Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-861/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARDADİ İş № 2(102)-861/2025 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən elektron qaydada imzalanmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(104)-1558/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı arasında Şəmkir rayon 1 saylı notariat ofisində Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 34 saylı (yeni qaydalarla: AZ5700, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Laçın Ələkbərov küçəsi, ev 33) mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etib arsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı mərhum atası X3 miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X1 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələ r əsasında mərhum anası Zərifə Baba qızının adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Laçın ƏLəkbərov küçəsi ev 33) mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbi barədə iddiası təmin edilməməsi qət olunmuşdur. (hakim Ş.Məmmədova)
2. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1558/2024 nömrəli, 3 0 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)199/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, 18 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 03 yanvar 2005-ci ildə ölümündən sonra Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində miras qalmış ½ hissə paya birinci növbə vərəsələrin, yəni arvadı X5, uşaqları İddiaçı və Cavabdeh1 hər birinin payları bərabər olmaqla 1/3 hissə müəyyən edilməsi, 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin 1/6 hissədə, yəni İddiaçı atas ından miras qalmış ½ hissə olmaqla ona çatasi paya münasibətdə (ümumi əmladakı 1/6 hissə) etibarsız hesab edilməsi, 09 mart 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın İddiaçı atasından qəbul edtiyi 1/6 hissədə miras paya münasibətdə ləğv olunması, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində İddiaçı payının (ümumi əmlakda) 1/6 hissədə, X2 payının 5/6 hissədə müəyyən olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh (Vəkil) Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2024-cü iltarixli qətnaməsini ləğv edib şikayətin təmin edilmədən Şəmkir rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
8. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
9. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
10. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni a çılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
11. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
12. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
13. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tər əfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
15. Maddə
409. Apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu.
16. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
17. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqd a onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
20. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinə münasibətdə bu tələblərə tam əməl etməmişdir. İş mate rialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti Cavabdeh1 tərəfindən elektron qaydada imzalansa da, Vəkil tərəfindən elektron qaydada imzalanmamışdır.
21. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
22. Göstərilən halda apelyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
23. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından şikayət icraata qəbul edilə bilməz.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir.
25. Həmçinin müəyyən edilir ki, hazırkı iş üzrə İddiaçı (vəkil Nümayəndə) tərəfindən də kassasiya şikayəti verilmiş, lakin qeyd edilən şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin geri qaytarılması ilə yanaşı, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin də mülki prosessual qanunvericiliyin tələblərinə cavab veri b-vermədiyini müəyyən etməli və baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməsi məsələsini həll etməlidir.
26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(104)-1558/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və cavabdehə aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin.