Məhkəmə qərarları › İş №2(102)-859/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-859/2024

14.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-859/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X10) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X10) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5019/2023 nöm rəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 148a saylı evin 33 nömrəli mənzili X3 mülkiyyətində olmuş, xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən bu mənzili övladı Cavabdeh bağışlamışdır. Həmin müqavilə əsasında bağışlanmış mənzil üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

2. X3 əvəzinə müqaviləni xx.xx.2013-cü il tarixli etibarnamə əsasında X10 imzalamışdır.

3. İddiaçı ilə cavabdeh qardaşdırlar. X8 vəfat e tmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə X8 tərəfindən X6 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamənin, həmin etibarnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 148a saylı evin, 33 saylı mənzilinin X10 tərəfindən Cavabdeh adına bağışlanmasına dair xx.xx.2013-cü ildə Bakı şəhəri 51 saylı Notariat Kontorunda 4Ə/-859 reyestr nömrəsi ilə qeydə alınmış və xüsusi notarius Ü.F.Kərimovun imzası ilə təsdiq edilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsi əsasında Cavabdeh adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********405101-093009, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı illərdə Rusiya Federasiyasına işləmək üçün getmişdir. 1988-ci ildə ünvan 1 ünvanında yerləşən 33 saylı mənzili almışdır. Lakin o zaman Rusiyada qeydiyyatda olub, yaşayan insanlar Bakı şəhərində öz adlarına mənzil ala bilməzdilər. Ona görə həmin vaxtı aldığı mənzili formal olaraq anası X3 adına rəsmiləşdirmişdir. Mənzil bir neçə müddət boş qalmış və sonradan Naxçıvan Respublikasında qohumlarının maddi vəziyyəti ağır olduğuna görə anasına və qardaşı Şahinə icazə vermişdir ki, Bakı şəhərinə gəlib mənzilinə köçüb yaşasınlar. O, Rusiyadan Bakı şəhərinə qayıdanda hər dəfə mənzilə gəlmiş və bir neçə gün qalaraq getmişdir. O zaman anası mənzili öz adına keçirməyi bildirsə də, vaxt tapıb Bakı şəhərinə gələ bilməmişdir. Anasının adından X6 adına olan etibarnamə qanunsuz, saxta olmuşdur. Həmin etibarnamə əsasında mənzilini Şahinin adına qeydiyyatdan keçirilməsi aşağıdakı əsaslara görə qanunsuzdur. Əvvəla, etibarnamədə anası İbrahimova Nərgizin imzası yoxdur. Həmin etibarnamənin imza yerinə baxıldıqda, imza yerində guya anası öz adını yazmışdır. Bu tamamilə yalandır. Anası savadsız olmuş, onun etibarnamədə imza yerində latın əlifbası ilə öz adını yazmaq qabiliyyəti olmamışdır. Çünki etibarnamədə anasının adı yazılan sözləri savadlı şəxs tərəfindən yazılmışd ır. Anası nəinki latın əlifbası ilə yazıb oxumağı öyrənməmiş, hətta anasının yaşadığı dövrdə kiril əlifbasını belə yazıb oxumağı bilmirdi. Bunu o hal təsdiq edir ki, bağışlanma müqaviləsinə əlavə edilmiş anasının şəxsiyyət vəsiqəsində olan imzası ilə etibarnamədə olan imzası arasında böyük fərq vardır. Anası 2005-ci ildə şəxsiyyət vəsiqəsi alanda latın əlifbası ilə yazıb oxumaq bilmədiyi halda, 2013-cü ildə anasının latın əlifbası ilə yazı yazıb adını yazmaqla imza etməsi mümkün deyil. İkincisi, əgər anası mənzil barədə notariat əməliyyatı aparılması üçün tanımadığı bir şəxsin adına etibarnamə verirsə, bunun üçün Notariat kontoruna gələ bilirsə, o zaman birbaşa bağışlanma müqaviləsini özü imzalamaması sual doğurur. Hər bir şəxs öz sağlığında öz adına olan əmlakı bağışlama müqaviləsini sə rbəst imzalamaq hüququna malikdir. Bunun üçün əlavə notariat əməliyyatı keçirilməsinə, yəni başqa şəxsə etibarnamə verməsinə heç bir zərurət yoxdur. Bu hal ona dəlalət edir ki, anasının adına aldığı mənzili, anasının adından saxtakarlıq edilərək başqa şəxsin adına qanunsuz sənədləşdirilmişdir.

6. Məhkəmə hazırlıq iclasında savabdeh Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş, məhkəmə baxışı iclasında iştirak etməmişdir.

7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 bildirmişdir ki, Cavabdeh onun ailəvi dostu və iş yoldaşı olmuşdur. Cavabdeh ona 2013-cü ildə bildirmişdir ki, notariat orqanlarında problem yaşanmasın deyə anası, X2 onun adına etibarnamə versin, o da öz növbəsində həmin etibarnamə əsasında evi Cavabdeh bağışlasın. Lakin bütün bu notarial hərəkətlərin baş verdiyi dövrdə də Cavabdeh bildirmişdir ki, mənzil qardaşı İddiaçıdur. Etibarnamənin verilməsində X8 notariat orqanına gəlmişdir, həmin vaxt o, hansı sənədi imzaladığının mənasını anlayırdı.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. O, Rusiya Federasiyasında fəaliyyət göstərdiyi dövrdə bilavasitə notarial hərəkətlərinin aparılmasını qardaşına etibar etmiş, lakin qardaşı Cavabdeh anası X4 aldadaraq, etibarnamə ilə X9, sonuncu da öz növbəsində mənzili Cavabdeh bağışlamışdır. Həmin mənzilin artıq qaynı Cavabdeh mülkiyyətində olmasından qayınanasının yas mərasimində xəbər tutmuşdur.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1501/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Novr uzova) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2013-cü il tarixində X8 tərəfindən X6 adına verilmiş ARİ N: 256101 saylı 7E-11-8844 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə, eləcə də hədiyyə verən X3 etibarnamə üzrə nümayəndəsi X10 ilə İbrahimov hədiyyə alan Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində reyestrdə 4Ə/-859 nömrə ilə qeyd edilmiş bağışlanma müqavilələri hər iki tərəfin iradə ifadəsi ilə könüllü və sərbəst şəkildə bağlanmışdır.

11. Məhkəmə həmçinin iddia müddətinin tətbiqinə dair məsələyə münasibətdə qeyd edib ki, tərəflər arasında bağışlama müqaviləsi xx.xx.2013-cü ildə bağlanmış, həmin müqavilələrin etibarsızlığına dair iddia ərizəsi isə məhkəməyə 10 ildən sonra təqdim edilmişdir. İddiaçı tərəfindən təmin edilmiş şahid X1 öz ifadəsində bildirmişdir ki, mübahisəli əmlakın Cavabdeh (qaynı) mülkiyyətində olmasından X3 yas mərasimində xəbər tutmuşlar. Bu halda məhkəmə hesab edir ki, əqdin mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə də iddia ərizəsi rədd edilməlidir.

12. Məhkəmənin hazırlıq iclasında tərəflərin təqdim etdiyi barışıq sazişinə münasibətdə məhkəmə qeyd edib ki, iş üzrə cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmiş və məhkəmə araşdırmasını barışıq sazişi ilə tamamlamaq niyyətini bildirməmişdir. Bundan əlavə, iddiaçının vəkili və nümayəndəsinin verdiyi izahatla müəyyən edilmişdir ki, Cavabdeh arvadı Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 148a saylı evin, 33 saylı mə nzilə dair belə bir barışıq sazişinin bağlanmasına etiraz etmişdir. Buna görə də, məhkəmə mübahisəyə mahiyyəti üzrə baxmışdır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4, 339.1-339.4, 666-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icr aat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, cavabdeh mənzili öz adına o şərtlə bağışlanma müqaviləsi ilə keçirdib ki, sonradan iddiaçı mənzili ondan tələb etməsin. Belə şərtlə bağışlama Mülki Məcəllənin 666.1-ci maddəsinə ziddir. Həmin maddəyə görə, bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Сavab xidməti müqavilənin mətnində qeyd olunmasa da, cavabdehin məhkəmədə verdiyi izahatda və Əbülfəz Əliyevin izahatında bu hal öz təsdiqini tapmışdır. Bu hal birinci, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi mesaj və Whatsapp yazılarında təsdiqini tapmışdır. İkinc i, cavabdeh tərəfindən imzalanmış sazişdə mənzili ona qaytarmağa razılıq verdiyini bildirir. Üçüncü, bağışlama müqaviləsi mənəvi dəyərlərə əsaslanan müqavilədir. Yəni hədiyyə verən heç bir əvəz almadan öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, bağışlama müqavilə etibarsızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(103)-5019/2023 nömrəli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən v ə məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları kimi müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh qardaşdır. xx.xx.2013-cü il tarixli mənzilin bağışlanması müqaviləsinə əsasən tərəflərin anası X8 mübahisə predmeti olan mənzili Cavabdeh bağışlamışdır. X3 əvəzinə müqaviləni xx.xx.2013-cü il tarixli etibarnamə əsasında X10 imzalamışdır.

18. İddiaçı bildirir ki, mübahisə predmeti olan mənzil onun vəsaiti hesabına alınmış mənzil olduğundan bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, etibarnamədəki imza anasına məxsus deyil, çünki anası latın əlifbası ilə yaza bilməmişdir.

19. M əhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, bağışlama müqaviləsindən müəyyən olunur ki, X8 əvəzinə müqaviləni xx.xx.2013-cü il tarixli etibarnamə əsasında X10 imzalamışdır. X10 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. X10 məhkəmə iclasında verdiyi izahatında təsdiqləmişdir ki, ona etibarnaməni Nərgiz İbrahimova özü gəlib verdi. Etibarnamə veriləndə ana da, Şahin də orada idi.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 22 avqust 2013-cü il tarixli mənzilin bağışlanması müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmışdır.

21. İddiaçının apellyasiya şikayətinin digər dəlili odur ki, cavabdeh mənzili qaytarmağa razılıq verdiyini yazışmalarda, barışıq sazişində qeyd etmişdir.

22. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmiş dir ki, iddiaçının apellyasiya şikayətində sadaladığı əsaslar bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas təşkil etmir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.3, 146.1, 140, 337.1, 337.3, 666.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək qətnaməni ləğv edib işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları, o cümlədən məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 739, 740 və 448-ci maddələrinin tələbləri pozu lmuşdur. Mülki Məcəllənin 739cu maddəsinə görə borc müqaviləsinin iştirakçıları biri digərindən aldığı borcu qaytarmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, müqavilə onunla bağlansa da borc X5 verilmişdir. Eyni zamanda məhkəmə həmin borc müqaviləsinin iddiaçı ilə K.İsmayılov arasında faktiki olaraq Mülki Məcəllənin 740-ci maddəsinə uyğun olmaqla şifahi bağlanmasını nəzərə almamışdır. Apellyasiya məhkəməsi tərəflərin iradə ifadəsuni nəzərə almamış və buna düzgün qiymət verməmişdir. Bu əsaslarla da məhkəmə səhv nəticəyə gəlmiş, bütün bunlar da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 407.2 Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: … 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənil diyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.

29. Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 40 8.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilərək iş kassasiya baxışından çıxarılmaql a apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

33. Belə ki, iş üzrə iddiaçının verdiyi kassasiya şikayəti 05 fevral 2024-cü il tarixli qərardadla kassasiya icraatına qəbul edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

34. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

35. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulu r.

36. Bu növ məhdudiyyətlərdən biri MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin forma və məzmunu üçün nəzərdə tutulmuş tələblərə əməl olunmamasıdır.

37. Belə ki, MPM-nin 407.1-ci və 407.1.4-ci maddələrin tələbinə görə kassasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməklə yanaşı, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

38. Məcəlləyə əlavə 3-də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin nədən ibarət olması açıqlanaraq göstərilir ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq normas ı sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

39. Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olması göstərilməyib. Kassasiya şikayətinin “Maddi hüquq normasınıın pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” bölməsində başqa şəxsin borc tələbi üzrə iddiaçı olduğu işə aid dəlillər əksini tapmışdır və hazırda baxılan işlə əlaqəsi qeyd olunmayıb.

40. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsində icraat kassasiya şikayətinə əsasən başlanır.

41. MPM-nin 416.1-cu maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Kassasiya icraatının düzgün aparılması üçün ilk növbədə kassasiya şikayətinin obyekti və predmeti müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 416-cı maddəsinin təhlilindən göründüyü kimi, kassasiya şikayətinin obyekti apelyasiya instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt kassasiya şikayətində əksini tapmış tələblərlə məhdudl aşa bilər.

43. Kassasiya şikayətinin predmeti dedikdə, isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.

44. Başqa sözlə kassasiya icraatı kassasiya şikayətinin dəlillərinin araşdırılmasından ibarətdir. Məhkəmə kassasiya şikayətində göstərilməyən maddi və prosessual hüquq normalarının pozuntularını araşdıra bilməz (MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulan hallar ustusna olmaqla). Buna görə də kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillər göstərilmədikdə, məhkəmə araşdırmasının predmetini müəy yən etmək olmayacaqdır.

45. İşin bu prosessual vəziyyəti MPM-nin 404-1.2-ci maddəsinə əsasən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. Buna görə də kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır.

46. Eyni zamanda kassasiya şikayəti geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki kassasiya şikayətinin MPM-nin 407-ci maddəsində müəyyən edilmiş forma və məzmunda tərtib olunmaması, 408.1.1-ci maddəsinə əsasən apelyasiya instansiyası tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

47. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

48. Odur ki, kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

49. Nəzərə alınmalıdır ki, MPM-nin 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

50. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin yenidən yoxlanılması ilə bağlı xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 05 fe vral 2024-cü il tarixli qərardadı İddiaçı kassasiya şikayətinin icraata qəbul olunmasına aid hissədə ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5019/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar