Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-86/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı (maraqlarına toxunan şəxs Maraqlı şəxs) iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın qəbul edilməsi qaydaları, ev vəsiyyətnaməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması barədə iddia ərizəsi üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4863/2022 nömrəli, 17 avqust 2022- ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, 80 saylı fərdi yaşayış evi (bundan sonra-miras əmlakı) Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2004-cü il tarixli, 4Ə/1-180 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır.
2. İddiaçı ilə X6 arasında tərtib edilərək imzalanmış xx.xx.2020-ci il tarixli sənədə əsasən sonuncu 10 il müddətə hər ay 500 manat olmaqla cəmi 60.000 manat pul müqabilində Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi 80 saylı evin İddiaçı adına keçirilməsinə və çıxarış veri lməsinə etiraz etmədiyini bildirmişdir.
3. X6 xx.xx.2021-ci ildə ölmüşdür. 4. 46 saylı notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda notariat ofisinə təqdim etdiyi vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187.1-ci və 1187.2-ci maddələrinin tələblərinə uyğun olmadığından X1 miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmadığı qeyd olunmuş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,17 noyabr 2021-ci il tarixdə ölmüş X1 miras qalmış fərdi yaşayış evinə dair İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, vəsiyyət üzrə vərəsə olaraq vəsiyyətnamə üzə öhdəliyi yerinə yetirmiş, miras qoyan X4 miras qoyanın atasının yanında dəfn etmiş, həmçinin miras əmlakı olan yaşayış evinə faktiki sahiblik və idarə etməyə başlamış, beləliklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İşin hallarından və ərizəyə əlavə sənədlərdən göründüyü kimi, Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu tərəfindən iddiaçıya vərəsəliyə dair şəhadətnamənin verilməsi qeyri-mümkün hesab edilməməsinin əsaslarından biri mərhumun vəsiyyətnaməni öz əli ilə yazması, digər əsas isə onun tərə findən təqdim edilmiş vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi olmuşdur. Belə ki, vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi ilə bağlı Mülki Məcəllənin 1186-cı və 1187-ci maddələrinə istinadən qeyd edir ki, vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Başqa sözlə, vəsiyyət edən vəsiyyətnaməni özündə də saxlaya bilər, məhz bu vəsiyyətnaməyə ev vəsiyyətnaməsi deyilir. Sadəcə olaraq qanunverici vəsiyyətnamənin iki formasını, yəni notariat formasını və sadə yazılı formasını təsbit etmiş və hüquqi nəticə etibarı ilə notariat vəsiyyətnaməsinə sadə yazılı vəsiyyətnamə (ev vəsiyyətnaməsi) ilə müqayisədə üstünlük hüququ vermişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının və mərhum Tofiqin qonşusudur. 1977-ci ildən qonşuluqda yaşayır, Tofiqin qohumu olmamışdır, onun yanında gəlib-gedən yaxınlarını görməmişdir. Yadigar bir qonşu kimi həmişə Tofiqin qayğısına qalmış, ona maddi köməklik göstərmişdir, Tofiq sağlığında ona məxsus evi Yadigara vəsiyyət edəcəyini bildirmişdir və 2020-ci ilin yay aynda Tofiqgildə olarkən Yadigarın adına vəsiyyətnamə tərtib edilmiş və imzalanmışdır. Həmin vaxt orada Yadigar, onun qardaşı və o, olmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşıdır. Qardaşı ilə bir ünvanda yaşayır. Tofiq onun qonşusu olmuşdur. Tofiqin maddi imkanı yaxşı olmamışdır, onun gündəlik tələbatını çox vaxt qardaşı Yadigar ödəmişdir. Tofiqin yas mərasiminin xərclər ini belə qardaşı Yadigar çəkmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 aprel 2022-ci il tarixli, 2(009)-661/2022 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, şəxs öz sağlığında ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə sərəncam verə bilər. Göstərilən şəxs öldükdə onun hüquq və vəzifələri həmin sərəncamda göstərilən şəxslərə keçir. Bu cür vərəsəlik mülki hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında vəsiyyət üzrə vərəsəlik adlanır. Vəsiyyət üzrə vərəsəlik onu ifadə edir ki, vəsiyyət edənin (miras qoyanın) vərəsəli olan şəxslərin dairəsi vərəsəliyin şərtləri və qaydası bilavasitə qanunun özü ilə yox, miras qoyanın iradəsi ilə müəyyən ed ilir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, X6 öldükdən sonra onun mülkiyyətində olan evə məhz İddiaçı sahiblik etməyə və eyni zamanda, həmin əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.
12. Məhkəmə X6 tərəfindən sadə yazılı formalı vəsiyyətnamə tərtib edərkən orada iştirak edən və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlmişdir ki, xx.xx.2020-ci il tarixli vəsiyyətnamə xx.xx.2021-ci il tarixdə ölmüş X6 tərəfindən tərtib edilərək imzalanmış və bu səbəbdən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi kimi, yəni Mülki Məcəllənin 1186-cı maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə kimi qəbul edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1166, 1168, 1179.1, 1186, 1190, 1243.1, 1243.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs statusuna malikdir, çünki o, 17 noyabr 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsidir (bacısı) və ona miras əmlakına dair 19 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 1187.1-ci maddəsinə görə vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnamənin zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər müvafiq vəzifəli şəxsə) verə bilər; həmin şəxsin orada olması onların zərfdəki imzaları ilə təsdiqlənir. Lakin mərhum X6 vəsiyyətnaməni evdə saxlamışdır. Mərhum X2 tərtib etdiyi vəsiyyətnamə sadə yazılı formada olan vəsiyyətnamədir və həmin vəsiyyətnamə notariusda saxlanılmalı idi. Qanunvericiliyinin bu normasına əməl etməyən mərhum X6 tərəfindən tərtib edilmiş “ev vəsiyyətnaməsi” tamamilə etibarsı z sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 1187.2ci maddəsinə görə vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnamənin saxlanması onun notariusda (və ya digər müvafiq vəzifəli şəxsə) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Lakin mərhum X2 tərtib etdiyi ev vəsiyyətnaməsinin rəsmən depozitə qoyulmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi isə buna əhəmiyyət verməmişdir.
16. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərə əsasən, miras əmlakı olan fərdi yaşayış evinə dair maraqlarına toxunan şəxs mərhumun bacısı Maraqlı şəxs 23 may 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instans iyası məhkəməsi) 17 avqust 2022-ci il tarixli, 2(103)-4863/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” barədə iddia tələbi təmin edilməmiş, İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün maraqlarına toxunan şəxs Maraqlı şəxs ödəmiş olduğu rüsumunun məbləği isə onun özünə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən vəsiyyət edən öz əli ilə yazdı ğı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Lakin X6 tərtib etdiyi vəsiyyətnaməni istinad edilən normanın tələbləri baxımından zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa verməsi işin faktiki halları ilə müəyyən edilməmişdir.
19. Digər tərəfdən iş materiallarında X2 tərtib etdiyi vəsiyyətnamənin saxlanması üçün notariusda rəsmən depozitə qoyulması təmin edilməmişdir.
20. Məhkəmə hesab etmişd ir ki, birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına lazımi hüquqi qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
21. Göründüyü kimi X6 tərəfindən tərtib edilmiş ev vəsiyyətnaməsi mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından tərtib edilməmişdir.
22. Digər tərəfdən, miras əmlakına dair maraqlarına toxunan şəxs mərhumun bacısı Maraqlı şəxs artıq 23 may 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.
23. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla d a iş üzrə düzgün olmayan nəticə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
24. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1186, 1187-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4, 384.0.2, 385.1.1, 385.1.4, istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, kassasiya şikayətinin tam təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət belə əsas landırılmışdır ki, qətnamədən göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin iddianın təmin edilməməli olduğu qənaətinə gəlməsinə səbəb, vəsiyyətnamənin əl ilə tərtib edilmiş olması və notariat qaydada təsdiq olunmamasıdır. Lakin, qanunvericiliyə əsasən vəsiyyətnamənin tərtibi zamanı əməl edilməsi məcburi olan qayda vəsiyyətnamənin yazılı tərtib olunmasıdır. Onun notarial qaydada təsdiqi qanunvericiliyin imperativ tələbi deyildir. Göründüyü kimi, qeyd olunan vəsiyyətnamə mərhum tərəfindən tərtib olunarkən qanunvericilik tərəfindən zəruri şəkildə tələb olunan yazılılıq şərtinə əməl olunmuşdur. Həmçinin şəxs tərəfindən vəsiyyətnamənin öz əli ilə yazılıb imzalanması qanunverici tərəfindən ona verilən seçimlərdən biri kimi göstərilmişdir. Belə ki, şəxs vəsiyyətnaməni bu formada tərtib et məyə də bilər, eyni zamanda isə qanunda nəzərdə tutulan digər formanın seçilməsi onun üçün məcburi əhəmiyyət kəsb etmir. Sonda vəsiyyətnamənin notarius tərəfindən təsdiq edilməməsi ilə bağlı Mülki Məcəllənin 1186-cı və 1187-ci maddələrinə istinadən qeyd edirik ki, vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Başqa sözlə, vəsiyyət edən vəsiyyətnaməni özündə də saxlaya bilər, məhz bu vəsiyyətnaməyə ev vəsiyyətnaməsi deyilir. Sadəcə olaraq qanunverici vəsiyyətnamənin iki formasını, yəni notariat formasını və sadə yazılı formasını təsbit etmiş və hüquqi nəticə etibarı ilə notariat vəsiyyətnaməsinə sadə yazılı vəsiyyətnamə (ev vəsiyyətnaməsi) ilə müqayisədə üstünlük hüququ vermişdir. b) Kassasiya şikayətlərinə qarş ı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
30. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
31. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
32. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
33. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
34. Maddə 1187. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Bu növ vəsiyyətnamənin saxla nması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apel lyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şi kayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4863/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.