli gəlir. Müqavilə bağlanılarkən t ərəflərin şəxsi məlumatlarının qeyd edilməməsi - müqavilə öhdəliklərinin yerinə yetirilməməsi zamanı kimin məsuliyyət daşıyacağını, gələcəkdə baş verə biləcək hər hansı hüquq pozuntusu zamanı şəxsin hüquqlarının nə dərəcədə qorunacağını sual altına qoyur. Cavabdeh1 MTK tərəfindən bu cür müqavilələrin bağlanması həmin müqavilələrin “lazımi vəziyyətlərdə özlərinin xeyrinə dəyişdirilə biləcəyinin də sübutudur. Bununla da Bakı Apellyasiya Məhkəməsi tərəfindən ədalət mühakiməsinin prinsiplərinə əməl edilməmiş, qanunsuz mülki məhkəmə icraatı həyata keçirilmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.R.Xələfov (məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) 2(102)-3471/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

45. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış müqavilənin MTK-nın sədri tərəfindən imzalanmamasına əsaslanıb iddianı rədd edərkən nəzərə almamışdır ki, iş üzrə müəyyən olunmuş digər halların fonunda müqavilənin və kassa mədaxil orderi qəbzinin MTKnın sədri tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanması iddianın rədd edilməsi üçün əsas verməmişdir.

46. İşdən görünür ki, Sergey Sorokinlə bağlanmış 11 noyabr 2005-ci il tarixli müqavilədə onun iştirakçıların öhdəlikləri müəyyən olunmuş Cavabdeh1 MTK-nın VÖEN Nsi(********* *), ünvanı, hesab nömrəsi (**********0001) və Texnikabank ASC-nin VÖEN nömrəsi (9********),kodu (506872) və s. göstərilmişdir.

47. Həmin müqavilə kooperativin sədri İ.S.Qasımovun adı qarşısına imza atılmaqla və MTK-nın möhürü vurulmaqla təsdiq edilmişdir.

48. Bundan başqa, Sergey Sorokinə onun tərəfindən MTK-ya 90.425 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi barədə 11 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir.

49. Həmin qəbz adı və soyadı göstərilməyən və "xxxx" kimi təqdim olunan şəxs tərəfindən və MTK-nın baş mühasibi tərəfindən imzalanmış və qəbz MTK-nın möhürü ilə təsdiq olunmuşdur.

50. MTK-nın rəsmi sənədi olan göstərilən qəbzdə ödənilən pul məbləğinin (90.425 ABÇ dollarının) kassaya mədaxil olunması barədə qeydiyyat aparılmış və orada MTK-nın V ÖEN nömrəsi göstərilmişdir.

51. İş materiallarından görünür ki, MTK tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətlərində müqavilənin və qəbzin MTK-nın sədri İlham Qasımov tərəfindən imzalanması inkar olunsa da, S.Sorokin tərəfindən mənzilə görə MTK-ya 90.425 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi inkar olunmamışdır.

52. Müəyyən olunduğu kimi, bundan sonra mənzilin açarları İddiaçı təqdim olunmuş və o, mütəmadi olaraq mənzilə getmişdir.

53. İşin həmin halını birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilərkən orada iştirak edən və özünü yaşayış binasının gözətçisi kimi təqdim edən Bəxtiyar Şahverdiyev təsdiq e tsə da, apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində o, göstərdiklərini və ümumiyyətlə mənzilə baxış keçirilməsini inkar etmişdir.

54. Halbuki işdən göründüyü kimi 06 mart 2019-cu il tarixdə məhkəmə heyəti tərəfindən mənzilə baxış keçirilmiş, mənzilin giriş qapısı İddiaçı tərəfindən açılmış və yerli baxış zamanı mənzilə daxil olan və özünü gözətçi kimi təqdim edən Bəxtiyar Şahverdiyev mübahisəli mənzilin açarının İddiaçı olmasını və mənzilə yalnız onun baş çəkməsini, həmin mənzilə başqa şəxsin gəlməməsini göstərmişdir.

55. İşin yuxarıda göstərilən halları, yəni iddiaçıya müvafiq qaydada imzalanmış və MTK-nın möhürü ilə təsdiq olunmuş və onun iştirakçılarının öhdəliklərini və məsuliyyətini müəyyən edən yazılı müqavilənin təqdim olunması, həmin müqavilədə MTK-ya məxsus bütün məlu matların göstərilməsi, mənzilin dəyərinin iddiaçıdan qəbul edilərək MTK-ya mədaxil olunması və bununla əlaqədar iddiaçıya həm müəssisənin rəhbəri və həm də baş mühasibi tərəfindən imzalanmış rəsmi sənədin (kassa mədaxil orderi qəbzinin) verilməsi, eləcə də mənzilin açarlarının təqdim olunması və uzun illər ərzində, yəni təxminən 14 il ərzində iddiaçıya mənzillə bağlı hər hansı iradın bildirilməməsi və onun mənzilə maneəsiz daxil olması belə bir nəticəyə gəlməyə əsas verir ki, İddiaçıla MTK arasında mübahisəli mənzilin tikintisi və alqı-satqısına dair müqavilə mövcud olmuş, həmin müqavilə əsasında tərəflərin öhdəlikləri yaranmışdır.

56. Göstərilən vəziyyətdə müqavilədəki və kassa mədaxil orderi qəbzindəki imzaların MTK-nın sədri işləmiş İlham Qasımova məxsus olmaması barədə ekspertiza rəyi, kollegiyaya görə, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmaması nəticəsinə gəlmək üçün əsas verməmişdir.

57. Belə halda müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmamasına görə iddiaçı deyil, MTK məsuliyyət daşımışdır.

58. MTK-nın müqavilə bağlanan zaman və ondan sonrakı rəftarı təsdiq edir ki, MTK iddiaçı qarşısında mənzilin tikintisi və onun iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüş və mənzilin dəyərini qəbul edib açarlarını ona təhvil verməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmişdir.

59. Lakin mənzildə təmir işlərinin aparılmasına MTK tərəfindən maneə törədilməsi və eləcə də mənzilə dair başqası ilə müqavilə bağlamasının bildirilməsi ilə əlaqədar iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

60. Apellyasiya inst ansiyası məhkəməsi sübutlara qiymət verərkən işin həmin hallarını nəzərə almamış, kassa mədaxil orderi qəbzini imzalamış baş mühasibi dindirməmiş, onun vasitəsi ilə qəbzdəki "xxxx" sözü qarşısındakı imzanın kimə məxsus olmasını aydınlaşdırmamışdır.

61. İşin həmin halları mübahisəli hüquq münasibətinə tam aydınlıq gətirilməsi baxımından əhəmiyyətli olsa da, kollegiya hesab edir ki, tərəflər arasında onların iradəsini ifadə edən müqavilə bağlanmışdır. Bu zaman təkçə müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmaması faktı kollegiyaya görə onlar arasında yuxarıda qeyd olunduğu kimi, müqavilə münasibətlərinin olmaması, eləcə də MTK-nın iddiaçı qarşısında mənzilin tikilib ona təhvil verilməsi barədə üzərinə öhdəlik götürməməsi kimi qiymətləndirilə bilməz.

62. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin müqavilənin etibarlılığına münasibətdə gəldiyi nəticəni qanunsuz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları nəzərə almadan, onlara tam və hərtərəfli qiymət vermədən düzgün olmayan nəticəyə gəlmişdir.

63. Nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış müqavilə indiyə kimi qüvvədidir və müqavilədə müəyyən olunmuş öhdəliklərin icrasına görə MTK məsuliyyət daşıyır.

64. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən əsaslandığı sübutlardan biri də mübahisəli mənzilə dair müqavilənin Cavabdeh2la daha əvvəlki müddətə bağlanması ilə əlaqədardır.

65. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə iddiaçı ilə olan müqavilədən təxminən 1 ay əvvəlki müddətə aid olsa da, işdən göründüyü kimi iddiaçı həmin müqavilənin sonradan tərtib olunmaqla saxta olmasını əsas göstərməklə etibarsız sayılmasını tələb etmiş və bu zaman tələbini sübuta yetirmək üçün bir-sıra dəlillər irəli sürmüşdür.

66. Tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi olduğundan MTK həmin müqavilədə eyni zamanda podratçı kimi çıxış etmiş və onun tərəfindən tikilən eyni mənzilin həm iddiaçının həm də Cavabdeh2 sahiblik və istifadəsinə verilməsinə dair iki müqavilə bağlanmışdır.

67. Halbuki, birinci müqavilə ikinci müqavilənin bağlanmasını istisna etməklə bu, mülki qanunvericiliyin tələblərinə ziddir.

68. Belə olduqda, birinci bağlanmış müqaviləyə üstünlük verilməli və mübahisə həmin müqaviləni bağlamış şəxsin xeyrinə həll edilməlid ir, bu şərtlə ki, həmin müqavilə mülki qanunvericiliyin şərtlərinə əməl edilməklə bağlanmış olsun.

69. Əgər birinci müqavilə onun etibarsız olmasına əsas verən qanun pozuntuları ilə bağlanmışdırsa, ikinci müqavilə qüvvədə olur və mübahisə həmin müqavilədə müəyyən olunmuş şərtlərə və öhdəliklərə uyğun həll edilir.

70. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışına görə onun tərəfindən mübahisəli mənzilin pay dəyəri tam ödənilmişdir.

71. Cavabdehlə olan müqavilədə onun 08 oktyabr 2005-ci il tarixdə bağlanması göstərilsə də, onun adına yuxarıda göstərilən maliyyə arayışı 25 sentyabr 2013-cü il tarixdə verilmişdir. Müqavilədə mənzilin dəyəri 99.467 ABŞ dolları göstərilsə də cavabdehin həmin məbləği həqiqətən də MTK-nın kassasına keçirməsi ümumiyyətlə araşdırılmamış, bunu təsdi q edən sübutlar əldə olunmamış, onlara müvafiq hüquqi qiymət verilməmişdir.

72. Cavabdeh2 mənzilin tam dəyərini MTK-ya ödəməsi və nə vaxt ödəməsi barədə müqavilə bağlanan zaman kassa mədaxil orderi qəbzinin verilməməsi aydın deyildir və işin həmin halı mənzilin dəyərinin cavabdeh tərəfindən MTK-ya həqiqətən də ödənilməsinə inam yaratmır.

73. Əgər həqiqətən də mənzilə dair müqavilə cavabdehlə bağlanmışdırsa və mənzilə görə onun tərəfindən kooperativə 99.467 ABŞ dolları ödənilmişdirsə, ondan təxminən bir ay sonra iddiaçıdan həmin mənzilə görə 90.425 ABŞ dolları alınıb ona MTKnın möhürü ilə təsdiq olunmuş müqavilənin və kassa mədaxil orderi qəbzinin təqdim olunmasına dair MTKnın hərəkəti anlaşılan deyildir və sağlam məntiqə sığmır. 74. şdən görünür ki, iddiaçı ilə bağlanmış müqavilə və 21 a prel 2006-cı il tarixdə payçı X10 ilə bağlanmış müqavilə məzmununa və digər əlamətlərinə görə eyni olmaqla həmin müqavilələr Cavabdeh2la bağlanmış müqavilədən fərqlənir.

75. Cavabdeh2la bağlanmış müqavilədə yalnız onun adı, soyadı və atasının adı göstərilmiş, onun şəxsiyyətini müəyyən edən digər məlumatlar göstərilməmişdir. 76.. Halbuki, MTK ilə mənzilə dair müqavilə bağlayan və MTK-ya 99.467 ABŞ dolları məbləğində pul vəsaiti ödəyən şəxsin kimliyi onun şəxsiyyətini təsdiq edən vəsiqə vasitəsi ilə müəyyən olunmalı, şəxsiyyət vəsiqəsinin nömrəsi, həmin vəsiqənin nə vaxt, hansı orqan tərəfindən verilməsi, eləcə də yaşadığı ünvan müəyyən olunmalı və həmin məlumatlar müqavilədə əks olunmalı idi.

77. Cavabdehlə bağlanmış müqavilədə həmin məlumatların göstərilməməsi belə bir anlama gəlməyə əsas verir ki, həmin müqavilə şəxsiyyəti yoxlanılmamış və müəyyən olunmamış şəxslə bağlanmışdır.

78. Apellyasiya instansiyası məhkəməsi müqavilə azadlığı prinsipinə əsaslanaraq işin həmin hallarının müqavilənin etibarsız sayılması üçün əsas verməməsi nəticəsinə gəlsə də, kollegiya məhkəmə kollegiyasının həmin nəticəsi ilə razılaşmır.

79. Mübahisəli mənzilə dair müqavilə cavabdehlə daha əvvəlki tarixə aid olsa da, müqavilə bağlanan zaman ona mənzilin dəyərini ödəməsi barədə rəsmi maliyyə sənədi olan kassa mədaxil orderi qəbzinin verilməməsi, cavabdeh tərəfindən təqdim olunmuş maliyyə arayışının ona 2013-ilin sentyabr ayında, müqavilənin bağlandığı vaxtdan təxminən 8 il sonra verilməsi, həmin pul məbləğinin həqiqətən də MTK-ya mədaxil olunması barədə məhkəməyə mötəbər sübutların təqdim olunmadan, mənzilin açarının cavabdehə deyil, iddiaçıya verilməsi, cavabdehin mənzilə bu illər ərzində baş çəkməsi barədə işdə sübutların olmaması, iddiaçının isə mütəmadi olaraq maneəsiz mənzilə daxil olması və bununla əlaqədar ona hər hansı iradın bildirilməməsi, cavabdehlə bağlanmış müqavilənin məzmununun iddiaçı və digər payçı ilə həmin dövrdə bağlanmış müqavilələrin məzmunundan fərqlənməsi, cavabdehin MTK-nın işçisi (sədrin cangüdəsi) olması, iddiaçıdan alınmış pul məbləğinin uzun illər ərzində ona qaytarılmaması, eləcə də apellyasiya instansiyası məhkəməsinin müqavilənin bağlanması üçün faktiki olaraq əhəmiyyətsiz hesab etdiyi cavabdehin şəxsiyyəti barədə məlumatların yoxlanılmaması və müəyyən olunmaması ilə əlaqədar sübutların məcmusu həmin müqavilənin 08 oktyabr 2005-ci il tarixdə bağlanmas ına ciddi şübhə yaratdığından kollegiya apellyasiya instansiyası məhkəməsinin müqavilənin cavabdehlə daha əvvəlki tarixə bağlanmasına dair gəldiyi nəticəni əsaslı saymır.

80. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. e)Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

81. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və C.A.Yusifov) 2(103)-5833/2022 saylı, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmə miş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(001)- 2405/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

82. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya müvafiq qaydada imzalanmış və MTK-nın möhürü ilə təsdiq olunmuş və onun iştirakçılarının öhdəliklərini və məsuliyyətini müəyyən edən yazılı müqavilənin təqdim olunması, həmin müqavilədə MTK-ya məxsus bütün məlumatların göstərilməsi, mənzilin dəyərinin iddiaçıdan qəbul edilərək MTK-ya mədaxil olunması və bununla əlaqədar iddiaçıya həm müəssisənin rəhbəri və həm də baş mühasibi tərəfindən imzalanmış rəsmi sənədin (kassa mədaxil orderi qəbzinin) verilməsi, eləcə də mənzilin açarlarının təqdim olunması və uzun illər ərzində, yəni təxmin ən 14 il ərzində iddiaçıya mənzillə bağlı hər hansı iradın bildirilməməsi və onun mənzilə maneəsiz daxil olması belə bir nəticəyə gəlməyə əsas verir ki, İddiaçıla MTK arasında mübahisəli mənzilin tikintisi və alqısatqısına dair müqavilə mövcud olmuş, həmin müqavilə əsasında tərəflərin öhdəlikləri yaranmışdır.

83. Göstərilən vəziyyətdə müqavilədəki və kassa mədaxil orderi qəbzindəki imzaların MTK-nın sədri işləmiş İlham Qasımova məxsus olmaması barədə ekspertiza rəyi, kollegiyaya görə, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmaması nəticəsinə gəlmək üçün əsas verməmişdir.

84. Belə halda müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmamasına görə iddiaçı deyil, MTK məsuliyyət daşımışdır.

85. MTK-nın müqavilə bağlanan zaman və ondan sonrakı rəftarı təsdiq edir ki, MTK idd iaçı qarşısında mənzilin tikintisi və onun iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüş və mənzilin dəyərini qəbul edib açarlarını ona təhvil verməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmişdir.

86. Lakin mənzildə təmir işlərinin aparılmasına MTK tərəfindən maneə törədilməsi və eləcə də mənzilə dair başqası ilə müqavilə bağlamasının bildirilməsi ilə əlaqədar iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

87. Kollegiya hesab etmişdir ki, tərəflər arasında onların iradəsini ifadə edən müqavilə bağlanmışdır. Bu zaman təkcə müqavilənin və qəbzin MTK-nın sədri tərəfindən imzalanmaması faktı kollegiyaya görə onlar arasında yuxarıda qeyd olunduğu kimi, müqavilə münasibətlərinin olmaması, eləcə də MTK-nın iddiaçı qarşısında mənzilin tikilib ona təhvil veril məsi barədə üzərinə öhdəlik götürməməsi kimi qiymətləndirilə bilməz.

88. Nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış müqavilə indiyə kimi qüvvədədir və müqavilədə müəyyən olunmuş öhdəliklərin icrasına görə MTK məsuliyyət daşıyır.

89. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157,178, 324, 337, 340, 385, 421, 423, 442ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

90. Cavabdeh X11 ( Vəkil3 ) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

91. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mübahisəli mənzili n mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair xx.xx.2005-ci il tarixdə müqavilə bağlanmış və mənzilin dəyəri Cavabdeh2 tərəfindən MTK-ya tam ödənilmişdir. Gözəlov (Sorokin) Sergey Vladimiroviçin məhkəməyə təqdim etdiyi həm xx.xx.2005-ci il tarixli müqavilə, həm də eyni tarixli maliyyə arayışı saxta sənədlərdir. Cavabdeh1 MTK heç vaxt Gözəlov (Sorokin) Sergey Vladimiroviçə ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci korpus, 1-ci bloku, 9-cu mərtəbə, ümumi tikinti sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzili satmamışdır. Həmin mənzilin satılması üçün Cavabdeh1 MTK-nın iradə ifadəsi mövcud olmamışdır. Mübahisəli mənzilin güya İddiaçı satılması və guya sonuncunun mənzilin dəyərini MTK-ya ödəməsi barədə apellyasiya instansiyası məhkəməsi nin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Apelyasiya instansiyası məhkəməsi saxta imza olan müqaviləni və maliyyə arayışını etibarlı sənəd kimi qəbul etmiş, bununla da Mülki Məcəllənin 324-cü 358-ci, 360-cı, 337-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə, tərəflər arasında həqiqətən də mülki mübahisənin mövcudluğunu təsdiq edən heç bir sübut olmadığı halda, iddiaçının iddiasını əsaslı hesab etmişdir. İddiaçının iddia etdiyi mübahisəli mənzilə dair bağlanmış müqavilə və güya həmin mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən maliyyə arayışındakı imzalar Cavabdeh1 MTK-nın rəhbəri olan İ.Qasımovun imzaları deyil, həmin imzalar başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bu hal iş üzrə alınmış ekspert rəyində öz təsdiqini tap mışdır. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi həmin imzaların kim tərəfindən icra olunması, iddiaçının harada, kimlərin iştirakı ilə, hansı şəraitdə müqavilənin bağlanması, pulun kimə verilməsi istiqamətində heç bir araşdırma aparmamış, bu hallarla bağlı iddiaçı tərəfin heç bir sübut təqdim etməməsini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi isə, tərəflər arasında həqiqətən də mülki mübahisənin mövcudluğunu təsdiq edən heç bir sübut olmadığı halda, iddiaçının iddiasını əsaslı iddia hesab etmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, bu normaları düzgün tətbiq etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

92. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Konstitusiyası

93. Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

94. Maddə 13.3 Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

95. Maddə 29.1 Hər kəsin mülkiyyət hüququ vardır. Mülki Məcəllə

96. Maddə

152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hü quqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

97. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

98. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

99. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

100. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

101. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

102. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

103. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

104. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

105. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdı r. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

106. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

107. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

108. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

109. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

110. Maddə

423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

111. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mül ki Prosessual Məcəllə

112. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

113. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

114. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

115. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

116. Maddə 416.1 Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

117. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

118. Hazırkı kassasi ya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

119. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

120. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

121. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

122. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

123. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5833/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar