Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-862/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın qanunsuz sahiblikdən geri qaytarılması,özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vüsalə Baxışova (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı, X14 hüquqi varisi X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 qarşı qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, üzərindəki özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş tikilinin onun vəsaiti hesabına bərpa edilməsi” tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-937/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 6 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 24 aprel 2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 52,91 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 satmışdır.
2. Alqı-satqıdan sonra 2002-ci ilin oktyabr ayında Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən qeyd ed ilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, iddiaçılar- X15 və onun ailə üzvləri X10, X17, İddiaçı3 və X14 ümumi mülkiyyətinə 804 “b” nömrə ilə qeydiyyata alınmış 0,03 ha və 804 “a” nömrə ilə qeydiyyata alınmış 0,07 ha həyətyanı torpaq sahələri verilmişdir.
3. Torpaq sahələri üzərində iddiaçıların mülkiyyət hüququ qeydə alınaraq mülkiyyətçilərə JN-839G (Kod: ********) nömrəli və JN-839F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr verilmişdir. 4. 0,03 ha torpaq sahəsi X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən həmin sahə üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmışdır.
5. İddiaçıların 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı X11 iddiası üzrə qəbul edilmiş Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)939/2023 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarları əsasında ləğv edilmişdir.
6. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilmiş çıxarışa əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən iddiaçıların birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Hüseyn Cavid küçəsi, ev 4 anvanında yeləşən 0,07 ha həyətyanı torpaq sahəsi iddiaçıların mülkiyyətində, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər əsasında mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması, onun tərəfindən özbaşına tikilmiş tikililərin onun vəsaiti hasabına sökülməsi, torpaq sahəsinin boşaldılması və cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisinin onun vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması barədə ərizə ilə Qəbələ rayon X22 İcrayə Komitəsinə müraciət etmişdir. Qəbələ rayonu X22 İcrayə Komitəsinin 28 dekabr 1989-cu il tarixli, 261 nömrəli qərarı ilə 400 m2 torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsində iki tikili tikmişlər. Qəbələ şəhəri Nizami küçəsindəki 35 “a” saylı yaşayış evinin “Texniki pasportu”ndan müəyyən olunur ki, həmin pasport 2002-ci ildə tərtib olunmaqla, Qəbələ rayon X22 İcrayyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli, 261 nömrəli qərarı ilə İddiaçı1 ayrılmış 40 0 kv.m torpaq sahəsində A və B tikililər inşa olunmuş, tikililərin texniki göstəriciləri texniki pasportda öz əksini tapmışdır. A tikilisi- divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan (28,12 kv.metr və 27,74 kv.metr otaqlar) ibarət olan ev və B tikilisindən ibarət olmuşdur. İddiaçı1 bu tikililərdən yalnız A tikilisini divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan (28,12 kv.metr və 24,74 kv.metr otaqlar) ibarət olan evi satmışdır və ailə üzvləridə razılıq vermişdir. Bu barədə Qəbələ rayon Dövlət Notariat Kontorunda İddiaçı1 ilə X18 arasında bağlanmış 4Ə01-12 saylı reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alqı-satqı m üqaviləsinə əsasən İddiaçı1 məxsus ünvan 2 ünvanda yerləşən, A tikilisi- 2002-ci ildə tikilmiş, divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət ev X1. Qəbələ şəhəri Nizami küçəsindəki 35 a nömrəli yaşayış evinin “Texniki pasportu”nda olan B tikilisini satmamışlar və həmin ünvanda bu günədək yaşayış yeri üzrə pasport qeydiyyatında qalmaqdadırlar. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 saylı qərarına əsasən Qəbələ şəhərində X7 və ailə üzvləri X10, X17, İddiaçı3 və X14 ümumi mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən onların yuxarıda qeyd etdikləri sənədlər əsasında mülkiyyətlərində olan torpaq sahələrində özbaşına ev tikmişdir. Halbuki, o nlar bu torpaq sahəni ona satmamışlar. 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsində “Torpağın mülkiyyətə verilməsi barədə” JN-839 G və JN-839 F saylı şəhadətnamələr adı qeyd edilməmiş və bu alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Həmin müqavilədə onlar tərəfindən JN-839 G və JN-839 F saylı şəhadətnamələr əsasında verilmiş torpaq sahəsini satmamışlar və satılmasına razılıq verməmişlər. Buna baxmayaraq cavabdeh tərəfindən onların torpaq sahələri özbaşına zəbt edərək orada olan və texniki pasportda göstərilən “B” tikilisini sökmüşdür, halbuki “B” tikilisi alqı-satqı predmeti olmamışdır. Həmçinin alqısatqı müqaviləsindən 5 ay sonra Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında adlarına olan mülkiyyət (JN-839 G və JN839 F saylı “Torpağın mülkiyyətə verilməsi haqqında ş əhadətnamə”yə) əsasən paylı mülkiyyətlərində olan mülkiyyətçilərin öz payının satılmasına dair alqı-satqı müqaviləsində qeyd olmadığı bu şəhadətnamələrin etibarsız hesab etmə barədə iddia etməsinin heç bir hüquqi əsası olmamışdır. Bunu Ali Məhkəmənin 29 noyabr 2017-ci il tarixli 2(102)-8278/2017 saylı qanuni qüvvəsini almış məhkəmə qərarı bunu sübut edir. Yuxarıda qeyd olunduğu kimi Qəbələ rayon Dövlət Notariat Kontorunda İddiaçı1 ilə X18 arasında bağlanmış 4Ə-01-12 saylı reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, İddiaçı1 məxsus Qəbələ rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin İ/99 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 4 ünvanda yerləşən, 2002-ci ildə tikilmiş, divarları çay daşı ilə iki otaqdan ibarət evin X3. Hə min müqavilədə onlar tərəfindən JN-839 G və JN-839 F saylı şəhadətnamələr əsasında verilmiş torpaq sahəsini satmamışlar və satılmasına razılıq verməmişlər. Nəzərə alınmalıdır ki, heç həmin tarixdə onlara bu qeyd olunan (0,03 hektar torpaq sahəsi) JN-839 G və (0,07 hektar torpaq sahəsi) JN-839 F saylı şəhadətnamələr əsasında torpaq verilməmişdir, həmin torpaq sahələri qeyd olunan alqı-satqı müqaviləsindən xeyli sonra, 2002-ci ilin oktyabr ayında verilmişdir. Beləliklə də, Cavabdeh1 özbaşnalığı nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Onlar buna görə də cavabdehin özbaşınalığının qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması və “B” tikilisinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh1 tərəfind ən onların mülkiyyət hüquqları pozulmuşdur.
9. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıların çıxarılmasını tələb etdikləri torpaq sahəsində həyat yoldaşı Cavabdeh1 adına qeydə alınmış fərdi yaşayış evi mövcud olmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılma istisna olmaqla, iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir.
10. Məhkəmə iclasında Cavabdeh1 vəkili Qəribov X4 Namik Rza oğlunun adına qeydə alınmış fərdi yaşayış evinin olmasının nəzərə alınmasını, fərdi yaşayış evinin yerləşdiyi hissəsində iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 11.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin 24 fevral 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyinə əsasən, Qəbələ rayon AlK-nın 26 fevral 2001-ci il tarixii 03 nömrəli qərarı ilə X7, X6, X12, İddiaçı3, X14 birgə mülkiyyətinə JN-839 G (KOD: ********) nömrəli və JN-839 F (KOD: ********) nömrəli "Torpağın mülkiyyətə vərilməsinə dair" şəhadətnamələrə əsasən verilmiş 0,03 hektar və 0,07 hektar torpaq sahələrinin hüdudları müəyyən edilmişdir (yerquruluşu planı 1,2,3). Hüdudları müəyyən edilmiş JN-839 F (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi Cavabdeh1, JN-839 G (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,03 hektar torpaq sahəsi X11 istifadə sindədir (yerquruluşu planı 2, 3). Cavabdeh1 istifadəsində olan JN-839 F (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsində 2 (iki) ədəd yaşayış, 1 (bir) ədəd qeyri-yaşayış tikilisi mövcuddur. Cavabdeh X11 istifadəsində olan JN839 G (KOD:********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,03 hektar torpaq sahəsində tikili mövcud deyildir. Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən İddiaçı1 adına aprel 2002-ci il tarixdə tərtib olunmuş Qəbələ şəhəri, Nizami küçəsindəki 35 "A" saylı yaşayış evinin "Texniki Pasportu"ndakı "B" tikilisi (talvar) iddiaçının mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinin üzərində yerləşi r və həmin "B" tikilisi hal-hazırda mövcuddur.
12. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1/2024 nömrəli 6 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X7, X6, X12, İddiaçı3 və X14 birgə mülkiyyətinə JN839 F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,07 torpaq sahəsindən cavabdehlər çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iddia tələbini ilk növbədə iddiaçıların mülkiyyətinə JN-839 F (Kod: * *******) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********7110301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a) əsasən verilmiş 0,07 ha torpaq sahəsi ilə bağlı qeyd etmişdir ki, şəhadətnaməyə əsasən 0,07 ha torpaq sahəsi İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X14 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin iddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilməmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 24 fevral 2022ci il tarixli mütəxəssis rəyində iddiaçıların mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi Cavabdeh1 istifadəsində olması göstərilmişdir. Lakin işdə olan ilkin sənədlərlə sübuta yetirilmişdir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətində olmuşdur.
14. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçıların təqdim etdiyi JN-839 F (Kod: ********) nömrəli şəhadətnamə və mütəxəssis rəyi ilə sübut olunmuşdur.
15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıların idd ia etdiyi və mülkiyyətlərində olan torpaq sahəsi 0,07 hektar təşkil edir. JN-839 F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X14 ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi tam həcmdə Cavabdeh1 istifadəsində olduğundan və həmin hissə Cavabdeh1 tərəfindən tutulduğundan, iddiaçıların mülkiyyətlərində olan 0,07 ha torpaq sahəsindən istifadələri məhdudlaşdırıldığından, eyni zamanda iddiaçılara məxsus Cavabdeh1 istifadəsində olan 0,07 hektar torpaq sahəsində özbaşına tikililər tikildiyindən, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdiyi maneələr mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən tör ədilən maneələrə son qoyulması və özbaşına tikililərin sökülməsi hissəsində əsaslıdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar tələblərində cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisini cavabdehin vəsaiti hesabına bərpa edilməsini xahiş etmişlər. 24 fevral 2022-ci il tarixli mütəxəssis rəyində Baş X5 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı1 adına aprel 2002ci il tarixdə tərtib olunmuş Qəbələ şəhəri, Nizami küçəsindəki 35 "A" saylı yaşayış evinin "Texniki Pasportu"ndakı "B" tikilisi (talvar) iddiaçının mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinin üzərində yerləşdiyi və həmin "B" tikilisinin hal-hazırda mövcud oldması müəyyən edilmişd ir.
17. Məhkəmə iddia tələbini iddiaçıların mülkiyyətinə JN-839 G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a) əsasən verilmiş 0,03 ha ha torpaq sahəsiilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçıların mülkiyyətlərində olduğunu iddia etdikləri 0,03 ha torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X11 qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçı1, İddiaçı2, X17, X19, İddiaçı3 və X14 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi işdə olan Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 21(116)-939/2023 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarları ilə sübuta yetirilmişdir.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 14.2, 76.2, 77.1, 82.3, 88, 217.4, 218.1 və 233.3-cü maddələrinə, C.İsmayılzadənin şi kayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birlikdə apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 6 may 2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 243-cü müddəalarını ümumiyyətlə nəzərə almamışdır. Digər tərə fdən, məhkəmə 0,10 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüquqi əsasında, qanuni əsaslarla Cavabdeh1 mülkiyyətində olduğu zaman inşa etdiyi tikililərə də qanunsuz adı verməklə tam absurd və əsassız qətnamə qəbul etmişdir. Hətta o da qeyd olunmalıdır ki, məhkəmə belə bir qətnamə qəbul etsə də, ən azından qətnaməsinə don geyindirməklə tikililərin inşasına çəkilmiş xərcin əvəzinin iddiaçılar tərəfindən ödənilməsini qət edə bilərdi. Əfsuslar olsun ki, buna da birinci instansiya məhkəməsi hüquqi qiymət verməmişdir.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-937/24 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova - sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Əyyub Kərimov) apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 6 may 2024-c ü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 və Aləmmədov (Aləmmədzadə) Namik Rza oğlu arasında bağlanmış xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsində 35A saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi barədə qeyd olmasa da, Qəbələ rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən yüklülük haqqında verilmiş xx.xx.2002-ci il tarixli H-02/15 saylı arayışda (forma1) fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin Qəbələ rayon X22 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 261 saylı Qərarı ilə ayrıldığı, sənəd üzrə 400 kv.m, faktiki isə 1197,52 kv.m olduğu, üzərində yü klülüyün olmadığı göstərilmişdir.
23. Bundan başqa, həmin fərdi yaşayış evinin Texniki pasportundan müəyyən edilmişdir ki, bu pasport 2002-ci ildə tərtib olunmaqla Qəbələ rayon X22 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarrixli 261 saylı Qərarı ilə İddiaçı1 ayrılmış 400 kv.m torpaq sahəsini və həmin torpaqda inşa edilmiş iki otaqlı fərdi yaşayış evini (“A” tikili), və metal dirək və şifer materiallarından ibarət quraqlıq (“B” tikili), habelə İ, İİ, İİİ, İV, V, Vİ kimi işarələnmiş ayaqyolu (tualet), darvaza, hasar, qonşu hasarı, hasar və qapını özündə əks etdirir.
24. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 400 kv.m torpaq sahəsi İddiaçı1 məhz Qəbələ şəhəri, Nizami küçəsindəki 35A saylı fərdi yaşayış evinin inşası üçün ayrılmış və həmin torpaq sahəsi sonuncunun qanuni istifadəs ində və sahibliyində olmuş, həmin torpaq sahəsində mülkiyyət hüququ qeydə alınmış əmlak yalnız “A” tikili kimi qeyd edilmiş fərdi yaşayış evi olmuş, həmin ünvanda başqa yaşayış evi olmamış, texniki pasportda “B” tikili kimi qeyd olunan quraqlıq və ayaqyoulu (tualet) isə fərdi yaşayış evinə xidmət edən yardımçı konstruksiya və tikililər olmuşdur. Tərəflər arasında mülki-hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olmuş 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
25. Məhkəmə hesab etmişdir ki, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsində torpaq sahəsi ilə bağlı heç bir qeyd aparılmasa da, satıcı (İddiaçı1) həmin müqavilyə könüllü iradə ifadəsi olaraq razılığını verməklə, yaşayış evi ilə yanaşı həm də evin yerləşdiyi torpaq sahəsini alıcının (Aləmmədov (Aləmmədzadə) Namik Rza oğlu) istifadəsinə (gələcək mülkiyyətinə) verməyi öhdəsinə götürmüşdür. Hazırda da qüvvədə olan həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra mübahisəli 400 kv.m torpaq sahəsi Cavabdeh1 faktiki istifadəsində olmuş, sonuncu bu sahənin qanuni istifadəçisi olmuşdur. Bundan başqa xx.xx.2002-ci il tarixdə tərtib olunmuş Texniki pasportda “A” tikili kimi qeydə alınmış 35A saylı fərdi yaşayış evi Aləmmədov (Aləmmədzadə) Namik Rza oğluna satıldığından, yaşayış evinə xidmət edən köməkçi vasitələr olan və “Texniki pasport”da “B” tikili kimi qeydə alınmış quraqlıq, habelə ayaqyolu (tualet) də alıcının istifadəsinə keçmişdir.
26. Bu baxımdan məhkəmə hesab etmişdir ki, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçı1 Bərdəddin oğlu tərəfindən fərdi yaşayış evi, həmin evin yardımçı tikililəri və bu tikililərin yerləşdiyi torpaq sahəsi könüllü olaraq Cavabdeh1 təhvil verilmiş, sonuncu da bu əmlakları təhvil almışdır. Sözügedən əmlaklar xx.xx.2002-ci il tarixdən Cavabdeh1 və onun ailə üzvlərinin daimi sahiblik və istifadələrində olmuşdur.
27. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 adına 2016-cı ildə fərdi yaş ayış evinə və evin yerləşdiyi 0,07 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir ki, həmin hüquqi sənəddə mübahisəli torpaq sahəsinin Cavabdeh1 xüsusi mülkiyyətində olması qeyd olunmuşdur. Mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasından söhbət gedə bilməz.
28. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.5, 157.5, 157.4, 646.1, 648.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 245-ci, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiy ası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətində Mülki Məcəllənin 152.1, 157.2, Torpaq Məcəlləsinin 84, MPM-nin 82.3, 217.2-ci maddələrinin pozulduğu istinad edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Apellyasiya kollegiyası mübahisəni həll edərkən, alqı-satqı müqaviləsinin predmetindən kənar satılması ehtimal olunan halı deyil, əmlaka dair mülkiyyət hüququnu və mülkiyyətçinin iradə ifadəsini üst ün tutmalı idi. Lakin apellyasiya kollegiyası şikayət olunan qətnaməni qəbul edərkən, İddiaçı1 ilə Cavabdeh1 arasında eyni ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair Qəbələ rayon DNK-da rəsmiləşdirilmiş alqı-satqı müqaviləsində adı çəkilən torpaq sahəsinə dair qeydlər edilməsə də ona satıldığı qənaətinə gəlmiş və qətnamənin buna istinadən əsaslandırmışdır. Bununla da apellyasiya kollegiyası qeyd olunan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə riayət etməmiş və yol verdiyi prosessual hüquq normasının pozulması mübahisə ilə bağlı mövcud hallara zidd nəticəli qətnamə qəbul etməsinə səbəb olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1819/24 nömrəli, 20 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirləmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, apellyasiya instansiyasında üçüncü şəxslərə münasibətdə birinci instansiya məhkəməsindən fərqlənən hər hansı hüquqi nəticəyə dair qərar qəbul edilməmiş, onun hüquq və vəzifələri apellyasiya araşdırmasının predmeti olmamış, nəticədə sonuncunun təmin olunmayan heç bir tələbi olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayr ı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
33. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxs lərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpa q sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
39. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
40. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mü lkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
41. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
48. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əs as olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
49. İşdən görünür ki, apellyasiya məhkəməsinin baxış predmeti olan hissə iddiaçıların tələblərinin təmin edildiyi hissə olmuşdur. Təmin edilmiş iddia tələbləri aşağıdakılardır: -Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X7, X6, X12, İddiaçı3 və X14 birgə mülkiyyətinə JN839 F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,07 torpaq sahəsindən cavabdehlərin çıxarılması; - cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi; - torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi. 50. 804 “b” nömrə ilə qeydiyyata alınmış 0,03 ha torpaq sahəsi ilə bağlı iddia birinci instansiya məhkəməsi tə rəfindən rədd edilmiş, iddiaçılar qətnamədən apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsi yalnız baxış predmeti olan hissədə tələbə baxaraq qətnamənin əsaslandırıcı hissəsində həmin hissəyə hüquqi qiymət versə də, “Qət etdi” hissədə yanlışlığa yol verərək iddianın ümumi paylı mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsi ilə bağlı hissədə də rədd edildiyini qeyd etmişdir.
51. Bu prosessual pozuntu kassasiya şikayətinin dəlili olmadığından və kobud prosessual pozuntu hesab edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən yol verilmiş yanlışlıq qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, hazırda cavabdehin mülkiyyətində olan fərdi yaşayı ş evi iddiaçıların birgə mülkiyyətlərində olan torpaq sahəsində yerləşir.
53. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehlərin mülkiyyətlərində olan fərdi yaşayış evinin texniki pasportunda istifadədə olan torpaq sahəsi kimi qeyd edilmiş torpaqdan çıxarılmalarına dair iddia tələbi təmin edilə bilməz. Belə ki, MM-nin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malik olduğundan və MM-nin 243.2-ci maddəsinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun dövlətdən iddiaçılara keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas olmadığından Cavab deh1 və onun ailə üzvləri mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi (texniki pasportdakı sərhədlər daxilində) torpaq sahəsinə istifadə hüququna malik olmaqla onların həmin torpaq sahəsinə sahibliyi qanunsuz sahiblik kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə tərəfindən iddianın bu hissədə təmin edilməməsi maddi hüquq normalarının tələblərinə uyğundur.
54. İddiaçıların digər tələbi onlara məxsus torpaq sahəsində yerləşmiş cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbi olmuşdur. İddiaçılar iddia etmişlər ki, onlar cavabdehə yalnız yalnız yaşayış otaqlarından ibarət “A” tikilisini satmış, yardımçı tikili olan “B” tikilisi isə müqavilədə alqı-satqı predmeti olmadığından onların mülkiyyətində qalmışdır. Bu səbəbdən “B” tikilisinin sökülməsi və yer ində iddiaçılar tərəfindən özbaşına tikililər inşa edilməsi qanunsuzdur.
55. Kollegiya iddianın bu hissədə rədd edilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, MM-nin 135.9-cu maddəsində ümumi təyinat üzrə istifadə edilməsi nəzərdə tutulan müxtəlif növlü əşyaların vahid tam yaratdığı və mürəkkəb əmlak sayıldığı, mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsinin isə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edildiyi qeyd edilmişdir. Fərdi yaşayış evinin təyinatı insanların yaşaması üçün nəzərdə tutulduğundan həmin ev sanitar qovşaq, mətbəx və digər yardımçı sahələrlə birlikdə vahid mürəkkəb əmlakdır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 13.2-ci maddəsində də yaşayış evinə anlayış verilərək qeyd edilir ki, otaqla rdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.Yardımçı sahələr yaşayış evinə bitişik və ayrı inşa edilə bilər.
56. Hazırkı halda İddiaçı1 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı- satqısına dair müqavilə bağlanarkən müqavilədə yardımçı sahə olan “B” tikilisinin alqı-satqı predmeti olmadığına dair şərt (qanunla müəyyən edilmiş ümumi qaydadan fərqli qayda) nəzərdə tutulmadından MM-nin 135.9-cu maddəsinə əsasən əqdin qüvvəsi yaşayış evinin texniki pasportunda öz əksini tapmış bütün tikililərə şamil edilir.
57. Eyni zamanda MM-nin 243.3-cü maddəsinə əsasən qanun özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin həmin əml aka sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını, habelə müvafiq (yəni mülkiyyətində olan) binaları və qurğuları uçurmaq hüququnu tanıdığından cavabdeh tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinin, o cümlədən yardımçı sahələrinin sökülməsi və yerində müvafiq tikinti normalarının tələblərinə uyğun yeni tikintilərin inşa etməsi iddiaçıların hüquqlarını pozan hal hesab edilə bilməz.
58. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxmış məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində istinad edilmiş prosessual normaların pozuntusuna yol verilməmişdir.
59. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qət namə dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-937/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.